Məhkəmə qərarları › İş №2(006)-1301/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1301/2022

01.03.2022 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1301/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı «kredit müqavilələrinə xitam verilməsi və pulun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı «kredit müqavilələrinə xitam verilməsi və pulun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2020-ci il tarixli 110-0***-******* saylı və 06 fevral 2020-ci il tarixli 110-0***-******* saylı kredit müqavilələrinə xitam verilməsi; müvafiq olaraq 10.000 manat əsas borc, 1.174 manat 72 qəpik gecikdirilmiş faiz, 7.000 manat əsas borc, 822 manat 29 qəpik faiz olmaqla, cəmi 18.997 manat 01 qəpik pul vəsaiti və ödənilmiş 147 manat dövlət rüsumunun Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2020-ci il tarixli 110-0***-******* nömrəli kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 60 ay müddətinə ödəmək şərti ilə 10.000 manat və 06 fevral 2020-ci il tarixli 110-0***-******* nömrəli kredit müqaviləsinə əsasən öcəniş planına uyğun olaraq 60 ay müddətinə ödəmək şərti ilə 7.000 manat məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozur, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq bir neçə dəfə xəbərdarlıq edilsə də, öhdəliklərini yerinə yetirmir. Borclunun 06 fevral 2020-ci il tarixli 110-0***-******* nömrəli kredit müqaviləsinə görə 02.12.2021-ci il tarixə 10.000 manat əsas borc və gecikdirilmiş 1.174,72 manat faiz və 06 fevral 2020-ci il tarixli 110-0***-******* nömrəli kredit müqaviləsinə görə 02.12.2021-ci il tarixə 7.000 manat əsas borc və gecikdirilmiş 822,29 manat faiz təşkil edir. Kreditlər üzrə ümumi borc 18.997,01 manat təşkil edir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan krediti göstərilən müddətdə və bu müqaviləyə 1 nömrəli əlavədə müəyyən edilən qaydada ödəməyi öhtəsinə götürür. Həmin müqavilənin 4.13.1-ci bəndinə əsasən gcikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün 0,50 faiz dərəcəsində dəbbə pulu hesablanır və boralan tərəfindən kreditora ödənilir. 02.12.2021-ci il tarixə borclunun İddiaçı bank olmayan kredit təşkilatına ümumi 18.997,01 manat borcu vardır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 06 fevral 2020-ci il tarixli 110-0***-******* saylı kredit müqaviləsi bağlanmış və cavabdehə müqavilə şərtlərinə uyğun olaraq 60 ay müddətinə 10.000 manat məbləğində pul vəsaiti verilmişdir. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 06 fevral 2020-ci il tarixli 110-0***-******* saylı kredit müqaviləsi bağlanmış və cavabdehə müqavilə şərtlərinə uyğun olaraq 60 ay müddətinə 7.000 manat məbləğində pul vəsaiti verilmişdir. Təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 06 fevral 2020-ci il tarixli 110-0***-******* nömrəli kredit müqaviləsinə görə 02.12.2021-ci il tarixə 10.000 manat əsas borc və gecikdirilmiş 1.174,72 manat faiz və 06 fevral 2020-ci il tarixli 110- 0***-******* nömrəli kredit müqaviləsinə görə 02.12.2021-ci il tarixə 7.000 manat əsas borc və gecikdirilmiş 822,29 manat faiz təşkil edir. Kreditlər üzrə ümumi borc 18.997,01 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilələr üzrə İddiaçı BOKT MMC-dən borc almış, ayrılmış borc məbləğlərinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 147 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2020-ci il tarixli 110-0***-******* saylı və 06 fevral 2020-ci il tarixli 110- 0***-******* saylı kredit müqavilələrinə xitam verilməli; birinci müqavilə üzrə 10.000 manat əsas borc, 1.174 manat 72 qəpik gecikdirilmiş faiz, ikinci müqavilə üzrə 7.000 manat əsas borc, 822 manat 29 qəpik faiz olmaqla, cəmi 18.997 manat 01 qəpik pul vəsaiti və ödənilmiş 147 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 06 fevral 2020-ci il tarixli 110- 0***-******* saylı və 06 fevral 2020-ci il tarixli 110-0***-******* saylı kredit müqavilələrinə xitam verilsin. Birinci müqavilə üzrə 10.000 manat əsas borc, 1.174 manat 72 qəpik gecikdirilmiş faiz, ikinci müqavilə üzrə 7.000 manat əsas borc, 822 manat 29 qəpik faiz olmaqla, cəmi 18.997 manat 01 qəpik pul vəsaiti və ödənilmiş 147 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar