Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1174/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.03.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMAN LED televizor 724,8 (yeddi yüz iyirmi dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 0 manat cərimə, 15.05.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********61955 və **********76765 olan iki ədəd Nokia 105 dual markalı telefon üçün 69 (altmış doqquz manat) ödənilməmiş hissə,0 manat cərimə, 15.05.2020-ci iı tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********20214 Samsung Galaxy A10S markalı telefon üçün 404,2 (dörd yüz dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 0 manat cərimə, 22.05.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********35764 X1 9S markalı telefon üçün 164 (bir yüz altmış dörd) manat ödənilməmiş hissə, 0 manat cərimə məbləğində, cəmi 1362 (bir min üç yüz altmış iki) manat borcun və 33,62 (otuz üç manat, altmış iki qəpik) dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26.03.2020-ci il, 15.05.2020-ci il, 15.05.2020-ci il və 22.05.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMAN LED televizor, İMEİ Kodu **********61955 və **********76765 olan iki ədəd Nokia 105 dual markalı telefon, İMEİ Kodu **********20214 Samsung Galaxy A10S markalı telefon, , İMEİ Kodu **********35764 X1 9S markalı telefon almış və nəticədə 1326 (min üç yüz iyirmi altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 790,8 (yeddi yüz doxsan manat, səksən qəpik) manat (12 ay x 65,9 manat + 0 manat ilkin ödəniş), HOFFMAN LED televizor üçün ümumilikdə, 724,8 (yeddi yüz iyirmi dörd manat, səksən qəpik) manat olmaqla, ondan 724,8 (yeddi yüz iyirmi dörd manat, səksən qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə, 15.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 144 (bir yüz qırx dörd) manat (6 ay x 24 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********61955 və **********76765 olan iki ədəd Nokia 105 dual markalı telefon üçün ümumilikdə, 69 (altmış doqquz manat olmaqla ondan, 69 (altmış doqquz manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə, 15.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-saqı qiyməti 499,5 (dörd yüz doxsan doqquz manat, əlli qəpik) manat (9 ay x 55,5 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********20214 Samsung Galaxy A10s markalı telefon üçün ümumilikdə, 404,2 (dörd yüz dörd manat, iyirmi qəpik) manat olmaqla ondan, 404,2 (dörd yüz dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəş olunaraq 0 manat cərimə, 22.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat (12 ay x 57 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********35764 X1 9 S markal telefon üçün ümumilikdə 164 (bir yüz altmış dörd) manat olmaqla ondan, 164 (bir yüz altmış dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat miqdarında cərimə, ümumilikdə, 756,3 (yeddi yüz əlli altı manat, otuz qəpik) manat miqdarında borcuyaranmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: 26.03.2020-ci il tarixli müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC «HOFFMAN LED» markalı televizor üçün 0 manat ilkin ödənişlə, 12 ay müddətinə, hər ay 65,9 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 15.05.2020-ci il tarixli müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC İMEİ Kodu **********61955 və **********76765 olan iki ədəd Nokia 105 dual markalı telefon üçün 0 manat ilkin ödənişlə, 6 ay müddətinə, hər ay 24 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 15.05.2020-ci il tarixli müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC İMEİ Kodu **********20214 Samsung Galaxy A10s markalı telefon üçün 0 manat ilkin ödənişlə, 9 ay müddətinə, hər ay 55,5 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 22.05.2020-ci il tarixli müqavilə, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC İMEİ Kodu **********35764 X1 9S telefon üçün 0 manat ilkin ödənişlə, 12 ay müddətinə, hər ay 57 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 24.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh 26.03.2020-ci il, 22.05.2020-ci il, 15.05.2020-ci il tarixli müqavilələri üzrə borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 14.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 26.03.2020-ci, 15.05.2020-ci, 22.05.2020-ci, tarixli müqavilələri üzə 100821-146448/10 saylı müddətli kredit müqaviləsi üzrə 09.12.2021-ci il tarixə 1407,47 manat əsas borc, 18,41 manat faiz borc, olmaqla, cəmi 1425,88 (bir min dörd yüz iyirmi beş manat, səksən səkkiz qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. 15.12.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 33.62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 424.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 424-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyanı qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 44.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 26.03.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN LED televizor üçün 724.80 manat ödənilməmiş hissə, 0 manat cərimə, 15.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61955 və **********76765 olan 2 ədəd Nokia 105 dual markalı telefon üçün 69 manat ödənilməmiş hissə, 0 manat cərimə, 15.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20214 Samsung Galaxy A10s markal telefon üçün 404.20 manat ödənilməmiş hissə, 0 manat cərimə, 22.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********35764 X1 9S markalı telefon üçün 164 manat ödənilməmiş hissə, 0 manat cərimə məbləğində borc, ümumilikdə 1362 manat borc və 33.62 (otuz üç manat, altmış iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC -nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 26.03.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN LED televizor üçün 724.80 manat ödənilməmiş hissə, 0 manat cərimə, 15.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61955 və **********76765 olan 2 ədəd Nokia 105 dual markalı telefon üçün 69 manat ödənilməmiş hissə, 0 manat cərimə, 15.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20214 Samsung Galaxy A10s markal telefon üçün 404.20 manat ödənilməmiş hissə, 0 manat cərimə, 22.05.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********35764 X1 9S markalı telefon üçün 164 manat ödənilməmiş hissə, 0 manat cərimə məbləğində borc, ümumilikdə 1362 manat borc və 33.62 (otuz üç manat, altmış iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1174/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1174/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver