Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1388/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə1, ilk iddia üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndə və vəkilləri Nümayəndə3 və ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri Cavabdeh6, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri Cavabdeh6, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə 10 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Sonradan iddiaçı ilə cavabdeh arasında olan ailə münasibətləri korlanmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1436/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh arasında 10 noyabr 2006-cı il tarixdə bağlanmış və Bakı şəhəri Səadət Sarayı tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3566 nömrə ilə qeyd edilmiş nikahın pozulması və tərəflərin övladı - 10 noyabr 2008-ci il təvəllüdlü X7 və 16 fevral 2010-cu il təvəllüdlü X9 analarının yanında qalması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-400/2022 saylı, 07 fevral 2022-ci ıl tarixli qətnaməsinə əsasən, iddiaçının Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilə Cavabdeh2 birgə nikahı dövründə, onların ümumi gəlirləri hesabına cavabdehin adına aşağıdakı daşınmaz əmlaklar əldə olunmuşdur: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1657A saylı bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi; Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospektində yerləşən 3 saylı evin 28 nömrəli mənzili (Yeni qaydalarla: AZ1000; Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, 7, М2, m1); Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 90 saylı evin 15 nömrəli mənzili; Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,90 ha təşkil edən torpaq sahəsi; Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 1,4991 ha təşkil edən torpaq sahəsi; Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,1087 ha təşkil edən torpaq sahəsi; Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,9917 ha təşkil edən torpaq sahəsi. Nikah müddətində cavabdehin adına əldə olunmuş əmlaklardan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1657A saylı bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi hazırda cavabdehin adınadır. Odur ki, həmin əmlakın ½ hissəsinə iddiaçının payı müəyyən olunmalıdır. Həmçinin, Cavabdeh2 iddiaçının bu barədə notariat qaydasında təsdiq edilmiş razılığı olmadan bır sıra daşınmaz əmlaklar üzərində sərəncam verilməsinə dair əqdlər (alqı-satqı müqavilələri) bağlamış və həmin əmlakları özgəninkiləşdirmişdir. Belə ki, Cavabdeh2 ilə digər Cavabdeh3 arasında bağlanmış və Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən reyestrdə 4Ə-10 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN- İ№ ******* saylı, 16 yanvar 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospektində yerləşən 3 saylı evin 28 nömrəli mənzili (Yeni qaydalarla: AZ1000; Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, 7, М2, m1) Cavabdeh3 mülkiyyətinə; Cavabdeh2 ilə digər Cavabdeh4 arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən reyestrdə 4Ə-344 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN-İ № ******* saylı, 10 mart 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,1087 ha təşkil edən torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh4 mülkiyyətinə; Cavabdeh2 ilə digər Cavabdeh5 arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən reyestrdə 4Ə-345 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN-İ№ ******* saylı, 10 mart 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,1087 ha təşkil edən torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh5 mülkiyyətinə; Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən reyestrdə 4Ə-346 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN-1№ ******* saylı, 10 mart 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,9917 ha təşkil edən torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh4 mülkiyyətinə; Babayeva ilə Cavabdeh5 arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən reyestrdə 4Ə-347 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN-İ№ ******* saylı, 10 mart 2021-ci rixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,9917 ha təşkil edən torpaq sahəsinin 1/2 hissəsi Cavabdeh5 mülkiyyətinə verilmişdir. Hesab edilir ki, iddiaçının razılığı olmadan Cavabdeh2 ilə müvafiq olaraq digər Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilməli, əmlaklara dair cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməli, əmlaklar əvvəlki hüquqi vəziyyətinə qaytarılmalı və iddiaçının adı çəkilən daşınmaz əmlakların ½ hissəsinə payı müəyyən edilməlidir. Bundan başqa, Cavabdeh2 iddiaçı ilə nikah dövründə əldə olunmuş daşınmaz Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 90 saylı evin 15 mənzilini, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 1,4991 ha təşkil sahəsini və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,90 ha təşkil edən torpaq sahəsini iddiaçının müvafiq qaydada təsdiq edilmiş razılığı ilə satmış, lakin həmin əmlakların satışından əldə olunmuş pulun iddiaçıya çatacaq hissəsini (1/2 hissəni) ona ödəməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Cavabdeh2 ilə X8 arasında bağlanmış və Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən reyestrdə 4Ə-250 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN-İ№ ******* saylı, 02 iyul 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 90 saylı evin 15 nömrəli mənzili 415.000 (dörd yüz on beş min) manat pulun müqabilində X4 mülkiyyətinə; Cavabdeh2 ilə “Körpü-Bina-Tikinti’' MMC arasında bağlanmış və Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X25 tərəfindən reyestrdə 4Ə-625 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN-İ№ ******* saylı, 20 avqust 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 1,4991 ha təşkil edən torpaq sahəsi 374.775 (üç yüz yetmiş dörd min yeddi yüz yetmiş beş) manat pulun müqabilində həmin müəssisənin mülkiyyətinə; Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış və Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu X25 tərəfindən reyestrdə 4Ə-626 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN-İ№ ******* saylı, 20 avqust 2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,90 ha təşkil edən torpaq sahəsi 225.000 (iki yüz iyirmi beş min) manat pulun müqabilində adı çəkilən müəssisənin mülkiyyətinə verilmişdir. Beləliklə, Cavabdeh2 qeyd olunan əmlakların satışından ümumilikdə 1.014.775 (bir milyon on dörd min yeddi yüz yetmiş beş) manat məbləğində pul vəsaiti əldə etmişdir ki, həmin pulun 1\2 hissəsini, yəni 507.387,5 (beş yüz yeddi min üç yüz səksən yeddi manat, əlli qəpik) manat pulu iddiaçıya ödəməli idi. Nəzərə alınsa ki, daşınmaz əmlakların satıldığı vaxt iddiaçı müvafiq Cəzaçəkmə Müəssisəsində olduğundan vəsaiti cavabdehdən ala bilməmiş, sonrakı müddətdə isə cavabdeh tərəfindən ona ödənilməmişdir. Odur ki, 507.387,5 (beş yüz yeddi min üç yüz səksən yeddi manat, əlli qəpik) manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh2 ümumi birgə mülkiyyətini təşkil edən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1657A saylı bağ evinin və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinin 1\2 hissəsinə İddiaçı payının müəyyən edilməsi; cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospektində yerləşən 3 saylı evin 28 nömrəli mənzilinə (Yeni qaydalarla: AZ 1000; Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, 7, М2, ml) dair bağlanmış və Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən reyestrdə 4Ə-10 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN-İ№ ******* saylı, 16 yanvar 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına aparılmış qeydiyyatın ləğv edilməsi, mənzilin əvvəlki hüquqi vəziyyətinə qaytarılması və həmin mənzilin 1\2 hissəsinə İddiaçı payının müəyyən edilməsi; Cavabdeh2 ilə Cavabdeh4 arasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,1087 ha təşkil edən torpaq sahəsinin 1/2 hissəsinə dair bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən reyestrdə 4Ə-344 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN-İ№ ******* saylı, 10 mart 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh5 arasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,1087 ha təşkil edən torpaq sahəsinin 1/2 hissəsinə dair bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən reyestrdə 4Ə-345 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN- İ№ ******* saylı, 10 mart 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,1087 ha təşkil edən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 və Cavabdeh5 aparılmış qeydiyyatın ləğv edilməsi, həmin torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması və sahənin 1\2 hissəsinə İddiaçı payının müəyyən edilməsi; Cavabdeh2 ilə Cavabdeh4 arasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,9917 ha təşkil edən torpaq sahəsinin 1/2 hissəsinə dair bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən reyestrdə 4Ə-346 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN-İ№ ******* saylı, 10 mart 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh2 ilə Cavabdeh5 arasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,9917 ha təşkil edən torpaq sahəsinin 1/2 hissəsinə dair bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X21 tərəfindən reyestrdə 4Ə-347 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş AN-İ№ ******* saylı, 10 mart 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,9917 ha təşkil edən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 və Cavabdeh5 aparılmış qeydiyyatın ləğv edilməsi, həmin torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması və sahənin 1\2 hissəsinə İddiaçı payının müəyyən edilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 90 saylı evin 15 nömrəli mənzilinin, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 1,4991 ha təşkil edən torpaq sahəsinin və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,90 ha təşkil edən torpaq sahəsinin satışından Cavabdeh2 tərəfindən əldə olunmuş 1.014.775 (bir milyon on dörd min yeddi yüz yetmiş beş) manat məbləğində pul vəsaitinin 1\2 hissəsinin, yəni 507.387,5 (beş yüz yeddi min üç yüz səksən yeddi manat, əlli qəpik) manat pulun, eyni zamanda hüquqların qorunması üçün Vəkil Bürosuna ödənilmiş 520 manat xidmət haqqının, 60 manat mediasiya xərcinin və 735,00 manat dövlət rüsumunun, ümumilikdə 508702,5 (beş yüz səkkiz min yeddi yüz iki manat 50 qəpik) manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
3. Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək, İddiaçı tərəfindən ona qarşı qaldırmış olduğu iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikah münasibətlərinə xx.xx.2006-cı il tarixində daxil olmuşlar. Həmin nikahdan 2 övladları doğulmuşdur. Tərəflərin nikahı Nəsimi rayon məhkəməsinin 2(006)-1436/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin, cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixində törətmiş olduğu cinayət əməlinə görə (AR CM 120.1; 228.1 və 228.4) Bakı Ağır Cinayətlər məhkəməsinin 16 iyun 2016-cı il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş, daha sonra Bakı Apellyasiya məhkəməsinin 1(103)-365/2017 saylı, 16 fevral 2017-ci il tarixli qərarı ilə Həsənovun cəzası cəzası qəti olaraq 9 il 1 ay müddətinə təyin edilmişdir. İddiaçı hazırda 11 saylı cəzaçəkmə müəssisəsində öz cəzasını çəkərək artıq 2023-cü ilin dekabr ayından etibarən azadlığa çıxmışdır. Nikahın qeydə alınması, pozulması, o cümlədən, iddiaçının müəyyən müddətə azadlıqdan məhrum edilməsinə dair halları ona görə sadalamağı məqsədə müvafiq hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş və bölünməsini tələb etdiyi əmlakların əldə edilməsi müddətləri vaxt etibarilə əhəmiyyət kəsb edir. Beləliklə, İddiaçı hazırda Cavabdeh2, o cümlədən, digər çoxsaylı cavabdehlərə qarşı irəli sürmüş olduğu tələblərin dairəsi geniş olmaqla aşağıdakı məzmunda verilmişdir: Daşınmaz əmlaklar üzərində iddiamın 1/2 hissəsi üzərində pay hüququnun müəyyən edilməsi tələbi üzrə: Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1657A saylı bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi; Səbail rayonu, Azadlıq prospektində yerləşən 3 saylı evin 28 nömrəli mənzilinin (Yer qaydalarla: Səbail rayonu, Azadlıq prospekti, 7, М2, m1) 1/2 hissəsinə İddiaçı Qabil oğlunun payının müəyyən edilməsi; etibarsız hesab edilmə tələbi üzrə: Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0.1087 ha təşkil edən torpaq sahəsinə dair bağlanmış Alqı-Satqı müqaviləsinin; (Müqavilə tərəfi X31), Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0.1087 ha təşkil edən torpaq sahəsinə dair bağlanmış Alqı-Satqı müqaviləsinin; (Müqavilə tərəfi Cavabdeh5), Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0.9917 ha təşkil edən torpaı sahəsinə dair bağlanmış Alqı-Satqı müqaviləsinin; (Müqavilə tərəfi X32), Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0.9917 ha təşkil edən torpaq sahəsinə dair bağlanmış Alqı-Satqı müqaviləsinin; (Müqavilə tərəfi Cavabdeh5). Dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, torpaq sahəsinin əvvəli vəziyyətə qaytarılması və sahənin 1/2 hissəsinə iddiaçının payının müəyyən edilməsi: Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0.1087 ha təşkil edən torpaq sahəsi üzərində X26 və Cavabdeh5 müansibətdə; Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0.9917 ha təşkil edən torpaq sahəsi üzərində X26 və Cavabdeh5 münasibətdə: iddiaçının bu tələbi təmin edilə bilməz 2 səbəbə görə: Birincisi, sözügedən torpaq sahələri tərəflərin birgə nikahı müddətində deyil, Cavabdeh2 mərhum atası Babayev Sabir tərəfindən bağışlanma müqaviləsi əsasında verilmiş Bağışlanma müqaviləsi ilə əldə edilən əmlak isə tərəflərin birgə nikahı zamanı bölgü predmetini təşkil edə bilməz. İkinicisi isə ümumiyyyətlə iddiaçı hazırki tələblər üzrə subyektiv hüquqa malik deyildir. Qeyd edilənləri təsdiq edən sübut: AR ƏMDK yanında DƏDRX tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli **********34 saylı cavab məktubunun 2-ci səhifəsinin 7,8 və 11-ci bəndlərində qeyd edilmişdir. Pul tələbi üzrə; 415.000 AZN və 507 387.50 manat pulun tələbi: Nəsimi rayonu, Səməd Vurğun küçəsi 90 saylı ev 15 nömrəli mənzilin satışından əldə edilmiş 415.000 AZN-nin ½ hissəsinin; Abşeron rayonu, Xırdalan şəhəri, ümumi sahəsi 1, 4991 ha təşkil edən torpaq satışından əldə olunmuş vəsaitin ½ hissəsi; Abşeron rayonu, Xırdalan şəhəri, ümumi sahəsi 0.90 ha təşkil edən torpaq satışından əldə olunmuş vəsaitin 1/2 hissəsinin satışından əldə olunmuş 1.014 775 AZN məbləğinin ½ hissəsin: İddiaçının bu tələbi təmin edilə bilməz, çünki sözügedən torpaq sahələri və Nəsimi rayonu, Səməd Vurğun küçəsi 90 saylı ev 15 nömrəli mənzil tərəflərin birgə nikahı müddətində deyil, X12 mərhum atası Babayev Sabir tərəfindən bağışlanma müqaviləsi əsasında verilmişdir. Bağışlanma müqaviləsi ilə əldə edilən əmlak isə tərəflərin birgə nikahı zamanı bölgü predmetini təşkil etmədiyi üçün onun onun satışından əldə edilən vəsaitə münasibətdə də İddiaçı hər hansı iddia və ya tələb irəli sürməkdə hüququ yoxdur. Qeyd edilənləri təsdiq edən sübut: AR ƏMDK yanında DƏDRX tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli **********34 saylı cavab məktubunun 2-ci səhifəsinin 9 və 10-cu bəndlərində qeyd edilmişdir.
5. Daha sonra cavabdehlər Cavabdeh5 və Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə3 İddiaçı Cavabdeh5 və digərlərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh5 və digərlərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində Cavabdeh5 aid hissədə qeyd olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.1087 ha və 0.9917 ha torpaq sahələri hər biri ½ hissə olmaqla 10 mart 2021-ci il tarixli alqı-satqı müqavilələri ilə Cavabdeh5 mülkiyyətinə keçmişdir. İddiaçı qeyd olunan əmlakların onun razılığı olmadan birgə nikah dövründə özgəninkiləşdirildiyini əsas gətirərək həmin müqavilələrin etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsində Cavabdeh5 qarşı irəli sürülmüş tələblər əsassız olduğundan iddia tələbi cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qarşı olan hissədə təmin edilməməlidir. Belə ki, qeyd olunan torpaq sahələri birgə nikah dövründə digər Cavabdeh2 mülkiyyətin keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunmuşdur ki, sənədin tərtib edilməsi üçün əsas xx.xx.2018-ci il tarixli müvafiq olaraq 4Ə-521 və 4Ə-520 saylı Bağışlama müqavilələri olmuşdur. Göstərilənlərə əsasən, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə Cavabdeh5 və digərlərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair iddia tələbinin cavabdehlər Cavabdeh5 və Cavabdeh4 aid olan hissədə qanunsuz və əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda iş üzrə qarşılıqlı iddia ərizəsinin verilməsinə zərurət yaranmışdır. Belə ki, tərəflərin birgə nikahından bir sıra əmlaklar əldə edilmişdir ki, hazırda həmin əmlaklardan İddiaçı adına olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.0750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Abşeron rayonu, Novxanı kəndi, Babək küçəsi, 10 saylı bağ evi və onun yerləşdiyi 0.14 ha torpaq sahəsi əldə edilmişdir. Hesab edilir ki, sözügedən əmlaklar tərəflərin birgə nikahı dövründə əldə edildiyi üçün onların bölünməsi də qanunun tələbinə uyğun olacaqdır. Hazırda prosessual vaxt məhdudiyyəti səbəbindən qarşılıqlı iddia ərizəsinin predmeti qeyd edilən 2 əmlak təşkil edir. Göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh2 arasında birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaklar üzərində tərəflərin ½ hissədə paylarının müəyyən edilməsinə dair müvafiq qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Sonradan iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, tərəflərin birgə nikahından bir sıra əmlaklar əldə edilmişdir ki, hazırda həmin əmlaklardan İddiaçı adına olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.0750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Abşeron rayonu, Novxanı kəndi, Babək küçəsi, 10 saylı bağlı evi və onun yerləşdiyi 0.14 ha torpaq sahəsi əldə edilmişdir. O cümlədən, tərəflərin birgə nikahı zamanıxx.xx.2009-cu il tarixində "xxxx" MMC adlı hüquqi şəxs də təsis edilmişdir ki, cavabdeh İddiaçı bu hüquqi şəxsin 4 təsisçisindən biridir. Hesab edilir ki, sözügedən əmlaklar tərəflərin birgə nikahı dövründə əldə edildiyi üçün onların bölünməsi də qanunun tələbinə uyğun olacaqdır. Göstərilənlərə əsasən, tərəflərin birgə nikahı zamanı-xx.xx.2009-cu il tarixində təsis edilmiş "xxxx" MMC-nin cavabdeh İddiaçı məxsus təsis payının, İddiaçı adına olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.0750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Abşeron rayonu, Novxanı kəndi, Babək küçəsi, 10 saylı bağlı evi və onun yerləşdiyi 0.14 ha torpaq sahəsinin ½ hissəsi üzərində Cavabdeh2 mülkiyyət hüququnun tanınması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, ilkin olaraq qarşılıqlı iddia tələbinə münasibətdə bildirmişdir ki, qarşı tərəf özü mübahisəli əmlaklarla bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək əldə etdiyi xx.xx.2024-cü il tarixli məktubu iş materiallarına əlavə edib. Həmin məktubdan görünür ki, mübahisələndirdikləri əmlaklar İddiaçı atası tərəfindən bağışlanılmışdır. Buna görə də həmin əmlakların bölünməsindən söhbət belə gedə bilməz. "xxxx" MMC-nin cavabdeh İddiaçı məxsus təsis payına gəlincə isə bildirdi ki, İddiaçı nizamnamə kapitalına hər hansı pul məbləği deyil, ona atası tərəfindən bağışlanan və qarşı tərəfin mübahsələndirdiyi torpaq sahəsini qoyub ki, bunun da bölünməsi mümkün deyil. Odur ki, qarşılıqlı iddia tələbi tam əsassızdır və təmin oluna bilməz. İlkin iddia tələbinə gəlincə isə bildirdi ki, onlar iddia ərizəsində mübahisələndirdikləri əmlaklarla bağlı verdikləri sorğulara aldıqları cavablara və notariat işinə istinad etmişlər. İddia tələbində ilkin iddia üzr cavabdehn mülkiyyətində olan 6 əmlak mübahisələndirilib ki, həmin əmlaklarla bağlı notariat işində bağışlanma olması qeyd edilməyib. Belə ki, onlar iddia ərizəsi tərtib edilməmişdən öncə ilkin iddia üzrə cavabdehin mülkiyyətində olan əmlaklarla bağlı reyestr xidmətinə sorğu ünvanladılar. Həmin sorğuya cavab olaraq verilən məktubda bağışlama olmadığı göstərilən əmlaklarla bağlı daha sonra notariusa müraciət etdilər. Orada məlum oldu ki, reyestrdə bağışlanma kimi göstərilməyən əmlaklardan bəziləri bağışlanmayla ilkin iddia üzrə cavabdehə keçib. Həmin əmlaklar onların iddia tələbinə daxil deyildir. Onlar sadəcə notariat işində bağışlanma kimi qeyd edilməyən əmlaklarla bağlı iddia qaldırmışlar. Qarşı tərəfin mübahisələndirdikləri əmlakların bağışlanma olması ilə bağlı reyestrin cavabına istinad edərək həmin əmlakların bağışlanma olduğunu iddia etməsi hesab edir ki, düzgün deyildir. Əmlakın hüquqi statusunu notarat işi müəyyən edir və onlara birbaşa olaraq öz iddia tələbində ona istinad etmişlər. Bundan başqa, mübahisələndirdikləri əmlaklardan biri olan ünvan 1 ünvanında yerləşən dşınmaz əmlakla bağlı bildirmişdir ki, həmin əmlak qarşı tərəfin atası tərəfindən "xxxx" ASC-yə olan öhdəliyinin təminatı kimi qoyulmuş, daha sonra o, öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC-nin mülkiyyətinə keçmiş və bununla bağlı ikinci xx.xx.2018-ci il tarixdə həmin əmlaka dair çıxarış almışdır. Bundan bir il sonra qarşılıqlı iddia üzrə Cavabdeh2 həmin əmlakı satın almışdır. Bundan çıxış edərək həmin əmlakın Cavabdeh2 atasından bağışlanma ilə keçməsinə istinad edilməsi tam absurddur. Bundan əlavə bildirmişdir ki, onlar qarşı tərəfin əmlakları ilə bağlı reyestr xidmətinə müraciət etmişdilər. Reyestr xidməti həmin əmlaklardan 9-un bağışlanma olmadığını bildirmiş, daha sonra həmin 9 əmlakla bağl notariusa müraciət etmiş və oradan məlum olmuşdur ki, həmin 9 əmlakdan 4-ü bağışlama ilə keçib. 5-i isə bağışlama deyil. Onların hazırki mübahisələndirdikləri əmlaklar məhz o 5 əmlakdır. İlk iddia üzrə İddiaçı xx.xx.2015-ci ildən xx.xx.2023-cü il tarixləri arasında. Bəzi əmlaklar vardır ki bununla bağlı İddiaçı Cavabdeh2 etibarnamə verib. Odur ki, ilkin iddia tələbini tam şəkildə müdafiə edir, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilk iddia tələbini isə qəbul etmədiyini bildirərək, ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşı tərəf 7 predmetlə bağlı iddia irəli sürüb. Onlardan birincisi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1657A saylı bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsidir ki, həmin sahə ilə bağlı xx.xx.2024-ü il tarixli sorğuya cavabdan görünür ki, həmin əmlak ilkin olaraq Cavabdeh2 atasının icarəsinə verilib. Daha sonra isə atasndan ona bağışlanma yolu ilə keçib. 2-ci mübahisələndirilən əmlak Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospektində yerləşən 3 saylı evin 28 nömrəli mənzili də Cavabdeh2 atasından bağışlama yolu ilə keçib yuxarıda qeyd etdiyi sorğuya verilən cavabda bu fakt da öz təsdiqini tapır. 3-cü əmlak Abşeron rayonu Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,1087 ha torpaq sahəsi ilə bağlı bildirmişdir ki, xx.xx.2020-ci il tarixli vəkil sorğusuna verilən cavabdan görünür ki, həmin əmlak da Cavabdeh2 bağışlanma yolu ilə keçib. Bunu hətta qarşı tərəfin təqdim etdiyi notriat işində olan texniki pasportun qeyd hissəsi də təsdiq edir. 5-ci əmlak Abşeron rayonu, Xırdalan şəhəri, ümumi sahəsi 1,4991 ha təşkil edən torpaq satışından əldə olunmuş vəsaitin ½ hissəsinin tələb edilməsi ilə bağlı bildirmişdir ki, xx.xx.2020-ci il tarixli cavab məktubunun 2-ci səhifəsinin 9-cu abzasında qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 1.4991 ha təşkil edən torpaq sahəsi Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatda keçmişdir. Beləliklə, göründüyü kimi iddia predmetini təşkil edən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 1.4991 ha təşkil edən torpaq sahəsi bağışlanma predmetini təşkil edir. Buna görə də həmin əmlakın satışından əldə olunmuş vəsaitin heç bir hissəsinə dair İddiaçı payı müəyyən edilə bilməz. 6-cı əmlak Abşeron rayonu, Xırdalan şəhəri, ümumi sahəsi 0.90 ha təşkil edən torpaq satışından əldə olunmuş vəsaitin ½ hissəsinin müəyyən olunması ilə bağlı bildirmişdir ki, xx.xx.2020-ci il tarixli cavab məktubunun 2-ci səhifəsinin 10-cu abzasında qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0.90 ha təşkil edən torpaq sahəsi Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-519 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatda keçmişdir. Beləliklə, göründüyü kimi iddia predmetini təşkil edən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 1.4991 ha təşkil edən torpaq sahəsi bağışlanma predmetini təşkil edir. Buna görə də həmin əmlakın satışından əldə olunmuş vəsaitin heç bir hissəsinə dair İddiaçı payı müəyyən edilə bilməz. 7-ci əmlak Nəsimi rayonu, Səməd Vurğun küçəsi 90 saylı ev 15 nömrəli mənzilin satışından əldə edilmiş vəsaitin ½ hissəsinə payın müəyyən olunması ilə bağlı bildirmişdir ki, həmin əmlak Cavabdeh2 atası olan X22 tərəfindən 2008-ci il tarixində əldə edilmiş və əmlak hərracda bank tərəfindən alınanan ana qədər onun mülkiyyətində olmuşdur. Sözügedən əmlak Sabir Babayev tərəfindən 2012-ci ildə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsinin təminatı kimi kimi çıxış edərək, ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Lakin, "xxxx" MMC öz kredit öhdəliklərini yerinə yetirə bilmədiyi üçün verilmiş kredit borcu müqabilində əmlak məhkəmə qətnamələri ilə borcun ödənilməsi məqsədilə hərracda satış üçün yönəldilmişdir. Daha sonra bu əmlakın Cavabdeh2 tərəfindən alınması 2019-cu il tarixində 257.000 AZN həcmində pul vəsaitinin hərracda ödənilməsi yolu ilə geri əldə edilmişdir. Sözgedən əmlakın əldə edilməsi ilə əlaqədar "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Bu faktı sübut edən məktub isə AR DƏDRX-in vəkil sorğusuna vermiş olduğu 08 may 2024-cü il tarixli məktubudur. Həmin məktubun da məzmununundan göründüyü kimi Hərracın yekunları barədə 168 nömrəli xx.xx.2018-ci il tarixli protokola əsasən xx.xx.2018-ci il tarixində sözügedən mənzil "xxxx" ASC-nin adına qeydiyyatdan keçdikdən sonra Cavabdeh2 atasına məxsus əmlakı atasının zavodundan aldığı paya görə ona ödənilən dividendlər mənbəyinə geri əldə etmişdir. Göründüyü kimi bu mənzil heç zaman İddiaçı məxsus olmamışdır və mənzilin Cavabdeh2 tərəfindən geri alınması da İddiaçı pulları hesabına əldə olunmamışdır. Çünki, həmin dövrdə İddiaçı artıq neçə illər idi ki, cəzaçəkmə müəssisəsində cəzasını çəkirdi. Bu əmlakın əldə edilməsi ilə əlaqədar vəsaiti Cavabdeh2 atasından ona keçmiş Zavoddan ödənilən dividendlər hesabına əldə etmişdir. Bu halı təsdiq edən sübutlar məhkəmənin elektron sisteminə yükləmişdir. Belə ki, X49 vasitəsilə Cavabdeh2 ödənilmiş dividendlər bank çıxarışlarında açıqca görünür. Həmin alınan dividendlərin elə dövrlərinə nəzər salmaq kifayət edir. 2019ci ildə isə əmlak digər bir şəxsə satılır. Odur ki, ilkin iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır. Əlavə olaraq bildirmişdir ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 90 saylı ev 15 nömrəli mənzili ilə bağlı kredit müqaviləsi "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmışdır. İddiaçı "xxxx" MMC-ni qeyri-rəsmi olaraq idarə edirdi. Lakin bununla bağlı sübutları hazırda yoxdur. Sonda qarşılıqlı iddia tələbini tam həcmdə müdafiə edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh5 nümayəndə və vəkilləri Nümayəndə3 ilk iddia tələbini qəbul etmədiyini bildirərək və tərəflərindən verilmiş etirazı müdafiə edərək, ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İlk iddia üzrə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış ilk iddia üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
14. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı H.Rövşən və Cavabdeh2 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmış, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikah dövrü ərzində İddiaçı və Cavabdeh2 adlarına müxtəlif daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Hazırda ilk iddia üzrə iddiaçı H.Rövşən bir sıra daşınmaz əmlakların onların birgə nikah dövründə əldə edildiyini və həmin əmlakların iş üzrə digər cavabdehlərin adına özgəninkiləşdirildiyini, eyni zamanda birgə nikah dövründə əldə edilmiş bir sıra əmlakların isə onun razılığı ilə cavabdeh B.Səfiyyə tərəfindən satıldığını, lakin əldə edilmiş pul vəsaitinin yarısının ona ödənilmədiyini iddia edərək, razılığı olmadan satılan əmlaklar üzrə bağlanmış müqavilələrin etibarsız hesab edilməsini, əmlakların hüquqi vəziyyətinin əvvəlki vəziyyətə qaytarılmasını və həmin əmlaklar üzərində iddiaçının ½ hissədə pay hüququnun tanınmasını, razılığı ilə satılan əmlaklar üzrə isə əldə edilmiş pul vəsaitinin ½ hissədə pay hüququnun tanınmasını, həmçinin məhkəmə xərclərinin cavabdeh B.Səfiyyədən onun xeyrinə tutulmasını tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı B.Səfiyyə bir sıra daşınmaz əmlakların birgə nikah dövründə əldə edildiyini iddia edərək, həmin əmlaklar üzərində pay hüququnun tanınmasını tələb edir.
b) Mülki işin materialları:
16. Mülki işin materiallarında olan Səadət Sarayı tərəfindən 10 noyabr 2006-cı il tarixdə verilən AZ-İ seriyalı, 277489 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh2 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 3566 nömrə ilə qeyd edilmişdir.
17. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-400/2022 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1436/2021 saylı işi üzrə 07 iyun 202-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2023-cü il tarixli, MŞB/6-1072 nömrəli İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:10-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh2 isə iştirak etməmişdir. İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir (Mediator: M.Leyla).
19. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli qeyd olunan fiziki şəxsə dair müvafiq məlumatların verilməsi barədə cavab məktubundan görünür ki, Cavabdeh2 adına Azərbaycan Respublikası üzrə xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək daşınmaz əmlakın olub-olmaması, həmçinin özgəninkiləşdirilmiş əmlaklar barədə müvafiq məlumatların verilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, ev 7 (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X35 küçəsi, ev 50) ünvanında yerləşən fərdi yaşayış ünvan 3 xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2019cu il tarixdə; Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhəri 7 sayiı notariat kontorunun 4Ə-36 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 7əli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; ünvan 8 ünvanı Bakı şəhəri saylı notariat kontorunun 4Ə-37 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 4Ə-38 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 4Ə-36 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 4Ə-40 reyestr nömrəli 2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; ünvan 16 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 4Ə-39 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2019cu il tarixdə; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1657A ünvanında yerləşən bağ evi Bakı şəhəri 7 saylı notariat kontorunun 4Ə-257 reyestr nömrəli xx.xx.2018-ci il tarixlli bağışlama müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Nəzərə çatdırılır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1657A ünvanında olan bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsi RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa və texniki pasporta əsasən vahid əmlak kimi xx.xx.2019-cu il dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən qeyriyaşayış sahəsi xx.xx.2008-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin hərrac təşkilatının “Hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli 169 və 170 nömrəli protokoluna və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1522/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən, ünvan 21 ünvanı xx.xx.2016-cı il searrə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin Cavabdeh1 4Ə-10 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 22 ünvanı xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin Cavabdeh1 4Ə-250 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən; ünvan 23 ünvanında yerləşən qeyriyaşayış sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin Cavabdeh1 4Ə-252 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən; ünvan 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin Cavabdeh1 4Ə-62 reyestr nömrəli reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən; Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.90 ha olan ehtiyat fondu təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 38 saylı notariat kontorunun 4Ə-626 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən; Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.4991 ha olan fondu torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 38 saylı notariat kontorunun 4Ə-625 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən; Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.9917 ha olan fondu torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri Cavabdeh6 4Ə-347 və 4Ə-346 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən; Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.1087 ha olan ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri Cavabdeh6 4Ə-344 və 4Ə-345 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məlumat üçün bildirilir ki, Cavabdeh2 adına xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.
20. Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X27 tərəfindən Bakı şəhəri 33 saylı Vəkil Bürosuna 520 manat məbləğində vəkil haqqı ödənilmişdir.
21. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia qaldırılması üçün 735 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
22. Mülki işin materiallarında olan Cavabdeh1 4Ə-10 №-li xx.xx.2019-cu il tarixli Notariat İşindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən ünvan 21 (Yeni qaydalarla: AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, 7, M2, M1) xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
23. Adıçəkilən notariat işindən görünür ki, xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh2 tərəfindən ünvan 21 (Yeni qaydalarla: AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, 7, M2, M1) ünvanında yerləşən ümumi sahəsi 114 kv/m olan mənzil alıcı Cavabdeh3 399.000 manat mələğində satılmışdır.
24. Mülki işin materiallarında olan Bakı şəhəri Cavabdeh6 4Ə-344 №-li xx.xx.2021-ci il tarixli Notariat İşindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarış əsasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.1087 ha ehtiyat fondu torpağı xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
25. Adıçəkilən notariat işindən görünür ki, xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.1087 ha olan torpaq sahəsinin ½ hissəsi alıcı Cavabdeh4 20.000 manat mələğində satılmışdır.
26. Mülki işin materiallarında olan Bakı şəhəri Cavabdeh6 4Ə-345 №-li xx.xx.2021-ci il tarixli Notariat İşindən görünür ki, xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.1087 ha olan torpaq sahəsinin ½ hissəsi alıcı Cavabdeh5 20.000 manat mələğində satılmışdır.
27. Mülki işin materiallarında olan Bakı şəhəri Cavabdeh6 4Ə-346 №-li xx.xx.2021-ci il tarixli Notariat İşindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.9917 ha ehtiyat fondu torpağı xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
28. Adıçəkilən notariat işindən görünür ki, xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.9917 ha olan torpaq sahəsinin ½ hissəsi alıcı Cavabdeh4 38.000 manat mələğində satılmışdır.
29. Mülki işin materiallarında olan Bakı şəhəri Cavabdeh6 4Ə-347 №-li xx.xx.2021-ci il tarixli Notariat İşindən görünür ki, xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.9917 ha olan torpaq sahəsinin ½ hissəsi alıcı Cavabdeh5 38.000 manat mələğində satılmışdır.
30. Mülki işin materiallarında olan Cavabdeh1 4Ə-250 №-li xx.xx.2019-cu il tarixli Notariat İşindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən Çıxarışa əsasən ünvan 27 xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
31. Adıçəkilən notariat işindən görünür ki, xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh2 tərəfindən ünvan 27 ünvanında yerləşən ümumi sahəsi 198.98 kv/m olan mənzil alıcı X5 415.000 manat mələğində satılmışdır.
32. Adıçəkilən notariat işindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Müalicə müəssisəsində müalicə olunan və cəzaçəkən məhkum İddiaçı tərəfindən verilən xx.xx.2019-cu il tarixli Razılıq Ərizəsinə əsasən o, həyatı yoldaşı Cavabdeh2 mülkiyyətində olan ünvan 22 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir.
33. Mülki işin materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1.4991 ha ehtiyat fondu torpağı xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
34. Mülki işin materiallarında olan İddiaçı tərəfindən notariat ofisinə ünvanlanan **********898 nömrəli Ərizədən görünür ki, həyat yoldaşı Cavabdeh2 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən 1.4991 ha torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir.
35. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.4991 ha olan torpaq sahəsi alıcı "xxxx" MMC-yə 374.775 manat mələğində satılmışdır.
36. Mülki işin materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.90 ha ehtiyat fondu torpağı xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
37. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.90 ha olan torpaq sahəsi alıcı "xxxx" MMC-yə 225.000 manat mələğində satılmışdır.
38. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia qaldırılması üçün iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
39. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məlumatların verilməsi barədə cavab məktubundan görünür ki, İddiaçı adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış daşınmaz əmlaklar ilə bağlı müvafiq məlumatların verilməsinə dair sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, İddiaçı adına Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.0750 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Abşeron rayon 1 saylı DNK-nın 4Ə/02-325 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsinə əsasən, Abşeron rayonu, Novxanı kəndi, Babək küçəsi, 10 saylı bağ evi və onun yerləşdiyi 0,14 ha torpaq sahəsi isə Cavabdeh1 xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 4Ə-406 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi əsasında qeydiyyata alınmışdır.
40. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məlumatların verilməsi barədə cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1657A saylı bağ evi və torpaq sahəsi, Səbail rayonu, Azadlıq prospekti, ev 3, mənzil 28, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, bina 90, mənzil 15 ünvanlarında yerləşən əmlakların Cavabdeh2 mülkiyyətinə keçməsinə əsas olmuş sənədlər barədə məlumatın təqdim edilməsi barədə sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Cavabdeh2 adına Bakı şəhəri 29 saylı DNK-nın 4Ə- 3333 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 90, 15 saylı mənzil xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 54 saylı DNK-nın 4Ə-250 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Həmçinin, Cavabdeh2 adına 2 saylı Bakı Asan Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-627 reyestr nömrəli xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, ev 3, 28 saylı mənzil xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 54 saylı DNK-nın 4Ə-10 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1657a saylı bağ sahəsi və üzərindəki tikililər keçmiş X6 və İstismarı Birliyi ilə bağlanılmış 02 noyabr 1994-cü il tarixli 22037 nömrəli müqavilə əsasında X13 (sənəddə olduğu kimi) icarəsinə verilmişdir. Həmin müqavilə əsasında 1657a saylı bağ evi 13 dekabr 1996-cı il tarixdə onun adına qeydiyyata alınmışdır. Bakı şəhəri, 7 saylı notariat kontorunun xüsusi notariusu X19 tərəfindən təsdiq edimiş 4Ə-257 reyestr nömrəli 09 avqust 2018-ci il tarixli bağışlanma müqaviləsi əsasında həmin bağ evi 17 avqust 2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra qeyd edilən sənədlər əsasında 26 fevral 2019-cu il tarixdə Mərdəkan qəsəbəsi, 1657a saylı bağ evi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 88.9 kv.m olan bağ evi vahid əmlak kimi Cavabdeh2 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
41. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən 18 mart 2020-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 adına daşınmaz əmlakın olub-olmaması haqqında müvafiq arayışın verilməsi barədə xx.xx.2020-ci il tarixli 19VB-060/2020 nömrəli sorğuya Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh2 adına: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 90a, 16/17 saylı mənzil - 12 saylı DNK-nın 4Ə-05-938 reyestr nömrəli, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən; Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, 7 saylı fərdi yaşayış evi - 7 saylı DNK-nın 4Ə-37 reyestr nömrəli, 29 yanvar 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən; Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa- Nardaran yaşayış massivi, 34-cü məhəllə, 5 saylı fərdi yaşayış evi - 7 saylı DNK-nın 4Ə- 36 reyestr nömrəli, 29 yanvar 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən; Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, 66 saylı fərdi yaşayış evi - 7 saylı DNK-nın 4Ə-38 reyestr nömrəli, 29 yanvar 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən; ünvan 30 qeyri-yaşayış sahəsi 31 saylı qaraj) - 54 saylı DNK-nın 4Ə-41 reyestr nömrəli, 31 yanvar 2019-cu il tarixli :ağışlanma müqaviləsinə əsasən; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92, 28 saylı mənzil - 54 saylı DNK-nın 4Ə-37 reyestr nömrəli, 31 yanvar 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən; ünvan 30 qeyri-yaşayış sahəsi (29 saylı qaraj) - 54 saylı DNK-nın 4Ə-38 reyestr nömrəli, 31 yanvar 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən; ünvan 30 qeyri-yaşayış sahəsi (27 saylı qaraj) - 54 saylı DNK-nın 4Ə-36 reyestr nömrəli, 31 yanvar 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən; ünvan 30 qeyri-yaşayış sahəsi (28 saylı qaraj) - 54 saylı DNK-nın 4Ə-40 reyestr nömrəli, 31 yanvar 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən; ünvan 30 qeyri-yaşayış sahəsi (30 saylı qaraj) - 54 saylı DNK-nın 4Ə-39 reyestr nömrəli, 31 yanvar 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən; ünvan 31 qeyri-yaşayış sahəsi (96 saylı qaraj) - 54 saylı DNK-nın 4Ə-35 reyestr nömrəli, 31 yanvar 2019-cu il tarixli bağışlanma müqaviləsinə əsasən; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1657A saylı bağ evi - 7 saylı DNK- nın 4Ə-257 reyestr nömrəli, 09 avqust 2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən; Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,9917 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi - Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-521 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən; Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 1,4991 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi - Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-518 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən; Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,90 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi - Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-519 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən; Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,1087 ha ehtiyat fondu torpaqları təyinatlı torpaq sahəsi - Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-520 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
42. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən 12 mart 2020-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına daşınmaz əmlakın olubolmaması haqqında müvafiq arayışın verilməsi barədə xx.xx.2020-ci il tarixli, **-VB- ***/2020 nömrəli sorğuya Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
43. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi haqqında cavab məktubundan görünür ki, X14 adına Azərbaycan Respublikası ərazisində olan daşınmaz əmlaklar barədə ətraflı məlumat verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Cavabdeh2 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, 7 saylı fərdi yaşayış evi (Yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X35 küçəsi, ev 50) Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-37 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, 34-cü məhəllə, 5 saylı fərdi yaşayış evi Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən :əsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-36 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, 66 saylı fərdi yaşayış evi Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2019cu il tarixdə; Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92, 28 saylı mənzil Bakı şəhəri 54 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-37 reyestr nömrə caşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; ünvan 29 ünvanda yerləşən ümumi sahəsi 18.9 kv.m olan qeyri-yaşayış sahəsi (29 saylı qaraj) Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-38 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə ünvan 30 ünvanda yerləşən ümumi sahəsi 25 kv.m olan qeyriyaşayış sahəsi (27 saylı qaraj) Cavabdeh1 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-36 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2019cu il tarixdə; ünvan 30 ünvanda yerləşən ümumi sahəsi 18.4 kv.m olan qeyri-yaşayış sahəsi (28 saylı qaraj) Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-40 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; ünvan 30 ünvanda yerləşən ümumi sahəsi 18.4 kv.m olan qeyri-yaşayış sahəsi (30 saylı qaraj) Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-39 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə; Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1657A saylı bağ evi Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 4Ə-257 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə, bağ evinin yerləşdiyi 0.12 ha torpaq sahəsi vahid daşınmaz əmlak kimi xx.xx.2019-cu il tarixdə; ünvan 31 ünvanda yerləşən ümumi sahəsi 21 kv.m olan qeyri-yaşayış sahəsi (68 saylı qaraj) Bakı şəhəri 54 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-319 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə; ünvan 32 ünvanda yerləşən ümumi sahəsi 52 kv.m olan 42 saylı qaraj ünvan 33 kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 4Ə-05-937 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
44. Mülki işin materiallarında olan ilk iddia üzrə Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilən ərizədən görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh4 və digərlərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair xahiş etmişdir. İddia ərizəsində Cavabdeh4 aid hissədə qeyd olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.1087 ha və 0.9917 ha torpaq sahələri hər biri ½ hissə olmaqla 10 mart 2021-ci il tarixli alqı-satqı müqavilələri ilə cavabdeh X20 mülkiyyətinə keçmişdir. İddiaçı qeyd olunan əmlakların onun razılığı olmadan birgə nikah dövründə özgəninkiləşdirildiyini əsas gətirərək həmin müqavilələrin etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişdir. Belə ki, qeyd olunan torpaq sahələri əvəzsiz əqdlər əsasında digər Cavabdeh2 mülkiyyətinə keçdiyini nəzərə alaraq iddia tələbi əsassızdır. Qeyd olunan əsassız iddia tələbi ilə bağlı Cavabdeh4 peşəkar hüquqi yardım almaq məcburiyyətində qalmış və vəkil Nümayəndə3 ilə hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlamışdır. Hüquqi yardıma görə Cavabdeh4 500 manat ödəniş etmişdir. Bu məhkəmə işi ilə bağlı vəkil araşdırma aparmış, məhkəmədə hüquqlarını müdafiə etmiş və peşəkar hüquqi yardım göstərməkdədir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdeh4 və digərlərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair iddia tələbi Cavabdeh4 qarşı olan hissədə qanunsuz və əsassız olduğundan yekun məhkəmə aktı qəbul edilərkən bu ərizə nəzərə alınaraq vəkilin göstərdiyi yardıma görə 500 manat məbləğində xərcin iddiaçıdan alınaraq Cavabdeh4 ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
45. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məlumat təqdim edilməsi haqqında cavab məktubundan görünür ki, Cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 90, 15 saylı mənzilin hüquqi rejimi barədə ətraflı məlumat verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 90, 15 saylı mənzil ilkin olaraq “Qlobal Sistem LTD” firmanısının adına qeydiyyatdan keçmişdir. ünvan 33 kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 4Ə-933 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Hərracın yekunları barədə 168 nömrəli xx.xx.2018-ci il tarixli protokoluna əsasən xx.xx.2018-ci il tarixdə ASC "xxxx" Bankının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 29 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə- 3333 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Cavabdeh1 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə- 250 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
46. Mülki işin materiallarında olan 21 may 2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı ASC "xxxx" Bank tərəfindən ünvan 22 ünvanında yerləşən ümumi sahəsi 207,73 kv/m olan mənzil 257.000 manata alıcı Cavabdeh2 satılmışdır.
47. Mülki işin materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 nömrəli, 13 mərtəbəli binada, 212.0 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 15 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X15 adında daşınmaz əmlakın dövlət reyestrində 878 nömrəli reyestr kitabının 81621 nömrəli vərəqində qeydiyyata alınmışdır.
48. Mülki işin materiallarında olan 19 dekabr 2009-cu il tarixli "xxxx" MMC-nin təsis edilməsinə dair təsis müqaviləsindən görünür ki, İddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.075 ha torpaq sahəsi, 16414 manat, 8207 pay, 7.05% payı müəyyən edilmişdir.
49. Mülki işin materiallarında olan “YapıKredi Bank” Azərbaycan tərəfindən verilən xx.xx.2024-cü il tarixli çıxarışlardan görünür ki, müxtəlif vaxtlarda Cavabdeh2 tərəfindən müxtəlif məbləğlərdə dividendlər əldə edilmişdir.
50. Mülki işin materiallarında olan xx.xx.2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Bankı ASC tərəfindən "xxxx" MMC-yə 300.000 manat məbləğində, 60 ay müddətinə illik 6 faiz ödənilməklə kredit verilmişdir.
51. Mülki işin materiallarında olan xx.xx.2012-ci il tarixli, 004001/0252/12/09 nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka verən X23 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 nömrəli, 13 mərtəbəli binada, 212 kv.m yaşayış sahəsindən ibarət 5otaqlı 15 nömrəli mənzil ipoteka saxlayana ipotekaya verilmişdir.
52. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-426/2016 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər X17, Cavabdeh2 və üçüncü şəxslər "xxxx" MMC-yə, X3 qarşı “kredit müqaviləsi üzrə borcların ödənilməsi və s.” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, 01 fevral 2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə tutma X18 məxsus olan Bakı şəhəri, S.Vurğun küçəsində istifadədə olan 0,63661 ha torpaq sahəsində yerləşən 13 mərtəbəli, 90 nömrəli binanın 212 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 15 nömrəli mənzilə və Cavabdeh2 qızma məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0,259 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın zirzəmi və birinci mərtəbəsində, 396,8 kv.m əsas, 197,9 kv.m köməkçi sahədən ibarət olmaqla ümumi, sahəsi 594,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə, 30 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə tutma Cavabdeh2n məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində istifadədə olan 0,259 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın zirzəmi və birinci mərtəbəsində, 396,8 kv.m əsas, 197,9 kv.m köməkçi sahədən ibarət olmaqla ümumi sahəsi 594,7 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, Bakı şəhəri, Səməd Vurğun küçəsi, 90 nömrəli binanın 15 nömrəli mənzilinin ilkin satış qiyməti 350.000 (üç. yüz əlli min) manat, Bakı şəhəri, Nəsimi rayonu. Bülbül prospekti, 21 nömrəli binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin ilkin salış qiyməti 288.000 (iki yüz səksən səkkiz min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 nömrəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ilkin salış qiyməti isə 6.912.000 (altı milyon doqquz yüz on iki min) manat məbləğində müəyyən edilməsi, əmlakların satışından əldə olunmuş vəsait hesabına "xxxx" MMC-nin və X2 "xxxx" ASC-yə oları kredit borclarının ödənilməsi, satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğin X18 və Cavabdeh2 qaytarılması qət edilmişdir.
a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
53. Məhkəmə ilk növbədə ilk iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
54. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
55. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir.
56. Göstərilən Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
57. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
58. Bu halda məhkəmə ilk öncə ilkin iddianın tələblərinə münasibət bildirirək hüquqi qiyməti verir ki, ilkin iddia üzrə İddiaçı ilə ilkin iddia üzrə Cavabdeh2 10 noyabr 2006-ci ildə rəsmi nikaha girmiş və həmin nikah Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Həmin nikah müddətində ilkin iddia üzrə iddiaçı X28 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş və 2023-cü ilin noyabrdan etibarən isə azadlığa buraxılmışdır.
59. Belə ki, birgə nikah dövrünün rəsmi tarixlərinə düşən əmlaka münasibətdə məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1657A saylı bağ evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi Bakı şəhəri 7 saylı notariat kontorunun 4Ə-257 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir;
60. Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospektində yerləşən 3 saylı evin 28 nömrəli mənzili (Yeni qaydalarla: AZ1000, Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti, 7, M2, M1) 2 saylı Bakı Asan xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-627 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına qeydiyyata alınmış, lakin xx.xx.2019-cu il tarixdə ilk iddia üzrə Cavabdeh3 daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında 399.000 manata satılmışdır;
61. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,1087 ha təşkil edən torpaq sahəsi Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018ci il tarixli, 4Ə-520 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına qeydiyyata alınmış, lakin xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən həmin torpaq sahəsinin ½ hissəsi ilk iddia üzrə Cavabdeh4, ½ hissəsi isə ilk iddia üzrə digər Cavabdeh5 20.000 manata satılmışdır;
62. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0,9917 ha təşkil edən torpaq sahəsi Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018ci il tarilxi, 4Ə-521 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına qeydiyyata alınmış, lakin xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən həmin torpaq sahəsinin ½ hissəsi ilk iddia üzrə Cavabdeh4, ½ hissəsi isə ilk iddia üzrə digər Cavabdeh5 380.000 manata satılmışdır;
63. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlaklar kimi həmin əmlaklar üzərində payının müəyyən edilməsi xahiş olunan yuxarıda sadalanan daşınmaz əmlaklar tərəflərin birgə nikahda olduqları müddət ərzində ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına rəsmiləşmiş olsa da, həmin daşınmaz əmlakların ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına qeydiyyata alınmasına əsas daşınmaz əmlakların Cavabdeh2 bağışlanmasına dair müqavilələr olmuşdur. Qanunvericiliyə əsasən isə nikah dövründə ər və ya arvadın hədiyyə şəklində əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyəti olduğundan, hazırda İddiaçı iddia etdiyi əmlaklar üzərində onun pay hüququnun müəyyən edilməsindən söhbət gedə bilməz. Belə ki, iddia edilən daşınmaz əmlaklar ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 mülkiyyətinə bağışlama müqaviləsi əsasında keçdiyindən və Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi əsasında tərəfin mülkiyyətinə keçən əmlak bölgü predmeti olmadığından, həmin əmlaklarla bağlı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi hissəsində ilk iddia tələbi Cavabdeh2 münasibətdə əsassız hesab edilməli və təmin edilməməlidir .
64. Bundan əlavə isə məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan əmlaklar ilkin iddia üzrə Cavabdeh2 atası Babayev Sabir tərəfindən bağışlanıldığından və atası vəfat etdiyindən həmin əmlakların bağışlanarkən ailə üçün və ya öz qızı üçün bağışlandığını müəyyən etmək mümkün olmamış, bundan əlavə isə bunun əks sübutunu isə ilkin iddia üzrə iddiaçı təqdim edə bilməmişdir. Məhkəmə bu halda bildirir ki, bağışlanan əmlakların heç olmasa biri üzrə belə ilkin iddia üzrə cavabdeh B.Səfiyyənin atası öz əvvəlki qızının həyat yoldaşına (Həsənov R) bağışlama ilə əmlak bağışlamamışdır. Bu isə dolayı yolla onu deməyə bir daha əsas verir ki, ilkin iddia üzrə cavabdeh B.Səfiyyənin atasının niyyəti əmlakları bağışlama ilə yalnız qızının mülkiyyətinə vermək olmuşdur.
65. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 90 saylı evin 15 nömrəli mənzili Bakı şəhəri 29 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-3333 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına qeydiyyata alınmış, lakin xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən X1 və hazırda onun mülkiyyətindədir.
66. Məhkəmə ilk iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 90 saylı evin 15 nömrəli mənzilin satışından əldə edilən pul vəsaitinin ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi hissəsinə münasibətdə hesab edir ki, həmin daşınmaz əmlak tərəflərin birgə nikahda olduqları dövrdə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 mülkiyyətinə keçib, tərəflərin birgə nikahda olduqları dövrdə də B.Səfiyyə tərəfindən özgəninkiləşdirilsə də, həmin daşınmaz əmlaka dair iddiaçının payının müəyyən edilməsi hissəsində Cavabdeh2 münasibətdə əsassız hesab edilməli və təmin edilməməlidir (bu əmlaka münasibətdə digər cavabdehlər isə subyektiv cavabdehlik daşımırlar).
67. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Müalicə müəssisəsində müalicə olunan və cəzaçəkən məhkum İddiaçı tərəfindən verilən xx.xx.2019-cu il tarixli Razılıq Ərizəsindən görünür ki, həyatı yoldaşı Cavabdeh2 mülkiyyətində olan ünvan 22 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir.
68. Göründüyü kimi iddiaçı öz iradə ifadəsi əsasında mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsinə və bağışlanmasına etiraz etməmişdir. Yəni ilkin iddia üzrə iddiaçı həmin ərizə ilə öz iradəsini onunla bəyan etmişdir ki, əmlak bağışlandığı təqdirdə belə heç bir etiraz etməmiş və əmlakın əvəzsiz olaraq digər şəxsin mükiyyətinə keçirilməsini riskini öz üzərinə götürmüşdür( MM- 397.2-ci maddəsinə əsaəsn müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Həmçinin MM-nin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir) .Məhkəmə bu yerdə həmçinin qeyd edir ki, mübahisəli daşınmaz əmlak iddiaçının həbsdə olduğu müddət ərzində cavabdeh B.Səfiyyənin adına alınıb və onun tərəfindən də satılmışdır. Göründüyü kimi sözügedən mübahisəli əmlak tərəflərin birgə təsərrüfat aparmadıqları dövrdə (İddiaçı həbsdə olduğu müddətdə) alınıb, daha sonra isə satılmışdır. Bundan başqa, həmin əmlak tərəflərin birgə vəsaiti hesabına əldə olunmuş olsa idi belə, ehtimal olunur ki, əmlakın satışından əldə edilmiş vəsait də ailənin ehtiyacları üçün xərclənib. Odur ki, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin hissədə də tələb Cavabdeh2 münasibətdə əsassız hesab edilməli və təmin edilməməlidir (bu əmlaka münsabitdə digər cavabdehlər isə subyektiv cavabdehlik daşımırlar).
69. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 1,4991 ha torpaq sahəsi Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-518 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına qeydiyyata alınmış, lakin xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə 374.775 manata satılmışdır. Bundan qabaq iddiaçı xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında həmin daşınmaz əmlakın satılmasına razı olduğunu bildirmişdir;
70. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, ümumi sahəsi 0.90 ha torpaq sahəsi isə Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə- 519 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına qeydiyyata alınmış, lakin xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə 225.000 manata satılmışdır. Bundan qabaq iddiaçı xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında həmin daşınmaz əmlakın satılmasına razı olduğunu bildirmişdir.
71. Məhkəmə bu haldada hesab edir ki, İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlaklar kimi həmin əmlakların satışından əldə edilən pul vəsaiti üzərində payının müəyyən edilməsi xahiş olunan yuxarıda sadalanan daşınmaz əmlaklar tərəflərin birgə nikahda olduqları müddət ərzində ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına əldə olunub, satılsa da, həmin daşınmaz əmlakların ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 adına qeydiyyata alınmasına əsas daşınmaz əmlakların Cavabdeh2 bağışlanmasına dair müqavilələr olmuşdur. Odur ki, iddia edilən daşınmaz əmlaklar ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 mülkiyyətinə bağışlama müqaviləsi əsasında keçdiyindən, həmin əmlakların satışından əldə olunan pul vəsaiti üzərində iddiaçının payının müəyyən edilməsi hissəsində də ilk iddia tələbi Cavabdeh2 münasibətdə əsassız hesab edilməli (hazırki qətnamənin 58-68 abzaslarındakı eyni hüquqi mövqeyə əasən) və təmin edilməməlidir (bu əmlaka münasibətdə digər cavabdehlər isə subyektiv cavabdehlik daşımırlar). 72.Məhkəmə həmçinin ilkin iddia tələbinin digər hissələrini təşkil edən “qeydiyyatın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi əsas hissələrə münasibətdə təmin edilmədiyindən bu hissədə prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan təmin edilməməlidir.
73. Daha sonra məhkəmə ilk iddia tələbinin iddiaçı tərəfindən ödənilən vəkil xərci kimi 520 manat, mediasiya xərci kimi 60 manat və dövlət rüsumu kimi 735 manat məbləğində pul vəsaitinin cavabdeh B.Səfiyyədən alınaraq ona ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
74. Hazırda ilk iddia tələbi əsas hissələrdə rədd edildiyindən iddiaçı H.Rövşən tərəfindən ödənilən məhkəmə xərcləri də iddiaçının özünə aid edilməlidir.
75. Bundan başqa, məhkəmə həmçinin ilk iddia üzrə Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilən ərizəyə münasibətdə qeyd edir ki, ilk iddia tələbi bütövlükdə rədd edildiyindən və bu hissə könüllü həyata keçirildirdiyindən (Cavabdeh4 iddia ilə məhkəməyə müraciət etmədiyindən) ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilən ərizə əsassızdır.
76. Daha sonra məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir.
77. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.0750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Abşeron rayon 1 saylı DNK-nın 4Ə/02-325 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli, Abşeron rayonu, Novxanı kəndi, Babək küçəsi, 10 saylı bağ evi və onun yerləşdiyi 0,14 ha torpaq sahəsi isə Cavabdeh1 tərəfindən təsdiq edilmiş 4Ə-406 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) H.Rövşənin adına qeydiyyata alınmışdır.
78. Göründüyü kimi sözügedən əmlaklar birgə nikah dövründə H.Rövşənin adına əldə olunmuş olsa da, həmin əmlaklar bağışlama müqaviləsi əsasında H.Rövşənin adına qeydiyyata alınmışdır. Bağışlama müqaviləsi əsasında əldə edilən əmlak isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən tərəflərin birgə nikahı zamanı bölgü predmetini təşkil etmədiyi üçün iddiaçı B.Səfiyyənin həmin əmlaklar üzərində payının müəyyən edilməsi tələbi əsassızdır və təmin edilməməlidir.
79. Daha sonra məhkəmə qarşılıqlı iddia tələbinin tərəflərin birgə nikahı zamanıxx.xx.2009-cu il tarixdə təsis edilmiş "xxxx" MMC-nin cavabdeh H.Rövşənə məxsus təsis payının ½ hissəsi üzərində B.Səfiyyənin mülkiyyət hüququnun tanınması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır.
80. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC-nin təsis payının 7.05%i H.Rövşənə məxsusdur. Həmin payın əsasını isə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.075 ha torpaq sahəsi təşkil edir. Hansı ki həmin torpaq sahəsi isə cavabdeh İddiaçı adına Abşeron rayon 1 saylı DNK-nın 4Ə/02-325 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsi əsasında qeydiyyata alınmışdır.
81. Məhkəmə bu yerdə təkrar xatırladır ki, mübahisələndirilən digər əmlaklar kimi "xxxx" MMC-nin cavabdeh İddiaçı məxsus təsis payı, həmin payın əsasını təşkil edən torpaq sahəsi İddiaçı tərəfindən bağışlama müqaviləsi əsasında əldə edildiyindən və bağışlama müqaviləsinin predmetini təşkil edən əmlak isə bölgü predmeti olmadığından Cavabdeh2 həmin təsis payı üzərində pay hüququnun müəyyən edilməsi əsassızdır və həmin hissədə də tələb rədd edilməlidir.
82. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia tələbi rədd edildiyindən iddiaçı Cavabdeh2 tərəfindən ödənilən 100 manat məbləğində dövlət rüsumu da qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir.
83. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri Cavabdeh6, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair ilk iddia təmin edilməməli, ilk iddia üzrə məhkəmə xərcləri ilk iddia üzrə İddiaçı özünə aid edilməli, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia təmin edilməməli, qarşılıqlı iddia üzrə məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 özünə aid edilməlidir.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
85. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
86. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
87. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
89. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
90. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri Cavabdeh6, Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və s” tələbinə dair ilkin iddia təmin edilməsin. İlk iddia üzrə məhkəmə xərcləri ilk iddia üzrə İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia təmin edilməsin Qarşılıqlı iddia üzrə məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.