Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1162/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC (“xxxx” İKB ASC) arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli 6-MG-5-0-1840-14 saylı kredit müqaviləsinin və eyni tarixli və eyni saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, kredit və ipoteka müqavilələri üzrə öhdəliklərinə xitam verilərək mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsində yerləşən 2 otaqlı, 48.7 kv.m ümumi, 30.1 kv.m yaşayış sahəsindən ibarət 18 nömrəli evin 35 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı mülki iş üzrə Cavabdeh ASC məhkəmə iclasında işlərin birləşdirilməsi barədə vəsatət ilə müraciət edərək məhkəmənin icraatında olan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın yüklülüyündən azad olunması» tələbinə dair iddia ərizəsi üzrə 2(006)-1162/2021 saylı mülki işin və iddiaçı "Cavabdeh” ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə Suraxanı rayon məhkəməsinin icraatında olan 2(010)-136/2021 saylı mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın yüklülüyündən azad olunması» tələbinə dair iddia ərizəsi üzrə 2(006)-1162/2021 saylı mülki iş vardır və həmin iş üzrə məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə saat 15:15-ə təyin edilmişdir. Eyni zamanda tərəflərindən xx xxxxx 2020-ci il tarixdə Suraxanı rayon məhkəməsinin hakimi Leyla Talıbovanın icraatında iddiaçı "Cavabdeh” ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə 2(010)-136/2021 saylı mülki iş vardır və həmin iş üzrə icraat dayandırılmışdır. Həmin iddia tələbləri ilə bağlı bildirilir ki, qeyd olunan iddialar üzrə mülki işlər bir icraatda birləşdirilməlidir. Göstərilənlərə əsasən məhkəmənin icraatında olan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqaviləsinin, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın yüklülüyündən azad olunması» tələbinə dair iddia ərizəsi üzrə 2(006)- 1162/2021 saylı mülki işin və iddiaçı "Cavabdeh” ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə Suraxanı rayon məhkəməsinin icraatında olan 2(010)-136/2021 saylı mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 yuxarıda qeyd olunan məzmunda izahat verərək, vəsatətin təmin edilməsini xahiş etmişdir. İddiaçıya və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh ASC-nin nümayəndəsinin izahatını dinləyib, ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2020-ci il tarixli iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi və s.” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-2476/2020 saylı qərardadından (hakim Leyla Talıbova) görünür ki, iddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddiası ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2020-ci il tarixə, saat 12:30-a təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2020-ci il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-5871/2020 saylı qərardadından (hakim Cəmilə Musayeva) görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2020-ci il tarixə, saat 17:05-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 44.2.6-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırkı iş üzrə cavabdehin işlərə birgə baxılmasına dair xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-136/2021 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1162/2021 saylı mülki işdən daha əvvəl icraata götürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, hazırda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(006)-1162/2021 saylı mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı "Cavabdeh” ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair 2(010)-136/2021 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalı və bu məqsədlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1162/2021 saylı mülki iş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43, 44, 184, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(006)-1162/2021 saylı mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı "Cavabdeh” ASC-nin cavabdeh Məmmədova (Maksimova) Lalə Maksim qızına qarşı “məhkəmə əmri ilə tutulmuş borcun ipoteka predmetinə yönəldilməsi və s." tələbinə dair 2(010)-136/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1162/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1162/2021
16.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver