Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1204/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və son haqq-hesab” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və son haqq-hesab” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (VÖEN **********) və sahibindən sənədlərin tələb edilərək, sübuta yetirilib cərimə yazılması və əmək qanunvericiliyinə uyğun olaraq ona düşən əmək haqqı və son haqq-hesabın ödətdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi (təsisçisi və icraçı direktoru) X2 tərəfindən məhkəməyə vəsatət ünvanlanıb bildirilmişdir ki, İddiaçı təsisçisi və direktoru olduğu Cavabdeh MMC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizələri ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, 2(006)-5913/2024 saylı mülki iş Nail Abbasovun icraatında olmaqla, hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 11:45-ə təyin olunmuşdur. 2(006)-5912/2024 saylı mülki iş üzrə isə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 15:30-a təyin olunmuşdur. O, iddia ərizələrində cavabdeh qismində qeyd olunan hər iki şirkətin təsisçisi və direktorudur. Hesab edir ki, hər iki işə bir icraatda baxılması məqsədəmüvafiqdir. Göstərilənlərin nəzərə alınıb, sözügedən işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (təsisçisi və direktoru) X2 məhkəməyə ünvanlamış olduğu vəsatəti müdafiə edərək, təmin edilməsini və göstərilən işlərin bir icraatda birləşdirilib baxılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı tərəf olduğu işlərin bir icraatda birləşdirilib baxılmasına etirazının olmadığını bildirdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, cavabdeh tərəfin vəsatətini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və son haqq-hesab” tələbinə dair iddiası üzrə 2(006)- 1204/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddiası üzrə 2(006)-1205/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 5913/2024 saylı qərardadı ilə (hakim Nail Abbasov) İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 11:50-yə təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-5912/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və son haqq-hesab” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 15:30-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, işin ilkin araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ayrı-ayrılıqda Cavabdeh MMC və "xxxx" MMC-yə qarşı iddia tələbləri irəli sürməklə ödənilməmiş əmək haqqı və son haqq-hesabı tələb etmişdir. Hər iki iddia tələbi ilə aydın olur ki, iddiaçı ilə eyni tarixdə - xx.xx.2023-cü il tarixdə həm Cavabdeh MMC, həm də "xxxx" MMC ilə əmək müqaviləsi imzalanmış, İddiaçı Cavabdeh MMC-də “baş mühasib”, "xxxx" MMC-də isə əlavə iş yeri olaraq “baş mühasib” qismində işə qəbul edilmişdir. İddiaçı ilə əmək müqaviləsinə eyni gündə və eyni əsasla xitam verilmişdir. Məhkəmənin qənaətinə görə hər iki iddia tələbinin bağlılığı işin halları ilə müəyyən olunur. Bu səbəbdən sözügedən işlərə bir icraatda baxılıb qiymət verilməsi məqsədəmüvafiq hesab edilir. Belə olan halda vəsatət təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqı və son haqqhesab” tələbinə dair iddiası üzrə 2(006)-1204/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddiası üzrə 2(006)-1205/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMCyə qarşı “ödənilməmiş əmək haqqı və son haqq-hesab” tələbinə dair iddiası üzrə 2(006)- 1204/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddiası üzrə 2(006)-1205/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1204/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1204/2025
15.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver