Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1478/2022 19.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi - Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı - xx.xx.1979-cu il təvəllüdlü, Bakı şəhərində doğulmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı - X8 08 dekabr 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. X14 doğulduğu vaxtdan psixi qüsurlarına görə əziyyət çəkmiş və mütəmadi olaraq stasionar və ambulator müayinə və müalicələr almışdır. Səhiyyə müəssisələri tərəfindən müayinə nəticəsində “uşaq sereblar iflici” diaqnozu qoyulmuşdur. X11 Bakı şəhərində yerləşən X12 Dispanserində qeydiyyatdadır. Müalicəsinin daha keyfiyyətli şəkildə həyata keçirilməsi üçün ölkə xaricinə aparsaqda heç bir nəticə olmamış və ona təyin edilmiş diaqnoz üzrə hazırda da müalicəsi davam etdirilir. Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin Bakı şəhəri, Nəsimi rayon Həkim Ekspertiza Komissiyasının xx.xx.1997-ci il tarixli, SER.VTE-6 094291 №-li arayışına əsasən X10ma ilkin təyinat kimi müddətsiz olaraq əlillik səbəbi “uşaqlıqdan” qeyd olunmaqla birinci dərəcəli əlillik təyin edilmişdir. Həmin dövrdən başlayaraq X6 təyin olunmuş sosial müavinətini alır, bu yaxınlarda həmin sosial müavinət kartının müddəti bitdiyindən onu yenisi ilə əvəz etmək üçün DSMF-yə müraciət etmiş, müraciətində şifahi cavab olaraq Rəna Axundovanın məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və ona qəyyum təyin edilməsindən sonra müavinətin verilməsinə baxılacağını bildirilmişdir. Rəna Axundovanın yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları dalan 4, ev 6 olduğundan hazırki işə Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Hazırki ərizənin təmin olunması bizə onun üçün vacibdir ki, şəxsdə mövcud olan psixi qüsurlar onun tam fəaliyyət qabiliyyətli şəxs kimi öz hüquq və vəzifələrindən istifadə etməyə imkan vermir. Bu isə həmin şəxslə yanaşı onun ailə üzvlərinin və yaxın qohumlarının bəzi hallarda hüquq və vəzifələrinin tam şəkildə yerinə yetirməsinə maneçilik yaradır. Ona görə də, X8 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməklə onun üzərində qəyyum təyin olunmalıdır. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AA1086335 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1979-cu ildə Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin Vİ-ЖГ seriyalı, 471341 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası X3, anası isə X1r. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin Xİİ-ЖГ seriyalı, 250795 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X3, anası isə X1r. Bakı şəhəri, Nəsimi rayonu ƏSMM tərəfindən verilmiş, xx.xx.1999-cu il tarixli 167768 saylı vəsiqənin surətindən, Bakı şəhəri, Nəsimi rayonu VTEK tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 094291 saylı arayışın surətindən və Azərbaycan Respublikası ƏƏSMN-in Bakı şəhəri, Nəsimi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 517587 saylı arayışdan görünür ki, X8 uşaqlıqdan İ (birinci) qrup əlildir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1478/2022 saylı qərardadı ilə ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü X8 barəsində məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, 1183 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Yoxlanılan şəxs X4 “UŞAQ SEREBRAL İFLİCİ İLƏ ƏLAQƏDAR YARANAN ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK” (F71) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixo-fıziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, Vena şəhəri X9 Dispanserində xx.xx.1992-ci il. xx.xx.1992-ci il və xx.xx.1992-ci il tarixlərdə müayinədə olması və onda “Orta dərəcəli debillik dərəcəsində oliqofreniya qalıq əlamətləri ilə" ‘Daima kənar şəxslərin qulluğuna ehtiyacı var" diaqnozu ilə İ qmp əlil olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, vehlən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. xx.xx.1979-cu il təvəllüdlü X4 uşaq serebral iflici ilə əlaqədar yaranan orta dərəcəli əqli gerilik müəyyən edilir. xx.xx.1979-cu il təvəllüdlü X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. xx.xx.2021-ci il tarixli 10868 nömrəli və xx.xx.2021-cil tarixli 29230 nömrəli mədaxil qəbzlərindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.1979-cu il təvəllüdlü X8 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü, Bakı şəhərində doğulmuş, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1478/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1478/2022
19.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver