Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1407/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən onun borcu kimi göstərilən 159,96 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 23 saylı evin 99 saylı mənzilini 21 oktyabr 2019-cu il tarixdə X2 AZ-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdeh tərəfindən noyabr ayı 2024-cü il tarixdə verilmiş bildirişə əsasən onun İB-yə guya 159,96 manat borcu var. Cavabdeh ilə əlaqə yaradan zaman bildirmişlər ki, 2019-cu ilin mart ayında oğurlanmış sayğacın yerinə xx.xx.2019-cu il tarixdə yeni sayğac quraşdırılmışdır və həmin borc oradan yaranmışdır. Mənzil yuxarıda qeyd etdiyi kimi, onun tərəfindən 21 oktyabr 2019-cu il tarixdə alındığı üçün o, həmin borca cavabdeh şəxs deyil. Bu əməliyyatlar onun mənzil mülkiyyətçisi olduğu dövrdə olmadığı üçün onun heç bir günahı yoxdur. Bu səbəbdən, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayon Məhkəməsindən Cavabdehnə ünvanlanmış Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 23 mənzil 99 ünvanda yerləşən İddiaçı qaz hesab kodunda (**********00990) yaranmış borc barədə məhkəməyə ünvanlanmış məktubda da qeyd edildiyi kimi, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 23 mənzil 99 ünvanda xx.xx.2013-cü ildə dəyəri ödənilmədən Cavabdeh hesabına quraşdırılan X1 adına G-4 markalı 1302AZ**********12 nömrəli qaz sayğacının naməlum şəxs və şəxslər tərəfindən oğurlanması səbəbindən, əvəzində qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq xx.xx.2019-cu il tarixdə istehlakçı X3 adına iştirakı ilə, yeni G-4 markalı **********3 saylı qaz sayğacı quraşdırılmışdır. Yeni qaz sayğacı quraşdırılarkən mövcud, əvvəlcədən ödənişli qaz sayğacı yerində aşkar olunmamışdır. Təchizatçı tərəfindən yeni qaz sayğacı quraşdırıldıqdan sonra istehlakçının ünvanından oğurlanmış (və ya itmiş) qaz sayğacının 3 ay müddətində hüquq mühafizə orqanları tərəfindən aparılmış tədqiqatın nəticəsində tapılması mümkün olmadığı halda sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarı təqdim edilməlidir. Əks halda yeni quraşdırılmış sayğacın dəyərinin ödənişi istehlakçı tərəfindən təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2023-cü il tarixdə uyğun olaraq 1001-034 saylı akt tərtib olunaraq sayğacın dəyəri 159,96 manat hesablanmışdır. Hesab edir ki, həmin pul vəsaiti istehlakçı tərəfindən ödənilməlidir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15 iyul 2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 23 saylı evin 99 saylı mənzili öncələr X3 mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 23 saylı evin 99 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi RPİ 19-cu PŞ-nin xx.xx.2019-cu il tarixli 154-M-262 saylı arayışından görünür ki, xx.xx.1969-cu il tarixdə Masallı rayonu Böyük Xocavar kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olan, hazırda Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 23 mənzil 99 ünvanda yaşayan vətəndaş X5 (şəxsiyyət vəsiqəsi AZE № 09341183, xx.xx.2011-ci il tarixdə Masallı RPŞ tərəfindən verilmişdir) xx.xx.2019-cu il tarixdə Nəsimi RPİ 19-cu PŞ-yə ərizə ilə müraciət edərək, şəxsi mülkiyyətində olan mənzilə məxsus smart kartla işləyən qaz sayğacının olmadığını və naməlum şəxs, yaxud şəxslər tərəfindən oğurlandığını aşkar etdiyini bildirmişdir. Baş vermiş faktla bağlı hadisə yerinə Nəsimi RPİ 19-cu PŞ-nin əməliyyat qrupu və Nəsimi RPİ KTQ-nin inspektoru çıxmışlar. X3 Cavabdeh rəhbərliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, özünə məxsus olan mənzildə sərf edilən təbii qazın hesabatını aparan sayğacın oğurlanması barədə məlumat verərək sayğacın oğurlandığı yerə baxış keçirilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, istehlakçı X4 məxsus olan mənzildə sərf edilən təbii qazın hesabatını aparan sayğac oğurlandığından, müştəri xidmətinin təmsilçisi ilə istehlakçı tərəfindən qaz sayğacının oğurlanması barədə polis arayışına əsasən akt tərtib olunmuşdur. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında ******* saylı aktdan görünür ki, fərdi yaşayış evində (mənzildə) quraşdırılan qaz sayğacı naməlum səbəbdən yerində aşkar olunmadığı üçün əvvəlki ayların sərfiyyatına uyğun olaraq 3 ay 648 m3 normativ hesabat aparılmaqla itirilmiş qaz sərfinin bərpa edilməsi barədə akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə çap edilmiş abonentin saldosundan görünür ki, hazırda İddiaçı adına olan **********00990 abonent koduna 159,76 manat borc məbləği yazılmışdır. Borc məbləği abonentin saldosunun qalıq və aktlar başlıqlı hissəsində qeyd edilmişdir. Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı, 4Ə-1518 reyestr saylı alqı-satqı müqaviləsindən görünür ki, X5 özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 23 saylı evin 99 saylı mənzilini 69.500 manata İddiaçı satmışdır. xx.xx.2019-cu il tarixli AKX-01719xx/xx-2019 saylı müqavilədən görünür ki, mənzilin yeni mülkiyyətçisi İddiaçı ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» Müqavilə bağlanmışdır. Tətbiq edilən hüquq: «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci maddəsinin tələblərinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.8-ci maddəsinin tələblərinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.9-cu maddəsinin tələblərinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçının abunə hesabına 159,76 manat məbləğində yazılmış borcun əsasları aparılmış məhkəmə araşdırması zamanı cavabdeh qurumdan sorğulanarkən verilmiş cavabda və həmçinin də cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlardan həmin məbləğin mənzilin oğurlanmış qaz sayğacının əvəzinə yenisinin quraşdırılması ilə əlaqədar sayğacın dəyəri olması göstərilmişdir. Qanunvericiliyin bu məsələ ilə bağlı dəqiq tənzimləyici normasından müəyyən edilir ki, yeni quraşdırılan qaz sayğacının dəyəri yalnız istehlakçının təqsiri müəyyən edildiyi təqdirdə ona aid edilə bilər. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sayğacın oğurlanması və yeni sayğacın quraşdırılması hazırki abonent İddiaçı mənzil mülkiyyətçisi olmasından əvvəl baş vermişdir.Xüsusilə qeyd edilməlidir ki, qaz sayğacı naməlum şəxslər tərəfindən oğurlanmışdır və buna dair müvafiq cinayət təqibi orqanının arayışı da vardır. Hazırda iddiaçının mənzil mülkiyyətçisi olmamışdan əvvəl baş vermiş oğurluq hadisəsinə aidiyyəti olmadığı təqdirdə onun mülkiyyətçi olduqdan və yeni müqavilə bağlandıqdan sonra onun hesabına əvvəlki sayğacın dəyərinə görə borc məbləği hesablana bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 23 mənzil 99 ünvanı üzrə Cavabdeh İB-nin əməkdarları tərəfindən **********00990 saylı abonent koduna İddiaçı adına (hesabına) yazılmış 159,96 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 23 mənzil 99 ünvanı üzrə Cavabdeh tərəfindən **********00990 saylı abonent koduna İddiaçı adına (hesabına) yazılmış 159,96 (yüz əlli doqquz manat doxsan altı qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1407/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1407/2025
07.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver