Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1177/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "ENERJİ MƏSƏLƏLƏRİNİ TƏNZİMLƏMƏ AGENTLİYİ" publik hüquqi şəxsi cəlb etməklə "aktın ləğv edilməsi və əsassız hesablanmış cərimənin silinməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "aktın ləğv edilməsi və əsassız hesablanmış cərimənin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC-nin Nizami rayon Elektrik Təchizatı və Satışı İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, R309221№-li aktın qanunsuz hesab edilməsi və 822,89 manat məbləğində cərimənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında pasport qeydiyyatındadır və həmin ünvanda da yaşayır. Göstərilən ünvanda yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə Azərişıq ASC-nin Nizami rayon Elektrik Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndis V.Bədəlov tərəfindən onların evin elektrik xəttinə baxış keçirilmiş və güya qanunsuz kənar xətt aşkarlanması barədə xx.xx.2023-cü il tarixli, 309221 R№-li akt tərtib edilmişdir. Nəticədə ona 822,89 manat cərimə yazılmışdır. Aşağıda göstərilənlərə əsasən tərtib olunmuş aktı və yazılmış cəriməni qanunsuz hesab edir: Onların mənzilinin elektrik şəbəkəsi kənar xəttdə qoşulmamışdır. Əgər qoşulmuş olsaydı nəzarətçi mühəndis S.Rüstəmov tərəfindən yoxlama aparılan vaxt həmin xəttdə enerji yükünün keçib-keçməməsinin yoxlanılması zamanı video görüntü vasitəsi ilə qeydə alınardı. Həmin kənar xəttdən istifadə etsəydik onların mənzilinin enerji sərfiyyatı sıfıra bərabər olardı. Cavabdeh tərəfindən orta aylıq enerji sərfiyyatının yoxlanışı zamanı bu fakt təsdiqlənilməmişdir. Akt onun iştirakı olmadan onların mənzilindən kənarda tərtib olunmuş, ona imzalamaq təklifi olunmamışdır. Yoxlama zamanı heç bir hal şahidi iştirak etmədiyi halda aktda Nuriyev soyadlı hal şahidinin adı keçmişdir. Akt ona bir müddət sonra təqdim edilmiş və bildirilmişdir ki, 1500 manat cərimə olunaq. Bundan əlavə bildirir ki, Azərişıq ASC-nin Nizami rayon Elektrik Təchizatı və Satışı İdarəsinin nəzarətçiləri tərəfindən hər ay onların mənzilinin elektrik xətlərinə baxış keçirilmişdir. Əgər həmin vaxt onların mənzilində kənar xətt olsaydı, bu onların mənzilinin enerji sərfiyyatında özünü biruzə vermiş olardı. "ENERJİ MƏSƏLƏLƏRİNİ TƏNZİMLƏMƏ AGENTLİYİ" publik hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan "ENERJİ MƏSƏLƏLƏRİNİ TƏNZİMLƏMƏ AGENTLİYİ" publik hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.ünvan 3ənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş abunə haqqında sənəddən görünür ki, Nizami rayonu, C.ünvan 3ənzil ünvanı üzrə **********50083 nömrəli abunə koduna 2000-2023-cü illər üzrə orta sərfiyyata əsasən borc hesablanmışdır. Abunə kodunun 839,69 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin 309221 №-li xx.xx.2023-cü il tarixli aktına əsasən abonent İddiaçı məxsus Hökməli qəsəbəsi (abonent kodu **********50083) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, mənzilə sayğacdan kənar xətt daxil olur. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. Həmin akta əsasən tərtib edilmiş icra vərəqəsindən görünür ki, İddiaçı 822,89 manat (600x0,08 + 300x0,09 + 5753x0,13) cərimə yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. İşin faktiki hallarından göründüyü kimi, borc müəyyən edilərkən qanunvericiliyin tələbləri pozulmuş, o cümlədən sayğacın zədələnməsi araşdılarkən və akt tərtib edilərkən, iddiaçı aktı imzalamaqdan imtina etmiş, lakin yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmamışdır. Belə olan halda, həmin akt iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Beləliklə akt əsasında iddiaçının abunə hesabına yazılmış borc qanunun tələbləri pozulmaqla yazıldığı üçün həmin borcun İddiaçı abunə hesabından silinməsi barədə tələb əsaslı hesab edilməli, 822, 89 manat borc iddiaçının abunə hesabından silinməlidir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən mütəxəssisin iştirakının təmin edilməsi və məhkəməyə əlavə sübutların (diskin) təqdim edilməsi üçün vaxt verilmiş, lakin cavabdeh tərəfindən heç biri təmin edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara tərəflərin izahatları ilə birgə məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, R309221№-li akt əsasında "xxxx" ASC tərəfindən əsassız yazılmış 822, 89 manat məbləğində borc İddiaçı adına olan **********50083 saylı abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, R309221№-li akt əsasında "xxxx" ASC tərəfindən əsassız yazılmış 822, 89 (səkkiz yüz iyirmi iki manat, səksən doqquz qəpik) manat məbləğində borc İddiaçı adına olan **********50083 saylı abunə hesabından silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1177/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1177/2024
26.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver