Məhkəmə qərarları › İş №2(006)-1515/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1515/2023

16.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1515/2023 16.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər X17, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 MMC-yə, Bakı şəhəri 13 saylı Notariat Kontoruna və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın etibarsız hesab edilməsi, payların əlavə edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X17, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 MMC-yə, Bakı şəhəri 13 saylı Notariat Kontoruna və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın etibarsız hesab edilməsi, payların əlavə edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, həmin şəhadətnamələr əsasında verilmiş DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 MMC tərəfindən onun payından çıxılmış 30 kv.m və yaxud onun hazırki bazar dəyəri olan 60.000 manat məbləğində pulun Cavabdeh1 MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən miras əmlak ilk dəfə tarixsiz olaraq X32 məxsus olmuş (qeydiyyatdan keçmiş) və o, xx.xx.1938-ci il tarixdə vəfat etmiş, həmin əmlak ölümündən sonra onun adına qeydiyyata alınmışdır. X42 ilə Tükəzban Fətulla qızının faktiki nikahlarından Məmməd, Gülmrzə, Sara və Anaxanım adlı uşaqları doğulmuşdur. Oktyabr Rayon Məhkəməsinin xx.xx.1949-cu il tarixli qətnaməsi ilə ev vərəsəlik qaydasında Tükəzban Fətulla qızının, X7, X3, X9 və X1 birgə mülkiyyətinə keçmiş və xx.xx.1949-cu ildə qeydiyyat vəsiqəsi verilmişdir. 18 oktyabr 1991-ci il tarixli vəsiyyətnamə əsasında Bakı şəhəri A.D.Qurbanov küçəsi ev 56-da yaşayan Tükəzban Fətulla qızı öləcəyi gün ona məxsus mənzili bərabər şəkildə Məmmədov X43 və İddiaçı vəsiyyət etmişdir. Tükəzban Fətulla qızı 01 iyun 1997-ci il tarixdə vəfat etmişdir. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova)- Anaxanım Ağmirzə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi mülkiyyət hesab edilən, Bakı şəhəri A.Qurbanov küçəsindəki 56 saylı evdən olan paylarının naturada bölünüb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ev bölünərək, mülkiyyətçilər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 1,2 m2 olan 1 nömrəli otağın və 10,4 m2 olan 12 nömrəli yardımçı sahənin, Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızına sahəsi 15 m2 olan 2 saylı otağın və 8,8 m2 olan 11 saylı yardımçı sahənin verilməsi, 2 və 3 saylı otaqların arasındakı arakəsmənin bərpa edilməsi, eyni zamanda cavabdeh İddiaçı 2 nömrəli otaqdan köçürülməsi qət edilmişdir. Bakı Şəhər Məhkəməsinin xx.xx.1998-ci tarixli qərardadı ilə həmin qətnamə ləğv olunaraq işə yenidən baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Sədrinin müavininin Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına nəzarət qaydasında verdiyi protesn əsasında qəbul edilmiş xx.xx.1998-ci il tarixli 3d-6/464 nömrəli qərardadı ilə Bakı Şəhər Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ləğv edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli 2-972 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Sonradan onun iddiası əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 oktyabr 2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinə dair ünvan 3dən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X11 adına verilmiş 06 avqust 1998-ci il tarixli və 08 yanvar 1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələrin ləğv edilməsi, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinə dair Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının adma Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış 04 fevral 1999cu il tarixli hüquqi qeydiyyatın ləğv edilməsi qət edilmişdir. Bundan sonra isə ünvan 9ən təkrar X11 adma 30 oktyabr 2017-ci il tarixdə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 qızma 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş,eyni zamanda 31 oktyabr 2017-ci il tarixdə 2-V/188 və 2-V189 qeydiyyat nömrələri ilə “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr verərək 1998-ci ildə vəfat etmiş Gülmirzə Ağamirzə oğlunun vərəsəsi kimi X18, həmçinin 21 noyabr 2017-ci ildə bacısı X12 övladları Cavabdeh4 və Cavabdeh5 vərəsə kimi tanımışdır. Bundan sonra onun iddia ərizəsi əsasında məcburi paya görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2022-ci il tarixli qətnaməsi ilə, ünvan 9ən X11 adına 30 oktyabr 2017-ci il tarixdə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Qeyd edilməlidir ki, qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2009-cu il tarixli 2(006)-2878/2009 saylı ojətnaməsi ilə, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinə dair ünvan 3dən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X11 adına verilmiş 06 avqust 1998-ci il tarixli və 08 yanvar 1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələrin ləğv edilmişdir. İddiaçı tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr mübahisələndirilmədiyindən hazırda həmin Şəhadətnamələrin mübahisələndirilməsi zərurəti ortaya çıxmışdır. 18 ildən çox vaxt keçdikdən sonra notarius təkrar şəhadətnamə verməklə qanunvericiliyin tələblərini (“Notariat haqqında” Qanunun 59-cu maddəsini) pozmuşdur. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, sonuncu dəfə mübahisəli əmlaka dar 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş yuxarıda adlarını qeyd etdikləri vərəsəlik şəhadətnamələri əsasında (məcburi və qanun üzrə) sonuncuların adına yeni çıxarış verilmiş, çıxarış verilərkən Cavabdeh4 payı 9/45, Sara Abbasovanm payı 60/540, Cavabdeh5 payı 60/540 və onun 17/45 hissədə müəyyən edilmişdir ki, paylar düzgün hesablanmamışdır. Qeyd edilir ki, sözügedən çıxarış həmin etibarsız vərəsəlik şəhadətnamələri əsasında verildiyindən onun bir hissəsi hazırda etibarsız sayıldığından, eləcə də digər hissəsi də etibarsız olduğundan, yəni hər iki vərəsəlik şəhadətnaməsi qanunvericiliyin tələblərinə zidd olduğundan onun əsasında verilən çıxarış da etibarsız hesab edilməlidir. Bundan əlavə bildirilir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə məhz X15 və Cavabdeh5 qanunsuz verilmiş çıxarış əsasında onun mübahisəli əmlaka olan hüquqları pozulmuşdur. Belə ki, məhz məhkəmə tərəfindən sonuncu çıxarışa istinad edilməklə onun əvvəlki şərtlərlə ”ArchiCo” MMC ilə bağladığı müqavilə sonuncunun iddiası əsasında etibarsız hesab edilmiş və daha sonra onunla həmin şirkət daha əlverişsiz şərtlərlə yeni müqavilə bağlanmışdır. Hesab edir ki, nə qədər ki, Sara Abbasova və Cavabdeh5 həmin əmlaka paylarını qanunsuz şəhadətnamələr əsasında əldə etmişlər və onlar etibarsız olduğundan ondan onların paylarına nisbətdə ’’ArchiCo” MMC tərəfindən onun azaldığından şirkət tərəfindən onun payından çıxılmış 30 kv.m, yaxud hazırda bazar dəyəri olan 60.000 manat məbləğində pul ona geri qaytarılmalıdır. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsində göstərilən iddia tələbinin tamamilə yerində saxlanılmaqla, əlavə olaraq Dövlət Notariat Kontorunun 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin də etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə iddiaçı X31 tərəfindən mübahisələndirilmişdir. Lakin, məhkəmə tərəfindən əldə edilmiş notariat işinə baxış zamanı digər bir eyni tarixli Dövlət Notariat Kontorunun 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin olması da üzə çıxmış, həmin şəhadətnamə barədə isə məlumatı həmin vaxtı əldə etmişdir. Ona görə də, iddianın dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Mülki iş üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi X33 iddia tələbinə dair etiraz təqdim edərək, İddiaçı Cavabdeh1 MMC-yə və qeyrilərinə qarşı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əsasən İddiaçı digər vərəsələrlə artıq mövcud olmayan əmlaka dair vərəsəlik payını mübahisələndirməklə Şirkətdən əlavə sahə tələb edir. Mənzilin cəmi ümumi sahəsi 113,30 kv.m təşkil etdiyi halda, mənzilin tam olaraq ümumi tikinti sahəsinin 140.74 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı notarial qaydada təqdim etdiyi ərizədə mənzilin ona məxsus bildirmiş, bu səbəbdən həmin mənzilə dair İddiaçı ilə müqavilələr bağlanmış, fərdi yaşayış evi sökülərək yerində bina inşa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən müqavilələr etibarsız edildikdən sonra İddiaçı ilə özünün seçimi, istəyi ilə razılığı ilə yeni müqavilələr (xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli) bağlanmışdır. Müqavilələrin şərtlərinə görə ümumi tikinti sahəsi 140.74 kv.m təşkil edən fərdi yaşayış evinin İddiaçı istifadəsində olmasını nəzərə alaraq ona həmin evin qarşılığında Şirkət tərəfindən ona Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 10, (B2 bina), 2-ci mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 120.37 kv.m təşkil edən, təmirsiz, 3 otaqlı, 93 nömrəli və həmin mərtəbədə yerləşən 2 otaqlı, ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən təmirli, 2 otaqlı 95 nömrəli mənzillər verilmiş və əlavə olaraq 41.000 manat pul ödənilmişdir. Qeyd edilən faktlar müqavilələrdə öz əksini tapmış və İddiaçı həmin müqavilələri imzalamaqla bunları təsdiq etmişdir. Nəsimi RİHB ilə Şirkət arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən qeyd edilən torpaq sahəsində yerləşən, mülkiyyətçilərə onların müllkiyyə və qanuni istifadələrində olan tikililərin sökülərək, ərazinin boşaldılıb təhvil verilməsi qarşılığında Şirkət tərəfindən sahəsi 15% əlavə olan yeni mənzillər təqdim edilir. Buna baxmayaraq İddiaçı 15%-dən daha artıq sahəli 2 mənzil verilmiş və əlavə olaraq külli miqdarda pul ödənilmişdir. Daha sonra iddiaçı tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia ərizəsində göstərilən iddia tələbinin tamamilə yerində saxlanılmaqla, əlavə olaraq DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin və dəqiqləşdirmə barədə ərizələrin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini və ona edilən dəqiqləşmələri müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdehlər X26, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 MMC, Bakı şəhəri 13 saylı Notariat Kontoru və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan davam edilməsini mümkün saymışdır. Məhkəmə iddiaçı və onun nümayəndəsi və vəkilinin izahatlarının dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********774-10301 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 17/45 hissəsi xx.xx.2021-ci il tarixdə İddiaçı, 60/540 hissəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh5, 60/540 hissəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh6, 9/45 hissəsi (1 otaq y/s 11.2 kv.m, k/s 10.4 kv.m) xx.xx.2017-ci il tarixdə X22, 9/45 hissəsi (1 otaq y/s 13.5 kv.m, k/s 10.4 kv.m) xx.xx.2010-cu il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır. - xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş Gülmirzə Ağamirzə qızının vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan bacısı X19r və o, bu miras əmlakdan 3/45 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhəri, Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə xx.xx.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, ünvan 5 mərhum X5 məxsus 9/45 hissədən ibarətdir. Göstərilən miras əmlakın 6/45 hissəsi açıq saxlanır. - xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş Gülmirzə Ağamirzə oğlunun vərəsəsi bacısı-Cavabdeh6dır, o, bu miras əmlakdan 6/540 hissə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Vərəsəliyi qəbul edilmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, Gülmirzə Ağamirzə oğlunun, 01 iyun 1997-ci ildə vəfat etmiş anası-Tükəzban Fətulla qızına məxsus olmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhəri Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə xx.xx.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, ünvan 5 ünvanında yerləşən fərdi-yaşayış evinin 18/540 hissəsindən ibarətdir. Göstərilən miras əmlakın qalan 12/540 hissəsindən ibarət (6/540, 6/540) iki payı açıq saxlanır. - xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş Gülmirzə Ağamirzə oğlunun vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan, xx.xx.2016-cı ildə vəfat etmiş bacısı X4 xx.xx.1999-cu ildə vəfat etmiş oğlu X35 övladları Cavabdeh4 və Cavabdeh5dır və onlar bu miras əmlakın 6/540 hissəsindən bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, Gülmirzə Ağamirzə oğlunun, xx.xx.1997-ci ildə vəfat etmiş anası-Tükəzban Fətulla qızına məxsus olmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhəri Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə xx.xx.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, ünvan 5 ünvanında yerləşən fərdi-yaşayış evinin 18/540 hissəsindən ibarətdir. Göstərilən miras əmlakın qalan 6/540 hissəsi açıq saxlanır. - xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş Gülmirzə Ağamirzə oğlunun vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan, xx.xx.2016-cı ildə vəfat etmiş bacısı X4 xx.xx.1999-cu ildə vəfat etmiş oğlu X35 övladları Cavabdeh4 və Cavabdeh5dır və onlar bu miras əmlakın 3/45 hissəsinə bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, Gülmirzə Ağamirzə oğlunun, xx.xx.1997-ci ildə vəfat etmiş anası-Tükəzban Fətulla qızına məxsus olmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı şəhəri Ərazi İdarəsi tərəfindən, 129 nömrəli reyestr kitabının, 11792 nömrəli vərəqəsində, **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə verilmiş çıxarışa və elektron informasiya sistemi vasitəsi ilə xx.xx.2017-ci il tarixdə, ********** saylı əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışa əsasən, ünvan 5 mərhum X6 məxsus 9/45 hissədən ibarətdir. Göstərilən miras əmlakın 3/45 hissəsi açıq saxlanır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 9/45 hissəsi xx.xx.2012-ci il tarixdə Tükəzban Fətulla qızının, 9/45 hissəsi xx.xx.2012-ci il tarixdə X8, 9/45 hissəsi (1 otaq y/s 13.5 kv.m, k/s 8.3 kv.m) xx.xx.2010-cu il tarixdə Cavabdeh4, 9/45 hissəsi (1 otaq y/s 11.2 kv.m, k/s 10.4 kv.m) xx.xx.2017-ci il tarixdə X22, 9/45 hissəsi xx.xx.2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. - Dövlət Notariat Arxivi tərəfindən ünvan 6 ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2009-cu il tarixli, 2(006)-2878/2009 saylı qətnaməsinə əsasən xx.xx.1998-ci il tarixdə 2-B/İ-241 və xx.xx.1999-cu il tarixdə 2-B/İ-07 reyestr nömrələri ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir. - xx.xx.2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2016-cı il tarixdə ölmüşdür. - xx.xx.2017-ci il tarixli X21 Müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 xx.xx.2017-ci il tarixdə 2V-201 saylı reyestrlə rəsmiləşdirilmiş mərhum Tükəzban Fətulla qızının əmlakın dair və xx.xx.2017-ci il tarixdə 2V-200, 2V-202 saylı reyestrlə rəsmiləşdirilmiş mərhum Gülmirzə Ağamirzə oğlunun əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona verilmiş vərəsəlik paylarını bacısı Cavabdeh5 bağışlamışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)- 2878/2009 saylı qətnaməsinə əsasən ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair ünvan 9ən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X11 adına verilmiş xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələr ləğv edilmiş, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış xx.xx.1999-cu il tarixli hüquqi qeydiyyat ləğv edimiş, qətnamənin icrası ünvan 6 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. - xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” Qərardan görünür ki, xx.xx.2021-ci il tarixli, 94/21 nömrəli məktuba əsasən Cavabdeh1 MMC Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(103)-1695/2020 saylı qətnaməsi üzrə verilmiş icra sənədini könüllü surətdə icra etmiş və Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 97 nömrəli və xx.xx.2018-ci il tarixli 98 nömrəli müqavilələr etibarsız hesab edilmişdir. - xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətçinin faktiki istifadəsində olmuş ümumi tikinti sahəsi 140.74 kv.m təşkil fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən, təmirli, 2 otaqlı, 88 nömrəli mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüş, şirkət birdəfəlik kompensasiyaya qismində Mülkiyyətçiyə 8500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli, 344/S/D1№-li müqavilədən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasənn ünvan 1 ünvanında yerləşən mülkiyyətçinin faktiki istifadəsində olmuş ümumi tikinti sahəsi 140.74 kv.m təşkil fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında şirkət Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən, təmirli, 2 otaqlı, 88 nömrəli mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüş, şirkət isə birdəfəlik kompensasiyaya qismində mülkiyyətçiyə 8500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mülkiyyətçinin faktiki istifadəsində olmuş ümumi tikinti sahəsi 140.74 kv.m təşkil fərdi yaşayış evinin boşaldılaraq sökülməsi qarşılığında Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 10 (B2 bina), 2-ci mərtəbəsində inşa edilən ümumi tikinti sahəsi 120.37 kv.m təşkil edən, təmirsiz, 3 otaqlı, 86 nömrəli mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüş, şirkət birdəfəlik kompensasiyaya qismində Mülkiyyətçiyə 8500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 673/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cəmiyyət ünvan 10 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və ətraf mühit üçün harmoniyası pozulmuş 1 mərtəbəli yaşayış evinin söküntüsünü, eləcə də həmin ərazidə yeni hündür mərtəbəli yaşayış binasının tikintisini həyata keçirir və eyni zamanda mülkiyyətçinin söküntüsünü nəzərdə tutulan mənzil mülkiyyətində 140.74 kv.m-dən ibarət, 4 otaqlı mənzilin Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 45% əlavə etməklə tikiləcək binanın B2 blokunda ümumi tikinti sahəsi 120.37 kv.metrdən ibarət, 2 mərtəbədə, 3 otaqlı təmirli 93№-li mənzili mülkiyyətşinin sərəncamına verməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli Qiymətləndirməyə dair hesabatdan görünür ki, B2 binasıünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 120.37 kv.m olan, 3 otaqlı, İddiaçı məxsus 86 nömrəli mənzilin 12 iyun 2023-cü il tarixinə bazar dəyəri 1 kv.m.üçün 2000 manat, ümumi 242.000 manat və likvid dəyəri isə 218.000 manat məbləğində müəyyən edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1695/2020 saylı qətnaməsinə əsasən Cavabdeh1 MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli bağlanmış 97 saylı və xx.xx.2018-ci il tarixli 98 saylı müqavilələr etibarsız hesab edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1220/2022 saylı qətnaməsinə əsasən ünvan 9ən X11 adına 30 oktyabr 2017-ci ildə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-850/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1220/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin materiallarından görünür ki, iş üzrə tərəflər arasında dəfələrlə vərəsəlik münasibətləri ilə bağlı məhkəmə çəkişmələri olmuş və arahdırmalar zamanı müəyyən edilmişdir ki, mübahisəli miras əmlak ilk dəfə tarixsiz olaraq X32 məxsus olmuş (qeydiyyatdan keçmiş) və o, xx.xx.1938-ci il tarixdə vəfat etmiş, həmin əmlak ölümündən sonra onun adına qeydiyyata alınmışdır. X42 ilə Tükəzban Fətulla qızının faktiki nikahlarından Məmməd, Ağa Mirzə, Sara və Anaxanım adlı uşaqları doğulmuşdur. Oktyabr Rayon Məhkəməsinin xx.xx.1949-cu il tarixli qətnaməsi ilə ev vərəsəlik qaydasında Tükəzban Fətulla qızının, X7, X3, X9 və X1 birgə mülkiyyətinə keçmiş və xx.xx.1949-cu ildə qeydiyyat vəsiqəsi verilmişdir. 18 oktyabr 1991-ci il tarixli vəsiyyətnamə əsasında Bakı şəhəri A.D.Qurbanov küçəsi ev 56-da yaşayan Tükəzban Fətulla qızı öləcəyi gün ona məxsus mənzili bərabər şəkildə X10 və X23 vəsiyyət etmişdir. Tükəzban Fətulla qızı 01 iyun 1997-ci il tarixdə vəfat etmişdir. Abbasova (Məmmədova) Sara Ağamirzə qızı və Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi mülkiyyət hesab edilən, Bakı şəhəri A.Qurbanov küçəsindəki 56 saylı evdən olan paylarının naturada bölünüb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ev bölünərək, mülkiyyətçilər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 11,2 m2 olan 1 nömrəli otağın və 10,4 m2 olan 12 nömrəli yardımçı sahənin, Rəhimova (Məmmədova) Anaxanım Ağamirzə qızına sahəsi 15 m2 olan 2 saylı otağın və 8,8 m2 olan 11 saylı yardımçı sahənin verilməsi, 2 və 3 saylı otaqların arasındakı arakəsmənin bərpa edilməsi, eyni zamanda cavabdeh X20 2 nömrəli otaqdan köçürülməsi qət edilmişdir. Bakı Şəhər Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv olunaraq işə yenidən baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Sədrinin müavininin Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına nəzarət qaydasında verdiyi protest əsasında qəbul edilmiş xx.xx.1998-ci il tarixli 3d-6/464 nömrəli qərardadı ilə Bakı Şəhər Məhkəməsinin xx.xx.1998-ci il tarixli qərardadı ləğv edilmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli 2-972 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(006)-2878/2009 saylı qətnaməsinə əsasən ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair ünvan 9ən Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının və X11 adına verilmiş xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli qanun üzrə vərəsəliyin qəbul edilməsi barədə şəhadətnamələr ləğv edilmiş, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış xx.xx.1999-cu il tarixli hüquqi qeydiyyat ləğv edimiş, qətnamənin icrası ünvan 6 və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmə qərarlarında əksini tapmış İddiaçı adına verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh4 (9\45 hissə 1 otaq, y\s 13,5 kv.m, k/s 8,3 kv.m) adına xx.xx.2010-cu ildə, X22 (9\45 hissə 1 otaq, y\s 11,2 kv.m, k/s 10,4 kv.m) adına xx.xx.2017-ci ildə, X15 (60/540 hissə) xx.xx.2017-ci ildə, Cavabdeh5 (60/540 hissə) adına xx.xx.2017-ci ildə, İddiaçı (9/45 hissə) xx.xx.2021-ci ildə qeydiyyata alınmış, Tükəzban Fətulla qızının adına 60/540 hissə, X2 adına 36/450 hissə açıq qalmışdır. Həmçinin İddiaçı adına verilmiş «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh4 (9\45 hissə 1 otaq, y\s 13,5 kv.m, k/s 8,3 kv.m) adına xx.xx.2010-cu ildə, X22 (9\45 hissə 1 otaq, y\s 11,2 kv.m, k/s 10,4 kv.m) adına xx.xx.2017-ci ildə, X15 (60/540 hissə) xx.xx.2017-ci ildə, Cavabdeh5 (60/540 hissə) adına xx.xx.2017-ci ildə, İddiaçı (17/45 hissə) xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır Daha sonra iddiaçı X20 cavabdehlər X17 və qeyrilərinə qarşı «qanun üzrə vərəsəlik hüququna dair» şəhadətnamənin və daşınmaz əmlakın hüquqi qeydiyyatının ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə mülki işin icratına xitam verilməsi qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 2(006)-6982/2016 saylı qətnaməsindən görünür ki, A.Məmmədovun iddiası təmin edilmiş, X39 ilə Tükəzban Fətulla qızının 1920-ci ilin sentyabr ayından faktiki nikahda olmaları faktının müəyyən edilməsi, ünvan 12-ya dair Məmmədova (Abbasova) Sara Ağamirzə qızına 2\15 pay hüququ, Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızına 2\15 pay hüququ və X23 11\15 pay hüququnun müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(103)-2008/2017 saylı qərardadından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2016-cı il tarixli 2(006)- 6982/2016 saylı qətnaməsi ləğv edilərək iddiaçı Məmmədov (Məmmədli) Aydın Məmməd oğunun cavabdehlər Məmmədova (Abbasova) Sara Ağamirzə qızına qarşı faktiki nikahda olma faktının və miras payların müəyyən edilməsi tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 avqust 2017-ci il tarixli 2(102)-5615/2017 saylı qərarı ilə Bakı Apellyassiya Məhkəməsinin 03 may 2017-ci il tarixli 2(103)-2008/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(006)-1965\2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X24 cavabdehlər X16, Cavabdeh4, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun və Azərbaycan Respublikasının Əmlak şəhər Ərazi İdarəsinə qarşı «müəyyən edilmiş paylar üzrə hüquq müəyyənedici sənədlərin (çıxarışın) ləğv olunması, nikahda olma faktının müəyyən olunması, pay hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(006)-1965\2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli 2(102)-1624/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2009-cu il tarixli 2(006)-2878/2009 saylı qətnaməsinə istinad edərək ünvan 3dən X11 adına 30 oktyabr 2017-ci il tarixdə, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Məmmədova (Rəhimova) Anaxanım Ağamirzə qızının xx.xx.1999-cu il tarixdə vəfat etmiş oğlu X35 övladları Cavabdeh4 və Cavabdeh5 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya görə şəhadətnamələrin verilməsinin qanuniliyini mübahisələndirmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4186/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1220/2022 saylı qətnaməsinə əsasən ünvan 9ən X11 adına 30 oktyabr 2017-ci ildə verilmiş, həmçinin Cavabdeh4 və Cavabdeh5 21 noyabr 2017-ci il tarixdə verilmiş məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-850/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1220/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış sonuncu məhkəmə aktları ilə müəyyən edilmişdir ki, X11 adına 31 oktyabr 2017-ci il tarixdə, həmçinin Cavabdeh4 və Cavabdeh5 21 noyabr 2017-ci iltarixdə məcburi paya görə şəhadətnamələr verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, qeyd edilən paya münasibətdə vəsiyyətnamə mövcud olduğu halda digər vərəsələrin qanun üzrə vərəsə ola bilməməsi və məcburi pay hüququ olan şəxslərin dairəsinə aid olmadığı nəzərə alınmamışdır. Bu hal qanunu qüvvəyə minmiş məhkəmə aktı ilə də tanınmışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(006)- 2878/2009 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, mərhum Tükəzban Fətulla qızının ünvan 12 ünvanda yerləşən şəxsi mənzilini bərabər dərəcədə X14 və X23 notarial qaydada ünvan 3dən xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsi qüvvədə olduğu üçün qanunvericiliyin tələbinə görə miras mülkə dair qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilərdi. Hazırki iş üzrə məhkəmə hesab edir ki, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri də verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “Notariat haqqında” Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmçinin də məhkəmə hesab edir ki, qeyd edilən “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələri verilərkən notariat tərəfindən nəzərə alınmamışdır ki, qeyd edilən paya münasibətdə vəsiyyətnamə mövcud olduğu halda digər vərəsələrin qanun üzrə vərəsə ola bilməməsi və ünvan 3dən xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnaməsi qüvvədə olduğu üçün qanunvericiliyin tələbinə görə miras mülkə dair qanun üzrə vərəsəlik yarana bilməzdi və ölmüş şəxsin əmlakı yalnız vəsiyyət üzrə vərəsələrə keçə bilməsi qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə də tanınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə müvafiq olaraq bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Məhz bu prinsipi əsas götürərək məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə hazırkı işdə mübahisələndirilən şəhadətnamələrin etibarsızlığı ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilməli və Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri də etibarsız sayılmalıdır. Məhkəmə həmin şəhadətnamələr əsasında verilmiş DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışın ləğvi ilə bağlı tələbi üzrə qeyd edir ki, sonuncu dəfə mübahisəli əmlaka dar 13 saylı dövlət notariat kontoru tərəfindən verilmiş yuxarıda adlarını qeyd etdikləri vərəsəlik şəhadətnamələri əsasında (məcburi və qanun üzrə) sonuncuların adına yeni çıxarış verilərkən Cavabdeh4 payı 9/45, Sara Abbasovanın payı 60/540, Cavabdeh5 payı 60/540 və onun 17/45 hissədə müəyyən edilməsi düzgün olmamışdır. Məhkəmə hesab edir ki, sözügedən çıxarış həmin etibarsız vərəsəlik şəhadətnamələri əsasında verildiyindən onun bir hissəsi hazırda etibarsız sayıldığından, eləcə də digər hissəsi də etibarsız olduğundan, yəni hər iki (məçburi pay və qanun üzrə) vərəsəlik şəhadətnamələri qanunvericiliyin tələblərinə zidd olduğundan onun əsasında verilən çıxarış da yalnız şəhadətnamələrdə adları qeyd edilmiş şəxslərə və iddiaçıya münasibətdə olan hissələrdə ləğv edilməlidir (sözügedən çıxarışda qeyd edilən Həmidə Abasovanın payına qarşı tələb irəli sürülməmiş, o iş üzrə tərəf deyildir). Məhkəmə iddia tələbinin cavabdeh ”ArchiCo” MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m və yaxud onun hazırki bazar dəyəri olan 60.000 (altmış min) manat məbləğində pulun cavabdeh ”ArchiCo” MMC-dən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, iddia tələbin həmin hissəsindən görünür ki, iddiaçı iddia edir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası əsassında Sara Abbasova və Cavabdeh5 mübahisəli çıxarışda göstərilən hər birinə məxsus 60/540 hissə payları nəzərə alınmaqla onun ilkin müqaviləsi etibarsız hesab edilmiş, həmin şəxslərə məxsus payın isə ümumilikdə 30.kv.m olmaqla ”ArchiCo” MMC tərəfindən iddiaçının payından qeyd edilən hissə çıxılmaqla müvafiq olaraq həmin hissə üçün əlavə şirkətə ödəniş edilmişdir. Cavabdeh təşkilat tərəfindən daxil olan etirazda isə qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən müqavilələr etibarsız edildikdən sonra İddiaçı ilə özünün seçimi, istəyi ilə razılığı ilə yeni müqavilələr (xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli) bağlanmışdır. Müqavilələrin şərtlərinə görə ümumi tikinti sahəsi 140.74 kv.m təşkil edən fərdi yaşayış evinin İddiaçı istifadəsində olmasını nəzərə alaraq ona həmin evin qarşılığında Şirkət tərəfindən ona Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi, ev 10, (B2 bina), 2-ci mərtəbəsində yerləşən ümumi tikinti sahəsi 120.37 kv.m təşkil edən, təmirsiz, 3 otaqlı, 93 nömrəli və həmin mərtəbədə yerləşən 2 otaqlı, ümumi tikinti sahəsi 83.84 kv.m təşkil edən təmirli, 2 otaqlı 95 nömrəli mənzillər verilmiş və əlavə olaraq 41.000 manat pul ödənilmişdir. Qeyd edilən faktlar müqavilələrdə öz əksini tapmış və İddiaçı həmin müqavilələri imzalamaqla bunları təsdiq etmişdir. Məhkəmə işin faktiki hallarını həmin hissədə də, araşdıraraq müəyyən etmişdir ki, həqiqətən hazırda mübahisələndirilən sözügedən çıxarış əsasında İddiaçı müqaviləsi etibarsız hesab edilərkən digər şəxslərin yəni konkret olaraq Sara Abbasova və Cavabdeh5 pay hüquqlarının İddiaçı tərəfindən cavabdeh şirkətlə müqavilə bağlanarkən nəzərə alınmadığı və onların paylarına olan nisbətdə hüquqlarının pozulması əsas götürülmüşdür ki, sonuncuların paylarına nəzərə alındıqda nəticə etibarı ilə bu İddiaçı həmin çıxarışda olan payının azalmasına və cavabdeh şirkətlə bağladığı sonrakı müqavilədə olan pay hüququnun azalmasına gətirib çıxarmışdır. Belə ki, S.Abbasova və F.Abbasovanın sözgedən payının mübahisələndirilən çıxarışa əsasən müəyyən edilir ki, hər birinə münasibətdə, bu pay 113,30 kv.m –in 60/540 kv.m hissəsi 12,5 kv.m təşkil edir. Sara Abbasova və Cavabdeh5 hərəsinin ayrılıqda 12,5 kv.m-in cəmi 25 kv.m edir ki, cavabdeh şirkətin 20% ilə verdiyi sahə də nəzərə alındıqda bu 30 kv.m təşkil edir. Bu baxımdan iddianın həqiqətən S.Abbasova və F.Abbasovanın payının ümumilikdə 30 kv.m təşkil etdiyi nəzərə alındıqda həmin payın İddiaçı hesabından çıxıldığı tam təsdiqini tapır. Bu mənada məhkəmə qeyd edir ki, əks halda qanuni qüvvəsini almış cavabdeh şirkətin və üçüncü şəxslərin iddialarını təmin edən Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2020-ci il tarixli qətnaməsinin heç bir hüququ mənası və əhəmiyyəti olmazdır. Belə ki, elə sözügedən qətnamənin əsasını məhz S.Abbasova və F.Abbasovanın ümumilikdə mübahisəli çıxarışa əsasən müəyyən edilən 30 kv.m payının nəzərə alınmalı olması və onların pozulmuş pay hüququnun bərpa edilməli olması təşkil edir. Həmçinin işin faktiki hallar və o cümlədən tərəflər arasında bağlanmış ilkin və sonrakı müqavilələr qarşılıqlı əlaqədə araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh şikrət arasında olan sonuncu xx.xx.2021-ci il tarixli, 344/S/D1 nömrəli və xx.xx.2021-ci il tarixli, 345/S/D1 nömrəli müqavilə daha əlverşsiz şərtlərlə bağlanmış, buda S.Abbasova və F.Abbasovanın yuxarıda göstərilən 30 kv.m payının İddiaçı ilə bağlanan hazırkı müqavilədə İddiaçı payından çıxılması hesabına həyata keçirildiyini göstərir. Belə ki, məhkəmə iclasında İddiaçı tərəfindən həmin hissədə bildirilmişdir ki, o, yeni müqavilə bağlayarkən məhz onun payından cavabdeh şirkət tərəfindən çıxılan 30 kv.m payın əvəzində təqdim edilən mənzillərdən birinin təmirsiz olması (hansı ki, ilkin müqavilədə hər iki mənzil təmirli təklif edilmiş), digər halda isə müvafiq şirkət tərəfindən ona ödənilməli olan kompensasiyadan imtinası hesabına razılaşmışdır. Məhkəmə həmçinin onuda nəzərə alır ki, qeyd edilən hal isə cavabdeh şirkət tərəfindən etirazda heç bir münasibət bildirilməmişdir. Məhkəmə hazırda iddiaçının tələb etdiyi 30.0 k.m payını geri qaytarılmasını mümkün hesab etmədiyindən onun hazırkı bazar dəyərinin qaytarılmasını əsaslı hesab edir. Belə ki, mübahisəli ünvanın yerləşdiyi ərazi üzrə hər bir kv.m-nin bazar dəyəri hesabı ilə (2000 manat götürüldükdə isə bu məbləğ 30.0 kv.m x 2000= 60000 manat) təşkil edir. Beləliklə də, məhkəmə hesab edir ki, Sara Abbasova və Cavabdeh5 həmin əmlaka paylarını qanunsuz şəhadətnamələr əsasında əldə etmələrinə və onların etibarsız olduğundan, hazırda cavabdeh MTK ilə iddiaçı arasında artıq həmin çıxarışlarda göstərilən sahələr üzrə müqavilələr bağlanması nəzərə alınmaqla iddiaçı onların paylarına nisbətdə ’’ArchiCo” MMC tərəfindən onun azaldığından şirkət tərəfindən onun payından çıxılmış 30 kv.m qaytarılması real olmadağından sözügedən sahənin hazırda bazar dəyəri olan 60.000 manat məbləğində pul MTK –dan geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Qeyd olunan Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2-V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız sayılmalı, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışı İddiaçı, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 hissələrində ləğv edilməli, Cavabdeh1 MMC tərəfindən iddiaçının payından çıxılmış 30 kv.m-in hazırki bazar dəyəri olan 60.000 manat məbləğində pul Cavabdeh1 MMC-dən alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/202 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli, 2-V/188 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli, 2-V/189 reyestr nömrəsi ilə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli 2- V/200 reyestr nömrəsi ilə qeydə alınmış 21 noyabr 2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri etibarsız sayılsınlar. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********774-10301 reyestr nömrəli çıxarışı İddiaçı, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh4 hissələrində ləğv edilsin. Cavabdeh1 MMC tərəfindən İddiaçı payından çıxılmış 30 kv.m hazırki bazar dəyəri olan 60.000 manat məbləğində pul Cavabdeh1 MMC-dən alınaraq ona ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar