Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1332/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "səhv hesablanmış borcun silinməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "səhv hesablanmış borcun silinməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən yalnış olaraq hesablanmış 254,92 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayında "xxxx" ASC-nin nəzarətçisi sayğacın göstəricisinə xarab olduğunu bildirmiş və akt tərtib etmişdir. Yeni sayğacın quraşdırılması üçün iddiaçıdan 50 manat xidmət haqqı tələb olunmuş və iddiaçı da ödəmişdir. Tərtib olunan akta əsasən iddiaçıya may ayı üçün əsassız olaraq 254,92 manat sərfiyyat hesablanmışdır. Halbuki onlar neçə il ərzində bu qədər elektrik enerjisi istifadə etməmişdir. Abunə haqqında çıxarışdan görünür ki, ümumilikdə 2001-ci ildən bu yana heç bir ay ərzində bu qədər sərfiyyatı olmamışdır. Dəfələrlə "xxxx" ASC-yə müraciət etməsinə baxmayaraq müraciətinə cavab verilsə də, sərfiyyatla bağlı heç bir dəyişiklik etməmişlər. İddiaçıya aşağıdakı məzmunda cavab məktubu yollamışlar: “Sizin fərdi yaşayış evinizə məxsus elektrik hesabat sayğacının dəyişdirilməsi ilə bağlı yaranmış çətinliyə dair Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşı ilə bağlı "xxxx" ASC-yə ünvanlanmış müraciətinizə (xx.xx.2023-cü il tarixli, 13-13/1-A- 10432/2-5/2023 nömrəli) aidiyyatı üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sizin fərdi yaşayış evinizə məxsus elektrik enerjisinin hesabatı İddiaçı adına olan **********2051A saylı abunə kodu üzrə aparılır. Nəzərinizə çatdırırıq ki, xx.xx.2023-cü il tarixində sözügedən ünvana səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən baxış keçirilərkən elektrik hesabat sayğacının nasaz olduğu aşkarlanaraq yenisi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerisindən istifadə Qaydaları”nın (EEİQ) tələbləri pozulduğundan xx.xx.2023-cü il tarixli, Rİ 269191 №-li Akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 2083 kvts (254,92 AZN) əlavə sərfiyyat hesablanmışdır. Əlavə olaraq məlumat üçün bildiririk ki, sayğacın xx.xx.2023-cü il son oxunma tarixinədək 2068 kvts elektrik enerjisi istehlak edilərək 254,92 dəyərində borcunuz yaranmışdır. Araşdırma zamanı müraciətinizdə qeyd edilən Nərimanov RETSİdə nəzarətçi-mühəndis vəzifəsində çalışmış X4 hazırda "xxxx" ASC-nin əməkdaşı deyil”. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirmişdir ki, onların fərdi yaşayış evində istehlak edilən elektrik enerjisinə görə mütəmadi olaraq ödənişlər etmişlər, hər ay onların evinə müvafiq ödəniş qəbzi gəlmiş və həmin qəbzdə göstərilən məbləğə uyğun olaraq da ödənişlərini həyata keçirmişlər. Ümumiyyətlə ilin qış fəslində qazın verilişində zəifləmə olduğu üçün onlar evin isidilməsində daha çox elektrik enerjisindən istifadə edirlər. Sonuncu dəfə də 11 fevral 2023-cü ildə ödəniş barədə bildirişdə göstərilən elektrik borcunu ödəmişlər. Bundan sonra isə 8 mart 2023-cü il tarixdə onların sayğacına baxış olmuş və borc hesablanaraq onlara qəbz təqdim edilmişdir. Həmin qəbzə görə də olan borcu ödəmişlər. Bundan sonra isə onların sayğacına nəzarətçi tərəfindən 10 aprel 2023-cü il tarixdə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, sayğacda klema əriyib. Buna görə də sayğacı çıxarıb aparmışlar və bundan sonra isə may ayına qədər onlarda sayğac olmamışdır. Sonradan isə onlara 8 mart 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək olan dövr üçün 254,92 manat borc hesablanmışdır. Hesab edir ki, həmin borc əsassız olaraq hesablanmışdır, belə ki, işıq müəssisəsi belə olan halda ya əvvəlki ya sonrakı ayın göstəricilərini əsas tutaraq onlarla razılaşdırılmaqla hesablama aparmalı idi. Lakin cavabdeh əvvəlki, yəni 11 fevral 2023-cü il tarixdən 8 mart 2023-cü il tarixədək istifadə edilən elektrik enerjisinin göstəriciləri ilə mart ayının 8-dən aprel ayının 10-dək olan dövrə görə pul hesablamaqla onun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, Abunə saldosundan da göründüyü kimi iddiaçıya hesablanmış 254,92 manat pul Enerjidən istifadə qaydalarının tələblərinə görə 3 aylıq müddət nəzərə alınmaqla hesablanmışdır. İddiaçının evində quraşdırılmış sayğaca 8 mart 2023-cü il tarixdə baxış keçirilmiş, ödəniş qəbzi təqdim edilmiş və məbləğ iddiaçı tərəfindən ödənilmişdir, növbəti baxış 10 aprel 2023-cü il tarixdə keçiriləndə müəyyən edilmişdir ki, sayğacın kleması əriyib, bu isə o deməkdir ki, enerji xətti həddindən artıq yüklənib. Buna görə də nəzarətçi həmin sayğacı laboratoriyaya aparmaq məcburiyyətində qalmışdır. 8 mart 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək olan dövrə görə əvvəlki dövrlərin sərfiyyatı nəzərə alınmaqla hesablama aparılmışdır. İddiaçıya hesablanmış borc məbləği tamamilə qanunidir. İş materialları : **********2051A saylı abunə kodu üzrə Abunə haqqında çıxarışdan görünür ki, ünvan 1 ünvanı üzrə abonentin cari borcu 328,46 manat təşkil edir. Həmçinin çıxarışla (saldo) müəyyən edilir ki, abunəçi xx.xx.2023-cü il tarixdə limit həddində 185,36 manat dəyərində, 100,85 manat dəyərində isə limitdən artıq, xx.xx.2023cü il tarixdə limit həddində 122,56 manat dəyərində, 61,60 manat dəyərində isə limitdən artıq elektrik enerjisi istehlak etmişdir. Habelə çıxarışdan o da görünür ki, xx.xx.2023-cü il tarixdə sayğac dəyişdirilmiş, xx.xx.2023-cü il tarixdə nəzarət zamanı sayğac göstəricisi olmamışdır. Yəni abunəçi xx.xx.2023-ü il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə etdiyi elektrik enerjisinə görə ona sərfiyyat hesablanmamışdır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 269191 nömrəli aktında qeyd olunmuşdur ki, ünvan 1-da yoxlama aparılan zaman müəyyən olunmuşdur ki, elektrik sayğacının kleması ərimişdir. Elektrik sayğacının ekranı oxunmur. Sayğac yenisi ilə əvəz olunmalıdır.Məişət abonenti aktla tanış olaraq aktı imzalamışdır. "xxxx" ASC-nin Sayğac Quraşdırma və uçota nəzarət idarəsinin Məişət istehlakçılarında sayğacın dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında №387103 saylı protokolu ilə istehlakçı İddiaçı, abunə kodu **********2051A sayğac akta əsasən dəyişdirilmişdir. "xxxx" ASC-nin X1 və cərəyan transformatorlarının yoxlanılması haqqında 023579 nömrəli akt-protokola əsasən müəyyən edilir ki, abunə kodu **********2051A üzrə sayğacın qrif hissəsi termiki təsir nəticəsində yanıb, Xəta faizlərini yoxlamaq və göstəricini oxumaq mümkün deyil, sayğac istismara yararsızdır. Texniki idarənin görəcəyi işlər barədə tələblər adlı xx.xx.2023-cü il tarixli, təsdiqlənmiş sənəddən aydın olur ki, abunəçi İddiaçı, abunə kodu **********2051A sayğac üzrə qərar: 1532 kvt :25x34=208,52, qeyd hissəsi:227x0,08 =18,6; 113x0,09=10,17; 1743x0,13=226,59, cəmi 254,92 manat müəyyən edilmişdir. ”Azərişıq” ASC-nin bildiriş xəbərdarlığından görünür ki, abunəçi İddiaçı, abunə kodu **********2051A sayğac göstəricisi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1-ci tarif (200kvts qədər)-16, 2-ci tarif (200-300 kvts)-9 manat, 3-cü tarif (300kvst artıq)-88,79 manat, ümumilikdə ƏDV-li məbləğ 113,79 manat təşkil etmişdir, həmçinin, qalıq borc məbləği də 54,72 mant olmuşdur. Cəmi ödənilməli məbləğ 168,51 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-13/2-2/14-A- 10432/2-5/2023 nömrəli müraciətin araşdırılmasına dair məktubunda qeyd edilmişdir: “Sizin fərdi yaşayış evinizə məxsus elektrik hesabat sayğacının dəyişdirilməsi ilə bağlı yaranmış çətinliyə dair Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) əməkdaşı ilə bağlı "xxxx" ASC-yə ünvanlanmış müraciətinizə (xx.xx.2023-cü il tarixli, 13- 13/1-A-10432/2-5/2023 nömrəli) aidiyyatı üzrə baxılmışdır. Bununla əlaqəar olaraq bildiririk ki, sizin fərdi yaşayış evinizə məxsus elektrik enerjisinin hesabatı İddiaçı adına olan **********2051A saylı abunə kodu üzrə aparılır. Nəzərinizə çatdırırıq ki, xx.xx.2023-cü il tarixində sözügedən ünvana səhmdar cəmiyyətinin əməkdaşları tərəfindən baxış keçirilərkən elektrik hesabat sayğacının nasaz olduğu aşkarlanaraq yenisi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerisindən istifadə Qaydaları”nın (EEİQ) tələbləri pozulduğundan xx.xx.2023-cü il tarixli, Rİ 269191 №-li Akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 2083 kvts (254,92 AZN) əlavə sərfiyyat hesablanmışdır. Əlavə olaraq məlumat üçün bildiririk ki, sayğacın xx.xx.2023-cü il son oxunma tarixinədək 2068 kvts elektrik enerjisi istehlak edilərək 254,92 dəyərində borcunuz yaranmışdır. Araşdırma zamanı müraciətinizdə qeyd edilən Nərimanov RETSİdə nəzarətçi-mühəndis vəzifəsində çalışmış X4 hazırda "xxxx" ASC-nin əməkdaşı deyil”. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. [56] 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1.-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında İddiaçı adına qeydiyyata alınmış **********2051A abunə kodlu sayğacına xx.xx.2023-cü il tarixdə keçirilən növbəti baxış zamanı sayğacın termiki təsirlər nəticəsində yararsız vəziyyətə düşməsi müəyyən edilmişdir. Abunəçiyə sonuncu dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək istehlak etdiyi elektrik enerjisinə görə bildiriş verilmiş və abunəçi müvafiq ödənişi həyata keçirmişdir. Növbəti, yəni xx.xx.2023-cü il tarixdə keçirilən texniki baxış zamanı isə sayğacın göstəricisinin oxunmaması səbəbindən sayğac müvafiq qaydada laboratoriyaya göndərilmişdir. Aparılmış araşdırma zamanı “Elektrik enerjisindən istifadə qaydaları”nın müddəalarına əsasən abunəçinin daha əvvəlki ay üzrə istehlak etdiyi enerji sərfiyyatı əsas götürülməklə müvafiq qaydada hesablama aparılmış və sayğacda yaranmış problem səbəbindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün sərfiyyat müəyyən edilərək ona uyğun ödəniş hesablanmışdır. Belə ki, abunəçinin daha əvvəlki ayda, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 25 gün üçün istehlak etdiyi enerji sərfiyyatı 1532 kvt olduğu üçün müvafiq düsturla bir günün enerji sərfiyyatı müəyyən edilmiş və sayğacın klemasının əriməsi səbəbindən hesabatı aparılmamış dövr, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 34 gün üçün sərfiyyat hesablanmışdır. Qaydalara əsasən limitə qədər və limitdən artıq sərfiyyat həcmi də nəzərə alınmaqla abunəçiyə 254,92 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun səhv hesablandığını bildirsə də, məhkəmə araşdırması zamanı adi riyazi hesablama ilə hesablanmada səhv müəyyən edilməmişdir. Bundan başqa iddiaçı “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən abunəçinin təqsiri olmadan sayğacın göstəricisinin oxunmaması halında orta sərfiyyatın nəyə görə sonrakı ay, yəni aprel ayından may ayınadək olan dövr deyil, daha əvvəlki, yəni fevral ayından mart ayına qədər olan dövr əsas götürülməklə hesablanmasını mübahisələndirmişdir ki, bu yerdə məhkəmə qeyd edir ki, abunəçi aprel ayından may ayınadək olan dövr üçün elektrik enerjisindən, ümumiyyətlə, sayğacsız istifadə etmişdir və abunəçinin həmin dövr üçün sərfiyyatı ümumiyyətlə qeydə alınmamışdır. Bu baxımdan enerji təchizatı müəssisəsi sonrakı ayı nəzərə almaqla hesablama apara bilməzdi. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borcun qanunsuz hesablanması halı öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "səhv hesablanmış borcun silinməsi tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "səhv hesablanmış borcun silinməsi tələbi"nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1332/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1332/2024
05.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver