Məhkəmə qərarları › İş №2(006)-1209/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1209/2025

12.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1209/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Nəsimi rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Nəsimi rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası - 17 sentyabr 1946-cı il tarixdə Bakı şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda ünvan 1 ünvanda yaşayır. X4 onunla eyni ünvanda qeydiyyatda olmaqla, onunla birlikdə yaşayır və atasına ondan başqa baxan şəxs yoxdur. X4 müxtəlif xəstəliklərdən əziyyət çəkir. Atası hal-hazırda sağ tərəfli iflicdir, yataq xəstəsidir, danışıq və nitq qabiliyyətini tamamilə itirmişdir. Həmçinin insult keçirmişdir. Buna dair müvafiq tibbi sənədlər var. Atası hazırda özünü idarə edə bilmir. Həmçinin o, müalicəsi dövründə başqa əhəmiyyətli qərarlar qəbul edə, hüquqlarından istifadə edə, hətta müstəqil hərəkət edə bilmir. Onun mənafeyi naminə qəyyumun təyin edilməsi olduqca əhəmiyyətlidir. Köməksiz vəziyyətdə olduğuna onun daimi nəzarət altında olmaqla yardıma ehtiyacı vardır. Bu səbəbdən, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X10 məhkəmə iclasında bildirdi ki, X4 insult keçirmişdir. Anlaqlı olsa da, lakin hərəkət edə bilmir. Hal-hazırda atasına bacısı qulluq edir. X2 məhkəmə iclasında bildirdi ki, X6 qızıdır. Atası paraliç olub və insult keçirib. Gəzə bilmir. Anlaqlıdır, lakin danışa bilmir. X3 məhkəmə iclasında bildirdi ki, X6 qızıdır. Atası insult keçirmişdir. Gəzə bilmir. Anlaqlı olsa da, danışa bilmir. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, 17 sentyabr 1946-cı il tarixdə Bakı şəhərində doğulmuş X11 ərizəçi - xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi atasıdır (əsas: xx.xx.1998-ci il tarixdə verilmiş XXİ-JQ seriyalı 328790 saylı doğum haqqında şəhadətnamə). xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş tibbi sənədlərlə (20 saylı Poliklinika tərəfindən verilmiş ambulator tibbi kitabça, tibbi kitabçadan köçürülmüş epikriz, ambulator tibbi kitabçadan (xəstəlik tarixindən çıxarış) tanış olduqdan sonra, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nin xx.xx.2025-ci il tarixli 1504 saylı rəyindən görünür ki, X7 damar mənşəli (keçirilmiş insult nəticəsində) demensiya (ağıl zəifliyi) (F01) müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onun öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən də göründüyü kimi, X1 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 sentyabr 1946-cı il tarixdə Bakı şəhərində doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar