Məhkəmə qərarları › İş №2(006)-134/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-134/2022

23.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-134/2022 23.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X15, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, X2 iştirakı ilə İddiaçı Rəhimcanoviçin cavabdeh X13rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) «vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Rəhimcanoviç cavabdeh X13rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) «vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başladığını və bununla da mirası qəbul etdiyini nəzərə alaraq, X24 ölümündən sonra ondan qalan miras paya vərəsə kimi tanınmasına və atasının adına verilmiş vərəsəlik haqda şəhadətnamənin və pasport qeydiyyatının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının nümayəndəsi X31 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Rəhimcan Şərifoviçin adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin və onunla bağlı mülkiyyət haqqında çıxarışın etibarsız olunmaqla ləğv olunması, X11 həmin mənzilə dair nənəsi X8mış mirası qəbul etdiyindən vərəsə tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Rəhimcanoviç iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı evin 43 saylı mənzilinin mülkiyyətçisi nənəsi X28muşdur. O, bu evdə doğulmuşdur. Atası ilə anası bu evdə yaşamışlar və atası anasından boşandıqdan sonra evdən çıxıb getmiş və Rusiyada başqa qadınla evlənmişdir. Bir müddət sonra bilmişdir ki, atası yoxa çıxıb və sonuncudan xəbər yoxdur. Onlar da, Bakıda atasının xəbərsiz itkin düşməsi və ölüm faktını müəyyən etmişlər. Atasının adına ölüm haqqında şəhadətnamə belə almışlar. Anası və o, bu evdə yaşamaqda davam edirlər. Atası 1997-ci ilin mart ayının 5-dən Rusiya vətəndaşlığını qəbul etmiş, orada pasport qeydiyyatında olmuşdur. Sadəcə anası atasını bu evdən pasport qeydiyyatından savadsızlığından çıxarmamışdır. Nənəsi xəstə olarkən anası və o, nənəsinə baxmışlar. Nənəsini dəfn belə etmişlər. Nənəsi öləndən sonra o, miras əmlakı faktiki qəbul edib idarə etmişdir. Sonradan isə evdə anası qalmışdır. Hazırda atası X32 peyda olmuş və gəlib üstündən 30 il keçəndən sonra vərəsəlik açdırıb nənəsindən qalan mirasa sahib çıxmaq istəyir və maraqlı şəxs 14 saylı notariat kontoru da ona bu işdə köməklik edir. Hazırda atasına vərəsəlik haqqında şəhadətnamə də verilmişdir. Lakin notariat kontoru bu haqda ona məlumat vermir. Atası mirası faktiki qəbul etməmişdir. Nənəsi ölən vaxt o, Rusiyada yaşamış və nənəsinin ölümündən sonra da Azərbaycana gəlməmişdir. Həmin vaxt da Rusiya vətəndaşı olmuşdur. Bu müddət ərzində atası Bakıda olmamış, miras əmlakın qəbulu ilə əlaqədar heç bir yerə müraciət etməmiş və susmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən cavabdeh olan atası susmuş və atasının susması nəticəsində miras əmlak ona keçmişdir. Belə ki, nənəsi öləndən sonra miras əmlakı faktiki olaraq o, 6 ay ərzində faktiki qəbul etmişdir və idarə etmişdir. Bu səbəbdən də, atasına hazırda verilmiş vərəsəlik haqda şəhadətnamə etibarsız sayılmalıdır və o, vərəsə hesab edilərək, nənəsindən qalan miras evə dair onun adına şəhadətnamə verilməlidir. İddiasına Bakı şəhər Ərazi İdarəsinin məktubunu da əlavə edib bildirir ki, 2013-cü ildə belə miras əmlak hələ də nənəsinin mülkiyyətində idi. Atası bununla əlaqədar heç bir hərəkət etməmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, X31 X33 ilə 1984-cü ildə nikahı rəsmiləşdirərək ailə qurmuş və Bakı şəhəri Moskva (əvvəl Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzilinə köçərək bu günədək yaşayır. Nikahdan iki övladı xx.xx.1984-cü il təvəllüdlü X5 və xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Rəhimcanoviç anadan olmuşlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-337 nömrəli, 23 mart 1995-ci il tarixli qətnaməsi ilə Maina Zakirovanın əri Rəhimcan Zakirova və onun anası X17rşı iddiası təmin olunmuş və onun Bakı şəhəri, Tbilisi prospekti 66 saylı evin 43 saylı mənzilinə hüququ tanınmışdır. xx.xx.1995-ci ildə Rəhimcan və Maina Zakirovlar arasında nikah pozulmuşdur. 1995-ci ildə X33 itkin düşmüşdür. xx.xx.1997-ci il tarixdə X36 mülkiyyətində olan Bakı şəhəri, Tbilisi prospekti, ev 66, 43 nömrəli mənzili 14 saylı Notariat Kontorunda oğlu X23 vəsiyyət etmişdir. xx.xx.1997-ci ildə anası X36 vəfat etmişdir və Maina Zakirova onu dəfn etmişdir. Maina Zakirova iki azyaşlı uşaqla (iddiaçı Aleksey və bacısı Aleksandra) həmin mənzildə ailə tərkibində yaşamalarını davam etdirmişdirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə İddiaçı Rəhimcanovun işin xüsusi icraat qaydasında hüquqi faktın müəyyən olunması haqqında ərizəsi təmin olunaraq X19 1995-ci ildən itkin düşdüyündən, 2010-cu ildə ölmüş elan olunmuşdur. Qətnamə xx.xx.2010-cu il tarixdə icra olunmuş, ölüm haqqında şəhadətnamə verilmiş və vətəndaşlıq vəziyyəti aktların dövlət reyestrində qeydlər aparılmışdır. Qətnamə ilə Rəhimcan Zakirovun vərəsəliyi qəbul etməməsi səbəbindən onun varisi İddiaçı tanınmışdır. 2020-ci ildə Maina Zakirovaya Mənzil X26 bildirmişdirlər ki, kim isə Rəhimcanın adından Mainanın yaşadığı mənzilinə dair mülkiyyət haqqında çıxarış təqdim etmişdir. Həmin çıxarış 2020-ci ildə 14 saylı Notariat Ofisində verilmiş vərəsəlik haqqında şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlər Reyestr Xidmətində alınmışdır. Mainaya Rəhimcanın adına olmuş Sovet pasportun sürətini göstərmişdirlər. Qeyd etmək lazımdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2-132 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı Rəhimcanoviçin maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı xüsusi icraat qaydasında ərizəsi əsasında araşdırma nəticəsində müəyyən olunmuşdur ki, onun atası X29 1995-ci ildən itkin düşdüyündən və beş ildən çox müddət ərzində onun haqqında məlumat olmadığına görə məhkəmə qaydasında 2010-cu ildə ölmüş hesab olunmuşdur. Yaşadığı Bakı şəhəri, Tbilisi (hazırda Moskva) prospekti, ev 66, mənzil 43-də daimi qeydiyyatda olduğu mənzil nənəsi X24 (X14 anası) adına 1994-cü ildən mülkiyyətindədir və o (nənəsi) xx.xx.1997-ci ildə vəfat etdikdə atası X29 itdiyi üçün mənzili vərəsə kimi qəbul etməmişdir. Ərizəçi İddiaçı anası ilə orda yaşamaqla və yiyəlik etməklə 1-ci növ vərəsə atası X29 vərəsəliyi qəbul etmədiyindən, Aleksey onun vərəsəsi olduğundan faktiki mirası qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirlinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin "Avtomatlaşdırılmış informasiya sisteminin Vətəndaşların vəziyyəti aktlarında X14 2010-cu ildə ölüm haqqında qeydin elektron ümumi informativ bazasında mövcud olmasına baxmayaraq, xx.xx.2020-ci ildə ölmüş atasının adından məlum olmayan şəxs(lər) sənədləri saxtalaşdıraraq və təqdim edərək həmin mənzilə dair ölmüş atasının adına Bakı şəhəri 14 saylı Notariat Kontorundan vərəsəlik haqqında şəhadətnaməni alaraq, onu Bakı şəhər üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərək ölmüşün adına mülkiyyət haqqında şəhadətnaməni almış və məhkəmədə anası X9rşı istifadə hüququna xitam verilməsi haqqında iddia ərizəsilə çıxış etmişdir. 14 saylı Notariat Ofisinin vərəsəlik işində X19 xx.xx.2020-ci il tarixdə notariat ofisinə müraciəti haqqında ərizəsi qeydə alınmışdır. İcraatın başlanması və qurtarması həmin tarixidə qeyd olunur. Yəni bir gün notariusa X19 Rusiya Federasiyasının vətəndaşı olan ona xx.xx.2020 tarixli verdiyi xarici pasport təqdim olunmuşdur. xx.xx.2020-ci tarixdə X19 adına mənzilə dair ********** nömrəli mülkiyyət haqqında çıxarış qeydə alınır. Azərbaycan Respublikası Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2021-ci tarixli arayışına əsasən X35 xx.xx.2020-ci Azərbaycana Rusiyadan girib və xx.xx.2020-ci tarixdə Azərbaycandan Rusiyaya çıxıb. Rusiya pasportu təqdim edilmişdir. xx.xx.2021-ci tarixli, 2(006)-132/2010 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsi (hakim Anar İbadzadə) eyni adlı məhkəmənin eyni nömrəli və xx.xx.2010-cu tarixli X19 ölmüş elan edilməsi haqqında qətnaməsi (ölmüşün adından nümayəndəsi tərəfindən verildiyi ərizəsi əsasında) ləğv olunmuşdur. 1997-ci ildə açılmış vəsiyyət üzrə vərəsəliyin müddəaları vərəsə olan X33 vərəsəliyindən faktiki olaraq imtina etmişdir. 23 il keçdikdən sonra notariat orqanına vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat orqan isə qeyd olunan qanunları pozaraq ona vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə vermiş, digər cavabdehlər Rəhimcan Zakirovun ölümünü bilməli olduğu halda ona mülkiyyət haqqında mənzilə dair çıxarışı qeyd etdirmişlər. Bununla yanaşı, İddiaçı nənəsi X24 yanında yaşamış, nənəsinin ölümündən sonra nənəsindən qalmış mirası faktiki olaraq qəbul etmiş, yetkinlik yaşına atanda isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə xüsusi icraat qaydasında cavabdeh X19 ölmüş elan edilməsi və Alekseyin vərəsəliyi qəbul etmə ilə bağlı ərizə ilə müraciət etmiş və 2010-cu il tarixli qətnaməsi ilə ərizə təmin olunmuşdur. Həmin qətnamə 2021-ci ildə ləğv olunduğundan və onun hazırki iş üzrə iddia ərizəsi məhkəmənin icraatında olduğundan, Aleksey notariat orqanına müraciət etməmişdir. Rəhimcan Zakirov anası X34 öz oğul borcunu yerinə yetirməmiş, ona qulluq etməmiş, ölümündən sonra onu dəfn etməmiş, xərclərini çəkməmişdir. O, 1997-ci ilin aprel ayından Rusiyada Sankt-Peterburq şəhərində qeydiyyatda olmuş və Azərbaycana gəlməmişdir. İddiaçının nümayəndəsi X31 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni müdafiə etdi və izahatında bildirdi ki, cavabdeh X33 1995-ci ildən Azərbaycan Respublikasında yaşamır. Bu məlumatı cavabdeh Bakı Apelyasiya Məhkəməsində videogörüntü vasitəsi ilə danışarkən demişdir. Qeyd etmək istəyir ki, mülki hüquq münasibəti 1997-ci il tarixdə yarandığına görə bu məsələ Mülki Prosessual Məcəllənin tələblərinə görə köhnə qanunvericiliklə tənzimlənməlidir. Məcəllələr arasında fərq çox deyildir. Həm köhnə, həm də yeni Məcəllə ilə 6 aydan sonra vərəsəliyi qəbul etmək qadağandır. Belə ki, yeni Mülki Məcəllənin 1145-ci maddəsinin tələblərinə əsasən vərəsəlik həm vərəsə üzrə, həm də qanun üzrə keçə bilər. Həm yeni, həm də köhnə Məcəllədə qeyd edilir ki, ərizə vermək müddəti 3 ay müəyyən edilmişdir. Vərəsəliyi qəbul etməmə imtinaya bərabər tutulur. İş üzrə müəyyən edilmişdir ki, 2010-cu ildə İddiaçı Rəhimcanoviç məhkəməyə ərizə verməklə öz atası X19 ölmüş hesab edilməsini xahiş etmiş və məhkəmə onun ərizəsini təmin etmişdir. Sonradan, həmin qətnamə şəxs gəlib çıxdığı üçün ləğv edilmişdir. Qətnamə ləğv edilsə də, orada olan faktlar öz əksini tapmışdır ki, cavabdeh X33 1995-ci ildə Bakı şəhərində olmamış və anasının dəfnində iştirak etməmişdir. Həmçinin o, vərəsəliyi qəbul etməmişdir. Notariusun məktubu ilə bağlı qeyd etmək istəyir ki, 14 saylı notarius məhkəməyə məktub ünvanlayaraq qeyd etmişdir ki, X19 21 fevral 2020-ci il tarixli ərizəsinə əsasən V-23/2020 nömrəsi ilə qeydə alınaraq, həmin tarixdə vərəsəliyin uçotu kitabında miras qoyan İddiaçının adına vərəsəlik işi açılmışdır. Həmin tarixdə tərəflərindən 2V-43 reyestr nömrəsilə qeydə alınaraq, İddiaçıdan miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tblisi prosekti 66 saylı binada yerləşən 43 nömrəli mənzilə dair tam payda Cavabdeh adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bildirilmişdir ki, 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın axırıncı daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edilir. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Əlavə olaraq bildirilmişdir ki, 19 mart 1997-ci il tarixdə 2V-28 reyestr nömrəsilə qeydə alınaraq, Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən rəsmiləşdirilmiş İddiaçıya aid vəsiyyətnamə, 5 iyun 1998-ci il tarixdə Cavabdeh müraciəti əsasında həmin dövlət notariat kontorunun dövlət notariusu Tariyel Əzizli tərəfindən vəsiyyətnamənin qüvvədə olması barədə müvafiq qeydiyyat aparılmışdır. Qeyd edilən qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın axırıncı daimi yaşayış yerini, həmçinin, vərəsələrin dairəsini və vərəsənin miras əmlakı faktiki qəbul edibetməməsini müəyyən etmək ücün ərazi üzrə 23 saylı MKİS-dən arayış tələb edilmişdir. 106 nömrə ilə qeydə alınaraq, 18 fevral 2020-ci il tarixdə 23 saylı MKİS-dən verilmiş arayışa əsasən, miras qoyan İddiaçının, vərəsə Cavabdeh ilə birgə miras əmlakda qeydiyyatda olması qeyd edilmişdir. Eyni zamanda, Cavabdeh 28 aprel 1997-ci il tarixdə qeyd edilən miras əmlakdan qeydiyyatdan çıxması da arayışda öz əksini tapmışdır. Bu hal ilə Cavabdeh miras əmlakı faktiki qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu səbəbdən də 21 fevral 2020-ci ildə tərəflərindən 2V-43 reyestr nömrəsilə qeydə alınaraq, İddiaçıdan miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı binada yerləşən 43 nömrəli mənzilə dair, tam payda Cavabdeh adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras açılan zaman qeydiyyatda olan digər şəxslərin məcburi pay hüquqları olmadığından, Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman onlar nəzərə alınmamışlar. Vurğulanır ki, 1998-ci ildə Cavabdeh guya ki, notariusa müraciət etmiş və notarius Əzizli 5 iyun 1998-ci il tarixdə verdiyi şəhadətnamə qüvvədədir. Həqiqətən də belə bir qeyd vardır. Lakin həmin notariat işində Zakirovun ərizəsi mövcud deyildir. Əgər bunlar deyirsə 1998-ci ildə Cavabdeh müraciət etmişdir, onda onun ərizəsi mövcud olmalıdır. Hazırki notarius Elmar Əliyev qeyd edir ki, həmin şəxs 28 aprel 1997-ci il tarixdə həmin mənzildə qeydiyyatda olduğu üçün hesab etmişdir ki, o, vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Lakin Cavabdeh həmin qeydiyyatdan 08 aprel 1997-ci il tarixdə çıxmışdır. Cavabdeh həmin gün Leninqrad (Sankt- Peterburq) şəhərində Balestrovski prospekti ev 21 mənzil 66 ünvanda qeydiyyata düşmüşdür. 17 fevral 2020-ci il tarixdə notarius tərəfindən verilmiş məktubdan görünür ki, həmin mənzildə ancaq M.Zakirova qeydiyyatdadır. Cavabdeh anası milliyətcə rusdur. Həmçinin o xristiandır. Xristianların isə dəfn mərasimi elədir ki, onlar üç gün evdə qalırlar. Onların din xadimi gəlir və dualar oxuyur. Digər şəxslər də gəlib mərhumla vidalaşırlar. Cavabdeh özü qeyd etmişdir ki, anası rəhmətə gedəndə o, Bakıya 1 gün gəlmiş və sonra getmişdir. 2010-cu il tarixdə Nəsimi Rayon Məhkəməsində Cavabdeh ölmüş elan edilməsinə dair qətnamə ləğv edildikdə, onlar izah etmişdilər ki, onlar 1995-ci ildə Cavabdeh görməmişlər. Orada hər gün iştirak etmişlər və onun oğlunu görməmişlər. Ölən gündən 2010-cu il tarixə kimi heç kəs Cavabdeh görməmişdir. O qətnamə ləğv edilsə də, onun sübutları həmin işin içindədir. Alekseyin və Aleksandranın vərəsəliyi qəbul etməsinə dair onu qeyd etmək istəyir ki, o, bununla bağlı oxuduğu məktəbə sorğu vermişdir və sorğusuna məktəbin direktoru Həcər Mahmudova məlumat verərək qeyd etmişdir ki, Aleksandra Zakirova 1994-cü ildə məktəbin 5-ci sinifinə qəbul edilmiş və 2001-ci ildə məktəbin 11-ci sinifini bitirmişdir. 1988-ci il təvəllüdlü İddiaçı 1995-ci ildə məktəbin 1-ci sinifinə qəbul edilmiş və 2004-cü ildə məktəbin 9-cu sinifini bitirmişdir. Onların nənəsi 1997-ci ildə rəhmətə getmişdir. Nənələri rəhmətə getdiyi zaman onlar orada yaşamışlar. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Mülki işdən məlum olur ki, cavabdeh X33 məhkəmə iclasına gəlmiş, məhkəmə iclaslarında iştirak etdiyi üçün onun ölmüş hesab edilməsinə dair qətnamə ləğv edilmiş və öz qüvvəsini almışdır. Onu da qeyd edir ki, X33 anası rəhmətə gedəndən 2-3 gün sonra Bakı şəhərinə gəlmiş, anasının yas mərasimində iştirak etmiş və anasının dəfnində dostu tərəfindən çəkilmiş 600 dollar xərci dostuna geri ödəmişdir. X33 anasının birinci növbəli vərəsəsidir. İddiaçı isə nənəsinin ikinci növbəli vərəsəsidir. İddiaçının atası sağ olduğuna görə onun miras payı yoxdur. Hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün onun subyektiv hüququ yoxdur. Qeyd edir ki, cavabdeh X19 ikinci nikahından olan övladı xəstə olduğundan, onun vərəsəlik işləri ilə maraqlanmağa vaxtı olmadığından, cavabdeh vərəsəlik işləri ilə gec məşğul olmuşdur. Həmin dövrdə Sankt-Peterburq şəhərindən Bakı şəhərinə həftədə iki dəfə uçuş olduğuna görə o, anası öləndən iki gün sonra Bakı şəhərinə gələ bilmişdir. İddia ərizəsini əsassız hesab edir. Bir daha qeyd edir ki, iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, mərhumə X10 Zakirov sağdır və anasının birinci növbə vərəsəsidir. Cavabdeh anasının ölməsi barədə məlumatı dostu X37 vermişdir. Onun dostu anasının dəfn xərclərini çəkmişdir. Cavabdeh anası rəhmətə gedəndən sonra anasının yas mərasimində iştirak etmək üçün təyyarə ilə gəlməli idi, buna görə də həmin dövrdə təyyarələr həftədə iki dəfə 2-ci və 5-ci günlər uçduğu üçün gec gəlmək məcburiyyətində qalmışdır. O, gəldikdən sonra dostunun anasının dəfn işlərinə çəkdiyi xərcləri ona geri qaytarmışdır. Həmçinin onu da qeyd edir ki, Cavabdeh anasının dəfn vəsiqəsini də almışdır. 1996-cı il tarixə kimi Cavabdeh Bakı şəhərində yaşamışdır. M.Zakirova ilə Cavabdeh arasında nikah pozulduğu üçün Cavabdeh övladları üçün aliment ödəmişdir. O, yenidən ailə həyatı qurduqdan sonra 1 il Bakı şəhərində yaşamış və ondan övladlarının saxlanılması üçün daim aliment tutulmuşdur. Onun ikinci nikahdan olan uşağı xəstədir. Köhnə qanunvericiliyə əsasən himayəsində xəstə uşağı olan şəxsə pay da çatır. İddiaçı tərəf qeyd edir ki, cavabdeh Bakı şəhərində olmamışdır. Əgər cavabdeh Bakı şəhərində olmamışdırsa, anasının dəfn vəsiqəsini necə əldə etmişdir? Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia qaldırması üçün subyektiv hüququ yoxdur. Sonda iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh X23 və maraqlı şəxs 14 saylı notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X19 və maraqlı şəxs 14 saylı notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında, o cümlədən notariat ofisindən təqdim edilmiş 2V-43 saylı notariat işində olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 29 avqust 1983-cü il tarixli H-JQ seriyalı 407838 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X38 28 avqust 1983-cü il tarixdə mədə xərçəngi xəstəliyindən Bakı şəhərində ölmüşdür. Bu barədə müvafiq akt qeydləri kitabında 29 avqust 1983-cü il tarixdə 1591 nömrəli akt qeydi aparılmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Tbilisi prospekti 66 saylı evin 43 saylı mənzili X24 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 196 №li reyestr kitabının 29066 səhifəsində xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. - 19 mart 1997-ci il tarixli vəsiyyətnamədən görünür ki, X36 Bakı şəhəri, Tbilisi prospekti, 66 saylı evin 43 saylı mənzilini oğlu X23 vəsiyyət etmişdir. Qeyd: vəsiyyətnamədə 05 iyun 1998-ci il tarixində qeydiyyat aparılmaqla, vəsiyyətnamənin qüvvədə olduğu qeyd edilmişdir. - Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 24 aprel 1997-ci il tarixli V-JQ seriyalı 281072 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X36 23 aprel 1997-ci il tarixdə insultdan Bakı şəhərində ölmüşdür. Bu barədə müvafiq akt qeydləri kitabında 24 aprel 1997-ci il tarixdə 431 nömrəli akt qeydi aparılmışdır. - X19 notariat ofisinə ünvanlanmış 21 fevral 2020-ci il tarixli ərizəsindən görünür ki, R.Şərifoviç miras əmlakın Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 66 saylı evin 43 saylı mənzilindən ibarət olduğunu, ondan başqa vərəsənin olmadığını qeyd edərək, göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - 21 fevral 2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı evin 43 saylı mənzili vəsiyyətnamə üzrə miras pay qismində X23 keçmişdir. - 23 №li MKİS-nin 18 fevral 2020-ci il tarixli, 106 saylı arayışından görünür ki, mərhumə X36 vəfat edən günə qədər Moskva (keçmiş Tbilisi) prospekti, ev 66, mənzil 43də qeydiyyatda olub. Vəfat edib xx.xx.1997-ci il tarixində. Vəfat edən günə qədər onunla birlikdə qeydiyyatda olublar oğlu X33, qeydiyyatdan çıxıb 28 aprel 1997-ci il tarixində. Nəvəsi İddiaçı Rəhimcanoviç, nəvəsi X5, gəlini X31. “Elektron notariat” X1 çıxarışa əsasən hal-hazırda keçmiş gəlini X31 tək qeydiyyatdadır. - V-JQ seriyalı Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun surətindən görünür ki, X33 28 aprel 1997-ci il tarixində Sankt-Peterburq şəhərində qeydiyyata düşmüşdür. - Məhkəmənin sorğusu əsasında daxil olmuş 2(006)-132/2010 saylı mülki işin materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş vəsiqənin surətindən görünür ki, 24 aprel 1997-ci il tarixində vəfat etmiş mərhumə X24 dəfninə dair vəsiqə verilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı evin 43 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə X19 adına qeydiyyatdan keçmişdir. - Bakı şəhəri 14 saylı Notariat Ofisinin 25 noyabr 2022-ci il tarixli 4653 saylı məktubundan görünür ki, birinci növbəli vərəsə Cavabdeh miras əmlakın qəbul edilməsi ilə bağlı 21 fevral 2020-ci il tarixli ərizəsinə əsasən V-23/2020 nömrəsi ilə qeydə alınaraq, həmin tarixdə vərəsəliyin uçotu kitabında miras qoyan İddiaçının adına vərəsəlik işi açılmışdır. Həmin tarixdə notariat kontoru tərəfindən 2V-43 reyestr nömrəsilə qeydə alınaraq, İddiaçıdan miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tblisi prosekti 66 saylı binada yerləşən 43 nömrəli mənzilə dair tam payda Cavabdeh adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın axırıncı daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcədə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edilir. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açıldığı gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 19 mart 1997-ci il tarixdə, 2V-28 reyestr nömrəsilə qeydə alınaraq, Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən rəsmiləşdirilmiş İddiaçıya aid vəsiyyətnamə 5 iyun 1998-ci il tarixdə Cavabdeh müraciəti əsasında, həmin dövlət notariat kontorunun dövlət notariusu Tariyel Əzizli tərəfindən vəsiyyətnamənin qüvvədə olması barədə müvafiq qeydiyyat aparılmışdır. Qeyd edilən qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın axırıncı daimi yaşayış yerini, həmçinin, vərəsələrin dairəsini və vərəsənin miras əmlakı faktiki qəbul edib etməməsini müəyyən etmək ücün ərazi üzrə 23 saylı MİS-dən arayış tələb edilmişdir. 106 nömrə ilə qeydə alınaraq 18 fevral 2020-ci il tarixdə 23 saylı MİS-dən verilmiş arayışa əsasən, miras qoyan İddiaçının, vərəsə Cavabdeh ilə birgə, miras əmlakda qeydiyyatda olması qeyd edilmişdir. Eyni zamanda Cavabdeh, 28 aprel 1997-ci il tarixdə, qeyd edilən miras əmlakdan qeydiyyatdan çıxması da arayışda öz əksini tapmışdır. Bu hal ilə Cavabdeh miras əmlakı faktiki qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Bu səbəbdən də 21 fevral 2020-ci ildə notariat kontoru tərəfindən 2V-43 reyestr nömrəsilə qeydə alınaraq, İddiaçıdan miras qalmış Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı binada yerləşən 43 nömrəli mənzilə dair, tam payda Cavabdeh adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras acılan zaman qeydiyyatda olan digər şəxslərin məcburi pay hüquqları olmadığından, Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən zaman onlar nəzərə alınmamışlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli 2(102)- 5136/2022 saylı qərarından görünür ki: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli 2(006)- 132/2010 saylı qətnaməsi ilə ərizəçi İddiaçı Rəhimcan oğlunun maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı «vətəndaşın ölmüş elan edilməsi» tələbinə dair ərizəsinin təmin edilməsi, ərizəçi İddiaçı Rəhimcan oğlunun atası 20 may 1957-ci ildə Leninqrad şəhərində doğulmuş, ünvan 1 ünvanda daimi qeydiyyatda olan X14 ölmüş elan edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi günün X14 ölüm günü sayılması qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(006)- 132/2010 saylı qətnaməsi ilə X19 nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli 2(006)-132/2010 saylı qətnaməsinin ləğv edilməsi, hazırki qətnamənin əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında X14 ölməsi barədə qeydin ləğv edilməsi üçün əsas olması qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2022-ci il tarixli 2(103)- 2944/2022 saylı qətnaməsi ilə ərizəçinin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(006)-132/2010 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli 2(102)-5136/2022 saylı qərarı ilə ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2022-ci il tarixli 2(103)-2944/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 ifadəsində bildirdi ki, Maina xanımın yoldaşını onların uşaqları birinci sinifə gedərkən 01 sentyabr 1995-ci il tarixdə görmüşdür. Belə ki, uşaqlar birinci sinifə başlamamışdan öncə onlar üçün nəzərdə tutulmuş cərgədə dayanmışlar və elə orada da Rəhimcanı 5-10 dəqiqəlik müddət ərzində görmüşdür. Uşaqların valideynləri olaraq onunla Maina xanım arasında yaxın dost münasibətləri yaranmışdır. Lakin uşaqların nənəsi xəstə olduğu zaman və sonradan vəfat etdikdə heç kim Rəhimcanı görməmişdir. Ruslarda belə bir adət vardır ki, onlar ölən şəxsi üç gün ərzində dəfn etmir və onun meyitini bu müddət ərzində saxlayırlar. Mainanın qaynanasını da onlar üç gün saxlayıb, dəfn etməmişlər. Doqquzuncu, qırxıncı günlərdə onlarda olmuşlar, hətta qəbirstanlığa da getmişlər, lakin Rəhimcanı görən olmamışdır. Şahid verilmiş suallarla əlaqədar əlavə olaraq bildimişrdir ki, Maina xanımı 01 sentyabr 1995-ci il tarixdən, yəni uşaqlarının birinci sinifə getdikləri vaxtdan etibarən tanıyır. Rəhimcanı 01 sentyabr 1995-ci il tarixində uşaqları birinci sinifə başlayarkən dayandıqları cərgədə görmüşdür. Yalnız bir dəfə cəmi 5-10 dəqiqəlik müddət ərzində görmüşdür. Ola bilər ki, Rəhimcanı bir dəfə gördüyünə görə sonradan onu görüb tanımasın. Anna xanım 1997-ci ilin aprel ayında rəhmətə getmişdir. Maina xanımın qaynanasını dəfn edərkən köməklik olsun deyə müəyyən miqdarda pul yığıb ona vermişlər. Hətta mərhumə Anna xanım öldüyü gün onlarda qalmışdır. Həmin vaxt o, Biləcəridə yaşayırdı. Onun böyük oğlu Dmitriy ilə Maina xanımın oğlu Aleksey bir sinifdə oxuyublar. Şahid daha sonra bildirmişdir ki, 1997-ci ildə Rəhimcanı görsə idi tanıyardı. Çünki onu gördüyü vaxtdan uzun müddət keçməmişdir. Bəlkə indi görsə onu tanıya bilməz. Onlar Maina xanıma maddi cəhətdən köməklik göstərmiş və ona müəyyən miqdarda pul vermişlər. Anna xanımı dəfn edərkən o, da qəbirstanlığa olmuş və dəfn mərasimində iştirak etmişdir. Elə həmin vaxt qəbir üzərinə qara rəngli xaç da qoyulmuşdur. Şahid ifadəsində bildirdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti ünvanında yerləşən 66 saylı evin 45 saylı mənzilində uzun müddət yaşamışdır. Həmin evi 1998-ci il tarixində almışlar. O vaxtadək isə elə həmin evdə kirayədə yaşamışlar. İndi isə orada oğlu yaşayır. Maina xanımı qeyd etdiyi evdə kirayə qaldıqlarını vaxtdan, yəni 1996cı il tarixdən etibarən tanıyır. Onunla üzbəüz qonşu olmuşlar. Maina xanım həmin evdə uşaqları ilə tək yaşayırdı. İki uşaqdan başqa onunla qohumlarının və yaxud kiminsə yaşadığını görməmişdir. Üç ildir ki, o evdən çıxmışdır. Həmin vaxta kimi isə orada yaşamışdır. Maina xanım 1996-cı ilin sonlarından o evdə tək yaşayır. Şahid verilən suallarla əlaqədar əlavə olaraq bildirdi ki, Maina xanımla iki uşağı ilə yanaşı qaynanası da yaşayırdı. Qaynanası xəstə olmuşdur. Onlara gedib-gəlirdi. Qaynanasını Maina xanım dəfn etmişdir. Onlar da qonşuları olaraq az miqdarda pul yığıb ona köməklik etmişlər. Anna Vasilyevna dəfn olunarkən o da qonşularla birlikdə qəbirstanlığa getmişdir. İşin faktiki halları ilə müəyyən edildiyi kimi, X33 ilə X31 arasında 1984-cü il tarixində nikah bağlanmış, bu nikahdan tərəflərin 1984-cü il tarixdə X16 və 1988-ci il tarixdə İddiaçı Şərifoviç adlı iki övladı dünyaya gəlmişdir. Tərəflər arasında nikah bağlandıqdan sonra onlar X19 anası mərhumə X34 məxsus Bakı şəhəri Nəsimi rayonu Tbilisi (Moskva) prospekti 66 saylı evin 43 saylı mənzilində yaşamışlar. Bir müddət keçdikdən sonra tərəflər arasında mövcud olmuş nikah münasibətlərinə son qoyulmuş və onlar arasında nikah 1995-ci il tarixində pozulmuşdur. Sonradan, X33 ikinci dəfə ailə həyatı qurmuş və bir müddət sonra Azərbaycan Respublikası hüdudlarını tərk edərək, Rusiya Federasiyasına köçmüşdür. Cavabdehin anası X36 19 mart 1997-ci il tarixində notariat kontoruna müraciət edərək, özünə məxsus Bakı şəhəri Nəsimi rayonu Tbilisi (Moskva) prospekti 66 saylı evin 43 saylı mənzilini oğlu X23 vəsiyyət etmiş, 1997-ci ilin 24 aprel tarixində vəfat etmişdir. Vəsiyyətnamənin tərtib edilməsi, vəsiyyətnamədə mübahisəli daşınmaz əmlakın kimə vəsiyyət edildiyinə dair məlumatın açıq-aydın şəkildə qeyd edilməsi, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bu kimi digər hallar iddiaçıda narazılıq doğurmuş və bu narazılıqlar əsasında iddiaçı məhkəməyə müraciət etməklə, qeyd edilən şəhadətnamənin etibarsız sayılmasını və özünün vərəsə kimi tanınmasını tələb etmişdir. Tələbini isə mərhumə nənəsinə onun vəfat etməmişdən öncə anası ilə birlikdə qayğısına qalması, ona qulluq etməsi, vəfat etdikdən sonra dəfn xərclərini anası tərəfindən çəkilməsi, atasının isə anasının dəfnində iştirak etməməsi, atasının miras əmlakı qəbul etməsinə dair hər hansı bir cəhd göstərməməsi, lakin özünün o evdə yaşamaqla, faktiki olaraq mirası qəbul etməsini nümayiş etdirməsi və s. hallarla əsaslandırmışdır. Məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1997-ci ildə baş verməklə (yaranmaqla), hazırki iddia tələbinə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən həmin dövr üçün qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.1964cü il tarixində qəbul edilmiş, xx.xx.1965-ci il tarixində qüvvəyə minmiş, 01 sentyabr 2000-ci ilədək qüvvədə olan) normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən Məcəllənin: - 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. - 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. - 529-cu maddəsinə əsasən, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. - 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. - 533-cü maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. - 537-ci maddəsinə əsasən, hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. - 538-ci maddəsinə əsasən, miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqlar (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı omayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. - 545-ci maddəsinə əsasən, vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. - 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. - 553-cü maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. - 554-cü maddəsinə əsasən, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik aldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. - 556-cı maddəsinə əsasən, qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. - 561-ci maddəsinə əsasən, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan, onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Miras əmlakı dövlətə keçdikdə də vərəsəlik hüququ haqqında şəhadətnamə həmin qaydada verilir. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarının 99-cu bəndində qeyd edilmişdir ki, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması yaxud faktiki yaşaması) barədə müvafiq sənəd əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Rəhimcanoviç (1988-ci il təvəllüdlü) iddia tələbində miras əmlakı faktiki olaraq qəbul etdiyini bildirsə də, nənəsi X36 rəhmətə getdiyi dövrdə (1997-ci il) o, azyaşlı (9 yaş) olmuşdur. Digər tərəfdən o həm yetkinlik yaşına çatdıqdan sonra, həm də atasının ölmüş elan edilməsi barədə qətnamə qanuni qüvvəsini aldıqdan da sonra belə aidiyyati notariat orqanına müraciət etməmiş və onun miras əmlakı qəbul etməsinə dair hər hansı bir sənəd iş materiallarında mövcud deyildir. İddiaçı nənəsi vəfat etdikdən sonra atasının dəfn mərasiminə gəlməməsini, ümumiyyətlə Azərbaycan Respublikası ərazisində olmamasını qeyd etsə də, iş materiallarında (o cümlədən tələb edilmiş notariat işində) olan aşağıdakı sənədlərlə iddiaçının bu dəlilinin tam əksi sübuta yetirilmişdir:

1. 23 №li MKİS-nin 18 fevral 2020-ci il tarixli, 106 saylı arayışı;

2. 19 mart 1997-ci il tarixli vəsiyyətnamə;

3. Bakı şəhəri 14 saylı Notariat Ofisinin 25 noyabr 2022-ci il tarixli 4653 saylı məktubu;

4. 24 aprel 1997-ci il tarixində vəfat etmiş mərhumə X24 dəfninə dair vəsiqə. İş materiallarında olan 23 №li MKİS-nin 18 fevral 2020-ci il tarixli, 106 saylı arayışı ilə müəyyən edilmişdir ki, cavabdeh X33 28 aprel 1997-ci il tarixədək Azərbaycan Respublikası ərazisində olmuş və anasına məxsus evdən yalnız 28 aprel 1997-ci il tarixində qeydiyyatdan çıxmışdır (anası rəhmətə getdikdən dörd gün sonra). Məhkəmə həmçinin hesab edir ki, X21 24 aprel 1997-ci il tarixində vəfat etmiş mərhumə anası X24 dəfninə dair vəsiqənin olması da cavabdehin daha öncədən Azərbaycan Respublikasının ərazisində olmasını şübhəsiz sübut edir. 19 mart 1997-ci il tarixli vəsiyyətnamədən görünür ki, mərhumə X36 vəfat etməmişdən öncə özünə məxsus əmlakı oğluna vəsiyyət etmiş və 24 aprel 1997-ci il tarixində vəfat etmişdir. Qeyd edilən vəsiyyətnamə üzərində 05 iyun 1998-ci il tarixində 14 saylı dövlət notariat kontorunun notariusu T.Əzizli tərəfindən müvafiq qeydlər aparılaraq, vəsiyyətnamənin qüvvədə olduğu açıq-aydın şəkildə qeyd edilmişdir. Bu hal məhkəməyə daxil olmuş dövlət orqanının - Bakı şəhəri 14 saylı Notariat Ofisinin 25 noyabr 2022-ci il tarixli 4653 saylı məktubunda da öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh anasının vəfatından sonra həqiqətən də ölkə ərazisində olmuş və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin cavabdeh keçmiş həyat yoldaşı X31 ilə nikahları pozulduqdan sonra yenidən ailə həyatı qurduğu üçün yeni ailəsi ilə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüş, keçmiş həyat yoldaşına və birgə nikahdan olan uşaqlarına isə ona miras qalmış evdə müvəqqəti yaşamaq üçün şərait yaratmaqla, həmin evin qeydiyyatından 28 aprel 1997-ci il tarixdə çıxmış və Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində qeydiyyata düşmüşdür. Məhkəmə qeyd edir ki, həmin dövr üçün qüvvədə olmuş Mülki Məcəllənin normalarından da göründüyü kimi, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Məhkəmə qeyd edir ki, X19 anası X4 üzrə birinci növbə vərəsəsi olması faktı digər növbədən olan şəxslərin vərəsə olmaq hüququnun yaranmasını istisna etmişdir. Belə olan halda qanun üzrə birinci növbəli vərəsə (miras qoyanın övladı) X19 sağ olması, hazırki iş üzrə nəvə İddiaçı Rəhimcanoviçin vərəsə olması faktını birmənalı şəkildə qeyri-mümkün etmişdir. Digər tərəfdən qanunvericilik hər bir vətəndaşın öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə biləcəyi hüququnu təsbit etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin anası X36 öz iradəsini açıq-aydın şəkildə ifadə etməklə, bu hüququndan oğlu X19 xeyrinə istifadə etmiş və qanunla yol verilən vəsiyyətnamənin tərtib edilməsi yolu ilə özünə məxsus daşınmaz əmlakı ona vəsiyyət etmişdir. Vəsiyyətnamədə hər hansı bir pozuntuya yol verilməmiş, əksinə həmin dövr üçün qüvvədə olan qanunvericiliyin tələblərinə zidd olmayan, yazılı formada vəsiyyətnamə tərtib edilmiş və vəsiyyətnamə notariat orqanı tərəfindən təsdiq edilmişdir. Məhkəmə onu da qeyd edir ki, vərəsəliyin əsas şərtlərindən biri də vərəsənin miras əmlakı qəbul etməsidir. İşin hallarından da göründüyü kimi, cavabdeh qanunun bu tələbinin də pozulmasına yol verməmiş, miras əmlakı öncə faktiki, daha sonra isə notariat orqanına müraciət etməklə qəbul etmiş (1998-ci ildə və 2020-ci ildə) və onun miras əmlakdan imtina etməsinə əsas ola biləcək hər hansı bir davranış nümayış etdirməmişdir. Məhkəmə iddiaçı tərəfin vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, qüvvədə olmuş qanunvericilik qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələrin, vərəsəlik açılan yerin notariat kontorundan, onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsi ilə əlaqədar müraciət etmək hüquqlarını təsbit etmiş, cavabdeh isə öz növbəsində bu hüquqdan yararlanaraq, həmin şəhadətnamənin qanun çərçivəsində ona verilməsinə nail olmuşdur. Məhkəmə onu da qeyd edir ki, mərhumə X24 yalnız bir vərəsəsi - oğlu X18muş və 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə əsasən vərəsə məhkəməyə müraciət etmədən də miras əmlakı qəbul etmək hüququna malik olmuşdur. Məhkəmə dindirilmiş şahid ifadələrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələr sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Azərbaycan Respublikasının MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, iş üzrə şahidlər X3 və Şahid iddiaçının anasının (iş üzrə isə iddiaçının nümayəndəsinin) rəfiqəsi, tanışı olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı ifadələri də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin şahidin ifadəsi, əgər ifadəsi ilə bağlı mötəbər sübut təqdim edilsəydi digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Lakin iddiaçı tərəfin şahidlərinin ifadələri yalnız onun maraq və mənafeyinə uyğun verilən və heç bir sübut əhəmiyyəti kəsb etməyən ifadə kimi qiymətləndirilir. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində ziddiyyətli məqamlar üzə çıxmış və bu məqamlar həmin ifadənin mötəbər sübut kimi qəbul edilməsini özü-özlüyündə istisna etmişdir. Belə ki, Şahid dəfələrlə ona ünvanlanmış eyninövlü suala cavabında iddiaçının anası - X22 ilk tanıdığı vaxtdan etibarən yalnız öz uşaqları ilə birlikdə, heç bir yaxını və qohumu olmadan yaşamasını bildirmiş, ardınca isə iddiaçı tərəfin vəkilinin bu suala tamamilə fərqli məzmunda cavab vermişdir. Bütün bu hallar Şahid ifadəsinin yalnız iddiaçının maraq və mənafeyinə uyğun verilən ifadə kimi qiymətləndirilməsinə səbəb olmuşdur. Habelə məhkəmə iclasında dindirilmiş digər şahid X7 öz ifadəsində cavabdeh X27 həyatında yalnız bir dəfə 1995-ci il tarixində gördüyünü bildirmiş, verilmiş suala cavabında cavabdehi yenidən görüb tanımaması kimi ehtimalın ola biləcəyini istisna etməsə də, ifadəsinin sonunda onu hər bir halda tanıya biləcəyini qeyd etmiş və bu növdə ifadə verməklə, öz ifadəsini şübhə altna qoymuşdur. Beləliklə göründüyü kimi, miras qoyan X36 mülkiyyətində olan mənzilə dair qanunla müəyyən edilmiş qaydada vəsiyyətnamə verməklə, mənzili cavabdehə vəsiyyət etmişdir. Vəsiyyətnamə verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Vəsiyyətnamənin etibarsız sayılması üçün heç bir əsas yoxdur. Bundan başqa, iddia vərəsə kimi tanınma hissəsində də əsaslı deyil. Belə ki, cavabdeh birinci növbə vərəsədir, vəsiyyətnamə üzrə mirasdan irs almalı olan yeganə şəxsdir. Birinci növbə vərəsənin sağ olması, digər növbə vərəsələrin mirası qəbul etməsini istisna etməklə yanaşı, mübahisəli hüquq münasibəti yaranan dövrdə qüvvədə olan qanunvericiliyə görə, digər şəxslərin miras əmlakdan məcburi pay hüququ nəzərdə tutulmamışdır və miras vəsiyyətnamə üzrə vərəsənin mülkiyyətinə tam şəkildə keçirdi. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Rəhimcanoviçin cavabdeh X13rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) «vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Rəhimcanoviçin cavabdeh X13rşı (14 saylı notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə) «vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması və vərəsə kimi tanınma» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar