Məhkəmə qərarları › İş №2(006)-137/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-137/2022

03.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-137/2022 03.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Xəzər" Gənclərin X4 qarşı “əmək haqqının tutulması və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh «Xəzər» Gənclərin X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək haqqı ödənişləri üzrə ümumilikdə 40.085,57 manat məbləğində olan borcun, istifadə etmədiyi məzuniyyətə görə 22.767,77 manat kompensasiyanın, cavabdeh tərəfindən əmək haqqı ödənişlərinin və məzuniyyətə görə kompensasiyanın vaxtında ödənilməməsinə görə gecikmə faizi olaraq 10.464,97 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 03 yanvar 2005-ci il tarixdən 30 avqust 2019-cu il tarixə qədər “Xəzər” Gənclərin X2 maliyyə məsələləri üzrə məsləhətçi vəzifəsində işləmiş və uzun müddət əmək haqqının verilməməsi səbəbindən ərizə ilə müraciət edərək 30 avqust 2019-cu il tarixli 215/k saylı əmrlə işdən çıxmışdır. O, həmin müəssisədə mühasibatlıqda hesabatların tərtib olunması və təqdim edilməsi kimi işlər görmüşdür. Cavabdehin ona 2016-cı ilin avqust-dekabr ayları üzrə 7.500 manat, 2019-cu il üzrə 33.385,57 manat ödənilməmiş əmək haqqı borcu vardır. 01 sentyabr 2019-cu il tarixədək ona 40.885,57 manat əmək haqqı üzrə cavabdeh tərəfindən əmək haqqı ödənilməmişdir. Yaranan borcdan ötən dövr ərzində 30.12.2019-cu il tarixdə 500,00 manat və 2020-ci ilin may ayında 300,00 manat, cəmi 800,00 manat vəsait ödənilmiş və hal-hazırda borc 40.085,57 manat təşkil edir. Digər tərəfdən 01.02.2013-30.08.2019-cu illər üzrə istifadə etmədiyi məzuniyyətlər üzrə 30 avqust 2019- cu il tarixli 215/k saylı əmrdən göründüyü kimi kompensasiyalar hesablanmamışdır. İstifadə edilməmiş məzuniyyəti nəzərə almasaq əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 40.085,57 manat təşkil edir. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini, yəni Əmək Məcəlləsinin 12.1-ci maddəsinin a və b bəndlərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin x bəndi və 110-cu maddəsinin 2 və 3-cü bəndləri yerinə yetirilməmişdir. Bu səbəbdən 01.02.2013- 30.08.2019-cu illər üzrə istifadə edilməyən məzuniyyət üzrə müəssisənin ona 200 günə görə məbləğlə 28.654 manat istifadə edilməmiş məzuniyyətə görə borcu hesablanmalı və hesablamadan 2891,56 manat gəlir vergisi, 2851,40 manat 3% DSMF və 143,27 manat 0,5% işsizlik fondunun hesablamaları, cəmi 5886,23 manat tutulmaları çıxmaqla ödənişə 22.767,77 manat borcu yaranmışdır. Digər tərəfdən ödənilməmiş əmək haqqı 40.085,57 manat üzrə 687 gün, hesablanmamış və ödənilməmiş məzuniyyətə görə isə 444 gün ödənişin gecikdirilməsinə yol verilmişdir. Qeyd olunanları nəzərə alsaq və ən minimum illik 10%-lə hesablasaq, əmək haqqı üzrə 7695,49 manat, kompensasiya üzrə 2769,48 manat, cəmi 10.464,97 manat gecikmə faizi ödənilməlidir. Əsas və digər ödənişlərin ödənilməsi üçün cavabdeh barədə tərəfindən sifarişli məktublarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsmana müraciət edilmişdir. Təssüflər olsun ki, borcun ödənilməsi üzrə müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəssisənin qanunvericiliyi pozduğuna görə cərimələnməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. "Xəzər" Gənclərin X3 direktoru A.M.İsmayılovun verdiyi 03/K saylı, 03.01.2005-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı 03.01.2005-ci il tarixdən müəssisənin ştat cədvəlinə əsasən 100.000 manat əmək haqqı ilə mühasib vəzifəsinin həvalə edilməsi və onunla əmək müvailəsinin bağlanılması əmr edilmişdir. "Xəzər" Gənclərin X3 direktoru A.M.İsmayılovun verdiyi 852/K saylı, 01.11.2018-ci il tarixli əmrin surətindən görünür ki, "Xəzər" GETY Mərkəzinin MM üzrə məsləhətçisi - İddiaçı 01.11.2018-ci il tarixdən etibarən 2.305 manat əmək haqqı təyin edilməsi əmr edilmişdir. "Xəzər" Gənclərin X3 direktoru A.M.İsmayılovun verdiyi 215/K saylı, 30.08.2019-cu il tarixli əmrdən görünür ki, "Xəzər" GETY Mərkəzinin MM üzrə məsləhətçisi - İddiaçı 30.08.2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü (öz xahişi ilə) tutuduğu vəzifədən azad edilməsi, əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. "Xəzər" Gənclərin X3 direktoru A.M.İsmayılovun məhkəmənin sorğusuna cavabından görünür ki, "Xəzər" Gənclərin X3 sabiq işçisi İddiaçı 03.01.2005-ci il tarixdən 30.08.2019cu il tarixədək "Xəzər" GETY Mərkəzində maliyyə məsələləri üzrə məsləhətçi vəzifəsində işləmişdir. Bu müddət ərzində məzuniyyətə çıxmamış və qanunvericiliyə əsasən 440 gün kompensasiya günü əvəzinə 27.03.2019-cu il tarixli 90/k saylı əmrlə 90 gün, 31.05.2019cu il tarixli 148/k saylı əmrlə 57 gün, 28.06.2019-cu il tarixli 186/k saylı əmrlə 50 gün və 30.07.2019-cu il tarixli 218/k saylı əmrlə 43 gün, cəmi 240 gün əmrlərin qeyd edildiyi tarixlərdə kompensasiya hesablanmışdır. İşdən çıxma əmrində isə kadr işləri üzrə mütəxəssisin səhvinə görə işçinin istifadə etmədiyi məzuniyyətə görə ona aid 200 gün kompensasiya əmrdə öz əksini tapmamışdır. Müəssisənin maliyyə vəziyyəti ağır olduğundan işçilərə əmək haqqı üzrə yaranan borcları vaxtında ödənilə bilməmişdir. İddiaçı müəssisənin 2016-cı il üzrə 7.500,00 manat, 2019-cu il üzrə 33.385,57 manat, cəmi 40.885,57 manat əmək haqqı üzrə borc və hesablanmamış 200 günə kompensasiya hesablanacaq məbləğin müvafiq tutulmalar çıxıldıqdan sonra 22.767,77 manat, ümumilikdə 01.09.2019-cu il tarixə İddiaçı müəssisənin 63.653,34 manat ödənilməmiş borcu vardır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 22.06.2021-ci il tarixli sorğuya cavabdan görünür ki, "Xəzər" Gənclərin X5 İddiaçı borclu olduğunu, müəssisənin ödənilməmiş borcunun 01.09.2019-cu il tarixə 63.653,34 manat təşkil etdiyini etiraf etmiş, yaranmış vəziyyəti isə ödəmə qabiliyyətinin zəif olması ilə əlaqələndirmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Beləliklə cavabdeh məhkəməyə ünvanladığı arayışla iddiaçıya 63.653,34 manat məbləğində borclu olduğunu etiraf etmişdir. Cavabdeh tərəfindən iddiaçıya borcunun olması faktının etiraf edilməsi iddiaçını bu faktı sübut etmə vəzifəsindən azad edir. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsi əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135-ci maddəsini 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Beləliklə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, əmək haqqı ödənişləri üzrə 40.085,57 manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq 22.767,77 manat, cəmi 62.853,34 manat məbləğində pul "Xəzər" Gənclərin X1 alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunmalıdır ki, cavabdehin iddiaçıya ödənilməli olan məbləğin 63.653,34 manat təşkil etməsinə baxmayaraq, iddiaçının ödənilməsini tələb etdiyi məbləğ 62.853,34 manat həddindədir. Məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə iddiaçının göstərdiyi həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddianın “əmək haqqının gecikdirilməsinə görə ödənc verilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bu Məcəllənin “Qeyd” hissəsinə görə bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Sözügedən maddənin dispozisiya şərtlərinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmadıqda normada qeyd olunan qaydada ödənc hesablanır. Normanın qeyd hissəsində deyilir ki, bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi işəgötürənin özündən asılı olmayan digər səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzrsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürən tərəfindən ödənilməlidir. Göründüyü kimi sözügedən maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Hazırki işin hallarından müəyyən edildiyi kimi cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirmir və borcun vaxtında ödənilməməsini maddi imkanının zəif olması ilə əlaqələndirir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün cavabdehdən iddiaçının xeyrinə əmək haqqının bir faizi məbləğində ödənc verilməsi üçün hüquqi əsaslar mövcuddur və iddia bu hissədə təmin edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, hazırki iddia tələbi daxilində məbləğ üzrə nəticəyə gəlmək üçün Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan qaydada (hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində) hesablama aparılacağı təqdirdə müəyyən ediləcək ödəncin iddiaçının tələb etdiyi məbləğdən artıq olması nəzərə alınmalı və iddiaçının tələb etdiyi məbləğdə iddia tələbinin təmin edilməsi ağlabatan hesab edilməlidir. Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” bəndinə görə işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Məhkəmə istifadə etmədiyi əmək məzuniyyətinə görə iddiaçıya müəyyən məbləğdə verilməli olan kompensasiya ödənişlərinin cavabdeh tərəfindən gecikdirildiyini nəzərə alaraq hesab edir ki, zərərin mövcud olması, iddiaçıya zərərin cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması işin mübahisələndirilməyən halları olduğundan işçi qarşısında maddi məsuliyyət daşıyan işəgötürən - "Xəzər" Gənclərin X3 üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bununla məhkəmə qeyd edir ki, iddiaçıya istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya olaraq ödənilməli olan məbləğ və gecikdirildiyi günlərin sayı (01.09.2019-cu il tarixdən hesablanaraq) nəzərə alınmaqla, dəymiş zərərin məbləğinin 2.769,48 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə qeyd edilənlərə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, əmək haqqı ödənişləri üzrə 40.085,57 manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq 22.767,77 manat, əmək haqqının gecikdirildiyi günlər üzrə hesablanmış əlavə ödənc kimi 7.695,49 manat və maddi zərər olaraq 2.769,48 manat, cəmi 73.318,31 manat məbləğində pul "Xəzər" Gənclərin X1 tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmək haqqı ödənişləri üzrə 40.085,57 manat, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya olaraq 22.767,77 manat, əmək haqqının gecikdirildiyi günlər üzrə hesablanmış əlavə ödənc kimi 7.695,49 manat və maddi zərər olaraq 2.769,48 manat, cəmi 73.318,31 manat məbləğində pul "Xəzər" Gənclərin X1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar