Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-122/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, cavabdeh Bank «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3, Bank «xxxx» ASC-yə və Cavabdeh1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Bank «xxxx» ASC-yə və Cavabdeh1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı «kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank «xxxx» ASC-nin Əcəmi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMN-00018-14/16A saylı kredit müqaviləsinin ləğv olunması, həmin kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə olan 32892,39 manat əsas, 6016,13 manat faiz, 1355,26 manat dəbbə pulunun, 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının, cəmi 40.263,78 manatın və 30,40 manat məbləğin Cavabdeh1 iddiaçının xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanan xx.xx.2016-cı il tarixli, SMMG-00018-14/16A saylı ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, həmin əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, qalan məbləğin Cavabdeh1 tutulması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-4514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən isə iddia qismən təmin olunaraq, iddiaçı Bank «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMN-00018/14/16A saylı kredit müqaviləsinin ləğv olunması, Cavabdeh1 iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə 32892,39 manat əsas, 6016,13 manat faiz, 100 manat cərimə, cəmi 39008,52 manat borcu, həmçinin 30,40 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin torpaq sahəsi və onun üzərində yerləşən evin ilkin satış qiyməti 70.000 manat məbləğində müəyyən edilərək açıq hərracd satılması, həmin daşınmaz əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh3 ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini tərk etməsi qərara alınmışdır. Hazırki iş üzrə cavabdehlər olan Bank «xxxx» ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMMG-00018-14/16A saylı üçtərəfli İpoteka müqaviləsinə əsasən iddiaçının həyat yoldaşı Cavabdeh3 onun məlumatı olmadan, onların birgə mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə ipoteka müqaviləsi bağlanmış və nəticədə iddiaçının Azərbaycan Respublikası Konstitusiyası və digər qanunları ilə qorunan mülkiyyət hüququ pozulmuşdur. Cavabdehlərdən Bank «xxxx» ASC-nin əməkdaşları və Cavabdeh1 qabaqcadan əlaqə yaradaraq iddiaçının həyat yoldaşı Cavabdeh3 savadsızlığından istifadə etməklə onun sözügedən ipoteka müqaviləsini imzalamasına, habelə 200.000 manatdan artıq dəyəri olan əmlaka cəmi 70.000 manat qiymətləndirilməsinə nail olmuşlar. İş üzrə cavabdeh olan Cavabdeh3 ilə iddiaçı arasında xx.xx.1987-ci il tarixdə rəsmi nikah bağlanmışdır və sözügedən daşınmaz əmlak, yəni ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi birgə nikah dövründə, yəni xx.xx.2016-cı il ildə əldə edilmişdir (xx.xx.2016-cı il tarixli, RX ******* seriya nömrəli, **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 147 nömrəli reyetsr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınan çıxarışla). Hal-hazırki iş üzrə cavabdehlər olan Bank «xxxx» ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli SMMG-00018- 14/16A saylı üçtərəfli İpoteka müqaviləsi iddiaçının razılığı olmadan həyat yoldaşı Cavabdeh3 tərəfindən imzalandığı və bağlandığı üçün etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi, Bank «xxxx» ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, SMMG-00018-14/16A saylı üçtərəfli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bank «xxxx» ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək öz izahatındla göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab ediləsi üçün heç bir hüquqi əsas mövcud deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş kserosurətinə əsasən Cavabdeh3 ilə X5 arasında xx.xx.1987-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1045 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan «Borc verən» qismində Bank «xxxx» ASC ilə «Borc alan» qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli SMN-00018-14/16A No-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə istifadə etmək üçün 24 ay müddətinə, illik 23%-lə, 34.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “İpoteka saxlayan” qismində Bank «xxxx» ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh3 və “Borcalan” qismində Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli SMMG-00018-14/16A No-li üç tərəfli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış xx.xx.2016-cı il tarixli SMN-00018- 14/16A saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 1.2-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş ipoteka predmeti tərəflərin razılığı ilə 76500 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-4514/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Bank «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli SMN-00018-14/16A saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçı Bank «xxxx» ASC-nin xeyrinə cəmi 39008,52 manat borcu və 30,40 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan həmin torpaq sahəsi və onun üzərində yerləşən ev ilkin satış qiyməti 70.000 manat müəyyən edilərək açıq hərracda satılması, həmin daşınmaz əmlakın əmlakın satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan bir ay sonra Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və üzərinlə yerləşən fərdi yaşayış evini tərk etməsi, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən notariat kontoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, əri Cavabdeh3 məxsus ünvan 1ində yerləşən ümumi sahəsi 201,5 kv.m. olan fərdi yaşayış evini və mülkiyyətində olan 0,12 ha torpaq sahəsini «xxxx Bank» ASC-də girov (ipoteka) qoyulmasına etiraz etməmişdir. İş üzrə təyin edilmiş xx.xx.2021-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertiza rəyindən görünür ki, mülki işin 15-ci vərəqəsində İddiaçı adına olan xx.xx.2016-cı il tarixli 7E-33667 reyestr nömrəli əmlakın ipotekaya qoyulmasına dair razılıq ərizəsində «İddiaçı» qrafasındakı imza və «Гулйева» yazısı – İddiaçı tərəfindən icra olunmuşdur. Hazırda iddiaçı, Bank «xxxx» ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli SMMG-00018-14/16A saylı üçtərəfli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini istəyir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia ərizəsindən göründüyü kimi müqavilənin etibarsızlığının əsası kimi iddiaçı tərəfindən müqavilə bağlanan zaman onun yazılı razlıq ərizəsinin alınmaması göstərilmişdir. Məhkəmə tərəfindən həmin halın araşdırılması üçün mübahisə predmeti olan ipoteka müqaviləsinin bağlandığı notariat kontoruna sorğu ilə müraciət edilmiş və həmin notariat işi məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin və yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair yazılı razılıq ərizəsi tərtib edilmiş və iddiçı tərəfindən həmin ərizə imzalanmışdır. Məhkəmə həmin notariat işindəki imzanın iddiaçı tərəfindən icra edilib-edilməməsi məsələsini araşdırmaq üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, mübahisə predmeti olan ipoteka müqaviləsi bağlanan zaman iddiaçı tərəfindən həmin torpaq sahəsinin və yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair tərtib edilmiş yazılı razılıq ərizəsi onun imzası ilə icra edilmişdir. Göründüyü kimi mübahisə predmeti olan ipoteka müqaviləsinin etibarsızlığı üçün iddiaçının göstərdiyi əsaslar sübuta yetirilməmişdir. Məhkəmə həmçinin Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxx 2015-ci il tarixli qərarını əsas gətirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov(ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz kimi hüquqi mövqe ortaya qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əqdin etibarsızlığı barədə iddia vermək üçün nəzərdə tutulmuş 1 (bir) illik müddətdə keçmişdir. Etibarsız əqdlərdə müddət iddia müddəti kimi deyil kəsici müddət kimi götürüldüyündən əqdin imzalandığı andan müddət axımı başlayır ki, bu müddətdə xx xxxx 2016-cı il tarixdən hesablanmaqla artıq üzərindən 3 (üç) ilə yaxın müddət keçmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi üzrə mübahisəli ipoteka müqaviləsini mübahisələndirsə də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı ipoteka müqaviləsinin bağlanılmasından onun xəbərinin olmadığını və müqavilənin bağlanmasına razılığının alınmadığını, ona görə də ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarında olan ekspert rəyindən görünür ki, İddiaçı adından olan xx xxxx 2016-cı il tarixli torpaq sahəsinin və evin ipoteka ilə yüklü edilməsinə dair razılıq ərizəsindəki imza İddiaçı tərəfindən icra olunmuşdur. Göründüyü kimi, mübahisələndirilən ipoteka müqaviləsinin bağlanılmasından iddiaçının məlumatı olmuş və o, qeyd olunan torpaq sahəsinin və evin ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Bank «xxxx» ASC-yə və Cavabdeh1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat İddiaçı tutularaq VÖEN **********, AZ43CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərcləri ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Bank «xxxx» ASC-yə və Cavabdeh1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq VÖEN **********, AZ43CTRE********************, X3, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-122/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-122/2021
31.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver