Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1334/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “qarajın təhvil verilməsi və pul” tələbinə dair ilkin iddia üzrə; iddiaçı Cavabdeh MTK-nin cavabdeh İddiaçı qarşı “göstərilən xidmət haqqının tutlması” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK ilə onun arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilənin predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın MTK tərəfindən ona təhvil verilməsi, ona dəymiş olan maddi zərərin əvəzi olaraq 8850 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul olmaqla, cəmi 8880 manat pulun MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı qaraj və 8850 manat qaraj icarəsinə görə pul tələblərinin əsassız olduğuna görə iddianın rədd edilməsini, MTK tərəfindən İddiaçı məxsus avtomobilə göstərilən xidmətlərə görə hesablanmış 2655 manat vəsaitin “xxxx” MMC-yə ödənilıməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri haqqında Məhkəməyə heç bir üzrlü səbəb bildirməmişdi. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2006-cı ildə “X2 Qrupu” MMC-nin Şirkətlərindən olan Cavabdeh MTK ilə onun arasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə Cavabdeh MTK tərəfindən inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın alqı-satqısına dair Q/10-A176-7 saylı müqavilə bağlanmışdır. xx xxxxxx 2006-cı il tarixli Q/10-A176-7 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə Cavabdeh MTK tərəfindən inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qaraj MTK tərəfindən ona 11040 manata satılmış, onun tərəfindən isə alqı-satqı predmetinin dəyəri olan 11040 manat MTK-ya təqdim edilmişdir. Bununla bağlı alqı-satqı predmetinin dəyəri olan 11040 manat məbləğin tərəfindən tam olaraq satıcıya ödənilməsini təsdiq edən xx xxxxxx 2006-cı il tarixli 415 saylı maliyyə arayışı MTK tərəfindən ona təqdim edilmişdir. Lakin bildirir ki, tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilsə də, MTK hələ də müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, üzərinə düşən öhdəlikləri icra etməyərək onun əmlak Cavabdehlarını kobud şəkildə pozmaqla eyni zamanda ona külli miqdarda maddi zərər vurmuşdur. Aralarında bağlanmış xx xxxxxx 2006-cı il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən, MTK obyektin tikintisini layihə sənədlərinə və tikinti norma-qaydalarının tələblərinə uyğun surətdə, müəyyən edilmiş müddətdə başa çatdırılmasını, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın yanında yerləşən qarajı payçıya təhvil verməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, payçı müqavilə ilə müəyyən edilmiş məbləği kooperativə ödəyir. Yuxarıda qeyd etdiyi kimi müqavilə predmeti olan qarajın dəyəri 11040 manat pul vəsaiti xx xxxxxx 2006-cı il tarixdə kooperativə ödənilmiş, bununla da onun tərəfindən xx xxxxxx 2006-cı il tarixli müqavilənin şərtlərinə tam əməl edilmişdi. Lakin MTK bugünədək müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə qanun pozuntusuna yol veməkdədir. Həmçinin cavabdehin bu qanunsuz hərəkəti nəticəsində bu illər ərzində o, öz qanuni əmlakından məhrum olmaqla yanaşı həmdə bu kimi qanunsuzluqla əlaqədar ona külli miqdarda maddi zərər dəymişdir. Belə ki, cavabdeh tərəfindən ona məxsus qaraj ona təhvil verilmədiyindən, o, 2006-cı ilin fevral ayından bugünədək, yəni 2020-ci ilin noyabr ayınadək olmaqla (177 ay) avtomobilini icarəyə götürdüyü qarajda saxlamaq məcburiyyətində olmuşdur. Bu illər ərzində qaraj icarəsi ilə bağlı aylıq ödənişləri ən azı halda 50 manat olmuşdur. Yəni o, bu illər ərzində olan 177 ay ərzində, aylıq minimum 50 manat olmaqla 8850 manat qaraj kirayəsi ödəmişdir (177 x 50 = 8850). Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, 29 fevral 2008-ci ildə “xxxx” MMC fəaliyyətə başlamışdır. Həmin vaxt Cavabdeh MTK fəaliyyətini dayandırmış və yaşayış binasının sakinlərinə mənzil-xxxx xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən “xxxx” MMC ilə müqavilə bağlanmışdır. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən ona 15 kv.metr qaraj yeri ayrılmış və onlar 2006-cı ildən 2017-ci ilə qədər garajdan istifadə etmişlər. Bu müddətdə, yəni 177 ay qarajın mülkiyyətçisi olduğuna görə başqa avtomobil sahiblərindən (qaraj istifadəçilərindən) fərqli olaraq ay ərzində 15 manat hesabı ilə onların maşınlarına xidmət göstərilmişdir.177 ay x 15 manat = 2655 manatlıq tərəflərindən xidmət göstərilmişdir. Həmin xidmətlərə avtomobilin mühafizəsi, ərazinin işıqlandırılması və ərazinin təmiz saxlanılması daxildir. Əldə etdikləri məlumatlara və müşahidələrə görə ailədə ciddi maliyyə çətinlikləri olmuşdur. Ona görə də, bu ailə avtomobilini özgəninkiləşdirmişdir. Hansı səbəbə görə İddiaçı keçən 15 il ərzində qarajı tələb etməmişdir. S.Məmmdlinin ailəsindəki maliyyə problemləri bu ailəyə göstərilən digər xxxx xidmətlərinin haqqının ödənilməsinə də problemlər yaratmışdır. İddiaçı xxxx haqqını ödəmədiyinə görə “xxxx” MMC tərəfindən qeydiyyat ünvanı Sumqayıt şəhəri olduğuna görə Sumqayıt şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Sumqayıt şəhər Məhkəməsi öz növbəsində iddiaçı “xxxx” MMC-nin İddiaçı qarşı qaldırılmış 6080 manat iddia tələbini təmin etmişdir. Məsələ Sumqayıt Apelyasiya Məhkəməsində də baxılmış və Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. İddiaçı hazırki çətin vəziyyətdən çıxış yolunu guya onlara məxsus avtomobilin başqa yerdə icarəyə götürdüyü qarajda saxlamaqda axtarır. Hansı ki, istər sakinlərin, istərsə də “xxxx” MMC-nin əməkdaşlarının dediklərinə və apardığı qeydiyyata əsasən son 3 il ərzində onların avtomobili olmayıb. Əvvəlki illərdə isə onlara məxsus avtomobil binada onlar üçün ayrılmış yerdə saxlanılmışdır. Sonda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəfi dinləyib və iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual Cavabdeh normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, hər iki iddia rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh MTK ilə İddiaçı arasında xx xxxxxx 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 117 saylı xx xxxx 2003-cü il tarixli sərəncamına əsasən Cavabdeh MTK tərəfindən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binasının yanında inşa edilən avtomobil qarajını MTK İddiaçı (tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, İddiaçı isə həmin qarajı qəbul etməyi öz öhdələrinə götürürlər. Təhvil veriləcək məbləğ 11040 manatdır. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş xx xxxxxx 2006-cı il tarixli 415 saylı arayışdan görünür ki, İddiaçı Cavabdeh MTK-nın Xətai prospekti 38 ünvanda inşa etdiyi 18 mərtəbəli yaşayış binasından (A bloku, mənzilin sahəsi 176 kv.m, mərtəbə 7) mənzil almaq üçün xx xxxxxx 2006-cı il tarixdə Cavabdeh MTK-nə 11040 manat vəsait ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət Cavabdeh vardır. Mülkiyyət Cavabdeh, o cümlədən xüsusi mülkiyyət Cavabdeh qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində mülkiyyət Cavabdeh mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin Cavabdehların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik Cavabdeh – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə Cavabdeh – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam Cavabdeh isə əmlakın (əşyanın) Cavabdehi müqəddəratını təyin etməyin Cavabdehi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına Cavabdeh olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət Cavabdeh əldə edirlər. Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərlə müəyyən edilir ki, istər ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh MTK ilə onun arasında bağlanmış xx xxxxxx 2006-cı il tarixli Q/10-A176-7 saylı müqavilənin predmeti olan, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasından 1 ədəd qarajın MTK tərəfindən ona təhvil verilməsi, ona dəymiş olan maddi zərərin əvəzi olaraq 8850 manat; istərsə də, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK MTK tərəfindən İddiaçı məxsus avtomobilə göstərilən xidmətlərə görə hesablanmış 2655 manat vəsaitin “xxxx” MMC-yə ödənilıməsini tələb etsələr də, öz iddialarının əsasına dair məhkəməyə heç bir sübut təqdim etmirlər. Halbu ki, MPM-nin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək vəzifəsi məhz onların üzərinə düşür. Odur ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “qarajın təhvil verilməsi və pul” tələbinə dair ilkin iddia və iddiaçı Cavabdeh MTK-nin cavabdeh İddiaçı qarşı “göstərilən xidmət haqqının tutulması” tələbinə dair qarşılıqlı iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “qarajın təhvil verilməsi və pul” tələbinə dair ilkin iddia rədd edilsin. İddiaçı Cavabdeh MTK-nin cavabdeh İddiaçı qarşı “göstərilən xidmət haqqının tutulması” tələbinə dair qarşılıqlı iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1334/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1334/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver