Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1264/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 oğlunun iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 09.02.2019-cu il, 19.02.2019-cu il və 01.07.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********39436 olan “İphone X” markalı telefon, İMEİ kodu **********02696 olan “İphone X” markalı telefon, İMEİ kodu **********77540 olan “İphone Xs” markalı telefon almış və nəticədə 6167 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.02. 2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2880 manat (12 ay x 240 manat + 0 manat ilkin ödəniş), İMEİ Kodu **********39436 “İphone X” markalı telefon üçün ümumilikdə 1368 manat olmaqla, ondan 1008 manat ödənilməmiş hissə, 360 manat dəbbə; 19.02.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2880 manat (18 ay x 137 manat + 300 manat ilkin ödəniş) İMEİ kodu **********02696 olan “İphone X” markalı telefon üçün ümumilikdə 2071 manat olmaqla, ondan 1578 manat ödənilməmiş hissə, 493 manat dəbbə pulu; 01.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2592 (12 ay x 216 manat + 0 manat ilkin ödəniş), İMEİ Kodu **********77540 “İphone Xs” markalı telefon üçün ümumilikdə 2728 manat olmaqla, ondan 2080 manat ödənilməmiş hissə, 648 manat dəbbə miqdarında borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3572 manat təşkil edir. Göstərilənlərə əsasən 09.02.2019-cu il tarixli müqaviləyə əsasən, 1008 manat ödənilməmiş hissə, 360 manat dəbbə, 19.02.2019-cu il tarixli müqaviləyə əsasən, 1578 manat ödənilməmiş hissə, 493 manat dəbbə; 01.07.2019-cu il tarixli müqaviləyə əsasən, 2080 manat ödənilməmiş hissə, 648 manat dəbbə miqdarında borc, ümumilikdə 6167 manat borc, 81,67 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 oğlu izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2019-cu il tarixli, 00505954 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İMEİ kodu **********39436 olan “İphone X” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2019-cu il tarixli, 00523462 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İMEİ kodu **********02696 olan “İphone X” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2019-cu il tarixli, 00754757 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilədən görünür ki, "xxxx" MMC İMEİ kodu **********77540 olan “İphone Xs” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 09.02.2019-cu il tarixli müqavilə üzrə 1872 manat ödənilməmiş borcu, 360 manat dəbbə borcu, cəmi 1368 manat, 19.02.2019-cu il tarixli müqavilə üzrə 1578 manat ödənilməmiş borcu, 493 manat dəbbə borcu, cəmi 2071 manat, 01.07.2019cu il tarixli müqavilə üzrə 2080 manat ödənilməmiş borcu, 648 manat dəbbə borcu, cəmi 2728 manat olmaqla, ümumilikdə 6167 manat borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09.02.2019-cu il, 19.02.2019-cu il və 01.07.2019-cu il tarixli əşyanın nisyə alqısatqısına dair müqavilələr bağlanmış, həmin müqavilələrə əsasən "xxxx" MMC İMEİ kodu **********39436 olan “İphone X” markalı telefonu, İMEİ kodu **********02696 olan “İphone X” markalı telefonu və İMEİ kodu **********77540 olan “İphone Xs” markalı telefonu Cavabdeh vermiş, Cavabdeh isə müqavilələrdə göstərilmiş müddətlərdə müqavilə şərtlərini yerinə yetirməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun "xxxx" MMC-yə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissələrdə qismən təmin edilərək dəbbə pulu 09 fevral 2019-cu il tarixli müqavilə üzrə 100 manat məbləğində, 19 fevral 2019-cu il tarixli müqavilə üzrə 150 manat məbləğində, 01 iyul 2019-cu il tarixli müqavilə üzrə 200 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 09 fevral 2019-cu il tarixli, 00505954 saylı müqavilə üzrə 1008 (bir min səkkiz) manat ödənilməmiş məbləğ, 100 (yüz) manat dəbbə pulu, cəmi 1108 (bir min yüz səkkiz) manat, 19 fevral 2019-cu il tarixli, 00523462 saylı müqavilə üzrə 1578 (bir min beş yüz yetmiş səkkiz) manat ödənilməmiş məbləğ, 150 (yüz əlli) manat dəbbə pulu, cəmi 1728 (bir min yeddi yüz iyirmi səkkiz) manat, 01 iyul 2019-cu il tarixli, 00754757 saylı müqavilə üzrə 2080 (iki min səksən) manat ödənilməmiş məbləğ, 200 (iki yüz) manat dəbbə pulu, cəmi 2280 (iki min iki yüz səksən) manat, habelə 81,67 (səksən bir manat, altmış yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 5197,67 (beş min yüz doxsan yeddi manat, altmış yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbləri qismən təmin edilsin. Cavabdeh 09 fevral 2019-cu il tarixli, 00505954 saylı müqavilə üzrə 1008 (bir min səkkiz) manat ödənilməmiş məbləğ, 100 (yüz) manat dəbbə pulu, cəmi 1108 (bir min yüz səkkiz) manat, 19 fevral 2019-cu il tarixli, 00523462 saylı müqavilə üzrə 1578 (bir min beş yüz yetmiş səkkiz) manat ödənilməmiş məbləğ, 150 (yüz əlli) manat dəbbə pulu, cəmi 1728 (bir min yeddi yüz iyirmi səkkiz) manat, 01 iyul 2019-cu il tarixli, 00754757 saylı müqavilə üzrə 2080 (iki min səksən) manat ödənilməmiş məbləğ, 200 (iki yüz) manat dəbbə pulu, cəmi 2280 (iki min iki yüz səksən) manat, habelə 81,67 (səksən bir manat, altmış yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 5197,67 (beş min yüz doxsan yeddi manat, altmış yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1264/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1264/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver