Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1289/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi - X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-yə qarşı «kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM 030215 saylı aktın ləğv edilməsi və hesablanmış 1436,07 manat cərimənin silinməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayır. Evdə ailə üzvləri yaşayır. Təxminən 2-3 ay əvvəl məlum olmuşdur ki, elektrik enerjisinə görə 1436 ,07 manat borcu var. Araşdırma apardığı zaman məlum olmuşdur ki, 658,97 manat X1yə görə. Səbəb isə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM 030215 nömrəli akt əsasında hesablanmış cərimə borcudur. Akt qanunsuz, heç bir prosesual qaydalara riayət etmədən tərtib edilmişdir. Belə ki, aktlar tərtib edilərkən hal şahidinin və ya evdə yaşayanların imzası olmamış, özbaşına ele cavabdeh təşkilatın əməkdaşkları aktı imzalayaraq saxta akt əsasında cərimə tətbiq edilmişdir. Akt yazılmışdır ki, guya ki, sayğacdan kənar xətt olma səbəbi ilə akt tərtib etmişlər. Yaşadığı ünvan həyət evlərindən ibarətdir və orada kommunal xətlər qarışıqdır. Evə heç bir sayğacdan kənar xətt qoşulmamışdır. Əgər qoşulsa idi belə niyə həmin xətti xx.xx.2022-ci il tarixdə, aktı tərtib etməmişdən 3 gün əvvəl işiq pulu hesablananda ləğv etməmişlər. Bu absurddur. Bundan başqa kənar xətt olsa idi, niyə sayğac müxtəlif aylarda 25-45 manat arası olaraq böyük məbləğdə elektrik enerjisinə görə borc hesablayırdı. Demək ki, kənar xətt olmamış, elektrik enejsinə görə ödənişləri vaxtında etmişdir. Burdan görünür ki, “Azərişıq" ASC-nin əməkdaşları qanunsuz və əsassız aktlar tərtib etmişlər. Saldodan görünür ki, 1436,07 manat borc hesablanmışdır. Cavabdehə müraciət edərək cərimə ilə razı olmadığını, cərimə qərarını məhkəmədə mübahisələndirəcəyini və məhkəməyə müraciət etmək üçün cərimə olunması barədə sənədin surətinin ona verilməsini xahiş və tələb etdikdən sonra ona müəyyən sənədlər verilmişdir. Ancaq hələ də ona cərimə necə hesablanması qaydasını, hansı tarixdən hesabı aparmaları barədə məlumat təqdim etməmişlər, əgər etmişdirlərsə bu barədə sübutu təqdim edə bilərlər. Cərimə olunma barədə qərarın surətini ona verilməmişlər. Bu qanunvericiliyin tələblərinin və vətəndaşın özünümüdafiə hüququnun kobudcasına pozulmasıdır. Halbuki qanunun tələbinə əsasən sənədi axtarmalı deyil, cərimə olunma barədə qərar qəbul edən vəzifəli şəxslər tərəfindən sənədin bir surəti də mütləq verilməli idi. Sayğaca baxış keçirilib akt tərtib edilərkən nə evdəkilərin, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Akt sadəcə cavabdehin əməkdaşları tərəfindən imzalanmışdır. Cavabdeh aktda qeyd olunan həmin müdaxilənin onun tərəfindən edilməsini təsdiq edə biləcək heç bir sübut təqdim edə bilməmiş, sadəcə ehtimallara əsaslanmışdır. Bu halda əgər sayğaca hər hansı müdaxilə olunmuş olsa belə, bunun cavabcehin əməkdaşları tərəfindən törədilməsi halı istisna edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli NDM seriyalı 030215 saylı aktdan görünür ki, ünvan 2 ünvanında olan fərdi yaşayış evinin sayğacına EEİQ-yə uyğun baxış keçirilən zaman sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olması, sayğacın kənar mənbədən götürülmüş sıfır fazası vasitəsilə dayandırılması aşkar olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 0199/V-132/1002 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində qeyd edilən ünvanda Satışa Nəzarət idarəsinin əməkdaşları tərəfindən «X1 Qaydaları»na riayət olunmasının vəziyyəti yoxlanılarkən, elektrik hesabat sayğacının qoşulma sxemində səhv aşkarlanmışdır. Belə ki, sayğacın kənar mənbədən götürülmüş sıfır fazası ilə sxemə qoşulduğu və sayğacın xətdən axan yükü qeydə almaması müəyyən edilmişdir. Bu fakt sənələşdirilərək, İtirilmiş elektrik enerjisinin bərpası məqsədilə “X1 Qaydaları”na uyğun olaraq, NDM 030215 nömrəli akt tərtib edilmiş, **********20341 saylı kod üzrə 10346 kVt.s - 1344,98 manat dəyərində hesabat verilmişdir. xx.xx.2022-ci il tarixinə elektrik enerji sərfiyyatına görə yaranmış real borc 1436,07 manat təşkil edir. Abunə haqqındadan görünür ki, İddiaçı adına olan «**********20341» saylı abunə koduna xx.xx.2022-ci il tarixdə NDM seriyalı 030215 saylı akt üzrə dəymiş ziyan 10346 kVt müəyyən edilməklə 1344,98 manat məbləğində borc hesablanmışdır. İcra vərəqindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 030215 saylı akta əsasən 1345 manat borc hesablanması təklif edilmişdir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11 -ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1 qaydaları»nın: 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. 8.32-ci bəndinin (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş) tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. 8.33-cü bəndinə (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş) əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iş materiallarında olan sənədləri və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, elektrik enerjisi sayğacı evdən kənarda, yəni çöldə quraşdırılmış, qeyd olunan akt tərtib olunarkən isə qanunvericiliyin tələblərinə riayət olunmamış, borc düzgün hesablanmamış və istehlakçının hüquqları pozulmuşdur. Belə ki, cavabdeh "xxxx" ASC tərəfindən akt tərtib edilərkən qanunvericiliyin tələblərinə zidd olaraq şəxsən abonent və hal şahidlərinin iştirakı təmin olunmamış, akt abonent və hal şahidləri tərəfindən imzalanmamış, həmçinin istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və pozuntunun məhz istehlakçının təqsiri üzündən yaranmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Bundan başqa aktdan göründüyü kimi, sayğac ümumi istifadədə olan yerdə quraşdırıldığından abonentin sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşıması qanuna ziddir. Belə olan halda məhkəmə hesab edir ki, tərtib olunan akt qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmış və əsassız olaraq 1344,98 manat borc hesablandığından həmin akt ləğv edilməlidir. İddiaçı iddia tələbində 1436,07 manat məbləğində borcun silinməsini tələb etsə də, məhkəmə tədqiqatı zamanı mübahisələndirilən akta əsasən cavabdeh tərəfindən iddiaçıya 1344,98 manat məbləğində borc hesablanması müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli NDM seriyalı 030215 saylı akta əsasən iddiaçıya hesablanmış 1344,98 manat məbləğində borc silinməklə iddia göstərilən hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM 030215 saylı akt ləğv edilməli və həmin akta əsasən hesablanmış 1344,98 manat borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, NDM 030215 saylı akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 1344,98 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1289/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1289/2023
29.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver