Məhkəmə qərarları › İş №2(006)-1198/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1198/2025

22.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1198/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat ofisinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 17 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsi etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Ərizəsini onunla əsaslandırdı ki, iddianın əsası kimi daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanarkən, iş üzrə İddiaçı razılığı olmadığını ümumiyyətlə həmin mənzillərin başqa şəxslərin adına rəsmiləşdirilməsi barədə məlumatdan ümumiyyətlə xəbəri olmadığı qeyd olunmuşdur. Eyni zamanda qeyd etmək istəmişdir ki, belə bir halın baş verməsi iddiaçının həyat yoldaşı olan-Cavabdeh1 və nəvələri - cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə aralarında olan münasibətlərin kəskinləşməsinə səbəb olmuşdur. Xüsusəndə onun xəbəri və məlumatı olmadan belə bir əməliyyatın aparılmasından sonra nəvələrinin ona və digər cavabdeh - nənələri Cavabdeh1 qarşı soyuq münasibət bəsləməsi, saymazlıq nümayiş edirmələri, onlara hörmətsizlik və diqqətsizlik göstərmələri, ailə tədbirlərində belə onların iştiraklarına məhdudiyyət yaratmaqları İddiaçı belə bir iddia qaldırmağa məcbur etmişdir. Lakin, bununla belə, cavabdehlərin doğma həyat yoldaşı və nəvələri olması yenədə İddiaçı mərhəmət hissləri yaradaraq onlara güzəştdə getməyə sövq etmiş, bir daha onlara şans verərək münasibətlərində olan gərginliyin aradan qalxmasına dair imkanların hələdə tükənmədiyi anlamına gətirmişdir. Hesab edir ki, belə bir vəziyyətdə, yəni mehribanlıq münasibətlərinin bərpasına dair addımların atılmasına cəhdlərin göstərildiyi bir məqamda həmin şəxlərə qarşı məhkəmə icraatında idda ərizəsinin mövcudluğu münasibətlərin bərpasına dair cəhdlərin mənfi nəticələnməsinə səbəb ola bilər və bu halda iddiaçı tərəfindən iddia ərizəsinin geri götürülməsi daha məqsədəuyğundur. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 işin mahiyyəti üzrə həll olunmasını xahiş etdi. Digər cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayara, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, tərəflərin yaxın qohum olmasını nəzərə alaraq onların münasibətlərində olan gərginliyin aradan qalxmasına, aralarında olan mübahisənin barışıq yolu ilə həll edilməsinə şəraitin yaradılması üçün, iddiaçının mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla həmçinin iddia verildiyi anda və mübahisənin məhkəmədə baxıldığı anda olduğu kimi cavabdehlərin mövcud əmlak vəziyyəti dəyişmir, maddi məhrumiyyətə məruz qalmırlar. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar