Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1472/2022 26.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Hüseynov Paşa Kamal oğlu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qanunsuz tutulmuş pulların geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz tutulmuş pulların geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 1.622 manat 07 qəpik məbləğində pul vəsaiti, ödənilmiş 37 manat dövlət rüsumu olmaqla, cəmi 1.659 manat 07 qəpik məbləğində pulun tutularaq ona ödənilməsi, icra sənədi olmadan onun maaşından pul tutulmasının Cavabdeh ASC-yə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüseynov Paşa Kamal oğlu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 27.05.2019-cu il tarixli Z- O60/0002206/00A nömrəli müqavilə üzrə onunla eyni hərbi hissədə xidmət etmiş Paşa Hüseynova Cavabdehın Laçın filialından aldığı 15.000 manat pula zamin durmuşdur. 2020-ci ilin oktyabr ayında P.Hüseynov Cavabdeha aylıq ödənişi gecikdirdiyinə görə həmin ayın maaşından heç bir icra sənədi və məhkəmə qərarı olmadan maaşının 50 faizindən çox məbləği 750 manat pul onun Cavabdeh maaş kartından cavabdeh qanunsuz tutmuşdur. Sonradan P.Hüseynov kredit ödənişinin bir qismini ödədiyinə görə maaşından tutulan 750 manatdan 640 manatı cavadeh tərəfindən kartına qaytarılmışdır. 2021-ci ilin noyabr ayının maaşından 28 manat pul tutulmuşdur. Bunlardan sonra o, maaş kartıma baxanda görmüşdür ki, balans mənfi 1.166 manat göstərir. Bunun üçün o, Cavabdeh çağrı mərkəzi olan 196 nömrəsinə zəng vurub məsələyə aydınlıq gətirmək istəyəndə ona bildirmişlər ki, zaminlik müqaviləsi üzrə həmin məbləğ onun maaş kartından tutulub, yəni onun maaşı bank hesabına köçürüləndə həmin məbləğ maaşından tutulacaq. 2021-ci ilin dekabr ayının maaşında onun maaş kartından 739 manat pul tutulmuşdur. 2022-ci ilin yanvar ayında maaş kartından 746 manat pul tutulmuşdur və kartı mənfi göstərir. Xüsusilə qeyd edir ki, Vətən müharibəsində iştirak etdiyi və xəsarət aldığı müddətdə Cavabdehın ona verdiyi əziyyət qədər müharibədə çətinlik çəkməmişdir. X5 müharibəsi iştirakçılarına faizləri azaltdığı bir vaxtda, cavabdeh onu maddi cəhədən çətin vəziyyətə salır. Məhkəmənin nəzərinə çatdırır ki, etdiyi müraciətlər heç bir nəticə vermir, Bank icra sənədi və məhkəmə qərarı olmadan qanunsuz olaraq onun maaşının 100 faizindən artıq pul tutur. Onun xidməti döyüş növbətçiliyi çekməklə Vətənin keşiyində durmaqla keçir, lakin cavabdehin bu cür özbaşınalığı onun həm ailəsinin maddi təminatında ciddi problemlər yaradır, həm də bu cür problemlər də onun xidmətinə mənfi təsir göstərir. Mənəvi-psixoloji durumunu aşağı salır. Bununla da, xidməti vəzifələrinin icrası zamanı cavabdehin ona qanunsuz hərəkətlərini ailəsinin maddi təminatına göstərdiyi fəsadları düşünür. 2021-ci ilin dekabr ayında ona köçürülən 951 manat maaşından 739 manat pulu cavabdeh tutduğuna görə o, yeni il qabağı bayram qeyd etmək əvəzinə, sarsıntı hissləri keçirmişdir. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdeh tərəfindən onun maaş kartından qanunsuz pul tutulmaları dayandırılmalı və tutulmuş pullar geri qaytarmalıdır. Bu günə qədər cavabdeh onun maaş kartından qanunsuz olaraq 1.622 manat 07 qəpik pul tutmuşdur. Mübahisənin həllinə pretenziya qaydasında nail ola bilmədiyinə görə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 65.1-ci madəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutulmaların məbləği 50 faizdən çox ola bilməz. Göründüyü kimi, hər bir şəxsin yaşayış minimumunu təmin etmək məqsədilə Qanunvericilikdə maaşdan tutulmanın fazi müəyyən edilmişdir. Cavabdeh isə bütün qanunvericiliyin tələblərini və müqavilə öhdəliyini pozmuşdur. Nəticə etibarilə, cavabdeh onun maaşından qanunsuz olaraq 1.622 manat 07 qəpik pul tutmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz tutulmuş pulların geri qaytarılması» tələbinə dair iddia ərizəsini aşağıdakı səbəblərə görə əsassız hesab edirlər. İddiaçı Məmmədov X2 Paşa Kamal oğlunun götürdüyü kredit öhdəliyinə zamin durmuşdur. Belə ki, Hüseynov Paşa Kamal oğlu ilə Cavabdeh ASC arasında 27 may 2019-cu il tarixli 060/0002206/000A saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq P.Hüseynova illik faiz dərəcəsi 23,9 (FİFD: 24.4 %) faiz olmaqla 36 ay müddətinə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən Hüseynov Paşa Kamal oğlu müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. Lakin o, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə ödəniş müddətlərində gecikmələr yaranmşdır. Həmin kreditin təminatı kimi İddiaçı ilə Bank arasında 27 may 2019-cu il tarixli Z-060/0002206/000A nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1ci bəndinə əsasən zamin 27 may 2019-cu il tarixli 060/0002206/000A saylı kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və zamin Bank qarşısında Borcalanla birgə məsuliyyət daşıyır. Müqavilənin 2-ci bəndində Zamin durulmuş kreditin (əsas öhdəliyin) məbləği, müddəti, faiz dərəcəsi və s. məlumatlar qeyd edilmişdir. Zaminlik müqaviləsinin 3cü bəndinə əsasən zamin əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Bank qarşısında Borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır, əvəzini kreditorun tələbi ilə etiraz irəli sürmədən zaminlik müqaviləsinin yuxarıda qeyd edilən maddələrində nəzərdə tutulmuş öhdəlikləri icra etmək vəzifəsini öz üzərinə götürmüşdür. Müştərinin Bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi Müştərinin Bankda olan hesablarından pul vəsaitlərinin müştərinin sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 14.07.2015-ci il tarixli qərarına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələrini - akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməni digər təminat üsulları sırasına daxil etmişdir. İddiaçının iddia ərizəsində əmək haqqı kartından tutulmanın qanunsuz hesab olunmasının hüquqi əsası kimi «İcra haqqında» Azərbaycan Respublikası Qanununa istinad etmişdir. Bank iddiaçının kart hesabından tutulmanı hər hansı bir icra sənədi əsasında yox iddiaçının iradə ifadəsinə əsaslanaraq Bank ilə bağladığı kredit müqaviləsi və akseptsiz silinməyə dair razılıq ərizəsi əsasında həyata keçirir. Bankın yuxarıda göstərilən sənədlər əsasında tutmanı həyata keçirməsi «İcra haqqında» Qanunun tənzimlədiyi məsələlərə daxil deyildir. Belə ki, «İcra haqqında» icra sənədlərinin məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. İcra sənədləri dedikdə «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində sadalanmış sənədlər nəzərdə tutulur. Kredit müqaviləsi və razılıq ərizəsi həmin Qanunun müəyyən etdiyi icra sənədlərinə daxil olmadığına görə Bank haqlı olaraq müqavilə azadlığına əsaslanaraq tutulmanı həyata keçirmişdir. Müqavilə və razılıq sənədləri üzrə əsaslar: 27 may 2019-cu il tarixli Z-060/0002206/000A nömrəli zaminlik müqaviləsinin 9-cü bəndinə əsasən Zamin müqaviləni imzalamaqla bildirir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar Zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından bank tərəfindən tutula (şilinə) bilər, o cümlədən hesablarındakı digər valyutada pul vəsaitləri Bankın elan etdiyi məzənnəyə və Tarif dərəcəsinə əsasən konvertasiya edilərək şilinə bilər, habelə ödəniş intervalının əvvəlində Kredit müqaviləsi üzrə aylıq borclar tutula (şilinə) bilər. Kredit Müqaviləsi üzrə borclar ödənilənədək Zaminin bankda olan istənilən bank hesabında olan pul vəsaitləri borcların məbləği həddində bloklaşdırıla bilər. Akseptsiz qaydada tutulma (silinmə) barədə 27 may 2019-cu il tarixdə zamin «Razılıq ərizəsi» də imzalamışdır. Yəni, müqavilə bağlanılarkən zamin öz iradə ifadəsini bildirmişdir. Tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının zəruri şərt olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyini nəzərə alaraq Bank öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla bağlı Bankın atdığı addımlar qanunauyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin borclu şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Bundan başqa, borclunun öhdəliklərini yerinə yetirmədiyinə görə zaminə ziyan dəydikdə, o dəymiş ziyanın ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Yəni, İddaçı zamin durduğu kredit üzrə ödədiyi məbləği əsas borcludan tələb etmək hüququna malikdir. Öz əmlakı hesabına başqasının öhdəliyini icra etmiş şəxs öz əmlak vəziyyətini bərpa etmək hüququna malikdir. Borclunun öhdəliyini icra etmiş zaminin belə hüququ yuxarıda qeyd olunan maddədə nəzərdə tutulmuşdur. Borclunun öhdəliyini icra etmiş zamin həmin öhdəlik üzrə tam təminat almış kreditorun yerini tutur və kreditorun bütün hüquqları ona keçir. Kreditorun zaminə keçən hüquqlarının həcmi onun öhdəliyin ödədiyi hissəsinin həcminə mütənasib olmalıdır. Müqavilə azadlığına hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 14.07.2015-ci il tarixli qərarında göstərmişdir ki, «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Müqavilə azadlığının təminatı olaraq müştərilərlə kredit müqavilələri rəsmiləşdirildikdə həmin müqavilələrdə tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti və öhdəliklərin icra qaydası aydın şəkildə qeyd edilir və həmin müqavilələr imzalanmamışdan öncə müştərilərə müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ətraflı izahat verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı Banka qarşı olan iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynov Paşa Kamal oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynov Paşa Kamal oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki: - Hüseynov Paşa Kamal oğlu ilə Cavabdeh ASC arasında 27 may 2019-cu il tarixli 060/0002206/000A saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq P.Hüseynova illik faiz dərəcəsi 23,9 (FİFD: 24.4 %) faiz olmaqla 36 ay müddətinə 15.000 manat kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinin 1-ci bəndinə əsasən Hüseynov Paşa Kamal oğlu müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. Hüseynov Paşa Kamal oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və Cavabdeh ASC-yə olan kredit üzrə ödəniş müddətlərində gecikmələr yaranmşdır. - Hüseynov Paşa Kamal oğlunun Cavabdeh ASC-dən aldığı kreditin təminatı kimi hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh ASC arasında 27 may 2019-cu il tarixli Z- 060/0002206/000A nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin İddiaçı 27 may 2019-cu il tarixli 060/0002206/000A saylı kredit müqaviləsi üzrə Hüseynov Paşa Kamal oğlunun Cavabdeh ASC qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və zamin Bank qarşısında Borcalanla birgə məsuliyyət daşıyır. Müqavilənin 2-ci bəndində zamin durulmuş kreditin (əsas öhdəliyin) məbləği, müddəti, faiz dərəcəsi və s. məlumatlar qeyd edilmişdir. Müqavilənin 3-cü bəndinə əsasən zamin əsas və faiz borcları, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Bank qarşısında Borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır, əvəzini kreditorun tələbi ilə etiraz irəli sürmədən zaminlik müqaviləsinin yuxarıda qeyd edilən maddələrində nəzərdə tutulmuş öhdəlikləri icra etmək vəzifəsini öz üzərinə götürmüşdür. Konstitusiya Məhkəməsi Plenumunun 14.07.2015-ci il tarixli qərarına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələrini - akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməni digər təminat üsulları sırasına daxil etmişdir. İddiaçı iddia ərizəsində əmək haqqı kartından tutulmanın qanunsuz hesab olunmasının hüquqi əsası kimi «İcra haqqında» Azərbaycan Respublikası Qanununa istinad etmişdir. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi iddiaya etirazda haqlı olaraq qeyd etmişdir ki, Bank iddiaçının kart hesabından tutulmanı hər hansı bir icra sənədi əsasında yox, iddiaçının iradə ifadəsinə əsaslanaraq Bank ilə bağladığı kredit müqaviləsi və akseptsiz silinməyə dair razılıq ərizəsi əsasında həyata keçirir. Bankın yuxarıda göstərilən sənədlər əsasında tutmanı həyata keçirməsi «İcra haqqında» Qanunun tənzimlədiyi məsələlərə daxil deyildir. Belə ki, «İcra haqqında» icra sənədlərinin məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. İcra sənədləri dedikdə «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində sadalanmış sənədlər nəzərdə tutulur. Kredit müqaviləsi və razılıq ərizəsi həmin Qanunun müəyyən etdiyi icra sənədlərinə daxil olmadığına görə, Bank müqavilə azadlığına əsaslanaraq tutulmanı həyata keçirmişdir. Müqavilə və razılıq sənədləri üzrə əsaslar barədə qeyd olunmalıdır ki, 27 may 2019-cu il tarixli Z-060/0002206/000A nömrəli zaminlik müqaviləsinin 9-cü bəndinə əsasən Zamin müqaviləni imzalamaqla bildirir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar Zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından bank tərəfindən tutula (şilinə) bilər, o cümlədən hesablarındakı digər valyutada pul vəsaitləri Bankın elan etdiyi məzənnəyə və Tarif dərəcəsinə əsasən konvertasiya edilərək şilinə bilər, habelə ödəniş intervalının əvvəlində Kredit müqaviləsi üzrə aylıq borclar tutula (şilinə) bilər. Kredit Müqaviləsi üzrə borclar ödənilənədək Zaminin bankda olan istənilən bank hesabında olan pul vəsaitləri borcların məbləği həddində bloklaşdırıla bilər. Akseptsiz qaydada tutulma (silinmə) barədə 27 may 2019-cu il tarixdə zamin «Razılıq ərizəsi» də imzalamışdır. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanılarkən zamin öz iradə ifadəsini bildirmişdir. Tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının zəruri şərt olduğunu, habelə müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququ olduğunu və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll etdiyini nəzərə alaraq Bank öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Bununla bağlı Bankın atdığı addımlar qanunauyğundur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin borclu şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Həmçinin, borclunun öhdəliklərini yerinə yetirmədiyinə görə zaminə ziyan dəydikdə, o dəymiş ziyanın ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Digər sözlə ifadə etdikdə, iddaçı zamin durduğu kredit üzrə ödədiyi məbləği əsas borcludan tələb etmək hüququna malikdir. Öz əmlakı hesabına başqasının öhdəliyini icra etmiş şəxs öz əmlak vəziyyətini bərpa etmək hüququna malikdir. Borclunun öhdəliyini icra etmiş zaminin belə hüququ yuxarıda qeyd olunan maddədə nəzərdə tutulmuşdur. Borclunun öhdəliyini icra etmiş zamin həmin öhdəlik üzrə tam təminat almış kreditorun yerini tutur və kreditorun bütün hüquqları ona keçir. Kreditorun zaminə keçən hüquqlarının həcmi onun öhdəliyin ödədiyi hissəsinin həcminə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 14.07.2015-ci il tarixli qərarında göstərmişdir ki, «Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (əmək haqqı / maaş kartından qanunsuz tutulma aparılmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz tutulmuş pulların geri qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, əmək haqqından aparılmış tutulmaları təsdiq edən, Bankın verdiyi arayışı əlavə etməklə, həmin məbləğlərin Hüseynov Paşa Kamal oğlundan onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 37 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz tutulmuş pulların geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 37 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1472/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1472/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver