Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1206/2025 04.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 05 mart 1996-cı il tarixli, 290 nömrəli sərəncam siyahısından çıxarışın, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 05 mart 1996-cı il tarixli, 290 nömrəli qərarına əsasən Novxanı bağlar sahəsində 95 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 116 T nömrəli bağ sahəsinin ayrılması barədə 4 nömrəli orderin və Bağlar Təsərrüfatı İdarəsinin 32644 nömrəli qəbzinin Ərizəçi məxsus əmlak olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 05 mart 1996-cı il tarixli, 290 nömrəli qərarına əsasən Novxanı bağlar sahəsində 95 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 116 T nömrəli bağ sahəsinin ayrılması barədə 4 nömrəli order Ərizəçi verilmişdir. Adıçəkilən bağ sahəsinin sərhədləri müəyyən edilmiş, naturadan ayrılaraq Ərizəçi istifadəsinə verilmişdir. Qeyd etmək istəmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 05 man 1996-cı il tarixli, 290 nömrəli qərarına əsasən Novxanı bağlar sahəsində 95 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 116 T nömrəli bağ sahəsinin plan və ölçüsünü hazırlanması, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətinə imtina cavabı verilmişdir. Belə ki, imtina cavabında göstərilmişdir ki, idarəninin arxiv məlumatlarına əsasən xx.xx.1996-cı il tarixli 290 nömrəli sərəncam siyahısında 95 nömrəli Bağlar Tikinti Kooperativi tərkibində 116 nömrəli bağ Səfərov B.Y adına qeyd edilmişdir. Beləliklə, cavabda Bağlar Təsərrüfatı İdarəsinin 05 mart 1996-cı il tarixli, 290 nömrəli sərəncam siyahısında adın Səfərov B.Y kimi qeyd edilməsi göstərilməklə imtina edilmişdir. Bağlar Təsərrüfatı İdarəsinin 05 mart 1996-cı il tarixli, 290 nömrəli sərəncam siyahısında adın Səfərov B.Y kimi qeyd edilməsi Ərizəçi öz mülkiyyət hüquqlarını həyata keçirməsi baxımından maneə yaratmışdır. Qeyd etmək istəmişdir ki, Ərizəçi tərəfindən Bakı İnzibati Məhkəməsinə də Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 05 mart 1996-cı il tarixli, 290 nömrəli qərarına əsasən Novxanı bağlar sahəsində 95 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 116 T nömrəli bağ sahəsinin plan və ölçüsünü hazırlanması, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrındə qeydiyyata alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair müraciət edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 05 mart 1996-cı il tarixli, 290 nömrəli qərarına əsasən Novxanı bağlar sahəsində 95 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 116 T nömrəli bağ sahəsinin ayrılması barədə 4 nömrəli orderində ərizəçinin adı doğru yazılmış, Ərizəçi olaraq göstərilmişdir. Ancaq qeyd edilən order üzrə ödəniş 28 mart 1996-cı il tarixli qəbzdə və Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 290 saylı sərəncam siyahısında ərziəçinin adı səhvən “ƏrizəçiY” əvəzinə “Səfərov B.Y” olaraq yazılmışdır. Təqdim edilən sənədlərin surətindən də görünür ki, ərziəçinin adı Ərizəçidir, sərəncam siyahısında səhvən Səfərov B.Y kimi yazılmışdır. Belə ki, ƏrizəçiY kimi yazılmalı olduğu halda, Səfərov B.Y kimi yazılmışdır. Həmçinin qeyd etmişdir ki, 28 ildir ki, həmin torpaq sahəsindən ərizəçi istifadə etmiş, bütün kommunalar işıq, qaz, su ərizəçinin adınadır. Göstərilən səbəblərdən lazımi rəsmiləşmənin aparılması mümkün olmamışdır. Faktın müəyyən olunması onlara torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar lazımdır. Onlar faktı başqa qaydada təsdiq etdirə bilmədikləri üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bu uyğunsuzluq əmlakla bağlı hüquqlarını həyata keçirməklərinə maneə yaratmışdır. Bütün bunlara əsasən şəxslərin adında olunması zərurəti vardır. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək, Novxanı bağlar sahəsində 95 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 116 T nömrəli bağ sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 05 mart 1996-cı il tarixli, 290 nömrəli sərəncam siyahısından çıxarışda B.Ərizəçi kimi göstərilən şəxsin AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi üzrə Ərizəçi ilə eyni şəxs olması, B.Ərizəçi adına verilmiş Bağlar Təsərrüfatı İdarəsinin 32644 nömrəli qəbzinin Ərizəçi məxsus əmlak olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə Ərizəçi Bakı şəhəri, Novxanı bağlar sahəsindəki 95 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 116 T nömrəli bağ sahəsi ilə bağlı 4№li order verilmişdir. İş materiallarında olan Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş 32650 saylı qəbzin surətindən görünür ki, həmin qəbz “Səfərov B.Y” kimi göstərilmiş şəxsə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli, 290 saylı sərəncamı ilə Ərizəçi adına 95 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində 0.12 hektar torpaq sahəsi olan 116/T saylı bağ sahəsinin ayrılmasına dair sənəd idarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan ASAN 1 tərəfindən verilmiş AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi Bərdə şəhərində doğulmuşdur. İş materiallarından görünür ki, Bakı şəhər İcra Başçısı tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” sərəncamla Novxanıdakı 116№li bağ 95 №li BTK tərkibində B.Y.Səfərovun istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan iddiaçının qonşuları X4 (Ş/V AA4576139), X3 (Ş/V AZE ********) və X1 (Ş/V AA4862606) tərəfindən məhkəməyə ayrı-ayrılıqda ünvanlanmış ərizələrində Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində 0.12 hektar torpaq sahəsi olan 116/T saylı bağ sahəsinin yeganə sahibi və sakini olmasını öz imzaları ilə təsdiq etmişlər. Göründüyü kimi, şəxsi mülkiyyət hüququ ilə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 4№li orderlə Bakı şəhəri, Novxanı bağlar sahəsindəki 95 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 116 T nömrəli bağ sahəsinin “Ərizəçi” verilməsi göstərilsə də, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş 32650 saylı qəbzin və Bakı şəhər İcra Başçısı tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” sərəncamda sözügedən əmlakın “Səfərov B.Y” kimi göstərilmiş şəxsin istifadəsinə verilməsi qeyd edilmişdir. ASAN 1 tərəfindən verilmiş AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsində iddiaçı «Ərizəçi» kimi əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hazırki iş üzrə ərizəçiyə mülkiyyət hüququna dair həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi göstərilən sənəddə həmin torpaq sahəsinə dair onun hüquqlarını reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənəddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən fakt müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Bu əsasla məhkəmə həmçinin hesab edir ki, sözügedən əmlakın Ərizəçi məxsus olması hüquqi əhəmiyyəti olan fakt kimi qiymətləndirilə bilən məsələyə aid edilmədiyindən, məhkəmə yalnız əmlakla bağlı sənədin məxsusluğunu müəyyən etməli olduğundan qeyd edilən hissədə ərizə əsassız olduğu üçün təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə “Səfərov B.Y”-ya verilmiş 32650 saylı qəbzin Ərizəçi aid olması, Bakı şəhər İcra Başçısının xx.xx.1996-cı il tarixli “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” Novxanı bağlar sahəsində 95 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 116 T nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair sərəncamında “B.Y.Səfərovun” ASAN 1 tərəfindən verilmiş AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsində göstərilən xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi ilə eyni şəxs olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə “Səfərov B.Y”-ya verilmiş 32650 saylı qəbzin Ərizəçi aid olması faktı müəyyən edilsin. Bakı şəhər İcra Başçısının xx.xx.1996-cı il tarixli “Bağ sahələrinin ayrılması və ada keçirilməsi barədə” Novxanı bağlar sahəsində 95 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 116 T nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair sərəncamında “B.Y.Səfərovun” ASAN 1 tərəfindən verilmiş AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsində göstərilən xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi ilə eyni şəxs olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1206/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1206/2025
04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver