Məhkəmə qərarları › İş №2(006)-1262/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1262/2021

27.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1262/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İlkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2, ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpası tələbinə dair” ilkin; iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması tələbinə dair” qarşılıqlı iddia ərizələrinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpası tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı “borcun tutulması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında dindirilən ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X4 izahatında göstərdi ki, tərəflər razılığa gələrək qoyulmuş şərtlərlə barışıq sazişini imzalamışlar. Odur ki, tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindiridən ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 izahatında göstərdi ki, hazırda onlar Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə uyğun olaraq məhkəmənin icraatında olan işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətindədirlər və qarşılıqlı razılığa gələrək qoyulmuş şərtlərlə barışıq sazişini imzalamışlar. Odur ki, təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 26.04.2021-ci il tarixdə Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış barışıq sazişində qeyd edilir: “1.1 25 iyul 2008-ci il tarixli RBB1536 (g) saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərracın yekunlarına dair Cavabdeh (xxxx İKB) ASC-nə alqısatqı müqaviləsinə əsasən satılması barədə müqavilənin və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərracın yekunları barədə alqı-satqı müqaviləsi əsasında Cavabdeh (“xxxx” İKB) ASC-nin adına verilmiş 24 sentyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli mülkiyyət çıxarışın ləğv edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş edir. 1.2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh (“xxxx” İKB) ASCnin adına verilmiş 24 sentyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli mülkiyyət çıxarışın ləğv edilməsi və İddiaçı adına yeni mülkiyyət çıxarışının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş edir. 1.3 Məhkəmə xərcləri ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən ödəniləcəkdir. 2.1 İddiaçı Cavabdeh ASC-nə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpası” tələbi barədə ilkin iddia tələbindən imtina edir. 2.2 iddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı “borcun tutulması tələbinə dair” qarşılıqlı iddia tələbindən imtina edir. 3.1 Barışıq sazişinin təsdiq edilməsinə dair qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 iş günü müddətində qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. 3.2. Barışıq sazişi tərəflərin, yaxud onların vəkalətli nümayəndələrinin imzaları ilə təsdiq olunduqdan sonra məhkəməyə təqdim edilir. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 3.3. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası MPMnin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. 3.4 Barışıq sazişi azərbaycan dilində, 2 vərəqdə, 3 nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Nəsimi rayon Məhkəməsində iş materiallarında saxlanılır.” Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, tərəflər arasında 26.04.2021-ci il tarixdə bağlanmış barışıq sazişi həmin şərtlərlə məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən hakim iş üzrə icraata tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpası tələbinə dair” ilkin; iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə tərəflər arasında 26.04.2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə məhkəmə tərəfindən qəbul olunaraq təsdiq edilsin və mülki işin icraatına xitam verilsin: 1.1 25 iyul 2008-ci il tarixli RBB1536 (g) saylı kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərracın yekunlarına dair Cavabdeh (xxxx İKB) ASC-nə alqı-satqı müqaviləsinə əsasən satılması barədə müqavilənin və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərracın yekunları barədə alqı-satqı müqaviləsi əsasında Cavabdeh (“xxxx” İKB) ASC-nin adına verilmiş 24 sentyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli mülkiyyət çıxarışın ləğv edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş edir. 1.2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh (“xxxx” İKB) ASC-nin adına verilmiş 24 sentyabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli mülkiyyət çıxarışın ləğv edilməsi və İddiaçı adına yeni mülkiyyət çıxarışının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş edir. 1.3 Məhkəmə xərcləri ilkin iddia tələbi üzrə iddiaçı və qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən ödəniləcəkdir. 2.1 İddiaçı Cavabdeh ASC-nə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüququnun bərpası” tələbi barədə ilkin iddia tələbindən imtina edir. 2.2 iddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı qarşı “borcun tutulması tələbinə dair” qarşılıqlı iddia tələbindən imtina edir. 3.1 Barışıq sazişinin təsdiq edilməsinə dair qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 iş günü müddətində qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. 3.2. Barışıq sazişi tərəflərin, yaxud onların vəkalətli nümayəndələrinin imzaları ilə təsdiq olunduqdan sonra məhkəməyə təqdim edilir. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 3.3. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. 3.4 Barışıq sazişi azərbaycan dilində, 2 vərəqdə, 3 nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehdə, biri isə Nəsimi rayon Məhkəməsində iş materiallarında saxlanılır. Tərəflərə izah edilsin ki, hazırki iddialara barışıq sazişinə əsasən xitam verildiyinə görə ona yenidən eyni iddia ilə həmin tərəflərə qarşı eyni əsaslarla iddia irəli sürülməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar