Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1330/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı çıxarışın və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair, Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X3 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair bir icraatda birləşdirilmiş mülki işlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Faiq Rafayel oğlu ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girməklə evlənmiş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Nikahları xx.xx.2023-cü il tarixli, 2(006)-1568/2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bildirmişdir ki, ayrıldıqdan sonra cavabdehlə razılaşmışlar ki, nikah dövründə faktiki yaşadığı ünvan 1 ünvanın 1/2 hissəsini övladları Cavabdeh2 olunun adına bağışlamasını, yerdə qalan Gülnarə Rəhmanovanın adında olan hissəsini isə gələcəkdə Cavabdeh1 bağışlayacağı halda isə onuda, həyat yoldaşı ona bağışlayacaqdır. Sonradan Cavabdeh1 tərəfindən ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış və bu zaman bilmişdir ki, sözügedən 1/2 hissə həqiqətən cavabdehin adına bağışlanmış, lakin cavabdeh öhdəliklərinə əməl etməmiş və razılaşmanı pozaraq əsassız olaraq ona qarşı iddia qaldırmışdır. Ona görə də, hesab etmişdir ki, həmin çıxarış etibarsız olmaqla sözgedən 1/2 hissədə pay əslində ona bağışlanmalıydı. Lakin cavabdeh öhdəliyini pozmuşdur. Bundan əlavə hesab etmişdir ki, eyni vəd həmçinin Gülnarə Rəhmanova tərəfindən də ona verilmişdir. Ona görə sonuncu tərəfindən cavabdehə olan bağışlama müqaviləsidə etibarsız hesab edilməlidir. Belə ki, cavabdehlər onu aldatmışlar və ona bağışlanmalı payı aldadaraq, Cavabdeh1 vermişər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada hesab etmişdir ki, hazırkı iddianın əsaslılğı baxımından ilk öncə mübahisəli əmlaka dair bağışlama müqavilələrinin aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verərkən, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmə tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olnuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirməlidir. Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X3 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 ilə ½ hissədə mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 175.7 kv/m olan mənzilə cavabdehlər tərəfindən qoyulmuş maneələr aradan qaldırılaraq onu həmin yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iş üzrə cavabdeh X5 ilə ailə qurmuşlar. Nikahlarını 2007-ci ildə rəmiləşdirmişlər. Münasibətləri ilk vaxtlarda normal olsada sonradan aralarında baş vermiş ziddiyətlər ailənin dayaqlarını sarsıtmışdır. Məcbur olub 2023-cü ildə aralarında olan nikahın pozulması tələbi ilə müraciət etmişlər və aralarında olan nikah pozulmuşdur. xx.xx.2023-cü il tarixində ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 175.7 kv/m olan mənzilin 1/2 hissə olmaqla (87.85 kv/m) X6 ona və oğlu xx.xx.2007-ci təvəllüdlü Cavabdeh2 pay vermişdir. Hazırda həmin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 175.7 kv/m olan mənzil onunla oğlu Cavabdeh2 paylı mülkiyyətindədir. Lakin, buna baxmayaraq o, mülkiyyətindən məhrum edilərək istifadə edə bilmir. Belə ki, həmin mənzildə cavabdeh X5 xx.xx.1986-cı il təvəllüdlü və 2 övladı Cavabdeh2 xx.xx.2007-ci il təvəllüdlü və Rəhmanov Mikayıl oğlu xx.xx.2009-cu il təvəllüdlü birgə yaşayırlar. Həmin mənzildə onun yaşaması hüququ və mənzilin 1/2 hissəsi pay mülkiyyəti olduğu halda cavabdehlər X5 və qeyriləri ona mənzildə yaşamasına imkan vermir, yaşamaq hüquqlarını pozur. Dəfələrlə işin sülh yolu ilə həll edilməsini tələb etsə də heç bir müsbət nəticə hasil edə bilməmişdir. Məhkəmə qaydasında olmadan aralarında olan mübahisələrin həll edilməsi mümkün deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X3 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair mülki işin İddiaçı Cavabdeh1 qarşı çıxarışın və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil İddiaçı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb edərək, onun rədd edilməsini xahiş etdi, Cavabdeh1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməməli, Cavabdeh1 iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1568/2023 saylı qətnaməsinin surətindən görünür ki, X5 ilə Cavabdeh1 arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X4 anaları X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan hədiyyə verən X6 ilə hədiyyə alan Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, həmin müqavilə hədiyyə verənin ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 175.7 kv.m olan mənzilin paylı mülkiyyət hüququ üzrə ona məxsus hissəsindən (1/2 hissə, 87.85 kv.m) oğlu olan Cavabdeh1 bağışlaması haqqında bağlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 Cavabdeh1 ½ hissədə, Cavabdeh2 ½ hissədə xüsusi mülkiyyətlərindədir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 adına verilmiş ********** saylı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan müqavilənin etibarsız hesab edilməsi iddia tələbinin əsasında sözügedən əmlakın gələcəkdə Cavabdeh1 tərəfindən ona bağışlayacağı barədə şifahi razılaşmaları dəlilləri durmuşdur. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Tərəflərin həqiqi arzuları, niyyətləri ilə onların ifadə edilməsi arasında uyğunsuzluq əqdin etibarsız əqd hesab olunmasına gətirib çıxarır. Tərəfin iradəsi və iradə ifadəsinin arasında olan uyğunsuzluğu, iradə nöqsanlılığı anlayışından fərqləndirmək lazımdır. İradə nöqsanlılığının təzahür etdiyi hallarda iradə ifadəsi ilə iradə uyğun olsa da, tərəfin iradəsinin məzmunu onun həqiqi arzularını, niyyətlərini, məqsədlərini ifadə etmir. Aldatma, hədə, zorakılıq nəticəsində formalaşan əqdlər məhz iradə nöqsanlılığının təcəssümüdür. İradənin nöqsanlılığı da əqdin etibarsız sayılması üçün əsasdır. Məhkəmə hesab edir ki, sözügedən iddianın heç bir hüquqi əsası mövcud olmamaqla yanaşı eyni zamanda iddiaçının bu iddianın qaldırmasına subyektiv hüququ da mövcud deyildir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız həmin əmlaka dair hər hansı hüquqlarının mövcudluğunu sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X3 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçı Cavabdeh1 adına paylı mülkiyyətçi olmasına dair qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisi olduğundan o, mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının mübahisəli mənzilin paylı mülkiyyətçisi olmaqla oradan maneəsiz istifadə hüququ vardır və bu hüquq cavabdehlər tərəfindən pozulmuş, cavabdehlərin onu mübahisəli mənzilə buraxmamaları nəticəsində mülkiyyətində olan mənzilə köçə bilmir. Odur ki, Cavabdeh1 iddiası əsaslıdır və təmin edilməlidir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X3 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair iddiası təmin edilməklə, Cavabdeh1 ünvan 2-ə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcləri iddiaçıların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh1 cavabdehlər Cavabdeh2 və X3 qarşı maneələrin aradan qaldırılaraq evə köçürülmə tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 ünvan 2-ə köçürülsün. Məhkəmə xərcləri iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1330/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1330/2024
06.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver