Məhkəmə qərarları › İş №2(006)-1161/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1161/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1161/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 MMC-nin, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli, 1860 saylı nisyə alqı-satqı və xx.xx.2018-ci il tarixli, 1860 saylı zaminlik müqavilələrinə əsasən “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, KMHEC41CBBA132418 şassi nömrəli, qara rəngli, **-XB-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə 24.749,97 (iyirmi dörd min yeddi yüz qırx doqquz manat doxsan yeddi qəpik) manat əsas borc və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı1 MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı2 “xxxx” MMC-nin təsisçisidir. “xxxx” MMC maşınların satışı ilə məşğuldur. Onun mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, KMHEC41CBBA132418 şassi nömrəli, qara rəngli, **-XB-*** dövlət qeydiyyat nömrəli avtomobili xx.xx.2018-ci il tarixli, AR-İ 621713 nömrəli etibarnamə ilə idarə edilməsini “xxxx” MMC-ə etibar etmişdir. “xxxx” MMC onun razılığı ilə “xxxx” MMC ilə Cavabdeh2 arasında “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, KMHEC41CBBA132418 şassi nömrəli, qara rəngli, **-XB-*** dövlət qeydiyyat nömrəli avtomobil üçün “xxxx” MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 1860 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2.500,00 (iki min beş yüz manat) manat, 36 ay müddətinə hər ay 774,00 (yeddi yüz yetmiş dörd manat) manat ödəniş etməklə, 30.345,97 (otuz min üç yüz qırx beş manat, doxsan yeddi qəpik) manata satılmışdır. xx.xx.2018-ci il tarixli, 1860 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 vəd vermişdir ki, xx.xx.2018-ci il tarixli, 1860 saylı niisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ödəniş etmədiyi təqdirdə zamin olan Cavabdeh1 ödəniş edəcəkdir. Lakin Cavabdeh2 “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, KMHEC41CBBA132418 şassi nömrəli, qara rəngli, **-XB-*** dövlət qeydiyyat nömrəli avtomobil üçün “xxxx” MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 1860 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2.500,00 (iki min beş yüz manat) manat, 04 ay üzrə yəni xx.xx.2018-ci il tarixədək 774,00 (yeddi yüz yetmiş dörd manat) manat, cəmi 5.596,00 (beş min beş yüz doğsan altı manat) manat ödəniş etmişdir. Cavabdeh2 xx.xx.2018-ci il tarixdən “xxxx” MMC-ə heç bir ödəniş etməyərək 24.749,97 (yirmi dörd min yeddi yüz qırx doqquz manat, doğsan yeddi qəpik) manat məbləğində borcu qalaraq ödənilməmişdir. Qalan 24.749,97 (yirmi dörd min yeddi yüz qırx doqquz manat, doxsan yeddi qəpik) manat borc pulu, 31.000,00 (otuz bir min manat) manat məbləğində icarə haqqı, 34.875,00 (otuz dörd min səkkiz yüz yetmiş beş manat) manat məbləğində cərimənin dəfələrlə şifahi və xx.xx.2020-ci il tarixdə yazılı xəbərdarlıq etməyimizə baxmayaraq cavabdehlər heç bir ödəniş etməyibdirlər. xx.xx.2018ci il tarixli, 1860 saylı Nisyə alqı-satqı Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirdiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 50,00 (əlli manat) manat məbləğində icarə haqqı ödənilməlidir. Cavabdeh2 “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, KMHEC41CBBA132418 şassi nömrəli, qara rəngli, **-XB-*** dövlət qeydiyyat nömrəli avtomobil ödənişini xx.xx.2018-ci il tarixdən iddia verildiyi günədək, 620 gün istifadə edərək təhvil verilmədiyindən, gecikdirildiyi hər gün üçün 50,00 (əlli manat) manat məbləğində icarə haqqı, yəni 34.875,00 (otuz dörd min səkkiz yüz yetmiş beş manat) manat məbləğində icarə haqqı ödənilməlidir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişinin gecikdirdiyi hər gün üçün ödəməli olduğu ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir. Cavabdeh2 “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, KMHEC41CBBA132418 şassi nömrəli, qara rəngli, 90- XB-677 dövlət qeydiyyat nömrəli avtomobil ödənişini xx.xx.2018-ci il tarixdən iddia verildiyi günədək, 620 gün istifadə edərək iddia verildiyi günədək ödəniş etmədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu 774,00 (yeddi yüz yetmiş dörd manat) manat pul ödənişin 1%-i məbləğində cərimə, yəni 31.000,00 (otuz bir min manat) manat məbləğində cərimə ödənilməlidir. Sonda iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib, aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı “xxxx” MMC ilə Cavabdeh2 arasında “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, KMHEC41CBBA132418 şassi nömrəli, qara rəngli, **-XB-*** dövlət qeydiyyat nömrəli avtomobil üçün “xxxx” MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 1860 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, ilkin ödəniş 2.500,00 (iki min beş yüz manat) manat, 36 ay müddətinə hər ay 774,00 (yeddi yüz yetmiş dörd manat) manat ödəniş etməklə, 30.345,97 (otuz min üç yüz qırx beş manat, doxsan yeddi qəpik) manata satılmışdır. İş materiallarında olan iddiaçı “xxxx” MMC ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 1860 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 1860 saylı niisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ödəniş etmədiyi təqdirdə zamin olan Cavabdeh1 ödəniş edəcəkdir. Lakin Cavabdeh2 “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, KMHEC41CBBA132418 şassi nömrəli, qara rəngli, **-XB- *** dövlət qeydiyyat nömrəli avtomobil üçün “xxxx” MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 1860 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2.500,00 (iki min beş yüz manat) manat, 04 ay üzrə yəni xx.xx.2018-ci il tarixədək 774,00 (yeddi yüz yetmiş dörd manat) manat, cəmi 5.596,00 (beş min beş yüz doxsan altı manat) manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni novlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli, 1860 saylı nisyə alqı-satqı və xx.xx.2018-ci il tarixli, 1860 saylı zaminlik müqavilələrinə əsasən “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, KMHEC41CBBA132418 şassi nömrəli, qara rəngli, **-XB-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə 24.749,97 (iyirmi dörd min yeddi yüz qırx doqquz manat doxsan yeddi qəpik) manat əsas borc və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı1 MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli, 1860 saylı nisyə alqı-satqı və xx.xx.2018-ci il tarixli, 1860 saylı zaminlik müqavilələrinə əsasən “Hyundai Sonata” minik markalı, 2010-cu il buraxılış, sedan tipli, KMHEC41CBBA132418 şassi nömrəli, qara rəngli, **-XB-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə 24.749,97 (iyirmi dörd min yeddi yüz qırx doqquz manat doxsan yeddi qəpik) manat əsas borc və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı1 MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Nülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar