Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1542/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlunun cavabdeh LPO “X3” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlunun cavabdeh LPO “X3” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, hazırki iddia tələbi ilə bağlı mübahisəyə Sumqayıt şəhər Məhkəməsində 13 aprel 2015-ci il tarixli 2(060)-2907/2015 saylı qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsi 06 yanvar 2016-cı il tarixli, 2(105)-97/2016 saylı qətnamələr ilə hüquqi qiymət verilmiş və qeyd olunan qətnamələr qanuni qüvvəsini almışdır. Həmin qətnamələrdə 06 may 2013-cü il tarixli ipoteka müqaviləsinə münasibət bildirilmişdir. Mülki işin materiallarında olan qanuni qüvvəsini almış Sumqayıt şəhər Məhkəməsinin 13.04.2015-ci il tarixli, 2(060)-2907/2015 saylı qətnaməsindən görünür ki, “X3” ASC-nin iddiası qismən təmin olunmuş, müvafiq borcun ipoteka predmetinə yönəldilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 06 yanvar 2016cı il tarixli qətnaməsi çıxarılarkən X1 hüquqi varisi sadıqova Güllü Kərəm qızı məhkəmə iclasında iştirak etmiş, həmçinin sonuncu məhkəmə tərəfindən isə hazırki İddiaçı1 məhkəmənin vaxtı və yeri barədə məlumat verilmişdir. Hətta apellyasiya şikayətini verən həmçinin hazırki İddiaçı1 olmuş və onun şikayəti əsasında sonuncu məhkəmə qətnaməsi qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qeyd olunan mübahisəyə məhkəmələr tərəfindən artıq hüquqi qiymət verilmiş və çəkişmə prinsipinə riayət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlunun cavabdeh LPO “X3” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki işin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğlunun cavabdeh LPO “X3” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçılar İddiaçı1 və İddiaçı2 Ziyadxan oğluna rəsmi qaydada verilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1542/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1542/2022
27.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver