Məhkəmə qərarları › İş №2(006)-1333/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1333/2021

04.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1333/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC ilə X11 arasında imzalanmış 15 may 2007-ci il tarixli ipoteka müqaviləsini etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X8 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı 28 iyul 1977-ci il tarixində X11 ilə rəsmi nikaha daxıl olmuşdur. Nikaha daxil olduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvanı küçəsi, ev 26 yerləşən 125 saylı mənzili almışlar və həmin mənzil onların birgə mülkiyyətlərindədir. Sonradan həmin mənzili istifadə üçün övladlarına verərək daimi yaşamaq üçün Quba rayonuna köçmüşlər. Bu yaxınlarda ona məlum olmuşdur ki, mənzilin 1/2 mülkiyyətçisi olan həyat yoldaşı Nəcəfov Faiq Cavabdeh ASC-dən kredit götürmüş və mülkiyyətində olan mənzili ipoteka ilə yüklü etmişdir. Onun bundan xəbərim olmamış yalnız Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ünvanına göndərdiyi qətnamə əsasından bu fakt ona təsədüfən məlum olmuşdur. Ona məlum olmuşdur ki, həyat yoldaşı övladları birlikdə 13 il ərzində ona yalan danışaraq bu faktı ondan gizlətmişlər. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X9, İddiaçı, X10 və X5 qarşı tərəflər arasında bağlanmış müqavilənin ləğv olunması, mənzildə qeydiyyatda olan şəxslərin istifadə hüququnun ləğv edilməsi və mənzildən çıxarılması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi barədə iddiası qismən təmin edilmiş, Cavabdeh ASC ilə X11 arasında bağlanmış 11 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh X3 Cavabdeh ASC-nin xeyrinə 180.000 manat əsas borc, 56.661 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 238.961 manat ödənilməsi qət edilmişdir. Həmçinin mübahisəli qətnamə ilə tutma "xxxx" ASC ilə X11 arasında bağlanmış 15 may 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən X9 məxsus ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 135.000 müəyyən edilməklə açıq hərracdan satılması və borcun ödənilməsinə yönəldilməsi, mənzildə qeydiyyatda olan cavabdehlərin mənzildən nəticələr barədə bir-birinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək etiraz ərizəsini müdafiə edərək bildirdi ki, iddiaçı eyni tələbi, eyni əsasla məhkəyə müraciət etmişdir. Lakin, məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlarla müvafiq sorğu əsasında əldə edilmiş sübutların ziddiyət təşkil etməsini, yəni iddia tələbinin əsassız olmasını müşahidə edən iddiaçı, məhkəməyə heç bir məlumat verməmiş və bu hal da iddia ərizəsinin baxılmamış saxlanılması ilə nəticələnmişdir. Buna baxmayaraq iddiaçı yenidən müraciət etmək fikrinə düşmüşdür. İddia ərizəsini qəbul etmirlər, əsassız və hər hansı mötəbər sübuta söykənməyən iddia tələbidir. Belə ki, iddiaçının qənaətinə görə birgə nikah dövründə əldə etdikləri mənzil iddiaçının əri tərəfindən onun xəbəri olmadan kreditin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Lakin sənədlərə nəzər yetirdikdə görmək olar ki, iddiaçı ipoteka müqaviləsi bağlayan zaman notariat kontorunda olmuş, əri X9 məxsus mənzilin ipoteka qoyulmasına dair öz razılıq ərizəsini imzalamışdır. İddiaçının bütün baş verən hadisələrdən xəbərinin olmaması da həqiqətə uyğun deyildir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində ipoteka qoyulmuş mənzilə tələbin yönəldilməsi və s. tələbinə dair məhkəmə iclaslarına dair hazırkı iş üzrə İddiaçı bildirişlər göndərilmişdir. Göründüyü kimi İddiaçı əri X11 tərəfindən sonuncuya məxsus mənzili ipoteka ilə yüklü edilməsindən xəbəri olmuşdur. Belə olan halda isə mübahisələndirilən ipoteka müqaviləsinin etibarsız sayılmasına heç bir hüquqi əsas yoxdur. Bundan başqa İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Ona görə də o, iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "Cavabdeh" ASC-nin cavabdehlər X9, İddiaçı, X10 qarşı “tərəflər arasında bağlanmış müqavilənin ləğvinə, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsinə və mənzildən çıxarılmasına, ipoteka qoyulmuş əmlaka tələb yönəldilməsinə dair» iddia ərizəsi qismən təmin edilməsi, cavabdeh X3 Cavabdeh ASC ilə X11 arasında 11 may 2007-ci il tarixində 731 saylı kredit müqaviləsinə əsasən SO 000 manat əsas borcu, 58 661 manat faiz borcu, 300 manat cərimə borcu lmaqla, cəmi 238.961 manat pul vəsaiti tutularaq Cavabdeh ASC-nin xeyrinə dənilməsi, tutma Cavabdeh ASC ilə cavabdeh X11 ilə 15 may 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən tam mülkiyyət v-ququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 5“26 nömrəli vərəqində qeydiyyata alınmış, 0, 1126 ha torpaq sahəsində yerələşən, 47 kv.m yaşayış sahəsindən ibarət, 3 otaqlı, 26 saylı bina, 125 nömrəli mənzilə yönəldilməsi və mənzilin ilkin satış qiyməti 135.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və borcun ödənilməsinə yönəldilməsi, mənzildə qeydiyyatda olan X11, İddiaçı, Nəcəfov Anar raiq oğulu həmin mənzildən istifadə hüquqlarına xitam verilsin və mənzil ən geci 1 bir) ay ərzində boşaldılması, iddia cərimənin qalan hissəsində rədd edilməsi, iddia qismən təmin edildiyindən, iddiaçı Cavabdeh ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 98%-i, yəni 29.50 (iyirmi doqquz manat əlli qəpik) manatı cavabdehlər X11, İddiaçı, X6 müştərək qaydada tutularaq tutularaq iddiaçıya ödənilməsi, qalan 2 %-i, yəni 0.50 (əlli qəpik) manatı isə ediaçı Cavabdeh ASC-yə aid edilməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında 15.05.2007-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.1126 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 10 mərtəbəli binada yerləşən 46.47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 125 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 28 iyul 1977-ci il tarixində X11 ilə rəsmi nikaha daxıl olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin №0036223 saylı çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.1126 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 10 mərtəbəli binada yerləşən 46.47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 125 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Nəcəfov Faiq Qafar oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 156 nömrəli reyestr kitabının 15726 nömrəli vərəqində qeydiyyatda alınmışdır. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.1126 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 10 mərtəbəli binada yerləşən 46.47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 125 nömrəli mənzili ipotekaya qoyulmasına etiraz etmirəm. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəmə götürürəm ki, ona heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyəm. Məhkəmə iddia tələbinin ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 28 iyul 1977-ci il tarixində X11 ilə rəsmi nikaha daxıl olmuşdur. Nikaha daxil olduqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvanı küçəsi, ev 26 yerləşən 125 saylı mənzili almışlar və həmin mənzil onların birgə mülkiyyətlərindədir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh ASC arasında 15.05.2007-ci il tarixli ipoteka müqaviləsindən göründüyü kimi X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.1126 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 10 mərtəbəli binada yerləşən 46.47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 125 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsindən göründüyü kimi “X9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0.1126 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 10 mərtəbəli binada yerləşən 46.47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 125 nömrəli mənzili ipotekaya qoyulmasına etiraz etmirəm. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəmə götürürəm ki, ona heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeydşərtsiz tərk edəcəyəm”. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında borc münasibəti olduğunu, imzalanmış alqı-satqı müqaviləsinin əslində başqa müqaviləni - borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alqı-satqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarından görünür ki, mənzilin alqı-satqı müqaviləsi notariusda olmuş, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmiş, tərəflər arasında mənzilin alqısatqısına görə razılaşdırılmış məbləğ alıcı tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüşdür. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisələndirilən 15.05.2007-ci il tarixdə imzalanmış və müqavilənin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 14 ildən artıq müddət keçdikdən sonra 26.11.2020-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə (müqaviləsinin etibarsız hesab edilməsi barədə) iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar