Məhkəmə qərarları › İş №2(006)-1407/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1407/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1407/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, xxxxxxxnın nümayəndəsi X1 iştirakı ilə, xxxxxxx "xxxxxxx" Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 900 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun X1 ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xxxxxxxnın nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxxxxx" Sığorta Şirkəti ASC-də xx xxxx 2016-cı il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Daewoo BS 090" markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtobus sığorta müddətində xx xxx 2017-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Qədirov X3 idarə etdiyi "Daewoo" Nexia markalı ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobili zədələmişdir.Qəbul edilmiş qərara əsasən Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 avtomobili etibarnaməsiz idarə etmişdir. Zərərçəkənin əmlakının zədələnməsi ilə əlaqədar ona 900 manat sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq xxxxxxxya verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xxxxxxxnın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan AB seriyalı 906233 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Daewoo BS 090" markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh1 məxsusdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli TYP 054041 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixində "Daewoo BS 090" markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən yol hərəkəti qaydalarını pozaraq sola manevr edərək X5 Qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələbinə riayət etməyərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. İş materiallarında olan inzibati xəta haqqında TYP № 054041 saylı protokolun surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə saat 16:00-da S.Vurğun küçəsində sola manevr edərkən sol tərəf ilə düzünə hərəkətdə olan “Daewoo Nexia” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, zərbənin nəticəsində "Daewoo" Nexia markalı ** MZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarında olan sığortaçı X1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli PAX********** saylı icbari sığorta müqaviləsinə dair məlumatın elektron çıxarışından görünür ki, sığortalı Cavabdeh1 mülkiyyətində olan "Daewoo BS 090" markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtobusu xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək X1 ASC-də icbari sığorta növü üzrə sığortalamışdır. İş materiallarında olan “Group Assist” firması tərəfindən verilmiş Qiymətləndirmə Aktının surətindən görünür ki, “Daewoo Nexia” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 900 manat məbləğində zərər dəymişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/890 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə təqdim edilmiş xx xxx 2017-ci il tarixli qüsur aktı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Daewoo Nexia” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 770,0 manat müəyyən edilir. (Tədqiqatın dəyəri 100 manat təşkil edir). İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, xxxxxxx Şirkəti ASC tərəfindən Qadirov X4 cəmi 900 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, xxxxxxx tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 936.1-cimaddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-cimaddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-cimaddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-cimaddəsinəəsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1114.1-ci maddəsinəəsasənbaşqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır “İcbari sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1 ASC tərəfindən sığortalanmış"Daewoo BS 090" markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtobus ilə xx.xx.2017-ci il tarixində “Daewoo Nexia” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar X1 ASC tərəfindən 900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisənin səbəbləri tam təfərrüatı ilə araşdırılarkən müəyyən olunmuşdur ki, "Daewoo BS 090" markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh1 mülkiyyətindədir və Cavabdeh2 avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Məhkəmə qeyd edir ki, sığortalıya dəymiş zərər xxxxxxx tərəfindən ödənildiyi üçün xxxxxxxnın həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/890 saylı rəyinə əsasən “Daewoo Nexia” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci kimi müəyyənləşdirilmiş 770 manat pul vəsaiti cavabdehlərdən alınaraq xxxxxxxya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, "Daewoo BS 090" markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh1 mülkiyyətində olduğundan və Cavabdeh2 həmin avtobusu idarə etmək hüququ olmadan idarə etdiyindən xxxxxxxya ödənilməli pul vəsaiti Cavabdeh2 və avtomobilin mülkiyyətçisi Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 85 manatı cavabdehlərdən müştərək qaydada, 15 manatı isə X1 ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməli, X1 ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq xxxxxxxya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, çəhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 770 manat məbləğində sığorta ödənişi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X1 ASC-yə ödənilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 85 manatı cavabdehlərdən müştərək qaydada, 15 manatı isə X1 ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməli, X1 ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq xxxxxxxya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 770 (yeddi yüz yetmiş) manat məbləğində sığorta ödənişi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X1 ASC-yə ödənilsin. X1 ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada alınaraq xxxxxxxya ödənilsin. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manatın 85 (səksən beş) manatı cavabdehlərdən müştərək qaydada, 15 (on beş) manatı isə X1 ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar