Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1277/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 2011-ci il fevralın 26-dək fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışlar ki, iddiaçının atası X5 2008-ci ildən «Alsheimer» xəstəliyindən əziyyət çəkir. İddiaçı ixtisasca həkimdir və xəstəliyi ilə bağlı atasına qulluq edirmiş, onun bütün müalicəsini və maddi cəhətdən təminatını təmin edirmiş. Son zamanlar iddiaçı xəbər tutmuşdur ki, qardaşı Kamran Əliyev atasının xəstəliyindən istifadə etməklə bağışlama müqaviləsi ilə qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirmişdir. Bununla bağlı 2 saylı Dövlət notariat kontoruna müraciət etmiş və məlum olmuşdur ki, 26.02.2011-ci il tarixdə imzalanmış qeyri-yaşayış sahəsinin bağışlanmasına dair müqavilə ilə atası Əziz Əliyev mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 22,9 kv.m. olan qeyri-yaşayış sahəsini (75/81 saylı mağaza) qardaşı Kamran Əliyevə bağışlamışdır. Lakin sonra X4 ərizə ilə məhkəməyə müraciət edərək atası X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək 28 yanvar 1935-ci il tarixdə Ermənistanda anadan olmuş, ünvan 2 ünvanında yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, Bakı şəhəri Maraqlı şəxsnə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X5 üzərində qəyyum təyin edilməsi həvalə edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2011 saylı iş üzrə 21 oktyabr 2011-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3677/2011 saylı iş üzrə 21 oktyabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 19.02.2014-cü il tarixli 160 saylı rəyinin surətindən görünür ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də Ə.M.Əliyev fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 26.01.2017-ci il tarixli MPEM-70 nömrəli məktubunun surətindən görünür ki, X6 2015-ci ilin may ayında vəfat etmişdir. Qərarda qoyulan suallar 19.02.2014-cü il tarixli 160 saylı rəydə ətraflı olaraq cavablandırılmışdır. Belə ki, Ə.M.Əliyevdə 2008-ci ildən yaddaş pozuntuları büruzə vermişdir. 2010-cu ildə Mərkəzi Klinikada müayinə olunaraq şəxsdə Alsqeymer xəstəliyi aşkarlanmış, bunun nəticəsində ifadə olunmuş ağıl zəifliyi müəyyən olunmuşdur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmamış və bu səbəbdən X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli qərarı ilə tam razıdır. Ancaq atasının fəaliyyət qabiliyyətini itirdiyi tarix təyin edilməlidir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 21 oktyabr 2011-ci il tarixli qərarının qərardadında bu qeyd edilməmişdir. 24 fevral 2011-ci il tarixdə 2 saylı Bakı Notariat Kontorunda atası ilə qardaşı arasında bağlanmış qanunsuz mağaza bağışlama müqaviləsini ləğv etmək üçün ona fəaliyyət qabiliyyətini itirmə tarixi lazımdır. Qardaş atasının "Alzheimer" xəstəsi olduğunu bilirmiş. Lakin o, yalnız bu ianə müqaviləsini notariusda qeydiyyatdan keçirdikdən sonra atasının fəaliyyət qabiliyyətinin olmaması ilə bağlı müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun olaraq izahat verərək, ərizəni müdafiə etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 19.02.2014-cü il tarixli 160 saylı rəyinin surətindən görünür ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də Ə.M.Əliyev fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. AZ-İ seriyalı 752325 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X5 30.05.2015-ci il tarixdə ölmüşdür. AЗ seriyalı 521378 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X5 iddiaçının atasıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2011 saylı mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 01.10.2011-ci il tarixli 838 saylı rəyi ilə X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması və buna görə də Ə.M.Əliyevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2011 saylı 21 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə 28 yanvar 1935-ci il tarixdə Ermənistanda anadan olmuş, ünvan 2 ünvanında yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Həmin qətnamədən Ərizəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15.04.2014-cü il tarixli 2(103)-938/2014 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2011 saylı 21 oktyabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Ərizəçi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.09.2014-cü il tarixli 2(102)-3124/2014 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin 15.04.2014-cü il tarixli 2(103)-938/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Məhkəmə qeyd edir ki, X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3677/2011 saylı 21 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ərizəçi X3 2011-ci il fevralın 26-dək fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini tələb etsə də, bu barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, X5 30.05.2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1277/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1277/2022
11.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver