Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1335/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçılar İddiaçı3 və İddiaçı1, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi Nümayəndə1, Cavabdeh1, Cavbadeh Abşeron Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri X5 və X1 iştirakları ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikası Cavabdeh2nə və qeyrilərinə qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4000 manat İddiaçı2, 3000 manatı İddiaçı3, 3000 manatı İddiaçı1 ödənilməklə ümumilikdə 10000 manat miqdarında mənəvi zərər və ödənilmiş 160 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, artıq onlar dəfələrlə aidiyyəti orqanlara, cavabdehlər TƏBİB və Abşeron Rayon Mərkəzi Xəstəxanası şikayətlər ünvanlasa da, şikayətklərtinə məhəl qoymamışlar və onların özbaşınalıqları hələ də davam etməkdədir. Belə ki, əvvəllər Qobu Ailə Sağlamlıq Mərkəzinin həkimi Cavabdeh1 onun gəlininin bir neçə həftləlik hamiləliyinin tələf olmasına və ailə üzvlərinin sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olmuşdur. 17 sentyabr 2022-ci il tarixdə saat 11:00 da oğlu İddiaçı1 qida zəhərlənməsi ilə bağlı “Qobu ASM”-ə çağırış verdikdən sonra onlara gec reaksiya vermişlər. Üstündən təxminən 3 saat keçdikdən sonra həmin xəstəxananın terapevti Cavabdeh1 gəlmiş, oğlunun pis vəziyyətdə olmasına baxmayaraq, ilkin yardım göstərəməyərək evi tərk etmişdir. Bununla bağlı dəfələrlə müvafiq yuxarı orqanlara şikayət verilmişdir. Bundan sonra Cavabdeh1 ilə onların ailəsi arasında mübahisələr başlamışdır. O, bir neçə dəfə çağırış əsasında onların evinə gələrək guya onu yoxlayırmış kimi uyğunsuz vəziyyətdə yəni o, yatılı vəziyyətdə olarkən onun videoçəkilişini etmişdir. Bundan sonra onlar “TƏBİBƏ'' şikayət edərək, həkimdə onun şəxsi həyatına aid olan səs yazıları və video yazıların olmasını bildirdikdən sonra onlar yalan doğru belə bir halın olmadığını bildirmişdilər. “TƏBİB”-in bir işçisi onlara bildirəndə ki, onda o çəkilişlər var, həmin işçinin əmək müqaviləsinə xitam verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılova müraciət edərək Cavabdeh1 qanunsuz əməlləri barədə məlumat vermişdir. Nəticə olaraq həmin həkim bir müddət “Qobu ASM” dən kənarlaşdırıldı. 27 mart 2023-cü ildə yazılı məlumat verilmişdir ki, o həkim artıq burda fəaliyyət göstərmir. Lakin, aprelin 1-də onu yenidən öz işinə qaytarmışlar. Oğlu “TƏBİBƏ” gedərək bu özbaşınalıqlar barədə məlumat versə də ona bildirmişlər ki, yalnız ailədə ölüm hadisəsi olarsa həkim işdən çıxarılacaqdır. Oğlu “TƏBİB”-in əməkdaşına bildirmişdir ki, o özünü öldürsə həkim işdən çıxacaqmı? sualına o, bəli cavabını verərək get özünü öldür ondan sonra o işdən azad olunacadır deyə bildirmişdir. Buna görə də oğlu intihar etmək qərarına gəlmişdir. İntiharın səbəbi cavabdehlərdir. Onun həkim peşəsinə sığmayan etinasız və kobud rəftarı ucbatından gəlininin bir neçə həftəlik körpə övladı tələf olmuşdur. Dəfələrlə oğlu onun qəbulunda olarkən və onlara gələrkən onu şantaj etmişdir, oğlunu təhqir etmişdir. Oğlu onun kabinetində olarkən o, oğlunu hədələyərək onun tibbi kitabçasını oğlunun üzərinə təhqiramiz formada ataraq, otağından nalayiq ifadələrlə qovmuşdur. Bu zaman həmçinin oğlunun telefonu əlindən düşmüş və o ayağı ilə telefonu vuraraq sındırmışdır. Həkim Cavabdeh1 bu cür davranışları ucbatından oğlunda psixi pozuntular yaranmışdır. Bunun nəticəsi olaraq oğlu özünü intihar səviyyəsinə çatmışdır. Bununla bağlı da Abşeron rayon Prokurorluğunda araşdırma gedir. Onun evlərinə gələrək dəfələrlə münaqişə yaratması yeni əməliyyat olmuş azyaşlı nəvəsi Mirzəyeva Fatimənin əqli inkişafında əhəmiyyətli dərəcədə pozuntular yaranmasına səbəb olmuşdur. Onun bu hərəkətləri ilə nəvəsi Fatimənin əqli inkişafında ciddi probləmlər əmələ gəlmişdir. Axrıncı dəfə onu evə normal qaydada dəvət edərək, onunla məsələləri qaydasına qoymaq istəsələr də, o bir daha gələrək, nalayiq formada “uşaq uşaq danışma, sənin oğlun özünü öldürəcək deyə mən nəyə görə işimi itirməliyəm” deyərək qapını üzünə çırparaq əsəbi formada evi tərk etmişdir. Həkim Cavabdeh1 bu cür etinasız və qeyri-etik davranışları nəticəsində ailə üzvlərinin səhhətində yaranmış xəstəliklərlə bağlı öz şikayətlərini TƏBİB-ə və Abşeron RMX dəfələrlə bildirsə də, onun şikayət məktubuna baxmayaraq heç bir tədbir görülməmişdir. Artıq 4 ildən çoxdur ki, o və ailə üzvləri Cavabdeh1 bu cür həkim peşəsinə sığmayan səhlənkar və kobud rəftarı ucbatından təngə gəlmişdir. Bu cür haqsızlıqlara dözə bilmədiyindən oğlu İddiaçı1 2 dəfə intihar etmişdir. Onun səhhətində uzunmüddətli psixi pozuntular yaranmışdır. Oğlunun əqli fəaliyyətinin pozulması ilə bağlı həkim rəyininin surətini öz şikayət ərizənə əlavə etmişdir. Həmin həkimin bu cür qanunsuz əməllərinə görə onun barəsində Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılmışdır. Lakin, hələ də Abşeron Rayon Mərkəzi Xəstəxanası və TƏBİB onun işdən azad edilməsi üçün heç bir tədbir görmür və digər vətəndaşların da həyat və sağlamlığı hələ də təhlükə altındadır. Hesab etmişlər ki, onun bu cür qanunsuz özbaşına əməllərini ört basdır edən şəxslər Abşeron Rayon Mərkəzi Xəstəxanasının sədri X7 və “TƏBİB”in direktoru Vüqar Qurbanovdur. Göstərilənlərlə bağlı məsul şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələ aydınlaşdırılmalı və əgər bu təsdiq edilərsə onlar barədə xüsusi qərar çıxarılaraq cinayət işinin başlanması üçün istintaq orqanına göndərilməlidir. Sonradan iddiaçılar Abşeron Rayon Mərkəzi Xəstəxanasının əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etdilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı3 və İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 nümayəndəsi Nümayəndə1 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iş materiallarında TƏBİB, Abşeron rayon Mərkəzi Xəstəxanası və Cavabdeh1 ilə bağlı iddiaçıya mənəvi sarsıntı keçirəcək heç bir sübut yoxdur. İddiaçının təqdim etdiyi sənədlər onun xəstəliyi ilə bağlı ola bilər, həmin məlumatlar onlarda və iddia ərizəsində də var. Rəylərdə İddiaçı1 psixi pozuntudan əziyyət çəkdiyi qeyd edilsə də onun hansı tarixdən etibarən və həmin xəstəxanalarda ambulator və yaxud stasionar qeydiyyatı ilə bağlı hər hansı bir məlumat yoxdur. İddiaçı qeyd edir ki, İddiaçı1 münaqişədən sonra özünə gələ bilməmiş və intihar etmiş, həkim Cavabdeh1 qeyd edilən davranışından sonra onda mənəvi sarsıntı və psixi xəstəlikləri yaranmışdır. Mənəvi zərərlə bağlı heç bir hüquqi əsasın olmadığını düşünür. İddiaçının özü də qeyd edir ki, Abşeron rayon prokurorluğunda və digər istintaq orqanlarında bununla bağlı araşdırma aparılır, lakin araşdırmanın yekun nəticəsi hələki yoxdur. İddiaya qarşı əsaslı arqument ondan ibarətdir ki, İddiaçı1 psixi pozuntular 17 sentyabr 2022-ci ildən əvvəl də olmuşdur. Belə ki, Cavabdeh1 onu 20 ildən çox müddətdir tanıyır və İddiaçı1 əvvəllər də ərazi üzrə xəstəxanadan psixi xəstəliyi ilə bağlı dərmanlar almışdır. İddiaçı3 bildirdiyi hallarla bağlı hər hansı bir sübut yoxdur ki, Cavabdeh1 davranışlarına görə onun hamiləliyinin pozulduğunu sübut etsin. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavbadeh Abşeron Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri X5 və X2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdilər və bildirdilər ki, xanımın, yoldaşının və qaynanasının iddialarının heç bir hüquqi əsası yoxdur. Onların həkimin yerinin dəyişdirilməsini tələb etsələr də, Ailə sağlamlıq mərkəzləri kəndlərdə əhali ilə işləyirlər və onların xəstəlik və tarixçələrini izləyirlər. Həkimin yerini dəyişməklə ona da sarsıntı yaşada bilərdilər. Bir dəfə buna cəhd etsələr də, həmin vaxt köhnə işlədiyi ərazi üzrə əhali yığılaraq müalicələrini izləyənin olmadığını, həmin həkimin daha yaxşı bildiyini və izlədiyini bildirmiş, onlar isə həmin həkimi geri qaytarmışlar. İddiaçının hamiləliyinin pozulması ilə bağlı hansısa sübutu varsa bunları təqdim etsin. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Abşeron Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı1 intihara cəhd etməsi, İddiaçı3 və İddiaçı2 ərizələri əsasında Qobu ASM-in həkimi Cavabdeh1 qanunsu hərəkətləri barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 və İddiaçı3 Abşeron rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməmiş, həmin qərar qanuni qüvvəyə minmişdir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı3 hamiləliyinin pozulması müxtəlif səbəblərdən ola bilər. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı1 fərdi-psixi xüsusiyyətlərini tədqiq edərkən əqli-intellektual imkanlarının (diqqət, yaddaş, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğun olduğu aşkar olunur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik; xarakterik xüsusiyyətlərində inadkarlıq, eqosentrizm, özünə qarşı ətrafdakılardan həddən artıq hörmət tələb etmək, diqqəti öz üzərinə çəkməyə meyillilik, hiss və yaşantılarını dramatik tərzdə ətrafdakılara çatdırmaq, nümayişkaranəlik, öz maraqlarına uyğun davranmaq, subyektvizm aşkar olunmaqla xasiyyətin isterik tipli psixopatik cizgiləri müəyyən edilir. İddiaçı1 ekstremal psixi vəziyyət (fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və s.) aşkar olunmur. İddiaçı1 əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir. Lakin onda müəyyən edilən xasiyyətin isterik tipli psixopatik cizgiləri ilə əlaqədar öz marağına uyğun davranmaqla subyektiv mövqedə danışa bilər. İddiaçı1 başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən olunmadı. İddiaçı1 özündən uydurmağa patoloji meyillilik aşkar olunmadı. Lakin onda müəyyən edilən xasiyyətin isterik tipli psixopatik cizgiləri ilə əlaqədar konflikt-situasiya yarada, həmin situasiyada öz marağına uyğun davranmaqla yaranmış situasiyanı qabardıb danışa bilər. İddiaçı1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin isterik tipli psixopatik cizgiləri müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat xidməti və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. Məhz bu üç hal təsdiq edildiyi halda məhkəmə şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi barədə iddianı təmin edir. Qeyd edilən üç haldan biri olmazsa, iddia təmin oluna bilməz. Məhkəmə hesab edir ki, iddiaçılar Cavabdeh1 tərəfindən onların şərəf və ləyaqətini ləkələyəcək hər hansı dəlili məhkəməyə təqdim edə bilmədilər və iş materiallarında mövcud olan sübutlara əsasən onların sağlamlığına dəymiş zərərlə cavabdehin hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, iddia tələbinin “cavabdehin təqsirli hərəkəti nəticəsində onlara 10 000 manat mənəvi zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd ediməlidir ki, iş materiallarında olan cinayət işinin başlanılması barədə qərarda və işə əlavə edilmiş ekspertiza rəylərinə əsasən həkim tərəfindən fiziki və mənəvi iztirablar verilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərci kimi ödənilmiş 160 manat dövlət da rüsumu iddiaçılara aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Azərbaycan Respublikası Cavabdeh2nə və qeyrilərinə qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1335/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1335/2025
13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver