Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1362/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Bank VTB (Azərbaycan) ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Bank VTB (Azərbaycan) ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 113051-NEDVİJ-1216 saylı xx.xx.2013cü il tarixli “İpoteka müqaviləsinə dəyişiklik edilməsi barədə” 1 saylı razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə xx.xx.2013-cü il tarixdə bağlanılmış 1108861-1-6673/3 saylı kredit müqaviləsi üzrə banka borclu olduğu 96.613,80 ABŞ dolları məbləğində əsas borc, 9.638,08 ABŞ dolları məbləğində faiz borcu, 1000,00 ABŞ dolları məbləğində cərimə borcu, xx.xx.2015-ci il tarixli 110886-1-6673/4 saylı kredit müqaviləsi üzrə banka borclu olduğu 223.696,88 ABŞ dolları məbləğində əsas borc, 21.624,04 ABŞ dolları məbləğində faiz borcu, 2500,00 ABŞ dolları məbləğində cərimə borcu qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, iddia ərizəsi üçün dövlət rüsumuna görə ödənilmiş 30,00 manat, ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60,00 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 müştərək qaydada Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti - tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncəxanı) küçəsində istifadədə olan 0,096 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 10 mərtəbəli binanın 2-ci girişində, 9-cu mər-təbəsində 144,67 kv.m ümumi, 99,96 kv.m yaşayış sahəsindən ibarət 4-otaqlı 43 nömrəli mənzilinə, xüsusi mülkiyyət hüquq ilə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivində, 219,7 kv.m ümumi, 132, 9 kv.m yaşayış, 86,8 kv.m yardımçı sahədən ibarət 6-otaqlı, 2 mərtəbəli, 4288B nömrəli bağ evinə və Cavabdeh1 birbaşa (vasitəsiz) sahibliyində saxlanılan dövriyyədə olan 100.000,00 ABŞ dolları məbləğində (qızıl və zinyət əşyaları) mallarına yönəldilməsi və həmin obyektlərin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ mülkiyyətçilər Cavabdeh2, Cavabdeh1 qaytarılması, ipoteka predmeti - Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncəxanı) küçəsində istifadədə olan 0,096 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 10 mərtəbəli binanın 2-ci girişində, 9-cu mər-təbəsində 144,67 kv.m ümumi, 99,96 kv.m yaşayış sahəsindən ibarət 4-otaqlı 43 nömrəli mənzilin ilkin satış qiyməti 210.000,00 manat, xüsusi mülkiyyət hüquq ilə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivində, 219,7 kv.m ümumi, 132, 9 kv.m yaşayış, 86,8 kv.m yardımçı sahədən ibarət 6-otaqlı, 2 mərtəbəli, 4288B nömrəli bağ evinin ilkin satış qiymətinin 260.000,00 manat müəyyən edilməsi, ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncəxanı) küçəsində istifadədə olan 0,096 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 10 mərtəbəli binanın 2-ci girişində, 9-cu mərtəbəsində 144,67 kv.m ümumi, 99,96 kv.m yaşayış sahəsindən ibarət 4-otaqlı 43 nömrəli mənzil Cavabdeh1, Cavabdeh2, İddiaçı, X4 tərəfindən, xüsusi mülkiyyət hüquq ilə Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivində, 219,7 kv.m ümumi, 132, 9 kv.m yaşayış, 86,8 kv.m yardımçı sahədən ibarət 6-otaqlı, 2 mərtəbəli, 4288B nömrəli bağ evinin Cavabdeh1 tərəfindən boşaldılması, Cavabdeh1 ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanılmış 110886-1-6673 saylı 17 may 2013-cü il tarixli "Baş Kredit Razılaşması"nın ləğv olunması qət edilmişdir. Həmin qətnamə Bakı Apellaysiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə icra sənədi xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1618/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar X2 və X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ASC-yə qarşı cavabdehlər arasında bağlanmış 1113051-NEDVİJ-1216 saylı xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın ipoteka müqaviləsi” nin etibarsız hesab edilməsi barədə iddiaları rədd edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 saylı qərardadının 53-cü maddəsinə əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Nizami Rayon Məhkəməsinin və Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələri olduğundan və eyni zamanda Nizami Rayon Məhkəməsinin qətnaməsi icra edildiyindən, İddiaçı eyni məzmunlu iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia tələbinin yolverilməzliyinə görə qəbul edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə həmçinin qeyd edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən ("xxxx" ASC, mədaxil qəbzi № ********** VÖEN: **********, tarix:xx.xx.2023, saat: 15:01) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Bank VTB (Azərbaycan) ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat ("xxxx" ASC, mədaxil qəbzi № ********** VÖEN: **********, tarix:xx.xx.2023, saat: 15:01) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1362/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1362/2023
07.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver