Məhkəmə qərarları › İş №2(006)-1224/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1224/2020

31.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1224/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh “xxxxxxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər “xxxxxxxx” (Azərbaycan) ASC-yə, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxx” (Azərbaycan) ASC-yə, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövləət Komitəsi yanında DƏDRX-nə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus olan ünvan 1 giriş 2 ünvanında yerləşən 175,1 kv.m ümumi, 109,5 kv.m yaşayış, 65,6 k.m yarımçı sahədən ibarət 4 otaqlı 34 saylı mənzil (sonrdan mübahisəli mənzil) xx.xx.2013-cü il tarixli, 120897- NEDV İJ-2231 saylı İpoteka müqaviləsinə əsasən “xxxxxxxx” ASC qarşısında yüklü edilmişdir. Mənzil atası Cavabdeh1 adına rəsmiləşdirilsə də faktiki olaraq həmin əmlak ona məxsusdur. Bu müqavilə bağlanan zaman ona bu barədə məlumat verilməmiş və əmlakı bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin mənzil onun tərəfindən alınmış, təmir edilmiş və hazırda da həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Ona məxsus olan əmlakın ipoteka qoyulmasına nə onun nə də həyat yoldaşının razılığı alınmamışdır. Bunlardan başqa ipoteka qoyana və Banka dəfələrlə müraciət edərək ipoteka müqaviləsinin surətinin onlara verilməsini xahiş etsələr də bu müqavilə onlara verilməmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi ipoteka müqaviləsi tələblərə uyğun bağlanılmamış, mənzildə yaşayanların razılığı alınmamış və onalara ümumiyyətlə bu barədə heç bir məlumat verilməmişdir. Göstərilənlrə əsasən “xxxxxxxx” ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 12897-NEDV İJ-2231 saylı ipoteka müqailəsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına iddiaçı rəsmi qaydada məlumatlandırılaraq çağırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Lakin cavabdeh işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianı müddətin tətbiq edilməsi barədə ərizə verməklə rədd edilməsini xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxıılmasını mümkün hesab etdi. Məhkəmə iclasının yeri vaxtı barədə digər cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX lazımi qaydada xəbərdar olmalaarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Odur ki, məhkəmə işə digər cavabdehlərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinin RX seriyalı, ******* nömrəli, 08..22013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-7112/2018 saylı qərarından görünür ki, xx.xx.2013-cü il tarixli, 120897-NEDV İJ-2231 saylı “daşınmaz əmlak ipoteka müqaviləsi” ilə Baş kredit razılaşmasından irəli gələn öhdəliklərin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus mübahisəli mənzil ipotekaya qoyulmuşdur. Adıçəkilən qərar ilə Baş kredit razılaşmasından irəli gələn öhdəliklərin təminatı kimi borcun tutulması ipoteka predmeti kimi mübahisəli mənzilə yönəldilmişdir. Hazırda iddiaçı, “xxxxxxxx” ASC ilə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsini istəyir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə görə Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz”. Göründüyü kimi qanunvericilikdə mülkiyyətçi tərəfindən ona məxsus əmlakın ipoteka və ya girov qoyulması zamanı həmin ünvanda yaşayan və yetkinlik yaşına çatmış şəxslərin razılığının alınmasına zərurət olmadığı qanunvericilikdə müəyyən edilmişdir. Belə ki, mülkiyyətdə olan daınmaz əmlakın girov və ya ipoteka ilə yüklü edilməsi onnun özgəninkiləşdirilməsi anlamına gəlmir. Bu əsasdan ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınması şərtini qanunvericilik istisna edir. Görünüdüy kimi bu əsasa istinad etməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi yol verilməzdir. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət ediməsi üçün subyektiv hüquq mövcud deyil. Belə ki, işmateriallarından da göründüyü kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak iddiaçının mülkiyyətində deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, «VTB» X4 X1 Zeynal oğlunun iddiasına cavab verməli olan şəxs olmamışdır. Məhkəmə qeyd etməyi zəruru hesab edir ki, nə qədər ki, mülki iş üzrə iddiaçının subyektiv hüququ olmamışdır, iddia müddətinin tətbiq edilməsinə də zərurət yaranmamış və əlavə araşdırmağa ehtiyac qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “xxxxxxxx” (Azərbaycan) ASC-yə, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövləət Komitəsi yanında DƏDRX-nə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxx” (Azərbaycan) ASC-yə, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövləət Komitəsi yanında DƏDRX-nə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar