Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1559/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclas katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X4 maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi Cala qızı maraqlı şəxs X7 ilə xx.xx.2015-ci il tarixində rəsmi nikaha daxil olmuş və 073990 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin nigahdan xx.xx.2018-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, 417869 saylı şəhadətnamənin surətindən də aydın görünür ki, Ərizəçi ilə maraqlı şəxs arasındakı nikaha xitam verilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov məhkəməsinin 2(005)—292/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs ümumilikdə 170 manat alimentin tutulması qət edilmişdir. Ərizəçi tərəfindən alimentin artırılması tələbi ilə Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə mediasiya tələbi göndərilmiş və tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Sözügedən barışıq sazişinə görə Maraqlı şəxs ilə birgə nikahadan doğulmuş xx.xx.2018-ci il təvvəllüdlü X1 görə 220 manat məbləğində alimenti ərizəçinin təqdim etdiyi karta ödəməyi öhdəsinə götürmüş və alimentin hər ayın 10-undan gec olmayaraq ödənilməsi razılaşdırılmışdır. Eyni zamanda maraqlı şəxs razılaşdırılmış alimenti mart ayında ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinin təmin edilməsini, onunla Maraqlı şəxs arasında bağlanmış sazişin təsdiq edilməsini, hər ay icra şöbəsi vasitəsilə ona ödənilməli alimentin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs imkanı daxilində ödənişləri həyata keçirdiyini bildirmişdir, barışıq sazişinin təsdiq edilməsinə etiraz etməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X5 adlı bir uşağı vardır. Bakı şəhəri 12 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, Barışıq Sazişinə əsasən, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər: - Maraqlı şəxs bu müqavilə imzalandığı tarixdən birgə nikahdan doğulan X2 üçün hər ayın 10-dan gec olmayaraq 220 AZN məbləğində alimenti Ərizəçi Cala qızının "xxxx" ASC-də olan kart hesabına ödəməyi götürür Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Cəlal qızının Maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi Cəlal qızı ilə Maraqlı şəxs arasında bağlanmış Bakı 12 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki halda tərəflər arasında alimentlə bağlı münasibətlər üzrə bağlanmış barışıq sazişində müəyyən edilmiş tarix nəzərə alınmaqla aliment tutulması xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə «sazişin məcburi icrası üçün təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. - Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri, Yasamal rayou 12 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 1-ci bəndi: “Maraqlı şəxs bu müqavilə imzalandığı tarixdən birgə nikahdan doğulan X2 üçün hər ayın 10-dan gec olmayaraq 220 AZN məbləğində alimenti Ərizəçi "xxxx" ASC-də olan kart hesabına ödəməyi öhdəsinə götürür.”- təsdiq olunsun. Alimentin tutulması (ödənilmiş aliment məbləğləri çıxılmaqla) xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1559/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1559/2024
08.02.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver