Məhkəmə qərarları › İş №2(006)-1228/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1228/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1228/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.01.2020-ci il tarixli müqavilə üzrə Samsung LED markalı televizor üçün 283,8 (iki yüz səksən üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 28,2 (iyirmi səkkiz manat, iyirmi qəpik) manat cərimə, 17.05.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********46883 olan “X1 8” markalı telefon üçün 486 (dörd yüz səksən altı) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə, 24.06.2020-ci il tarixli müqaviləyə əsasən, “Uretan” markalı 2 ədəd döşək üçün 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, 08.09.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 5 markalı 2 ədəd qol saatı, QCY T8 TWS Smart Earbuds markalı 2 ədəd qulaqcıq üçün 301 (üç yüz bir manat) ödənilməmiş hissə, 30 manat cərimə ümumilikdə, 1447 manat borc və 34.47 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.01.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 1150,4 (bir min yüz əlli manat, qırx qəpik) manat olan Samsung LED markalı televizor üçün ümumilikdə 312 (üç yüz on iki) manat olmaqla, 283,8 (iki yüz səksən üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 28,2 (iyirmi səkkiz manat, iyirmi qəpik) manat cərimə, 17.05.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 729 (yeddi yüz iyirmi doqquz) manat, İMEİ Kodu **********46883 olan “X1 8” markalı telefon üçün ümumilikdə 534 (beş yüz otuz dörd) manat olmaqla, ondan 486 (dörd yüz səksən altı) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə, 24.06.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 295,2 (iki yüz doxsan beş manat, iyirmi qəpik) manat olan “Uretan” markalı 2 ədəd döşək üçün 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, 08.09.2020ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 446 (dörd yüz qırx altı) manat olan Xiaomi Mi band 5 markalı 2 ədəd qol saatı, QCY T8 TWS Smart Earbuds markalı 2 ədəd qulaqcıq üçün ümumilikdə 331 (üç yüz otuz bir) manat olmaqla, 301 (üç yüz bir manat) ödənilməmiş hissə, 30 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh cəmi ödədiyi məbləğ 1303,8 manatdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: 02.01.2020-ci il tarixli 20005886 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Samsung LED markalı televizoru 14 manat ilkin ödəniş, 12 ay müddətinə, hər ay 94,7 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 17.05.2020-ci il tarixli 20285174 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə “X1 8” markalı telefonu üçün 0 manat ilkin ödəniş, 18 ay müddətinə, hər ay 40,5 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 24.06.2020-ci il tarixli 20369378 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə “Uretan” döşək üçün 0 manat ilkin ödəniş,18 ay müddətinə, hər ay 16,4 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 08.09.2020-ci il tarixli 21150724 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Xiaomi Mi band 5 markalı 2 ədəd qol saatı, QCY T8 TWS Smart Earbuds markalı 2 ədəd qulaqcıq üçün 2 manat ilkin ödəniş ,12 ay müddətinə, hər ay 37 manat ödəniş etmək şərti ilə Cavabdeh satmışdır. 03.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh 02.01.2020-ci il, 17.05.2020-ci il, 24.06.2020-ci il, 08.09.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. 26.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 02.01.2020-ci il, 17.05.2020-ci il, 24.06.2020-ci il, 08.09.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə Cavabdeh cəmi 1447 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 03.11.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. 21.12.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 34,87 (otuz dörd manat, səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış, 02.01.2020-ci il, 17.05.2020-ci il, 24.06.2020-ci il, 08.09.2020-ci il tarixli müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 424.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 424-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh əşyanı qəbul etmiş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yəni, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 44.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək, Cavabdeh 02.01.2020-ci il tarixli müqavilə üzrə Samsung LED markalı televizor üçün 283,8 (iki yüz səksən üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 28,2 (iyirmi səkkiz manat, iyirmi qəpik) manat cərimə, 17.05.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********46883 olan “X1 8” markalı telefon üçün 486 (dörd yüz səksən altı) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə, 24.06.2020-ci il tarixli müqaviləyə əsasən, “Uretan” markalı 2 ədəd döşək üçün 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, 08.09.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 5 markalı 2 ədəd qol saatı, QCY T8 TWS Smart Earbuds markalı 2 ədəd qulaqcıq üçün 301 (üç yüz bir manat) ödənilməmiş hissə və 30 manat cərimə ümumilikdə, 1447 manat borc və 34.47 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6, və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 02.01.2020-ci il tarixli müqavilə üzrə Samsung LED markalı televizor üçün 283,8 (iki yüz səksən üç manat, səksən qəpik) manat ödənilməmiş hissə, 28,2 (iyirmi səkkiz manat, iyirmi qəpik) manat cərimə, 17.05.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********46883 olan “X1 8” markalı telefon üçün 486 (dörd yüz səksən altı) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə, 24.06.2020-ci il tarixli müqaviləyə əsasən, “Uretan” markalı 2 ədəd döşək üçün 246 (iki yüz qırx altı) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat cərimə, 08.09.2020-ci il tarixli müqaviləyə əsasən, Xiaomi Mi band 5 markalı 2 ədəd qol saatı, QCY T8 TWS Smart Earbuds markalı 2 ədəd qulaqcıq üçün 301 (üç yüz bir manat) ödənilməmiş hissə və 30 manat cərimə ümumilikdə, 1447 manat borc və 34.47 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar