Məhkəmə qərarları › İş №2(006)-1557/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1557/2024

01.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1557/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxs Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1, 9 saylı notariat ofisinə və üçüncü şəxs Cavabdeh2 qarşı "alqısatqı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 qarşı "alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,02355ha torpaq sahəsi və üzərində tikilmiş 397,8 kv.m olan yaşayış evinə dair xx.xx.2015-ci il tarixdə verilmiş Bakı şəhəri 31 saylı DNK-nın 4Ə-105 reyestr nömrəli alqısatqı müqaviləsini etibarsız hesab edilməklə, ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırımışdır ki, o, İddiaçı xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2 xx.xx.2018-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. O, bacısı X4 ilə birlikdə yaşayış yeri olmadığı üçün kirayədə yaşayırlar. Atası sağlığında ünvan 1 ünvanda yerləşən 0,02355 ha torpaq sahəsini və üstündə tikilən 397,8 kv.m evi öz adına rəsmiləşdirərək xx.xx.2012-ci il tarixdə ƏMDK yanında DƏDRX-dən çıxarış da almışdır. Atası Cavabdeh2 ilə iş birliyi qurmuş, ona 10000 (on min) manata yaxın borcu yaranır. Atası yaranmış borcu ödəməkdən ötrü cavabdehdən vaxt istəyir. Lakin Cavabdeh2 polislərlə əlaqəyə girərək DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət edir. İş birliyi zamanı yaranmış, yəni mülki xarakter daşıyan işi BMCQMİ-si araşdırılır və atası orada bərk incidilərək, fiziki təqyiqlər olur, bildirirlər ki, “siz cavabdehə əmlaka dair etibarnamə verməlisiniz”. Atası qorxaraq, məcbur qalaraq borcundan 10 dəfələrlə çox, yəni 80-100 minlik dəyərində olan əmlakına (evi) dair cavabdehə etibarnamə verir. Onunla razılığa gəlir ki, borcu qaytarır, etibarnaməni ləğv edəsiniz. Razılığa gələndən sonra xx.xx.2015-ci il tarixdə 9 saylı notariat kontorunda Cavabdeh2 əmlaka dair etibarnamə verir. İki aydan sonra cavabdeh atasının inamından sui-istifadə edib aldadaraq, atasının xəbəri olmadan xx.xx.2015-ci il tarixində atasının adına olan daşınmaz əmlakı, yəni 0,02355 ha torpaq sahəsini və 397,8 kv.m2 olan evi X5 etibarnamə əsasında satır. X7 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, qanun üzrə vərəsəsi Cavabdeh1 müəyyən olunmuş və 9 saylı notariat ofisində vərəsəlik işi xx.xx.2023-cü il tarixdə açılmışdır. Atası bu xəbəri eşidəndən sonra xəstəlik tapır, 2 il xəstə yatır, xx.xx.2018-ci ildə vəfat edir. Atasının ölümünə səbəb cavabdehin qanunsuz hərəkətəri olmuşdur. Ona görə də o, 7 saylı xüsusi notariat ofisinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə atasının vərəsəsi olması barədə vərəsəlik işi açılmışdır. Alqı-satqı vaxtı onun, bacısının və anasının razılığı alınmamışdır. Hüquqları həm 31 saylı notariat ofisi tərəfindən, həm də 3-cü şəxs tərəfindən kobudcasına pozulmuşdur. 3-cü şəxs Cavabdeh2 notariusda verdiyi ərizədə bir daha bildirmişdir və yazılı formada ərizə yazıb qoyaraq bildirib ki, alqı-satqı ilə bağlı yaranmış problemin həllini öz üzərinə götürmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmiş və işin təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil Gülməmməd oğlu iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı məqsədli şəkildə belə bir iddia qaldırmışdır, belə ki, İddiaçı Cavabdeh2 (X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsilə ilə rədd edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Cavabdeh 9 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh 9 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-273/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 (X7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə diqqətə çatdırır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 273/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə rədd edilmiş tələb hazırkı iddia tələbi eynilik təşkil etdiyindən, həmin iş üzrə eyni tərəflər və eyni əsaslarla çıxış edildiyindən bununla bağlı qüvvədə olan məhkəmə qətnaməsi olduğu üçün məhkəmə həmin tələbə münasibətdə yeni qərar qəbul edə bilməz. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh1, 9 saylı notariat ofisinə və üçüncü şəxs Cavabdeh2 qarşı "alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, 9 saylı notariat ofisinə və üçüncü şəxs Cavabdeh2 qarşı "alqısatqı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: 506, ödəniş tarixi: xx.xx.2023, saat: 11:47) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar