Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1152/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə Layca oğlunun, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə Cavabdeh qarşı "şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə Cavabdeh qarşı "şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Xəzər rayon məhkəməsinin icraatında olan mülki işdə cavabdeh Afaq Əliyevanın vəkili Cavabdeh iddia ərizəsi ilə əlaqədar özünün imzası ilə təsdiq etdiyi və öz sözlərindən ibarət "Etiraz qeydlərini" Xəzər rayon məhkəməsinə təqdim etmişdir. Vəkil adlanan bu şəxs etirazında iddiaçı barəsində vəkil etikası ilə, vəkillərin davranış qaydaları ilə, qanunvericiliklə bir araya sığmayan aşağıdakı böhtan və təhqir xarakterli məlumatları yaymaqla şərəf və ləyaqətini, nüfuzunu nalayiq şəkildə alçaltmışdır: "İddiaçı 1995-ci ildən saxta yolla müavin təyin olunmuşdur və həmin gündən məktəbdə uzun illərdir insanları təhdid və şantaj etməklə qorxutmağı özünə məşğuliyyət seçmişdir", "X7 (Svetlananın qardaşı oğlu) İddiaçı şişirdilmiş böhtan iddiası ilə işindən azad edildi, işindən azad edilməsinin səbəbi nənəsinin erməni olması göstərilmişdi. İddiaçı anası milliyətcə ermənidir", "dəfələrlə Təhsil Nazirliyinin struktur rəhbərlərini, BŞTİ-nin rəhbərliyini , 201 nömrəli məktəbin əvvəlki direktorlarını müxtəlif şər-böhtanla bir çox hallarda əsası olmayan şikayətlərlə özü tərəfindən düzülüb-qoşulmuş məsələlərdə yalançı şahidlərlə məhkəmə çəkişmələrinə prokurorluq təhqiqatlarına cəlb etmişdir", "aidiyyəti icra orqanları tərəfindən bu səbəbdən 2001-ci ildə işdən qovulmuş, 2019-cu ildə BŞTİ tərəfindən töhmət almış, lakin hansısa yollarla işdə qalmağı bacarmışdır", "Psixoloji olaraq əqidə, vətəndaşlıq, millətçilik və dövlətə vətənə sevgi baxımından sağlam biri deyil", "Həyata baxışları dünyagörüşü eqoizm və nəyin bahasına olursa-olsun pul qazanmaq üzərində qurulmuşdur. Mənəviyyatsız, insani keyfiyyətləri olmayan qorxaq və həyəcanlı bir tipdir, klassik dələduzdur"," Xarakter olaraq münaqişəli naturadır. Psixopatik şəxsiyyət pozğunluğu var", "erməni xislətli aqressordur", Şəxsi işində diplomu yoxdur, 1995-ci ildə işə qəbul olunarkən o, diplom təqdim etməmişdir. O zaman məktəbə rəhbərlik edən Əkrəm adlı direktora "hörmət etməklə işə qəbul olunmuşdur". İnsanlıq dəyərlərini heçə sayan Cavabdeh bu iyrənc və tərbiyəsiz ifadələri ilə ana nəslini, çoxdan vəfat etmiş babasının, nənəsinin, xalalarının, dayısının ruhlarını insanlığa sığmayan bir şəkildə təhqir etmişdir. Heç bir təkzib, təzminat onun günahlarının əvəzi ola bilməz. Qanunlara hörmət edəcəyinə vəkil andı içmiş bir şəxsin heç bir sübut-dəlili olmadan bu dərəcədə tərbiyəsizlik etməsi insanlıqla bir araya sığmayan ədəbsizlikdir. Cavabdeh iddiaçı barəsində yaydığı böhtan və təhqir xarakterli məlumatlar digər cavabdeh Afaq Əliyevanın barəsində işlətdiyi iyrənc ifadələrin təkrar edilməsidir. Həmin ifadələr haqqında isə bu ifadələrin İddiaçı şərəf və ləyaqətini nalayiq şəkildə ləkələyən, nüfuzunu alçaldan ifadələr olub-olmaması haqqında Xəzər rayon məhkəməsi tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinə müraciət olunmuş, həmin ifadələrin şərəf və ləyaqəti ləkələyən, nalayiq şəkildə alçaldan ifadələr olması barədə təsdiqedici rəy alınmışdır. Mülki-prossesual qanunvericiliyin tələblərinə əsasən yuxarıdakı halları və məqamları sübut etmək vəzifəsi cavabdeh İlham Huriyevin üzərinə düşür. Xəzər rayon məhkəməsində keçirilən xx.xx.2024-cü il tarixli məhkəmə baxışında Az.Resp.Mülki-Prosessual Məcəlləsinin 36.2 və 53-cü maddələrinə əsasən vəkil Cavabdeh də cavabdeh qismində tanınması, Konstitusiyanın və qanunvericiliyin ziddinə və vəkil andına yaraşmayan şəkildə şərəf və ləyaqətini nalayiq formada ləkələyibalçaltmasına görə təkzib verməsi, iddiaçıdan rəsmi qaydada üzr istəməsi, vurduğu mənəvi ziyana görə ondan on min manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə verdiyi iddia ərizəsnin dəqiqləşməsi hazırlıq mərhələsində verilmədiyi səbəbindən məhkəmə tərəfindən qəbul edilməmişdir. Ona görə də hazırkı iddia ərizəsini Nəsimi rayon məhkəməsinə təqdim etmişdir. Həmçinin, keçirilən məhkəmə iclasında Xəzə rrayon məhkəməsi iddia tələblərini təmin edən qətnamə qəbul etmişdir. Vəkil Cavabdeh qanunvericiliyin tələblərini, içdiyi vəkil andını pozaraq iddiaçı barəsində təhqir və böhtan xarakterli məlumatları öz adından yaymasının mahiyyətində iddiaçıya qarşı qərəzçilik, qisas və intiqam almaq istəyi durur. Belə ki, vəkilin müdafiəçisi olduğu şəxs Afaq Əliyeva Bakı şəhəri Nizami rayonu 201 nömrəli orta məktəbin direktorudur. Vəkilin göstərdiyi hüququ yardımın əvəzini nəğd olaraq öz cibindən ödəmək əvəzinə X14 Nuriyevlə razılaşaraq onun arvadı Məmmədova Xuramanın- ali savadlı biologoya müəlliminin adını 400 manata yaxın aylıq əmək haqqı ilə xadimə işinə rəsmiləşdirmiş, işə gəlmədiyi halda əmək haqqı məbləği alınıb mənimsənilmişdir. Məmmədova Xuraman işə qəbul edilərkən məktəbdə vakansiya "xadimə" ştatı olmamışdır. Buna baxmayaraq vəkil və direktor qanunsuzluq etməkdən çəkinməmiş, iki nəfər xadimənin yarım ştatlarını qanuna zidd olaraq əllərindən alaraq Məmmədova Xuramanı 1.0 stavka ştatla işə təsdiq etmişlər. İddiaçı bu qanunsuzluqdan xəbər tutan kimi həmin xadimələrdən birinin, uzun müddət 2-ci tip şəkərli diabet xəstəliyindən əziyyət çəkən Allahverdiyeva Naibənin xahişi ilə onun adından Əmək Müfəttişliyinə ərizə yazmışdır. Əmək Müfəttişliyi apardığı araşdırma nəticəsində müəyyən etmişdir ki, Allahverdiyeva Naibəyə qarşı münasibətdə əmək qanunvericiliyinin tələbləri direktor Afaq Əliyeva tərəfindən kobudluqla pozulmuşdur. Ona görə də Afaq Əliyeva barəsində inzibati protokol tərtib edilmiş, İXM-nin 192.4-cü maddəsinə əsasən min manat cərimə olunmaqla 10 gün müddətində Allahverdiyeva Naibəni işinə bərpa etmək vəzifəsi onun jzərinə qoyulmuşdur. Lakin bu qərardan sonra da vəkil Cavabdeh arvadını işdən çıxarmamış, yaşlı və xəstə qadının haqqını tapdalamaqda davam etmişlər. Allahverdiyeva Naibənin pozulmuş hüquqları bugünədək bərpa olunmamışdır. Cavabdeh yaydığı yalan və böhtan xarakterli məlumatlar məktəb kollektivi arasında, məhkəmə tərkibi yanında haqqında mənfi rəy yaratmış, şərəf, ləyaqət və nüfuzu zədələnmiş, keçirdiyi mənəvi sarsıntı və iztirablar səbəbindən iddiaçının və nümayəndəsi olan həyat yoldaşı Nümayəndə 2013-cü ildən tutulduğu şəkər və təzyiq xəstəliyi daha da şiddətlənmiş və dərman müalicəsinə tabe olmamaq səviyyəsinə yüksəlmiş, dəfələrlə "003" Təcili Yardım xidmətinə kömək üçün müraciət etmiş, evdə stasionar müalicə almışlar. Cavabdehin təhqir və böhtan xarakterli ifadələri ilə əlaqədar keçirdikləri mənəvi sarsıntı və iztirablar nəticəsində iddiaçı və həyat yoldaşının ürək nahiyəsində kəskin ağrılar yaranmış, sağlamlığı təhlükə altına düşmüşdür. Yoldaşının həyati təhlükəsi daha yüksək olduğu üçün xx.xx.2024-cü i tarixdə təcili olaraq üzərində açıq ürək əməliyyatı aparılmışdır. Hazırda evdə müalicə olunsa da, ağrı və iztirabları azalmamış, həyati təhlükəsi ötüşməmişdir. Həkim müayinəsi və verdiyi tibbi analizlər nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının ürəyində də açıq əməliyyat aparılması zərurəti yaranmışdır. Lakin məcburiyyət səbəbindən yoldaşının vəziyyəti normallaşanadək həyati risk altında səbr edib gözləməlidir. Onları bu cür yarımcan hala gətirən Cavabdehdir. Cavabdeh tərəfindən qərəzçiliklə Konstitusiya hüquqları, İnsan Hüquq və Azadlıqları barəsində Avropa Konvensiyasının "İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərləri hesab olunmalıdır" tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən Cavabdeh məlumatı yaydığı üsulla təkzib verməsi, rəsmi qaydada üzr istəməsi, iddiaçı və ailəsinə vurduğu mənəvi ziyana görə 10.000 manat məbləğində pul vəsaitinin, həmçinin 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Afaq Əliyeva məktəbə direktor gəldikdən sonra 1 il yarım onunla işləmişdir. Bu dövrdə onu 2 dəfə fəxri fərmanla təltif edib. İndiyə qədər bu 30 il müddətində heç kəsin ondan şikayəti olmayıb. Bütün bu hadisələr onun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayətindən sonra başladı. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq hazırda məktəbdə işləmədiyini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayətinə görə işdən azad edildiyini bildirmişdir. 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə Layca oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, vəkil tərəfindən İddiaçı şərəf və ləyaqəti təhqir olunmuşdur. Əgər o, hüquqi biliklərə malik şəxs olmasa idi, bu, başa düşülən idi. Lakin şəxs vəkildir və öz imzası ilə etiraz qeydlərini imzalayıb və məhkəməyə təqdim edib. İşlədilən sözlər barəsində məhkəmə linqvistik- ekspertizasının rəyi vardır və o, bu ifadələri bilə-bilə, qəsdən işlətmişdir. Onlar cavabdeh barəsində Vəkillər X3nə şikayət etmiş, işə baxılmış və vəkilin bu hərəkətlərinə irad tutulmuşdur. Keçən məhkəmə hazırlıq iclasında cavabdeh etiraf etmişdi ki, İddiaçı ərizəsini geri götürməsi barədə rüşvət təklif etmişdir. Vəkil keçən iclasda bildirir ki, həmin təklif rüşvət yox, təzminat sayılır. Bir halda ki, vəkil özü təzminat təklif edir, deməli özü səhv etdiyini başa düşür. İddiaçı işə bərpa məsələsi ilə bağlı mülki iş hal-hazırda Nəsimi rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatındadır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə deyilən ifadələrin Xəzər Rayon Məhkəməsində baxılan işdəki ifadələrlə eyni olduğunu, əlavə sözlərdən istifadə edilmədiyini, Xəzər rayon məhkəməsində baxılan işdən əvvəl, 2022-ci ildən bəri Cavabdeh tanıdığını, İddiaçı 2022-ci ildən məktəbdə direktor müavini vəzifəsində işləyərkən, məktəbin direktoru Afaq Əliyeva onu inventarizasiya komissiyasının sədri təyin etdiyini, o vaxt inventarizasiyanın həyata keçirilməsində vəkil kimi Cavabdeh xidmətlərindən istifadə olunduğunu, onun da o vaxtdan onu tanıdığını, həmin dövrlərdə iddiaçıya qarşı hər hansı nalayiq ifadələrin işlədilmədiyini, aralarındakı problemlərin 2022-ci ilin oktyabr ayından başladığını, o vaxt İddiaçı məktəbdə inventarizasiya zamanı 70693 manat çatışmazlıq aşkar edildiyini, bu çatışmazlığın Afaq Əliyevanın direktor fəaliyyəti həyata keçirən dövrdə olmadığını, əvvəlki dövrə aid olduğunu, bu barədə arayışlar, izahatlar İddiaçı tərəfindən məktəbin direktoruna təqdim edildikdən və inventarizasiya aktında həmin çatışmazlıqlar göstərildikdən sonra məktəbin direktoru öz vəzifə səlahiyyətlərini yerinə yetirməyərək, dövlətə oğurluq barədə heç bir məlumat verməyərək saxta akt tərtib edərək, Maliyyə Nazirliyinin dövlət müəssisələrində inventarizasiyanın aparılması haqqındakı əsasnamə və qaydaları əleyhinə formalar tərtib edərək 70693 manat dəyərində malın 53000 manatını balansdan silindiyini, bu barədə İddiaçı onlara xəbərdarlıq etdiyini, 2023-cü ilin iyun ayında bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdiyini, şikayət əsasında 31 oktyabr 2023-cü ildə AR Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlandığını və problemlərin bu hadisədən sonra yarandığını, ondan sonra aralarındakı dostluğun pozulduğunu bildirmişdir. 5.Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qəbul etməyərək bildirmişdir ki, onun iddiaçı ilə heç bir qərəzli münasibəti olmamış, o, yalnız müqavilə əsasında işləmiş və öz vəzifə səlahiyyətini yerinə yetirmiş və Afaq xanımın öz ifadələrini əks etdirmişdir. Odur ki, etiraz qeydlərində yazılanlarla bağlı qeyd edir ki, iddiaçı tərəf özü də etiraf edir ki, orada ona məxsus heç bir ifadə yoxdur. Bundan əlavə, o, heç kimsəyə rüşvət təklif etməmişdir. Sadəcə olaraq iddiaçı ilə üz-üzə gəlməmək üçün 1000 manat təklif etmişdir. Bu o demək deyildir ki, o, nəyisə etiraf edir. Hesab edir ki, iddia tam əsassızdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsində baxılan işlə bağlı etiraz qeydlərində yazılanların heç biri vəkil Cavabdeh aid deyil, çünki həmin sözlər olduğu kimi, əksiksiz məktəb direktoru tərəfindən yazılmış təqdimatlardan götürülmüşdür. Yazılan ifadələrin hər birinin öz əsası vardır. Həmin ifadələr məktəbin heyəti tərəfindən, əziyyət görmüş, əzab çəkmiş şagirdlər, valideynlər tərəfindən olan müraciətlər əsasında hazırlanıb. Qarşı tərəfin bütün dedikləri yalandır. 2022-ci ildə həmin məktəbə direktor təyin olunmuşdur. Pandemiya dövrü olduğuna görə komissiya təşkil etməyə, məktəbi yoxlamağa imkanı olmamışdır. 70000 manat əksiklik müəyyənləşdirildi və bu barədə məlumatları Bakı şəhəri Təhsil İdarəsinin daxili nəzarətinə təqdim etmişdir. Bura qədər heç bir qanun pozuntusu yox idi. Onun vəzifəsi o əksikliyi təqdim etmək idi. İlham müəllim həmin mərhələdə sadəcə onlara hüquqi dəstək verirdi və həmin vaxtlar bu şəxslərlə onların aralarında heç bir problem yox idi. Təqdimatda yazılan ifadələrlə bağlı isə, bununla bağlı Xəzər rayon Məhkəməsində hakim ona sual vermişdi ki, burada deyilənləri həqiqətən siz mi yazmısınız? O da etiraf etmişdir. Bir şərtlə ki, orada yazılanların hər birinin hüquqi əsası var idi. Məsələn, orada iddiaçının rüşvətxor olduğu yazılıb. İddiaçı işlədiyi müddətdə 30 il müddətində müəllimlər təhdid olunub, əziyyət görüb. İddiaçı əmək funksiyalarını yerinə yetirmək əvəzinə şəxsləri incidib pul yığıb, uşaqları incidib və döyübdür. Bu valideynlərin, müəllimlərin şikayətləridir. Bu səbəblərə görə Bakı şəhər Təhsil İdarəsi 2023-cü ilin dekabrın 17-də özü komissiya təşkil etmiş, daxili nəzarət tərəfindən məktəb yoxlanılmış, şikayətçinin bütün yazdıqlarının hər birinin saxta və yalan olduğu aşkara çıxarılmışdır. Dekabrın 17-də ümumi qərarla onun vəzifəsinə xitam verilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə, qeyd olunan etiraz qeydləri barədə məlumatının olduğunu, deyilən ifadələrin hamısının ona məxsus olduğunu, buna razılıq verdiyini, çünki bütün ifadələrin hüquqi əsasının olmasını bildirmişdir. 7.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan etiraz qeydlərinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakiminə İddiaçı cavabdeh X9 qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(003)-2272/2024 saylı mülki iş üzrə iddia ərizəsinə qarşı cavabdehin nümayəndəsi və vəkili Cavabdeh tərəfindən etiraz qeydləri yazılmışdır. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2013cü il tarixli Sərəncamından çıxarışdan görünür ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax Rayon Məhkəməsinin hakimi və sədri Cavabdeh səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir. 10.Mülki işin materiallarında olan Zəfəran Hospital tərəfindən verilən epikrizin surətindən görünür ki, Nümayəndə Layca oğlu xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə müayinədə olmuşdur. 11.Mülki işin materiallarında olan V-ЖГ seriyalı, 363504 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə Layca oğlu və İddiaçı arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmışdır. 12.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, **********3 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, 120.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 13.Mülki işin materiallarında olan etiraz qeydlərindən görünür ki, Cavabdeh İddiaçı ona qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilə cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Bakı şəhəri 201 saylı orta məktəbin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən xitam verilmişdir. Cinayət işinin istintaqı zamanı İddiaçı əməllərində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. 15.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2024-cü il tarixli, 4/1121 nömrəli ekspert rəyinin surətindən görünür ki, iş materiallarında olan cavabdeh X12 tərəfindən Azərbaycan Təhsil İşçiləri X4 201 № tam orta məktəb üzrə komitəsinə ünvanlanmış təqdimatda, Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevə ünvanlanmış 03 noyabr 2023-cü il tarixli, 613 nömrəli şikayət ərizəsində, Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya ünvanlanmışç izahatında və 18 sentyabr 2023-cü il tarixli, 590 nömrəli məktubunda İddiaçı barəsində qeyd edilmiş əksər məlumatlar yönəldiyi şəxsin şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna xələl gətirən məlumatlar hesab olunur. 16.Mülki işin materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2272/2024 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X11 qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, X10 İddiaçı barəsində böhtan və təhqir xarakterli məlumatları BŞRİ-yə, Elm və Təhsil Nazirliyinə və Baş Prokuror Kamran Əliyevə ünvanlandığı məktublarda ifadə etməklə şərəf və ləyaqətini təhqir edərək ləkələdiyinə görə eyni üsulla təkzib etməsi, İddiaçı xeyrinə cavabdeh X5 mənəvi zərərə görə 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat məbləğində pulun tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri olan 350 manatın cavabdeh X8 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissəsinin əsassız olduğuna görə rədd edilməsi qət edilmişdir. 17.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vəkillər X3 tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan Bürosunun vəkili Cavabdeh barəsində Vəkillər X3nə daxil olmuş müraciətinə Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmışdır. Bildirilir ki, qəbul edilmiş qərara əsasən peşə fəaliyyətini həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin tələblərini pozduğuna görə vəkil Cavabdeh irad tutulmuşdur. Müraciətdə göstərilən – “vəkil Cavabdeh üzdəniraq vəkilliklə məşğul olaraq rüşvət alıb verməsi, vətəndaşların qanuni hüquqlarını pozması, 201 saylı tam orta məktəbə göstərdiyi hüquqi yardım haqqına görə arvadı Xuraman Məmmədovanı 201 saylı tam orta məktəbində işə düzəltməsi və hüquqi yardım haqqının ona əmək haqqı formasında dövlət büdcəsindən ödənilməsi, bununla vəkilin gəlirinin vergidən gizlədilməsi, başqasının əmək haqqının mənimsənilməsi” xüsusatları ilə bağlı isə hər hansı müvafiq təsdiqedici sübutlar təqdim edilmədiyindən qeyd edilən məlumatlara Rəyasət Heyəti tərəfindən hüquqi qiymət verilməsi mümkün olmamışdır. 18.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1476/2025 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2272/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 19.Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2272/2024 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X11 qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, X10 İddiaçı barəsində böhtan və təhqir xarakterli məlumatları BŞRİ-yə, Elm və Təhsil Nazirliyinə və Baş Prokuror Kamran Əliyevə ünvanlandığı məktublarda ifadə etməklə şərəf və ləyaqətini təhqir edərək ləkələdiyinə görə eyni üsulla təkzib etməsi, İddiaçı xeyrinə cavabdeh X5 mənəvi zərərə görə 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin mülki iş üzrə cavabdeh X6 nümayəndəsi və vəkili, hazırki iş üzrə Cavabdeh tərəfindən İddiaçı iddia ərizəsinə qarşı etiraz qeydləri məhkəməyə təqdim edilmişdir. Hazırki iş üzrə isə İddiaçı Cavabdeh tərəfindən həmin mülki iş üzrə yazılan etiraz qeydlərində onun şərəf və ləyaqətini alçaldan ifadələrə yer verildiyini, nüfuzunun nalayiq şəkildə alçaldıldığını iddia edərək, Cavabdeh yaydığı məlumatı təkzib etməsini, rəsmi qaydada üzr istəməsini, vurulan mənəvi zərərə görə ondan 10.000 manat məbləğində pulun və həmçinin, ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir. 20.Cavabdeh tərəf isə iddiaçı ilə heç bir qərəzli münasibətinin olmamasını, etiraz qeydlərində yazılan ifadələrin heç birinin ona məxsus olmamasını, yalnız müqavilə əsasında öz vəzifə səlahiyyətini yerinə yetirdiyini bildirərək iddia tələbinin rədd edilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 21.Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). 23.Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar dərc edilmişsə, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 25.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 14 may 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında qeyd etmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. 26.Hazırki iş üzrə məhkəmə qeyd edir ki, iddiaçı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılan 2(003)-2272/2024 saylı mülki iş üzrə cavabdeh X6 nümayəndəsi və vəkili, hazırki iş üzrə Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılan etirazda qeyd edilənlərin həqiqətən də Cavabdeh məxsus ifadələr olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. 27.Bununla bağlı Məhkəmə qeyd edir ki, bu kateqoriya işlər üzrə aydınlaşdırılması tələb olunan əsas məsələ şərəf və ləyaqətin alçaldılması hesab olunan ifadələrin həqiqətən cavabdeh tərəfindən işlədilməsi və deyilən sözlərin iddiaçı tərəfin şərəf, ləyaqət və işgüzar nüfuzun ləkələnməsi halının müəyyən edilməsidir, yəni iddiaçı tərəf sübut etməlidir ki, iddia ərizəsində göstərilən ifadələr həqiqətən cavabdeh tərəfindən işlədilmiş və iddiaçının da qeyd etdiyi kimi həmin ifadələr onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. 28.Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin normasına görə informasiyanın həqiqətə uyğun olub-olmadığını sübut etmək vəzifəsi məlumatı yaymış şəxsə, yəni cavabdehə aiddir. Qalan bütün halları, o cümlədən məlumatların cavabdeh tərəfindən yayılmasını sübut etmək vəzifəsi iddiaçıya aiddir. 29.Halbuki, hazırki iş üzrə sübut növü kimi çıxış edən və iş materiallarına əlavə edilən qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2272/2024 saylı qətnaməsindən göründüyü kimi hazırki iş üzrə iddiaçının istinad və qeyd edilən ifadələrin məhz cavabdehə məxsus olduğunu iddia etdiyi etiraz ərizəsində qeyd edilən bütün ifadələr məhz həmin iş üzrə cavabdeh qismində çıxış edən X9 məxsus olmuş və Cavabdeh sadəcə sonuncunun nümayəndəsi və vəkili olmaqla həmin etiraz ərizəsini imzalamaqla məhkəməyə təqdim etmişdir. Mülki işin materiallarında olan etirazın sonunda “imzalayan şəxs” hissəsində cavabdeh öz adından deyil, X6 nümayəndəsi və vəkili kimi imza etmişdir. Yəni yazılan sözlər, mətn cavabdehə məxsus olmamaqla hüquqlarını müdafiə etmiş olan şəxsə aid olmuşdur. 30.Həmçinin, hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilən X12 da məhkəmə iclasında izahat verərək, hazırki iş üzrə iddiaçı tərəfin istinad etdiyi etiraz ərizəsində yazılan bütün ifadələrin Cavabdeh yox, ona məxsus olduğunu, onun razılığı əsasında cavabdeh tərəfindən tərtib edilərək məhkəməyə təqdim edildiyini bildirmişdir. 31.Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması öz təsdiqini tapmamışdır. 32.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 33.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) 34.Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. 35.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə Cavabdeh qarşı əsas tələb üzrə "ifadələrin təkzib edilməklə üzr istənilməsi” hissəsi təmin edilmədiyindən digər tələblərdə həmin hissə ilə bir başa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla “dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbi də rədd olunmalıdır. 36.Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə də qeyd edir ki, iddia tələbi əsas hissələrdə, yəni şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi hissələrində təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 120 manat məbləğində dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 38.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə Cavabdeh qarşı "şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.