Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1177/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 24.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********19395 olsn “Xiaomi Rcdmİ Note 7” markalı telefon, “X5” markalı qulaqlıq, “Mİ” markalı Power Bank, “4D Glass Full” markalı aksesuar üçün 76.5 (yetmiş altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə; 28.05.2020-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANN” markalı kondisioner üçün 335.5 (üç yüz otuz beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, 33 (otuz üç) manat cərimə; 27.02.2020-ci il tarixli müqaviləyə əsasən, “X4” markalı qulaqlıq, “X6” markalı aksesuar, “İntaleo Type-C” markalı kabel üçün 143 (on dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə; 15.07.2020-ci il tarixli müqaviləyə əsasən, “Xiaomi HAYLOU GT1 Pro” markalı qulaqlıq üçün 48.8 (qırx səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə; 04.08.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********55559 olan “X1” markalı telefon, “Xiaomi Redmi” markalı qulaqlıq üçün 416.3 (dörd yüz on aln manat, otuz qəpik) manat ödənilməmiş hissə, 41 (qırx bir) manat cərimə; 17.10.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********50486 olan “Samsung Galaxy A21s” markalı telefon, “X6” aksesuar üçün 431.2 (dörd yüz otuz bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 43.1 (qırx üç manat, on qəpik) manat cərimə; 03.11.2020-ci il tarixli müqaviləyə əsasən, “X7” markalı kompüter üçün 1903.3 (min doqquz yüz üç manat, otuz qəpik) manat ödənilməmiş hissə, 190 (yüz doxsan) manat cərimə hesablanmış və ümumilikdə, 3545 manat borc, 55.45 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM“ Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 24.07.2019cu il, 28,05.2020-ci il, 27.02.2020-ci il, 15.07.2020-ci il və 04.08.2020-ci il, 17.10.2020-ci il, 03.11.2020-cı il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********19395 olan “X3 7” markalı telefon, “X5” markalı qulaqlıq, “Mİ” markalı Power Bank, “4D Glass Full” markalı aksesuar, “HOFFMANN” markalı kondisioner, “X4” markalı qulaqlıq, “X6” markalı aksesuar, “İntalco Type-C” markalı kabel, “Xiaomi HAYLOU GT1 Pro” markalı qulaqlıq, İMEİ Kodu **********55559 olan “X2” markalı telefon, “Xiaomi Redmi” markalı qulaqlıq, İMEİ Kodu **********50486 olan “Samsung Galaxy A2ts” markalı telefon, “X6” markalı aksesuar, “X7” markalı kompüter almış və nəticədə 3545 (üç min beş yüz qırx beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 819 (səkkiz yüz on doqquz) manat (21 ay x 39 manat, 0 manat ilkin ödəniş) İMEİ Kodu **********19395 olan “X3 7” markalı telefon, “X5” markalı qulaqlıq, “Mİ” markalı Power Bank, “4D Glass Full” markalı aksesuar üçün ümumilikdə, 83.5 (səksən üç manat, əlli qəpik) manat olmaqla ondan, 76.5 (yetmiş altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 (yeddi) manat cərimə; 28.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 756.2 (yeddi yüz əlli altı manat, iyirmi qəpik) manat (18 ay x 42 manat + 0.2 manat ilkin ödəniş) “HOFFMANN” markalı kondisioner üçün ümumilikdə, 368.5 (üç yüz altmış səkkiz manat, əlli qəpik) manat olmaqla ondan, 335.5 (üç yüz otuz beş manat, əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 33 (otuz üç) manat cərimə; 27.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 93.6 (doxsan üç manat, altmış qəpik) manat (12 ay x 7.8 manat + 0 manat ilkin ödəniş) “X4” markalı qulaqlıq, “X6” markalı aksesuar, “İntalco Type-C” markalı kabel üçün ümumilikdə, 15.3 (on beş manat, otuz qəpik) manat olmaqla ondan, 14.3 (on dörd manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1 (bir) manat cərimə; 15.07.2020- ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 108 (yüz səkkiz) manat (12 ay x 9 manat + 0 manat ilkin ödəniş) “Xiaomi HAYLOU GT1 Pro” qulaqlıq üçün ümumilikdə, 52.8 (əlli iki manat, səksən qəpik) manat olmaqla ondan, 48.8 (qırx səkkiz manat, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 4 (dörd) manat cərimə; 04.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 556.8 (beş yüz əlli altı manat, səksən qəpik) manat (24 ay x 23.2 manat ~ 0 manat ilkin Ödəniş) İMEİ Kodu **********55559 olan “X2” markalı telefon, “Xiaomi Redmi” markalı qulaqlıq üçün ümumilikdə 457.3 (dörd yüz əlli yeddi manat, otuz qəpik) manat olmaqla ondan, 416.3 (dörd yüz on altı manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41 (qırx bir) manat cərimə; 17.10.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 599.2 (beş yüz doxsan doqquz manat, iyirmi qəpik) manat (18 ay x 30.9 manat + 43 manat ilkin ödəniş) İMEİ Kodu **********50486 olan “Samsung Galaxy A21s” markalı telefon, “X6” markalı aksesuar üçün ümumilikdə, 474.3 (dörd yüz yetmiş dörd manat, otuzn qəpik) manat olmaqla ondan, 431.2 (dörd yüz otuz bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.1 (qırx üç manat, on qəpik) manat cərimə; 03.11.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2296 (iki min iki yüz doxsan altı) manat (24 ay x 89.5 manat 148 manat ilkin ödəniş) olan “X7” markalı kompüter üçün ümumilikdə, 2093.3 (iki min doxsan üç manat, otuz qəpik) manat olmaqla ondan, 1903.3 (min doqquz yüz üç manat, otuz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 190 (yüz doxsan) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2002.9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 03.11.2020-ci il tarixdə ümumi dəyəri 2.296 manat təşkil edən “X7” markalı kompüter, 17.10.2020-ci il tarixdə ümumi dəyəri 599,2 manat təşkil edən İMEİ Kodu **********50486 olan “Samsung Galaxy A21s” markalı telefon, “X6” markalı aksesuar, 04.08.2020-ci il tarixdə ümumi dəyəri 556,8 manat təşkil edən İMEİ kodu **********55559 olan “X1” markalı telefon, “Xiaomi Redmi” markalı qulaqlıq, 15.07.2020-ci il tarixdə ümumi dəyəri 108 manat təşkil edən “Xiaomi HAYLOU GT1 Pro” markalı qulaqlıq, 27.02.2020-ci il tarixdə ümumi dəyəri 93,6 manat təşkil edən “X4” markalı qulaqlıq, “X6” markalı aksesuar, “İntaleo Type-C” markalı kabel, 28.05.2020ci il tarixdə ümumi dəyəri 756,2 manat təşkil edən “HOFFMANN” markalı kondisioner və 24.07.2019-cu il tarixdə ümumi dəyəri 819 manat təşkil edən İMEİ Kodu **********19395 olan “X3 7” markalı telefon, “X5” markalı qulaqlıq, “Mİ” markalı Power Bank, “4D Glass Full” markalı aksesuarın hissə-hissə ödəmək şərti ilə alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 24.07.2019-cu il, 28,05.2020-ci il, 27.02.2020ci il, 15.07.2020-ci il və 04.08.2020-ci il, 17.10.2020-ci il, 03.11.2020-cı il tarixli müqavilələrə əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 24.07.2019-cu il tarixli müqavilə üzrə 7 manat, 28.05.2020-ci il tarixli müqavilə üzrə 33 manat, 27.02.2020-ci il tarixli müqavilə üzrə 1 manat, 15.07.2020-ci il tarixli müqavilə üzrə 4 manat, 04.08.2020-ci il tarixli müqavilə üzrə 41 manat, 17.10.2020-ci il tarixli müqavilə üzrə 43,1 manat və 28.09.2019cu il tarixli müqavilə üzrə 190 manat təşkil edir. 03.11.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 22014985 nömrəli müqaviləyə əsasən “X7” markalı kompüteri tam qüsursuz halda təhvil almışdır. 17.10.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 21255317 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********50486 olan “Samsung Galaxy A21s” markalı telefonu və “X6” markalı aksesuarı tam qüsursuz halda təhvil almışdır. 04.08.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 21053831 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********55559 olan “Samsung Galaxy A11” markalı telefonu və “Xiaomi Redmi” markalı qulaqlığı tam qüsursuz halda təhvil almışdır. 15.07.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 21023182 nömrəli müqaviləyə əsasən “Xiaomi HAYLOU GT1 Pro” markalı qulaqlığı tam qüsursuz halda təhvil almışdır. 27.02.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20131148 nömrəli müqaviləyə əsasən “X6” markal aksesuarı, “İntalco Type-C” markalı kabeli və “X4 Earbuds basic” markalı qulaqlığı tam qüsursuz halda təhvil almışdır. 28.05.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20315540 nömrəli müqaviləyə əsasən “HOFFMANN” markalı kondisioneri tam qüsursuz halda təhvil almışdır. 24.07.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00801844 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********19395 olan “X3 7” markalı telefon, “X5” markalı qulaqlığı, “Mİ Power Bank” və “4D Glass Full” markalı aksesuarı tam qüsursuz halda təhvil almışdır. 26.10.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 55,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələriə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 13.12.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 24.07.2019-cu il tarixli müqavilə üzrə 76,5 manat əsas borc, 7 manat cərimə borcu, 28.05.2020-ci il tarixli müqavilə üzrə 335,5 manat əsas borc, 33 manat cərimə borcu, 27.02.2020-ci il tarixli müqavilə üzrə 14,3 manat əsas borc, 1 manat cərimə borcu, 15.07.2020-ci il tarixli müqavilə üzrə 48,8 manat əsas borc, 4 manat cərimə borcu, 04.08.2020-ci il tarixli müqavilə üzrə 416,3 manat əsas borc, 41 manat cərimə borcu, 17.10.2020-ci il tarixli müqavilə üzrə 431,2 manat əsas borc, 43,1 manat cərimə borcu və 03.11.2020-ci il tarixli müqavilə üzrə 1.903,3 manat əsas borc, 190 manat cərimə borcu, ümumilikdə 3.545 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla nisyə alqı-satqı müqavilələri üzrə iddia ərizəsində qeyd edilən dəbbə pullarının tutulması ağlabatan və ədalətlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 24.07.2019-cu il tarixli müqavilə üzrə 76,5 manat əsas borc, 7 manat cərimə borcu, 28.05.2020-ci il tarixli müqavilə üzrə 335,5 manat əsas borc, 33 manat cərimə borcu, 27.02.2020-ci il tarixli müqavilə üzrə 14,3 manat əsas borc, 1 manat cərimə borcu, 15.07.2020-ci il tarixli müqavilə üzrə 48,8 manat əsas borc, 4 manat cərimə borcu, 04.08.2020-ci il tarixli müqavilə üzrə 416,3 manat əsas borc, 41 manat cərimə borcu, 17.10.2020-ci il tarixli müqavilə üzrə 431,2 manat əsas borc, 43,1 manat cərimə borcu və 03.11.2020-ci il tarixli müqavilə üzrə 1.903,3 manat əsas borc, 190 manat cərimə borcu, ümumilikdə 3.545 manat borc və dövlət rüsumu kimi ödənilmiş 55,45 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 24.07.2019-cu il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 76,5 manat, cərimə borcu üzrə 7 manat, 28.05.2020-ci tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 335,5 manat, cərimə borcu üzrə 33 manat, 27.02.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 14,3 manat, cərimə borcu üzrə 1 manat, 15.07.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 48,8 manat, cərimə borcu üzrə 4 manat, 04.08.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 416,3 manat, cərimə borcu üzrə 41 manat, 17.10.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 431,2 manat, cərimə borcu üzrə 43,1 manat və 03.11.2020-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 1.903,3 manat, cərimə borcu üzrə 190 manat və dövlət rüsumu kimi ödənilmiş 55,45 manat, ümumilikdə 3.600,45 (üç min altı yüz manat, qırx beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1177/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1177/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver