Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-143/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kompensasiya ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yeni mənzil verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi ev 4 mənzil 30 «a» ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 67,1 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMCyə təhvil verilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi ev 4 mənzil 30 «a» ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 67,1 m2 sahədən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 80,52 m2 ölçüdə təmirli mənzilin 2 il müddətinə Cavabdeh1 təhvil verilməsi; boşaldılması nəzərdə tutulan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 274 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alnımış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, həmin binanın daxili həyət hissəsində yerləşən 3 ədəd kimi mərtəbəli yaşayış evinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki: «onlann iki ədədi XX əsrin əvvəllərində (yəni, 100 ildən də əvvəl) inşa olunmuşdur; yaşayış evinin girişində və fasad hissələrində suvaq və hörgü məhlulları aşınmışdır; girişlərdə və mənzillərdə qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşlardan hörülmüş divarlarda gücləndirilmə tədbirləri görülmədən müxtəlif ölçülərdə boşluqlar açılmışdır ki, bu da binanın yükdaşma qabiliyyətinin azalmasına səbəb olmuşdur; evlərin kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya sistemləri köhnəlmiş və yararsız vəziyyətdədir; evlərin ön və arxa fasad hissələrində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və faza sərtliyini xeyli zəiflətmişdir; yaşayış evləri mövcud tikinti norma və qaydalara cavab vermir. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən, Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1635 №-li xx.xx.2021-ci il tarixli «Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə» bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli 11 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8, 2 ədəd 10, 2 ədəd 14 mərtəbəli yaşayış binaları və 5 ədəd 1 mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli 274 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Hazırda Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi ev 4 ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi ev 4, 30 «a» saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh1 ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi ev 4 ünvanda yerləşən 67,10 m2 sahədən ibarət olan 30 «a» saylı mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 80,52 m2 yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 600 manat kirayə haqqı təklif olunur. İddiaçı MMC iddiaçının mənzilinin yerləşdiyi ilə Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi binanın 150-yə yaxın sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Başısının sərəncamı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılması, Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına və torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 2 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,10 m2 olan mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; Cavabdeh1 216.000 manat məbləğində kompensasiya ödənilməklə, mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 2 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,10 m2 olan mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; Cavabdeh1 216.000 manat məbləğində kompensasiya ödənilməklə, mülkiyyət hüququna xitam verilməsi; bu mümkün olmadıqda, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 2 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,10 m2 olan mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; İddiaçı MMC tərəfindən ünvan 2 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,1 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın 1-ci bloku, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,7 m2 olan, 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh1 təhvil verilməsi; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 2 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,10 m2 olan mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; Cavabdeh1 216.000 manat məbləğində kompensasiya ödənilməklə, mülkiyyət hüququna xitam verilməsi; bu mümkün olmadıqda, Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 2 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,10 m2 olan mənzilin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; İddiaçı MMC tərəfindən ünvan 2 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,1 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın İmran Qasımov küçəsinə baxan hissəsində, 1-ci blok, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 95,7 m2 olan 2 otaqlı təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh1 təhvil verilməsi; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MMCyə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 650 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə 11 aprel 2025-ci il tarixdə «Elektron Məhkəmə» İnformasiya Sistemi vasitəsi ilə ərizə göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və digər Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, qiymətləndiricilərin yazdığı ölçü və qiymətlə razı deyil. Ev təklifini isə ümumiyyətlə qəbul etmir. MTK-ların tikdiyi evlər 6-7 ilə hazır olur. O ev tikilənə qədər onun ömrü yetməz. İddiaçı tərəf uçuq evlərin qiyməti ilə yox, tikdikləri evin qiyməti ilə ona pul ödəməlidirlər. İş materialları: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 274 saylı sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. 19 yanvar 2021-ci il tarixli, 1635 nömrəli icarə müqaviləsindən görünür ki, yuxarıda qeyd edilən sərəncam nəzərə alınmaqla həmin torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən Bakı şəhər İcra Hakimiyyəti Başçısı ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi ev 4 saylı ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına baxış keçirilərək müəyyən olunmuşdur ki, yaşayış evləri mövcud tikinti norma və qaydalara cavab vermir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli 11 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8, 2 ədəd 10, 2 ədəd 14 mərtəbəli yaşayış binaları və 5 ədəd 1 mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli 22349 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 406 manat dövlət rüsumu, 61 qəpik xidmət (bank xidməti) haqqı ödənilmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı tərəfindən onlara qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair iddia tələbi tamamilə qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 274 saylı sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu Mirəsəddula Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə icarə əsasında istifadəsinə verilmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, həmin binanın daxili həyət hissəsində 3 ədəd kimi mərtəbəli yaşayış evinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki: yaşayış evinin girişində və fasad hissələrində suvaq və hörgü məhlulları aşınmışdır; girişlərdə və mənzillərdə qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşlardan hörülmüş divarlarda gücləndirmə tədbirləri aparılmadan müxtəlif ölçülərdə boşluqlar açılmışdır ki, bu da binanın yükdaşıma qabiliyyətinin azalmasına səbəb olmuşdur; evlərin kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya sistemləri köhnəlmiş və yararsız vəziyyətdədir; evlərin ön və arxa fasad hissələrində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikintisi və faza sərtliyini xeyli zəiflətmişdir; yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azərdövlətsənayelayihə» Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yaşadığı evə heç bir baxış keçirilməmiş, yuxarıda qeyd olunan nöqsanlar aşkar edilmədən, göstərilən ərazidə 2 ədəd 8, 2 ədəd 10, 2 ədəd 14 mərtəbəli yaşayış binaları və 5 ədəd 1 mərtəbəli qeyri-yaşayış binalarının tikintisi üçün iddiaçının arzu və istəklərinə uyğun 21 may 2020-ci il tarixli rəy tərtib olunmuşdur. Bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Rəy tərtib olunduğu dövrdə onun yaşadığı evinin girişində və fasad hissələrində suvaq və hörgü məhlullarında aşınma halları olmamışdır, olmuş olsa belə bu mənzilin yaşayış üçün yararsız hala düşməsi kimi qiymətləndirilməsinə əsas vermir; mənzilinin girişində və daxilində iddia ərizəsində qeyd olunan qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar olmamışdır; yaşadığı mənzilin yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşlardan hörülmüş divarlarda hər hansı boşluqlar açılmamış, əksinə əvvəllər mövcud olmuş qapı boşluqları birqat mişar daşı ilə hörülmüşdür ki, bu da mənzilə əlavə möhkəmlik vermişdir. Yaşadığı evin kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya sistemləri köhnəlməmiş və yararsız vəziyyətə düşməmişdir. Bunu kommunal xidmətləri göstərən idarələr də təsdiq edə bilər. Belə ki, kommunal sistemlərin nasazlığı ilə bağlı onun tərəfindən hər hansı orqana müraciət edilməmişdir. Əksinə, iddiaçı tərəfindən ərazidə söküntü işləri aparılarkən bilərəkdən mənzilinin kommunikasiya sistemləri sıradan çıxarılmışdır. Bununla bağlı aidiyyəti orqanlara və hüquq mühafizə orqanlarına etdikləri müraciətlər cavabsız qalmışdır. Dağıdılmış xətlər onların, yəni sakinlərin vəsaiti ilə yenidən bərpa olunmuşdur. Lakin iddiaçı MMC-nin milli mənəvi dəyərlərdən uzaq olan rəhbərliyi və diger əməkdaşları mütəmadi olaraq onun və digər sakinlərin evlərinə gedən qaz xəttini sıradan çıxarır, günün axşam saatlarında elektrik xətlərini kəsərək oğurlayıb aparır, onlar, yəni sakinlər məcbur olub yeni elektrik naqilləri alıb xətləri bərpa etdirmişlər. Buna baxmayaraq, bu şəxslər cəzasız qaldıqları üçün özbaşınalıqlarını davam etdirərək hər gün onların işıqlarını kəsməkdə davam edirlər. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, yaşadığı mənzil binanın birinci mərtəbəsində yerləşir. Mənzil şəraitinin yaxşılaşdırılması üçün evinin ön və arxa fasad hissələrində əlavə yaşayış sahələri inşa edilməmişdir. İddia ərizəsində qeyd olunan artırmalar digər binalarda aparılmışdır. Onun yaşadığı binanın daxili və xairici divarlarının qalınlığı 70-80 sm təşkil edir. İddiaçı tərəfindən ərazidə qazıntı işləri aparılanadək mənzildə hər hansı qüsur müəyyən edilməmişdir. Mənzili yaşayış üçün tam yararlı vəziyyətdə olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 274 saylı sərəncamının 1-ci bəndində qeyd olunmuşdur ki, daşınmaz əmlakın istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılığı əsasında İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün həmin MMC-yə icarə əsasında istifadəsinə verilmişdir. Təxminən 2020-ci ildə İddiaçı MMC-nin nümayəndələri yaşadıqları binanın həyətinə gələrək sakinlərlə söhbətlər aparmışlar. Həmin vaxt o, həmin şəxslərə bildirmişdir ki, əgər onun yaşadığı mənzil də söküləcəksə başqa yerdə həyət evi almaq üçün ona mənzilinin dəyəri məbləğində pul verilsin. O, bu yaşında binanın inşasını gözləyə və hündürmərtəbəli binada yaşaya bilməz. Ona bildirmişlər ki, binaları sökülməyəcək, kommunikasiya xətlərinə toxunulmayacaq, sadəcə binaya gələn yolun yeri dəyişdiriləcəkdir. Son dövrlərdə inşaat işlərinə başlanılarkən onunla heç kim danışığa gəlməmiş, ona nə indi, nə də əvvəllər mənzilinin iddiaçıya satılması ilə bağlı təkliflər olmamışdır. Göründüyü kimi, iddiaçı tərəf sərəncamda qeyd olunduğu kimi bir mülkiyyətçi kimi onunla heç bir danışıq aparmadan qanunsuz yolla varlanmaq məqsədi ilə onu mülkiyyət hüquqlarından məhrum etməyə çalışır. Nəzərə çatdırmaq istəyir ki, yaşadığı mənzil 1 bloklu iki mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Binanın birinci mərtəbəsi ona məxsusdur. 2-ci mərtəbəsində isə digər qonşu yaşayır. Onların bina digər binalarla bitişik deyil, rahat mənzildən köçüb getmək niyyətləri də yoxdur. Belə olan halda onların iddiaçının hesabına varlanmalarından söhbət belə gedə bilməz. Əksinə, iddiaçı onların binasını sökərək iki mənzilin yerində 8-14 mərtəbəli çoxmənzilli bina inşa edərək varlanmaq niyyətindədir. İddiaçı tikinti işləri apararkən təhlükəsizlik qaydalarına əməl etmədiyi və binalarını yararsız vəziyyətə saldığı üçün tərəflərindən aidiyyəti üzrə müraciətlər olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən ünvanına daxil olmuş 16 may 2023-cü il tarixli məktubdan məlum olmuşdur ki, iddiaçıya ayrılmış torpaq sahəsində icazeverici sənəd olmadan MMC tərəfindən söküntü işləri aparıldığından Agentlik tərəfindən söküntü işlərinin dayandırılması barədə «Qərar» verilmiş və «Qərar»ın surəti əraziyə nəzarətin təmin olunması məqsədilə xx.xx.2023-cü il tarixli 3-18-2/2-3239/2023 nömrəli məktubla Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. Göründüyü kimi, söküntü işləri icazəverici sənədlər olmadan aparıldığı üçün dayandırılmışdır. Onun şikayəti digər binaların sökülməsi və yeni binaların tikintisi ilə bağlı olmamışdır. Onun şikayəti iki mənzildən ibarət yaşadığı iki mərtəbəli bina ilə bağlı olmuşdur. İddianın mahiyyətindən də məlum olur ki, söküntüsü aparılan binalar, mənzillər dövlət ehtiyacı üçün alınmır, İddiaçı MMC tərəfindən varlanmaq məqsədilə alınır. Dövlət ehtiyacı üçün alınmış olsa belə, qanunvericiliyin tələbinə görə onun dəyəri ədalətli şəkildə ödənilməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, təqribi hesablama yolu ilə müəyyən edilmişdir ki, onun mənzilinin daxili sahəsi faktiki olaraq 80 m2, tikinti altı sahəsi 45 m2 və zirzəmi hissəsi isə 6 m2 olmaqla ümumilikdə 131,0 m2 təşkil edir. İddiaçı isə 131 m2 əvəzinə ona bu sahədən az, yəni 80,52 m2 sahəsi olan mənzil təklif edir. Bu da iddiaçının onun mənzilinin dəyərini ödəmədən, istənilən vasitə ilə ələ keçirməklə varlanmaq niyyətində olduğunu bildirir. Göründüyü kimi iddiaçı ona qarşı hazırki qanunsuz və əsassız iddia tələbini qaldırmaqla, mülkiyyətindən istifadəyə maneçilik yaratmaqla onun konstitusiya ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına çalışır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 20 aprel 1989-cu il tarixli 093963 saylı orderdən görünür ki, Cavabdeh1 özünə məxsus olan, Ermənistan SSR-də yerləşən mənzilini S.V.Ovsenyana məxsus, Bakı şəhəri M.Qasımov küçəsi 4 saylı evin 30 «a» saylı mənzili ilə dəyişdirmişdir. 14 saylı MKİS tərəfindən verilmiş 21 fevral 1998-ci il tarixli 2 saylı forma üzrə arayışdan görünür ki, arayış verilən tarixdə Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 4 saylı evin 30 «a» saylı mənzilində Cavabdeh1 qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli EL-43/2024 nömrəli lisenziyanın surətindən görünür ki, İddiaçı MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə icazə verilmişdir. 14 saylı MKİS tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsindəki 4 nömrəli evin, 67,1 m2, ümumi sahəsi olan 30 «a» nömrəli mənzili mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Mənzildə Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2024-cü il tarixli 3-16-16/2-10/3662 saylı məktubundan görünür ki, 2(006)- 1712/2024 saylı mülki iş üzrə məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadda ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil olunması barədə vəsatət verilmişdir. Mübahisə predmeti olan tikilinin yerləşdiyi ünvana iş üzrə iddiaçı tərəfin nümayəndəsi ilə birlikdə gedilmiş lakin, iş üzrə cavabdeh tərəf onun (cavabdehin) vəkilinin iştirak etməyəcəyi təqdirdə baxış keçirilməsinə icazə verməyəcəyini qeyd etmişdir. Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikiliyə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkan olmamışdır. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli UNİ/F-25-050/2025 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 4 mənzil 30 «a» ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan evin sahəsi «Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları»na uyğun olaraq aparılan ölçü işlərinə əsasən faktiki olaraq 78,10 m2 təşkil edir (1-ci sual üzrə). Həmin ünvanda yerləşən yaşayış evinin faktiki vəziyyəti nəzərə alınmaqla 1 m2 sahəsinin dəyəri 2.300 manat təşkil edir (2-ci sual üzrə). Həmin ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan evə uyğun mənzillərin (eyni ərazidə yerləşən evlərin) kirayə dəyəri 600 manat təşkil edir. Qiymətləndirmə xərci 400 manat təşkil etmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli MB-18/0247 saylı qiymətləndirmə rəyindən görünür ki, qiymətləndirici qarşısında qoyulmuş sual nəzərə alınaraq aparılmış təhlil və hesablamalar nəticəsində alınmış nəticə aşağıdakı kimi olmuşdur: (Birinci sual üzrə) Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 4 mənzil 30 «a» ünvanda yerləşən yaşayış evinin çöl divarları daxil olmaqla faktiki olaraq ümumi sahəsi 102,63 m2 təşkil edir. (İkinci sual üzrə) Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 4 mənzil 30 «a» ünvanda yerləşən yaşayış evinin faktiki vəziyyəti nəzərə alınmaqla 1 m2 sahənin dəyəri 2.370 manat/m2 təşkil edir. (Üçüncü sual üzrə) Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 4 mənzil 30 «a» ünvanda yerləşən yaşayış evinə uyğun mənzillərin kirayə dəyəri 630 manat təşkil edir. (Dördüncü sual üzrə) Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi 4 mənzil 30 «a» ünvanda yerləşən yaşayış evinin ümumi sahəsi həm Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.5-ci maddəsi, həm də Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin müddəaları baxımından ayrı-ayrılıqda Mənzil Məcəlləsinin 12.5-ci maddəsi (Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarmın ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusu) nəzərə alınaraq ümumi sahəsi 71,75 m2, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.5-ci maddəsi, həm də Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin müddəaları baxımından (Maddə 59. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları: 59.3) yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 84.0, 84.0.1 və 84.0.2ci maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə, yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də ərizəçinin üzərinə həddindən artıq yük qoyub-qoymadığını qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir.Bununla əlaqədar olaraq mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq qeyri-mütənasib müdaxilədir.Müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktı nəzərə alınaraq tam kompensasiyanın ödənilməməsi, ərizəçinin əmlakının alınması, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyi nəzərə alınaraq qanuna zidd hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh1 ona məxsus olan istifadəyə yararsız əmlakının yeni tikilmiş, müasir standartlara cavab verən binada təmirli əmlak sahəsi ilə əvəzləşdirilməsi təklif olunsa da, cavabdeh iddiaçı tərəfin qanunauyğun və ədalətli təklifi ilə razılaşmayaraq, cəmiyyətin maraqlarına cavab verən tikinti işlərinin aparılmasını yubadır. Bununla qeyd edilən ərazidə inşa edilməli əmlaklarda yaşamalı olan çoxsaylı vətəndaşların hüquqları və mənafeləri sual altına alınır. Bu səbəbdən, MTK öz üzərinə düşən vəzifələri vaxtında və tam şəkildə icra etməmək təhlükəsi ilə üzləşir. Qanunvericiliyin müddəalarına və ayrılmaz hüquqlarla bağlı prinsiplərə əsasən cavabdehin xüsusi mülkiyyətində olan daşınmaz əmlakı üzərində hüquqlarının və mənafeələrinin qorunma qalxanı altında olması digər şəxslərin də eyni dərəcədə tanınan hüquqlarından üstün tutulmamalıdır. Hazırki mübahisənin predmetini cavabdehin xüsusi mülkiyyətində olan sahənin iddiaçıya təhvil verilməsi müqabilində onun yeni tikiləcək binada təmirli mənzillə təmin edilməsi və həmin yeni mənzilin təhvil veriləcəyi müddətədək yaşayış sahəsi ilə təmin olunması məqsədilə kirayə haqqının verilməsindən ibarətdir. İş üzrə mənzilin sahəsinin və kirayə haqqının müəyyən edilməsi məqsədilə təyin edilmiş qiymətləndiricinin verdiyi rəyə əsasən mənzilin sahəsi və həmin ərazidə oxşar şəraitli mənzillərin kirayə haqqları müəyyən edilərək iddiaçının tələbinin ədalətli olub-olmaması araşdırılmışdır. Cavabdehin xüsusi mülkiyyət hüququndan irəli gələrək mənzilin əmlak verilməsi formada əvəzləşdirilməsinə etirazı iddiaçının həyata keçirdiyi tikinti və abadlaşdırma fəaliyyətinin, eyni ərazidə mülkiyyətləri ədalətli kompensasiya edilmiş digər sakinlərin yeni yaşayış sahələri ilə təminatının əsassız şəkildə qarşısını alır. Məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın qarşılığında iddiaçının təklif etdiyi qaydada mənzillə təminat və müvafiq dövr üçün kirayə haqqı ödənişi ədalətli kompensasiya kimi qiymətləndirilməlidir. Cavabdehin dəlilləri mənzilin sahəsinin düzgün ölçülməməsindən və iddiaçı tərəfindən ona bir kv metr sahənin bazar dəyərinin və habelə üzərinə onun bu müddət ərzində keçirdiyi mənəvi zərər də nəzərə alınmaqla ödənilməsindən ibarət olmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmasına baxmayaraq ekspertizanın aparılmamasına əsas olaraq Mərkəzin müvafiq məktubunda göstərilmişdir ki: Mübahisə predmeti olan tikilinin yerləşdiyi ünvana iş üzrə iddiaçı tərəfin nümayəndəsi ilə birlikdə gedilmiş lakin, iş üzrə cavabdeh tərəf onun (cavabdehin) vəkilinin iştirak etməyəcəyi təqdirdə baxış keçirilməsinə icazə verməyəcəyini qeyd etmişdir. Qeyd olunan səbəbdən mübahisə predmeti olan tikiliyə baxış keçirilməklə müvafiq ölçü işlərinin aparılması mümkan olmamışdır. Göründüyü kimi iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, iş üzrə ekspertiza təyin edilmiş, cavabdeh tədqiqat aparılmasına şərait yaratmamışdır. Bundan sonra işin operativ həlli məqsədilə mövcud qanunvericiliyə və təcrübəyə əsasən özəl qiymətləndiriciyə müvafiq tədqiqatın aparılması həvalə edilmiş və məhkəməyə rəy təqdim edilmişdir. Cavabdehin özünün mübahisəyə münasibəti səbəbindən ilk dəfə təyin edilmiş qərardad üzrə ölçmə işlərinin aparılmamasından sonra cavabdehin özəl qiymətləndiricilər tərəfindən aparılmış ölçünün qəbul edilməməsi işin lüzumsuz şəkildə uzadılmasından başqa bir məna kəsb etmir. İddiaçının cavabdehə kompensasiya təklifi ilə də cavabdeh razılaşmadığı üçün məhkəmə yalnız əmlakın əmlakla əvəz edilməsini ədalətli həll yolu hesab edir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin əmlakının sökülməsi həmin ərazidə inşası nəzərdə tutulan binanın cavabdehlə birgə digər şəxslərin də yaşayış sahəsi ilə təminatı üçün zəruri hesab edilməklə iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi ev 4 mənzil 30 «a» ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 78,10 m2 sahədən ibarət olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməli; İddiaçı MMC tərəfindən ünvan 2 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,1 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın İmran Qasımov küçəsinə baxan hissəsində, 1-ci blok, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 95,7 m2 olan 2 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh1 təhvil verilməli; sökülməsi nəzərdə tutulan mənzil İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 650 manat məbləğində kirayə haqqı ödənilməlidir. 400 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1 və İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. 300 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1 və İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Nəsimi rayonu X1 küçəsi ev 4 mənzil 30 «a» ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 78,10 m2 sahədən ibarət olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. İddiaçı MMC tərəfindən ünvan 2 ünvanda yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 78,1 m2 olan mənzilin əvəzinə yeni tikiləcək binanın İmran Qasımov küçəsinə baxan hissəsində, 1-ci blok, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 95,7 m2 olan 2 otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətinə Cavabdeh1 təhvil verilsin. Sökülməsi nəzərdə tutulan mənzil Cavabdeh1 tərəfindən İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 650 (altı yüz əlli) manat məbləğində kirayə haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 400 (dörd yüz) manat qiymətləndirmə xərcinə görə 200 (iki yüz) manat Cavabdeh1 və 200 (iki yüz) manat hissəsi isə İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba (VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. 300 (üç yüz) manat qiymətləndirmə xərcinin 150 (yüz əlli) manat hissəsi Cavabdeh1 və 150 (yüz əlli) manat hissəsi isə İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-143/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-143/2025
11.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver