Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1269/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı QSC BOKT-nun Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC BOKT-nun Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2011-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə 2399,31 (iki min üç yüz doxsan doqquz ABŞ dolları otuz bir sent) ABŞ dolları əsas borc, 367,91 (üç yüz altmış yeddi ABŞ dolları doxsan bir sent) ABŞ dolları faiz borc, cəmi 2767,22 (iki min yeddi yüz altmış yeddi ABŞ dolları iyirmi iki sent) ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Cavabdeh xeyrinə ödənilməsi, tutma Cavabdeh mülkiyyətində olan ** LV *** dövlət qeydiyyat nişanlı, “Geely CK” markalı minik avtomobili (buraxılış ili 2011-ci il, ban:L6T7524S2BN024976–li, mühərrik-22-222, rəngi-gümüşü metal) avtomobilə yönəldilərək açıq hərracda satılsın və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğində artıq qalan hissəsinin Cavabdeh qaytarılsın, satışdan əldə olunan vəsait borcu ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği Cavabdeh tutulub İddiaçı QSC BOKT-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, bildirdi ki, "xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx” ASC ilə "İddiaçı” QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ. "İddiaçı” QSC-yə keçmişdir. "İddiaçı” QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar "İddiaçı" QSC tərəfindən "xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK- 2241 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən "İddiaçı” QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənave filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra "Borclan") arasında xx.xx.2011 -ci il tarixdə. 075 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə. 60 a\ müddətinə 8735 (səkkiz min yeddi yüz otuz beş) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2011-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-LV-*** dövlət qeydiyyat nişanlı. "GEELY CK" markalı minik avtomobili (buraxlış ili 2011 -ci il, ban:L6T7524S2BN024976 - li, mühərrik-220222. rəngi-gümüşü metal) xx.xx.2011 -ci i! tarixli, 075 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2011 -ci il tarixli. AA seriyalı, 017957 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Borc verən nəqliyyat vasitəsinin alınması məqsədi ilə Borc alana 8735 (səkkiz min yeddi yüz otuz beş) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. (2.2. bənd) Borc alan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı Borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən sonrakı gün başlanır.(5.3. bəndi) Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 60(altmış) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1 -ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 (on səkkiz) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdi. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2399,3 1 (iki min üç yüz doxsan doqquz ABŞ dolları.31 sent) ABŞ dolları, faiz borcu 367,91 (üç yüz altmış yeddi ABŞ dolları.91 sent) ABŞ dolları, cəmi 2767,22 (iki min yeddi yüz altmış yeddi ABŞ dolları, 22 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdu. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra "Borcalan") arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 075 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 18 % tətbiq edilməklə. 60 ay müddətinə 8735 (səkkiz min yeddi yüz otuz beş) ABŞ dolları məbləğində kredit verilmişdi. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 075 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan **-LV-*** dövlət qeydiyyat nişanlı. "GEELY CK" markalı minik avtomobili (buraxılış ili 2011-ci il, ban:L6T7524S2BN024976, mühərrik-220222. rəngi-gümüşü metal) ipoteka ilə yüklü edilmişdi. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli. AA seriyalı, 017957 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamədən görünür ki, Cavabdeh mülkiyyətində olan **- LV-*** dövlət qeydiyyat nişanlı. "GEELY CK" markalı minik avtomobili ipoteka ilə yüklü edilmişdi. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2399,3 1 (iki min üç yüz doxsan doqquz ABŞ dolları.31 sent) ABŞ dolları, faiz borcu 367,91 (üç yüz altmış yeddi ABŞ dolları.91 sent) ABŞ dolları, cəmi 2767,22 (iki min yeddi yüz altmış yeddi ABŞ dolları, 22 sent) ABŞ dolları məbləği təşkil edir. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə 2399,31 (iki min üç yüz doxsan doqquz ABŞ dolları otuz bir sent) ABŞ dolları əsas borc, 367,91 (üç yüz altmış yeddi ABŞ dolları doxsan bir sent) ABŞ dolları faiz borc, cəmi 2767,22 (iki min yeddi yüz altmış yeddi ABŞ dolları iyirmi iki sent) ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Cavabdeh xeyrinə ödənilməli, tutma Cavabdeh mülkiyyətində olan ** LV *** dövlət qeydiyyat nişanlı, “Geely CK” markalı minik avtomobili (buraxılış ili 2011-ci il, ban:L6T7524S2BN024976–li, mühərrik-22-222, rəngi-gümüşü metal) avtomobilə yönəldilərək açıq hərracda satılsın və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğində artıq qalan hissəsinin Cavabdeh qaytarılsın, satışdan əldə olunan vəsait borcu ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği Cavabdeh tutulub İddiaçı QSC BOKT-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il tarixli, 075 saylı kredit müqaviləsi üzrə 2399,31 (iki min üç yüz doxsan doqquz ABŞ dolları otuz bir sent) ABŞ dolları əsas borc, 367,91 (üç yüz altmış yeddi ABŞ dolları doxsan bir sent) ABŞ dolları faiz borc, cəmi 2767,22 (iki min yeddi yüz altmış yeddi ABŞ dolları iyirmi iki sent) ABŞ dolları məbləğində kredit borcu, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Cavabdeh xeyrinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan ** LV *** dövlət qeydiyyat nişanlı, “Geely CK” markalı minik avtomobili (buraxılış ili 2011-ci il, ban:L6T7524S2BN024976–li, mühərrik-22-222, rəngigümüşü metal) avtomobilə yönəldilərək açıq hərracda satılsın və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilsin, satışdan əldə olunan vəsait borc məbləğində artıq qalan hissəsinin Cavabdeh qaytarılsın, satışdan əldə olunan vəsait borcu ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləği Cavabdeh tutulub İddiaçı QSC BOKT-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1269/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1269/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver