Məhkəmə qərarları › İş №2(006)-1376/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1376/2025

16.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1376/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi , İddiaçının nümayəndəsi X3, Cavabdeh5, Cavabdeh6 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 MMC-yə qarşı “ödənilməmiş kommunal xərclərinin ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 MMC-yə qarşı “ödənilməmiş kommunal xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının xidmət göstərdiyi kompleksin sakinlərinin böyük əksəriyyəti İddiaçı idarə heyyətinin müəyyən olunmuş idarəçilik və kommunal xidmət xərclərlə bağlı ödəniş tələblərinə vaxtlı-vaxtında əməl edirlər. Təəssüf ki, cavabdehlər qismində cəlb edilən mülkiyyət sahibləri 2021-2024-cü illər arası dövrdə kommunal xərclərin ödənilməsindən müxtəlif bəhanələrlə yayınmışlar. Dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq öz mülkiyyət paylarına uyğun onlara təqdim edilmiş ödəniş tələblərini ödəməkdən boyun qaçırırlar. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməklə sakinlərdən Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə borclu olduqları kommunal və digər xidmətlər müqabilində ödəmədikləri məbləğlərin ödənilməsini məhkəmə yolu ilə tələb etmək məcburiyyətində qalırlar. Cavabdehlər binanın saxlanması xərclərindən yayınmaqla digər sakinlərin hüquqlarını pozur, idarəçiliyi çətinləşdirir, əngəllər yaradırlar. İddiaçı binanın saxlanma və idarə olunmasına ən ucuz qiymətlər müəyyən etmişlər. Ümumi xərclərlə bağlı 2022-ci il üçün xərclər cədvəlindən göründüyü kimi bu xərclər hər ay üçün orta hesabla 25-30 min təşkil edir ki, bu məbləğ də paylarına müvafiq olaraq sakinlər tərəfindən ödənilməlidir. İstifadə edilmiş xərclər vaxtında ödənilmədiyi halda iddiaçıya xidmət edən təşkilatlar xidməti dayandırırlar ki, bu da ümumi narazılığa və narahatçılığa səbəb olur. Hal-hazırda cavabdehlərin 2024-cü il üçün siyahı üzrə hesablanmış borclarının miqdarı aşağıdakı kimidir: Cavabdeh1 Məhəmməd oğlu-1282,94 manat, Cavabdeh2-2 mənzilə görə (2920,50+1445,22) 4365,72 manat, Cavabdeh3-1464 manat, Cavabdeh4-1566,50 manat, Cavabdeh5-1254,88 və Cavabdeh6 MMC-7549 manat. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh4 1566,50 manat, Cavabdeh2 Əli qızından 4365,72 manat, Cavabdeh5 1254,88 manat, Cavabdeh1 1282,94 manat, Cavabdeh6 MMC-dən 7549 manat, X1 1464 manat və ödənilmiş 150 manat dövlət rüsumunun iddia tələblərinin məbləğlərindən asılı olaraq proporsional qaydada cavabdehlərin hər birindən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh6 nümayəndəsi-vəkili Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsində qeyd edilmişdir ki, guya cavabdeh "xxxx" MMC-nin iddiaçıya 7549 manat borcu vardır. İddia ərizəsində borcun 2024-cü il üçün olduğu qeyd edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş, tələbnamədən görünür ki, borc aşağıdakı qaydada hesablanıb: 2017-ci il üzrə 763,20 AZN, 2018-ci il üzrə 1017,60 AZN, 2019-cu il üzrə 1017,60 AZN, 2020-ci il üzrə 1017,60 AZN, 2021-ci il üzrə 1122,00 AZN, 2022-ci il üzrə 756,00 AZN. Həmin tələbnamədə qeyd edilir ki, guya cavabdehin 2023-cü ilin yanvar ayının 1-nə 5694 manat borcu vardır. Qeyd edilən bu məbləğin tələbi iddiaçı tərəfindən 2024-cü ilin sentyabrında verilmiş və xx.xx.2024-cü il tarixədək icraatda olmuş iddia ərizəsində qeyd edilmişdir. Həmin iddia ərizəsi baxılmamış saxlanılanadək də iddianın həcmi artırılmamışdır. Lakin xx.xx.2024-cü il tarixdə verilmiş iddia ərizəsində tələb 7549 manat olmuşdur. İlk öncə sual yaranır ki, 1 ay ərzində 1855 manatlıq hansı xidməti göstərmişdir. Buradan gəlinən nəticə odur ki, iddiaçı kefi istəyən pulu borc qismində iddia ərizəsində yazmış, lakin tələbin əsasını sübut edən sənədləri təqdim etməmişdir. Bundan əlavə, Mülki Məcəllənin tələbinə görə müqavilə münasibətləri üzrə iddia müddəti 3 ildir. Doğrudur ki, cavabdeh tərəfi olaraq həmin iddianı qəbul etmirlər, belə ki, iddiaçı tərəfə dəfələrlə müqavilə bağlamağı təklif etsələr də, onlar bundan boyun qaçırır. Müqavilə olmadığı yerdə hansı öhdəlikdən söhbət gedə bilər. Belə ki, iddiaçı tərəfindən hər hansı xidmət göstərilmir. Amma hər bir halda 2022-ci il tarixədək hesablanmış 5694 manatın tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək bildirmişdir ki, ümumi yığıncağın iştirakçılarının səs çoxluğu ilə tarif müəyyən edilmiş və hər kv. metrə görə 1 manat müəyyən edilməsi qərara alınmışdır. İşçilərin, mühafizəçilərin əmək haqları, zibillərin daşınması, həyətin tənzimlənməsi, lift xidməti üçün xərclər ödənilir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə əvvəlki məhkəmə iclasından bugünə qədər cavabdehlər tərəfindən hər hansısa ödəniş edilmədiyini, Cavabdeh2 məxsus 2 mənzil - 165A və 166A mənzillərin olduğunu, Cavabdeh5 1254 manat borcu olduğunu, onun ödədiyi 500 manatın ödənişin köhnə borclarla əlaqədar olduğunu, bununla bağlı məhkəmə qətnaməsinin olduğunu, həmin yekun məhkəmə aktına əsasən hər kv.metrə görə 0.40 manat müəyyən edildiyini, indi isə qiymətin qış aylarında 1 manat, yay aylarında isə 0.90 manat olduğunu, həmin ərazidə 280 nəfər olduğunu bildirmişdir. 5.Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə ondan 1200 manata yaxın pul tələb edildiyini, ilk 500 manat, daha sonra 754 manat ödəyərək borcunu bitirdiyini, 2023-2024-cü illərə aid borcunun olmadığını, icra şöbəsində ondan 2020-2021-ci illərə aid borc tələb edildiyini, həmin borcun 3744 manat təşkil etdiyini, həmin borcun da bitdiyini, 2022-ci ildən bugünə qədər nə qədər kommunal ödəniş etdiyini bilmədiyini, hazırda qəbzlərin yanında olmadığını bildirmişdir. 6.Məhkəmə iclasında Cavabdeh6 nümayəndəsi-vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qarşı tərəf 2024-cü ilin sentyabr ayında iddia ərizəsi vermiş və həmin ərizə noyabr ayına qədər məhkəmənin icraatında olmuşdur. Ərizədə onlara qarşı tələb 5694 manat müəyyən edilmiş və daha sonra iddia tələbinin həcminin artırılması barədə heç bir ərizə təqdim edilməmişdir. Bundan 1 ay sonra isə yenidən iddia qaldırılmış və onlara qarşı tələbi 1800 manat artmışdır. Lakin bu real vəziyyətə və iş materiallarına əsasən mümkün deyildir. Qarşı tərəfin bu borcları necə hesabladığı bilinmir. Həmçinin, təqdim edilmiş ümumi yığıncağın protokolunda komendantın imzası vardır ki, onun iddiaçı müəssisə ilə əmək müqaviləsinin olubolmaması barədə iddiaçı tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Bundan əlavə, 2017- 2022-ci illərə aid tələb üzrə iddia müddəti keçmişdir. Nəticə olaraq, tərəflər arasında müqavilə olmadığına, ümumi yığıncağın qərarı iş materiallarına əlavə edilmədiyinə görə iddia tələbinin əsassız olduğu hesab edilir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli, MH seriyalı çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binada 178.18 kv.m ümumi, 100.16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 758 nömrəli reyestr kitabının 70866 nömrəli vərəqində xx.xx.2009-cü il tarixdə qeydiyyata alınmışdır. 10.Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 2947 nömrəli reyestr kitabının 275068 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 11.Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli binada 107.31 kv.m ümumi, 84.31 kv.m əsas, 23 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 4160 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. 12.Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 14.15 mərtəbəli binanın 4-cü girişində, 14-cü mərtəbəsində, 177.0 kv.m ümumi, 100.0 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 165a nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 839 nömrəli reyestr kitabının 78154 nömrəli vərəqində qeydiyyata alınmışdır. 13.Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 806 nömrəli reyestr kitabının 75181 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 14.Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat № ********** ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. 15.İddiaçı və Cavabdeh5 arasında bağlanan Kommunal xidmətlərin Göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, 2 nömrəli müqaviləyə əsasən MMMC Bakı şəhəri, Cavabdeh2 küçəsi 251a ünvanında yerləşən binaya kommunal xidmətlər göstərir, Mülkiyyətçi isə bu xidmətləri qəbul edir və icraçıya xidmət haqqı ödəyir. 16."xxxx" MMC və Cavabdeh6 MMC arasında bağlanan xx.xx.2021-ci il tarixli qeyriyaşayış X8nə əsasən “İcarəyəverən” ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “İcarəçinin” müvəqqəti istifadəsinə verir. “İcarəçi” isə həmin sahəni müvəqqəti istifadəyə qəbul edir və müəyyənləşdirilmiş icarə haqqını ödəyir. 17.Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X14 Qeydiyyatı İdarəsinin verdiyi xx.xx.2019-cu il tarixli **********960700 № çıxarışa əsasən xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyat № (VÖEN) ********** ilə Cavabdeh6 MMC qeydiyyata alınmışdır. 18.Qeyri-kommersiya X16 Qeydiyyatı Haqqında şəhadətnaməyə №1117-MM4-0054 əsasən İddiaçı 10 iyul 2017-ci il tarixdə qeydiyyata alınmışdır. 19.Qeyri-kommersiya Qurumunun və Təhsil Müəssisələrinin Vergi Uçotu Haqqında şəhadətnaməyə əsasən İddiaçı №(VÖEN) ********** ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 20.İddiaçı MMMC-nin qiyabi iclasının Protokolu № 39 Mənzil Məcəlləsinin 44.5.2 maddəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Protokolda İddiaçı MMMC-nin nizamnaməsinə əsasən günün tələbinə uyğun olaraq kommunal tarif haqqında deyişiklik edilməsi məsələsi müzakirə olunmuşdur. Nəticə olaraq, xx.xx.2021-ci il trixdən Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən istehlak olunan suyu əhaliyə satış qiymətinin 2 dəfə qaldırılması yəni 1m3 suyun qiymətnin 50 qəpikdən 1 azn qaldırılması, həmçinin xx.xx.2018-ci il tarixdən kombisi olanlar üçün 1.kv.m görə 50 qəpik, yay dövrü üçün1 kv.m görə 70 qəpik, qış dövrü üçün 1 kv.m görə 90 qəpik təşkil edir. 21.İddiaçı MMMC-nin idarə heyətinin 71 № Protokoluna əsasən aylıq kommunal xidməti haqqını Nizamnaməyə əsasən növbəti ayın 15-dən gec ödəyənlərə aylıq 0,1 % dəbbə pulu əlavə olunsunması, kompleksin binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin kommunal xidmət haqqı tarifi mövsümdən asılı olmayataq hər kvadrat metr üçün 1 manat təyin olunması barədə qərar qəbul edilmişdir. Qərar 1 iyun 2023-cü ildən etibarən qüvvəyə minmişdir. 22.İddiaçı MMMC-nin hüquq təmsilçisi İ.A.Tunc tərəfindən Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 251a ünvanlı qeyri yaşayış sahəsinin mülkiyyətçisi X5 ünvanlandırılaraq, Kənan İskəndərovun 2023-cü il üzrə 648,00 azn kommunal xidmətinə görə borcu olduğunu, onun 3 gün ərzində kommunal xidmətə görə borcunu 11 saylı Nəsimi MMMC-nin bank hesabına ödəməsini, əks halda bu məsələnin məhkəmə yolu ilə həll olunacağını nəzərinə çatdırmışdır. 23.”Nəsimi-11” MMMC-nin hüquq təmsilçisi İ.A.Tunc tərəfindən Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 251a ünvanlı binanın 43 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 Tələbnamə ünvanlandırılaraq, onun 2019-cu il üzrə yanvar, fevral, sentyabr, oktyabr ayları üzrə 498,92 azn , 2020-ci il üzrə avqut 106,91 azn, 2022-ci il üzrə mart 160,37 azn, 2023-cü il üzrə aprel,may,iyun,iyul 516,74 azn kommunal xidmətinə görə borcu olduğu bildirmişdir. Cavabdeh1 1 yanvar 2024-cü il tarixinə kommunal xidmət borcu cəmi 1282,94 azn təşkil etmişdir. Ondan 30 gün ərzində kommuna xidmətə görə borcunu 11 saylı Nəsimi MMMC-nin bank hesabına ödəməsini, əks halda bu məsələnin məhkəmə yolu ilə həll olunacağını nəzərinə çatdırmışdır. 24.”Nəsimi-11” MMMC-nin hüquq təmsilçisi İ.A.Tunc tərəfindən Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 251a ünvanlı binanın 120 saylı mənzilin mülkiyyətçisi Cavabdeh5 Tələbnamə ünvanlandırılaraq, onun 2023-cü il üzrə 1254,88 azn kommunal xidmətinə görə borcu olduğu, 1 yanvar 2024-cü il tarixinə kommunal xidmət borcu cəmi 1254,88 azn təşkil etdiyi bildirilmişdir. Ondan 30 gün ərzində kommuna xidmətə görə borcunu 11 saylı Nəsimi MMMC-nin bank hesabına ödəməsini, əks halda bu məsələnin məhkəmə yolu ilə həll olunacağını nəzərinə çatdırmışdır. 25.”Nəsimi-11” MMMC-nin hüquq təmsilçisi İ.A.Tunc tərəfindən Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 251a ünvanlı binanın 166a saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 Tələbnamə ünvanlandırılaraq, onun 2018-ci il üzrə 215,28 azn, 2019-cu il üzrə 430,56 azn, 2020-ci il üzrə 430,56, 2021-ci il üzrə 368,82 azn, kommunal xidmətinə görə borcu olduğu, 1 yanvar 2023-cü il tarixinə kommunal xidmət borcu cəmi 1445,22 azn təşkil etdiyi bildirilmişdir. Ondan 30 gün ərzində kommuna xidmətə görə borcunu 11 saylı Nəsimi MMMC-nin bank hesabına ödəməsini, əks halda bu məsələnin məhkəmə yolu ilə həll olunacağını nəzərinə çatdırmışdır. 25.”Nəsimi-11” MMMC-nin hüquq təmsilçisi İ.A.Tunc tərəfindən Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 251a ünvanlı binanın 165a saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 Tələbnamə ünvanlandırılaraq, onun 2018-ci i üzrə 424,80 azn, 2019-cu il üzrə 849,60 azn, 2020-ci il üzrə 849,60, 2021-ci il üzrə 796,50 azn kommunal xidmətinə görə borcu olduğu, 1 yanvar 2023-cü il tarixinə kommunal xidmət borcu cəmi 2920,50 azn təşkil etdiyi bildirilmişdir. Ondan 30 gün ərzində kommuna xidmətə görə borcunu 11 saylı Nəsimi MMMC-nin bank hesabına ödəməsini, əks halda bu məsələnin məhkəmə yolu ilə həll olunacağını nəzərinə çatdırmışdır. 26.”Nəsimi-11” MMMC-yə İskəndərov Kənan tərəfindən xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 250,00 azn, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsaən 50,00 azn, xx.xx.2025ci il tarixli mədail qəbzinə əsasən 50,00 azn, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən 100,00 azn, xx.xx.2025 il tarixli mədail qəbzinə əsasən 200,00 azn, xx.xx.2025 il tarixli mədail qəbzinə əsasən 50,00 azn, xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən 100,00 azn ödənilmişdir. 27.”Nəsimi-11” MMMC tərəfindən xx.xx.2025-ci il tarixli, №84-li arayışına əsasən Cavabdeh5 həqiqətən ünvan 5 evin 120-ci mənzilində çıxarış əsasında 173,2 kv.m sahəsində yaşadığı təsdiq olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyanın xx.xx.2023-c il tarixli 2(103)-1249/2023 saylı qərarına əsasən 2017-2021-ci illərə görə 3741,00 azn borc hesablanmışdır. Nəsimi rayon İcra və Probasiya şöbəsinə icraata yönləndirilmişdir və dekabr 2024-cü ildə 1709,44 azn, yanvar 2025-ci ildə 278,94 azn Cavabdeh5 əmək haqqından tutularaq, ümumilikdə 1988,38 azn İddiaçı MMMC hesabına ödənilmişdir. 28.xx.xx.2022-ci il tarixdə Nizamnamə əsasında fəaliyyət göstərən sədr X10 şəxsində İddiaçı MMMC (bundan sonra qısaca İcraçı adlanacaq) bir tərəfdən və ünvan 5 ünvanın qeyriyaşayış sahəsində fəaliyyət göstərən "xxxx" MMC, VÖEN № ********** direktor X11 (bundan sonra İcarəçi) digər tərəfdən Kommunal Xidmətlərin Göstərilməsinə dair №3 müqavilə imzalamışlar. Müqavilənin predmetinə əsasən İcraçı İcarəçiyə onun istifadəsində olan Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 251a ünvanında yerləşən binaya kommunal xidmətlər göstərir, İcarəçi isə bu xidmətləri qəbul edir və İcraçıya xidmət haqqı ödəyir.

29. İş materiallarına kassa mədaxil orderlərinin qəbzləri əlavə edilmişdir. 30.Cavabdeh6 MMC tərəfindən İddiaçı MMMC-nin rəhbərliyinə göndərilmiş xx.xx.2018-ci il tarixli, №3-li məktuba əsasən, Cavabdeh6 MMC 2008-ci ildən etibarən Cavabdeh2 251a ünvanındaki ofisə mülkiyyət hüququnu əldə etdiyi, lakin 2 ildən çoxdur ki, ofisdən istifadə olunmadığını, amma buna baxmayaraq fərqli şəxslər tərəfindən əsası olmayan ödənişlərin tələb olunduğu qeyd olunmuşdur. Bu səbəbdən, Cavabdeh6 MMC mülkiyyətində olan ofisdən müvəqqəti olaraq istifadə olunmadığını nəzərə alaraq, müvafiq ödənişlər üzrə hüquqi əsasın olub-olmadığını müəyyən edərək, sənədləri ilə birlikdə təqdim etməklərini onlardan xahiş etmişdir. 31.xx.xx.2024-cü il tarixdə bir tərəfdən sonradan “İcarəçi” adlanacaq "xxxx" MMC rəhbəri X4 şəxsində bir tərəfdən və sonradan “İcarəyəverən” adlanacaq Cavabdeh6 MMC direktoru X2 şəxsində digər tərəfdən Qeyri-yaşayış X8 №060524 bağlanmışdır. Müqavilənin predmetinə əsasən “İcarəyəverən” ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini “İcarəçinin” müvəqqəti istifadəsinə verir. “İcarəçi” isə həmin sahəni müvəqqəti istifadəyə qəbul edir və müəyyənləşdirilmiş icarə haqqını ödəyir. 32.İş materiallarına X9 tərəfindən İddiaçı MMMC-nin hesabına ödənilmiş məbləğlərin mədaxil qəbzləri əlavə edilmişdir. 33.İddiaçı MMMC-nin qiyabi iclasının xx.xx.2018-ci il tarixli, 18№ Protokolunun çıxarışına əsasən İddiaçı MMMC-nin Nizamnaməsində günün tələbinə uyğun olaraq dəyişiklik edilməsi üçün qiyabi səsvermə keçirilmişdir. 34.Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. 35.İş materiallarında Cavabdeh4 oğlu X7 tərəfindən ödənilmiş məbləğin mədaxil qəbzi iş materiallarına əlavə olunmuşdur. 36.”Nəsimi-11” MMMC tərəfindən təqdim olunmuş məlumatlara əsasən Cavabdeh5 2022-ci il may-dekabr aylarında hər ay 121,24 azn olmaqla cəmi 969,92 azn, 2023-cü il yanvar-dekabr aylarında hər ay 121,24 azn olmaqla cəmi 1454,88 azn, 2024-cü il may-dekabr aylarında hər ay 121,24 azn olmaqla cəmi 954,88 azn, yekun olaraq isə 3379,68 azn ödənilmişdir. 37.”Nəsimi-11” MMMC tərəfindən təqdim olunmuş məlumatlara əsasən Cavabdeh1 2018-ci il may-oktyabr aylarında hər ay 106,91 azn, noyabr ayında 124,73 azn, dekabr ayında 142,54 azn olmaqla cəmi 908,73 azn, 2019-cü il yanvar,fevral ayları üçün hər ay 142,04 azn, sentyabr və oktyabr ayları üçün 106,91 azn olmaqla cəmi 497,90 azn, 2020-cü il avqust ayı üçün 106,91, 2022-ci ilin mart ayı üçün 160,36 azn, 2023-cü ilin aprel ayı üçün 142,54 azn və may-avqust ayları üçün hər ay 124,73 azn olmaqla cəmi 641,46 azn, yekun olaraq isə 2315,36 azn ödənilmişdir. 38.Cavabdeh6 MMC-nin 2017-2024-cü illər üzrə İddiaçı MMMC-yə ödədiyi yekun məbləğ 7112,60 azn təşkil edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 39.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 40.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 29.3-cü maddəsinə əsasən, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; -38.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; -38.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir; -119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; - 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. - 121.1-ci maddəsinə əsasən, bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. - 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. - 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. - 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. -135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. -135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. -137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. - 137.4-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. -141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. -142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. -142.10-cu maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. 41.AR Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. 42.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 43.Mülki Məcəllənin 373.2-ci müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 44.Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 45.Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 46.İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. 47.Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 48.Məhkəmə qeyd edir ki, İddiaçı ilə cavabdehlər arasında mənzilin kommunal xidmətlərinin ödənilməsinə dair birbaşa müqavilə bağlanmasa belə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üçün tələb olunan xərclərin və kommunal xidmət haqlarının ödənilməsindən azad edilmir. Yaşayış sahəsinin mülkiyyətçisi kimi cavabdehlər bina idarəçiliyinin, ümumi əmlakın saxlanmasının, cari və əsaslı təmirin və kommunal xidmətlərin ödənilməsinə görə məsuliyyət daşıyırlar və müvafiq haqqı ödəməlidirlər. 49.Bununla belə, qeyd olunan binanın sahə mülkiyyətçiləri öz paylarına düşən idarəçilik və kommunal xidmət xərclərini — mülkiyyət payına uyğun olaraq — 2021–2024-cü illər ərzində vaxtında ödəməmiş, iddiaçının verilən xəbərdarlıqlara və ödəniş tələbnamələrinə baxmayaraq cavabdehlər borclarını yerinə yetirməmişlər. 50.Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə vəzifələrini yerinə yetirmədikdə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mütləq ödəniş və haqların məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Bu nəzərə alınaraq məhkəmə hesab edir ki, İddiaçı MMМC-nin cari iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 51.Məhkəmə iş materiallarını, o cümlədən iddiaçı tərəfindən məhkəmə iclasında verilmiş izahatları hərtərəfli araşdıraraq müəyyən etmişdir ki, çoxmənzilli binanın ümumi yığıncağının sonuncu protokoluna əsasən, iştirak edən mənzil sahibləri səs çoxluğu ilə binanın idarə edilməsi və kommunal xidmət xərclərinin hər kvadrat metrə görə 1 (bir) manat məbləğində müəyyən edilməsini təklif etmişlər. 52.Lakin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarına görə, çoxmənzilli binanın idarə edilməsi üsulu, ümumi əmlakın saxlanması və təmiri ilə bağlı ödənişlərin miqdarı və qaydası yalnız ümumi yığıncağın qəbul etdiyi qərar əsasında müəyyən oluna bilər. Qanunvericiliyə görə, belə qərar bütün sahə mülkiyyətçiləri üçün məcburidir, yəni binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin sahibləri yığıncağın müəyyən etdiyi idarəçilik formasına və tarifə riayət etməyə borcludurlar. 53.Məhkəmə qeyd edir ki, ümumi yığıncaq qərarı ilə protokol qeydləri arasında hüquqi baxımdan fərq mövcuddur: protokol sadəcə yığıncaqda aparılan müzakirələrin və səslərin nəticəsinin texniki təsviridir, lakin qanunvericilikdə nəzərdə tutulan formada qəbul edilmiş, imzalanmış və qüvvəyə minmiş qərarın funksiyasını daşımır. Qanunun tələb etdiyi şəkildə qəbul edilmiş qərarın mövcudluğunu və onun məcburiliyini təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən, məhkəmə bu məsələni hüquqi qüvvəyə malik ümumi qərar kimi qiymətləndirə bilməz. 54.Məhkəmə bu nəticəyə gəlir ki, əgər çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri üçün məcburi olan idarəçilik və xidmət haqları barədə ümumi yığıncağın etibarlı qərarı təqdim edilməyibsə, o halda məhkəmə yalnız təqdim olunmuş protokolların məzmununa və orada göstərilən tariflərin nəzərdən keçirilmiş və müzakirə olunmuş variantlarına istinad edə bilər. Bu sənədlərin təhlili göstərir ki, müxtəlif illərdə fərqli tariflər müəyyən edilməsinə baxmayaraq, onların heç biri qanunun tələb etdiyi formada qəbul edilmiş yekun qərarla rəsmiləşdirilməmişdir. Buna görə də, məhkəmə mövcud vəziyyətdə ədalətlilik və nisbətlilik prinsiplərini rəhbər tutaraq, təqdim olunmuş protokollar arasında ən aşağı tarif olan xx.xx.2018-ci il tarixli protokolda göstərilmiş 0,40 manat/kvm məbləğini əsas götürür. 55.Məhkəmənin qənaətinə görə, bu yanaşma həm mülkiyyətçilərin bərabər hüquqluluğu prinsipinə, həm də idarəetmə xərclərinin proporsional bölünməsi tələbinə uyğun gəlir. Əks halda, hüquqi qüvvəyə malik qərar olmadan, sonrakı illərdə ayrı-ayrı şəxslər tərəfindən təklif edilmiş və ya müvəqqəti razılaşdırılmış tariflərin tətbiqi qanunilik prinsipini pozar, mübahisə doğurar və cavabdehlərin üzərinə əsassız maliyyə öhdəliyi qoyulmuş olardı. 56.Beləliklə, məhkəmə hesab edir ki, ümumi yığıncağın qərarı ilə təsdiqlənməmiş tariflər əsasında borcun hesablanması mümkün deyil və iş üzrə yalnız xx.xx.2018-ci il tarixli protokolda göstərilən 0,40 manat/kvm məbləği hüquqi baxımdan əsas götürülməlidir. 57.Məhkəmə müəyyən edir ki, hazırki iş üzrə altı cavabdeh – Cavabdeh1 Məhəmməd oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 MMC – çoxmənzilli binada ayrıayrı mənzil və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçiləridir. Onların hər biri ümumi əmlakın saxlanması və idarə olunması ilə bağlı xərclərdə öz sahə payına mütənasib olaraq iştirak etməyə borcludur. Tarif hər kvadrat metr üçün 0,40 manat müəyyən olunduğuna görə, borc məbləği hər cavabdeh üzrə ayrıca hesablanmalıdır. Bu səbəbdən, məhkəmə iddiaçının təqdim etdiyi ümumi hesablamanı həmin tarifə uyğunlaşdıraraq hər bir cavabdeh barəsində ayrıca qiymətləndirmə aparılması zəruridir. 58.Məhkəmə qeyd edir ki, Cavabdeh6 MMC tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmiş, həmin ərizədə göstərilmişdir ki, iddiaçı tərəfindən tələb edilən kommunal ödənişlər 2017-ci ildən etibarən hesablanmış, lakin bu tələblər üzrə qanunvericiliklə müəyyən edilmiş üçillik iddia müddəti artıq başa çatmışdır. 59.Məhkəmə təqdim edilən arqumentləri qiymətləndirərək hesab edir ki, iddia müddətinin tətbiqi barədə cavabdehin mövqeyi qismən əsaslıdır. Belə ki, kommunal ödənişlər dövri xarakter daşıyır və hər bir ay üzrə yaranan öhdəlik üçün iddia müddəti ayrıca hesablanır. Bu səbəbdən, məhkəmə nəticəyə gəlir ki, 2017-ci ildən bu günədək olan bütün dövrlər üzrə borcun tam məbləğdə tutulması mümkün deyildir və yalnız son üç il ərzində yaranmış borc məhkəmə tərəfindən nəzərə alına bilər. 60.Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Cavabdeh6 MMC-yə məxsus qeyri-yaşayış sahəsinin ümumi sahəsi 107,31 kvadrat metr təşkil edir, yuxarıda göstərilən məhkəmə mövqeyinə əsasən isə tarif 0,40 manat kimi müəyyən edilmişdir. Ödənilməli olan borc bu sahəyə və son üç il (36 ay) üzrə hesablandıqda ümumi məbləğ aşağıdakı kimi formalaşır: 107,31 kv.m × 0,40 manat × 36 ay = 1.545,26 manat. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən artıq 222,6 manat ödəmişdir. Bu ödəniş ümumi məbləğdən çıxıldıqda, Cavabdeh6 MMC-nin son üç il üzrə kommunal xidmətlər üzrə qalan borcu 1.322,66 (bir min üç yüz iyirmi iki manat 66 qəpik) manat təşkil edir. 61.Məhkəmə Cavabdeh4 münasibətdə qeyd edir ki, Cavabdeh4 barəsində iddiaçı yalnız son dövrdə yaranmış borcun ödənilməsini tələb edə bilər. Belə ki, iş materiallarından, o cümlədən mülkiyyət sənədlərindən məlum olur ki, cavabdeh mənzilin mülkiyyətini xx.xx.2024-cü il tarixində əldə etmişdir (əksini iddiaçı sübuta yetirə bilməmişdir). Buna görə də, iddiaçı yalnız 2024-cü ilin iyun–dekabr aylarını əhatə edən dövr üzrə borcun ödənilməsini tələb edə bilər, yəni mülkiyyət əldə edilməmiş dövrlər üzrə tələblər qanunvericiliyə uyğun deyil. 62.Məhkəmə qeyd edir ki, cavabdehə aid mənzil sahəsi 177 kvadrat metr təşkil edir və Mənzil Məcəlləsi və məhkəmə təcrübəsinə uyğun olaraq, ödənilməli olan kommunal xidmət haqqı mənzil sahəsinə və müəyyən edilmiş tarifə görə hesablanmalıdır. Buna əsaslanaraq, cavabdeh üçün ödənilməli borc məbləği aşağıdakı qaydada hesablanır: 177 kv.m × 0,40 manat/kvm × 7 ay = 495,60 manat. 63.Beləliklə, məhkəmə müəyyən edir ki, Cavabdeh4 2024-cü ilin iyun–dekabr ayları üzrə kommunal xidmətlər üzrə borcu 495,60 manatdır. Bundan artıq dövrlər üzrə tələbin təmin edilməsinə əsas olmamışdır, çünki mülkiyyət həmin dövrlərdə cavabdehin nəzarətinə verilməmişdir (sübutlara münasibətdə). 64.Məhkəmə Cavabdeh3 münasibətdə qeyd edir ki, iş materiallarına əsasən Cavabdeh3 2023-cü ilədək kommunal ödənişlər üzrə borcu 648 manat təşkil edir. 65.Məhkəmə qeyd edir ki, 2024-cü il üzrə ödənilməli borcun məbləği cavabdehin mənzil sahəsinə əsaslanaraq müəyyən edilir. İş materiallarından məlum olur ki, cavabdehə aid mənzil sahəsi 80 kvadrat metr təşkil edir və məhkəmənin müəyyən etdiyi tarif 0,40 manat/kvmdir. Buna əsaslanaraq 2024-cü ilin 12 ayı üçün ödənilməli məbləğ aşağıdakı kimi hesablanır: 80 kv.m × 0,40 manat/kvm × 12 ay = 384 manat. 66.Beləliklə, 2023-cü ilədək olan borc ilə 2024-cü ilin ödənişləri cəmləndikdə, cavabdehin ümumi borcu 1.032,00 manat təşkil edir. Lakin iş materiallarından, o cümlədən təqdim olunmuş çək və ödəniş sənədlərindən göründüyü kimi, cavabdeh artıq 800 manat ödəmişdir. Bu məbləğ ümumi borcdan çıxıldıqda, Cavabdeh3 2024-cü ilin sonuna olan qalan borcu 232 (iki yüz otuz iki) manat təşkil edir. 67.Məhkəmə Cavabdeh1 Məhəmməd oğluna münasibətdə qeyd edir ki, Cavabdeh1 Məhəmməd oğlu barəsində iş materiallarından və iddiaçı tərəfindən təqdim olunmuş tələbnamədən aydın olur ki, 2019–2024-cü illər ərzində cavabdeh 22 ay üzrə kommunal ödənişləri vaxtında yerinə yetirməmişdir. Cavabdehə aid mənzil sahəsi 178,18 kvadrat metr təşkil edir və məhkəmənin müəyyən etdiyi tarif 0,40 manat/kvmdir. Ödənilməli olan məbləğ aşağıdakı kimi hesablanır: 178,18 kv.m × 0,40 manat/kvm × 22 ay = 1.567,98 manat. Bu isə iddiaçının iddia tələbindən artıq olmaqla kənara çıxmadır ki, bunada məhkəmənin hüquqi qiymət verərək artıq məbləğin tutulması hüquqa ziddir. 68.Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 69.Beləliklə, məhkəmə müəyyən edir ki, Cavabdeh1 Məhəmməd oğlunun 2019–2024-cü illər üzrə ödənilməli olan kommunal borcu 1282,94 manatdır. 70.Məhkəmə qeyd edir ki, Cavabdeh5 barəsində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-1249/2023 saylı qərarına əsasən, 2017–2021-ci illər üzrə 3741,00 manat borc hesablanmış və Nəsimi rayon İcra və Probasiya şöbəsinə icraata yönləndirilmişdir. İcra prosesi nəticəsində dekabr 2024-cü ildə 1709,44 manat, yanvar 2025-ci ildə isə 278,94 manat əmək haqqından tutulmaqla, ümumilikdə 1988,38 manat İddiaçı hesabına ödənilmişdir. 71.Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etmiş, əlavə izahatında bildirmişdir ki, ona təxminən 1200 manat borc tələb olunmuş, ilkin 500 manat, daha sonra 754 manat ödəniş etməklə borcunu bağlamış, 2023–2024-cü illər üzrə əlavə borcu olmadığını, 2020–2021-ci illərə aid borcun isə icra şöbəsi tərəfindən artıq tələb olunduğunu və ödənildiyini, 2022-ci ildən etibarən kommunal ödənişlərin miqdarını bilmədiyini və hazırda qəbzlərin yanında olmadığını bildirmişdir. 72.Məhkəmə iş materiallarını və təqdim olunmuş ödəniş sənədlərini təhlil edərək müəyyən etmişdir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər əsasən keçmiş illərin borclarına yönəldilmişdir. Hazırki iş üzrə təqdim olunmuş çeklər və digər sənədlər göstərir ki, Cavabdeh5 kommunal xidmətlər üzrə ödənilməli borcu hazırda 500 manat təşkil edir. 73.Məhkəmə qeyd edir ki, Cavabdeh2 barəsində iş materiallarından və İddiaçı MMMC-nin hüquq təmsilçisi İ.A. Tunc tərəfindən ünvanlanmış tələbnamələrdən aydın olur ki, cavabdehə aid iki mənzil mövcuddur: 166a və 165a saylı mənzillər. İş materiallarına əsasən: 166a mənzil üzrə: 2018-ci il üzrə 215,28 manat, 2019-cu il üzrə 430,56 manat, 2020-ci il üzrə 430,56 manat, 2021-ci il üzrə 368,82 manat, ümumi 1 yanvar 2023-cü il tarixinə 1.445,22 manat borc yaranmışdır. 165a mənzil üzrə: 2018-ci il üzrə 424,80 manat, 2019-cu il üzrə 849,60 manat, 2020-ci il üzrə 849,60 manat, 2021-ci il üzrə 796,50 manat, ümumi 1 yanvar 2023-cü il tarixinə 2.920,50 manat borc yaranmışdır. 74.Bundan əlavə 2024-cü il üzrə ödənişlər isə mənzil sahəsinə əsaslanaraq hesablanmalıdır: 1. 165a mənzil: sahəsi 177 kvadrat metr, tarif 0,40 manat/kvm, 12 ay üçün: 177 × 0,40 × 12 = 849,60 manat. 2.166a mənzil: sahəsi 81,95 kvadrat metr, tarif 0,40 manat/kvm, 12 ay üçün: 81,95 × 0,40 × 12 = 394,00 manat. 75.Məhkəmə qeyd edir ki, əgər 2024-cü ilin ödənişlərini tələbnamədə göstərilmiş borcla toplasaq, bu məbləğ iddiaçının iddia tələbindən artıq olmaqla kənara çıxmadır ki, bunada məhkəmənin hüquqi qiymət verərək artıq məbləğin tutulması hüquqa ziddir. 76.Beləliklə, məhkəmə müəyyən edir ki, Cavabdeh2 2019–2024-cü illər üzrə ödənilməli olan kommunal borcu 4365,72 manatdır. 77.Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh6 MMC-dən 1.322,66 (bir min üç yüz iyirmi iki manat 66 qəpik) manat, Cavabdeh4 495,60 (dörd yüz doxsan beş manat, 60 qəpik) manat, Cavabdeh3 232 (iki yüz otuz iki) manat, Cavabdeh1 Məhəmməd oğlundan 1282,94 (bir min iki yüz səksən iki manat, 94 qəpik) manat, Cavabdeh5 500 (beş yüz) manat, Cavabdeh2 4365,72 (dörd min üç yüz altmış beş manat, 72 qəpik) məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. 78.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 79.İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 150 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. 80.Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun 66.8 manatı cavabdehlərlərdən mütənasib şəkildə tutulmalıdır. 81.Beləliklə məhkəmə hesab edir ki, ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun 66.8 manatının 10.8 (on manat, səksən qəpik) manatı Cavabdeh6 MMC-dən, 4.03 (dörd manat, üç qəpik) manatı Cavabdeh4, 1.9 manatı (bir manat, doxsan qəpik) Cavabdeh3, 10.5 (on manat, əlli qəpik) manatı Cavabdeh1 Məhəmməd oğlundan, 4.07 (dörd manat, yeddi qəpik) manatı Cavabdeh5, 35.6 (otuz beş manat, altmış qəpik) manatı Cavabdeh2 alınaraq İddiaçınə verilməlidir. 82.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 83.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 84.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 85.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 86.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 87.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh6 MMC-dən 1.322,66 (bir min üç yüz iyirmi iki manat 66 qəpik) manat, Cavabdeh4 495,60 (dörd yüz doxsan beş manat, 60 qəpik) manat, Cavabdeh3 232 (iki yüz otuz iki) manat, Cavabdeh1 1282,94 (bir min iki yüz səksən iki manat, 94 qəpik) manat, Cavabdeh5 500 (beş yüz) manat, Cavabdeh2 4365,72 (dörd min üç yüz altmış beş manat, 72 qəpik) məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 66.8 manatının 10.8 (on manat, səksən qəpik) manatı Cavabdeh6 MMC-dən, 4.03 (dörd manat, üç qəpik) manatı Cavabdeh4, 1.9 (bir manat, doxsan qəpik) manatı Cavabdeh3, 10.5 (on manat, əlli qəpik) manatı Cavabdeh1, 4.07 (dörd manat, yeddi qəpik) manatı Cavabdeh5, 35.6 (otuz beş manat, altmış qəpik) manatı Cavabdeh2 alınaraq İddiaçınə verilsin. Ödənilmiş dövlət rüsumunun 83.2 (səksən üç manat, 20 qəpik) manatı iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar