Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1399/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********5 nömrəli abonent kodu üzrə ona aid olmayan 1999,12 manat köhnə borcun silinməsi və **********5 nömrəli abonent kodunun onun adına rəsmiləşdirilməsinə göstəriş verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası ona məxsusdur. Həmin qeyri-yaşayış binasını 2018-ci ildə Quliyev Elman adlı şəxsdən alınıb. Qeyd olunan qeyri-yaşayış binasına Azəbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Dşınmaz Əmlakın Dövlət reeystrində xx.xx.2018ci il tarixində seriya RX, 13566260 nömrəli çıxarış əldə etmişdir. Sözügedən qeyri-yaşayış binası çörək sexi olaarq fəaliyyət göstərməkdədir və o da həmin çörək sexinin sahibidir. Qeyri-yaşayış binasını aldıqda binada əvvəlki əmlak sahibi Elman Quliyevin adına smart kart tipli sayğac mövcud idi. 2024-cü ilin iyun ayına qədər təərfindən həmin sayğacdan istifadə edilərək sərfiyyata uyğun olaraq smart kart vasitəsilə ödənişlər edilmişdir. 2024-cü ilin iyun ayında isə qeyri-yaşayış binasına elektron tipli sayğac quraşdırılmışdır. Quraşdıırldıqdan sonra **********5 nömrəli abonent kodu verilmişdir. Məhz həmin tarixdən də problemlər yaranmağa başlanmışdır. Belə ki, yeni sayğac quraşdırıldıqdan sonra sayğacın öz adına rəsmiləşdirilməsindən ötrü 1 saylı Gəncə “Asan Xidmət“ Mərkəzinə müraciət etmişdir. Müraciətin əsasında ona **********5 nömrəli abonent kodu üzrə 1999,12 manat köhnə borcun olduğu və bu səbəbdən də qeyd olunan köhnə borc ödənilmədiyindən sayğacın addan-ada keçirilməsinin mümkün olmadığı bildiirlmişdir. Halbuki həmin borc ona məxsus deyildir. Qeyd olunan borcu abonent kodu üzrə "xxxx" ASC-yə məxssu veb portalı vasitəsilə yoxladıqda X1 adına (Göygöl rayonu, “Şahin” restoranı, istehlak sahəsi) olduğu görünür. İlk öncə qeyd olunan məəslə ilə bağlı X7 Təchizatı və Satışı İdarəsinə rəsmi qaydada müraciət etmişdir. X7 Təchizatı və Satışı İdarəsi tərəfindən 17 sentyabr 2024-cü il tarixli, 1/816 nömrəli cavab məktubu verilmişdir. Cavab məktubunda qeyd edilmişdir ki, onun “Qərb” Retsi-nin rəhbərliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsi aidiyyatı üzrə araşdırılmışdır. Araşdırma zamanı məlum oldu ki, ona məxsus PAUD MP-306 tipli, zavod nömrəsi **********38 olan Smart kart sayğacı dəyişən zaman sayğacın üzərində 761521 saylı “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokol”una əsasən sayğacda qalan 88,0 manat ona məxsus **********5 abonent kodunun hesabında öz əksini tapıb. Daha sonra sözügedən məsələ ilə bağlı ərizə ilə "xxxx" ASC-yə müraciət etməli olmuşdur. Müraciətində ərizədə eyd olunanları nəzərə alaraq, sözügedən məsələnin araşdırılmasına, **********5 nömrəli abonent kodu üzrə ona aid olmayan 1999,12 manat köhnə borcun silinməsinə və **********5 nömrəli abonent kodunun onun adına rəsmiləşdirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahat verərək, hazırki işin ümumi məhkəmədə baxılmalı olmamasını, yəni iddiaçının borcun silinməsini tələb etdiyi qeyriyaşayış sahəsinin çörək bişirmə sexi kimi istifadə olunduğunu qeyd edərək, aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməli olduğunu bildirdi. İddiaçı məhkəmə iclasında həmin qeyri-yaşayış sahəsindən çörək bişirmə sexi kimi istifadə etdiyini bildirərək, işin kommersiya məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işin faktiki hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, 135660 saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 242,4 kv.m olan qeyri-yaşayış binası ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci ildən İddiaçı xüsusi mülkiyyətindədir. X7 Təchizatı və Satışı idarəsinin xx.xx.2024-cü il tarixli 1/816 saylı məktubundan görünür ki, İddiaçı məxsus PAUD MP-306 tipli, zavod nömrəsi **********38 olan smart kart sayğacı dəyişən zaman sayğacın üzərində 761521 saylı “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokol”-una əsasən sayğacda qalan 88,0 manat onun **********5 abonent kodunun hesabında öz əksini tapıb. "xxxx" ASC–nin xx.xx.2024-cü il tarixli, 13-13/2-2/18-M-14619-5/2024 saylı məktubundan görünür ki, çörək sexinə aid ********** saylı (**********90321 nömrəli uçot nöqtəsi) abunə kodu üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş və qeyd edilən ünvanda xx.xx.2024-cü il tarixinədək elektrik enerjisi sərfiyyatına görə 1999,72 manat borcun olduğu müəyyən edilmişdir. Bu borc sayğac göstəriciləri əsasında istehlak edilmiş enerji sərfiyyatına görə yaranmışdır. Borcun yaranmasına səbəb enerji sərfiyyatına uyğun ödəniş aparılmaması olmuşdur və ödənilməsi zəruri sayılır. Qeyri-yaşayış sahəsində 41832,52 manat (437119 kVt.s) dəyərində elektrik enerjisi sərf olunmuş və 39832,80 manat ödəniş aparılmışdır. Bu səbəbdən 1999,72 manat qalıq borc yaranmışdır. "xxxx" ASC–nin təqdim etdiyi məlumatdan görünür ki, Gəncə şəhəri, Azərbaycan Əsgəri-Abbas Səhhət kəsişməsi ünvanında, X6 adına **********5 abunə koduna 1999,12 manat borc məbləği hesablanmışdır. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-18/2-31082/2025 saylı məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.2013-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi orqanında vergi uçotuna alınmış və əsas fəaliyyət növünün “Çörək istehsalı (fəaliyyət kodu1071003)”, əlavə fəaliyyət növünün isə “Digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla icarəyə verilməsi üzrə fəaliyyət (fəaliyyət kodu: 6820002)” olması bəyan edilmişdir. Vergi ödəyicisinin vergi orqanında Gəncə şəhəri, Dədə Qorqud ev.50C ünvan üzrə sahəsi 20 kv.m, fəaliyyət növü “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” olan **********- 23002 kodlu, Gəncə şəhəri, Dədə Qorqud ev.50C ünvan üzrə sahəsi 240 kv.m, fəaliyyət növü “Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” olan **********- 23002 kodlu və ünvan 5 ünvan üzrə sahəsi 242.4kv.m, fəaliyyət növü “ Şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi” olan **********-23004 kodlu təsərrüfat subeytlərinin (obyektlərinin) uçotda olduğu aşkar edilmişdir. Vergi ödəyicisinin kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda bank hesabının açılması barədə məlumat aşkar edilməmişdir. İddiaçın tərəfindən vergi orqanına təqdim olunmuş “Fiziki şəxsin fəaliyyətinin dayandırılması” haqqında arayışa əsasən fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixıdək dayandırılmış və xx.xx.2025-ci il tarixə fəaliyyəti dayanıqlı vəziyyətdədir. Eyni zamanda tərəflərin elektron məhkəmə informasiya sistemindən sorğulanmış məlumatlarına əsasən, İddiaçı (**********) və cavabdeh "xxxx" ASC –nin (**********) “VÖEN” hesabları var və aktiv statusundadır. Məhkəmənin qənaətinə görə müqavilə tərəfləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və həmçinin hüquqi şəxslərdir və mübahisənin mahiyyəti sahibkarlıq (kommersiya) fəaliyyəti ilə bağlıdır. Bu səbəbdən də, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. -25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. -26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. -26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Bundan başqa, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 26, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və s.” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1399/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1399/2025
29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver