Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-156/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X2, İddiaçı3 nümayəndəsi X3, Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2SC-yə və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Nəsrulla oğlu, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Cavabdeh2 ASC-yə, Cavabdeh3 MTK-ya və Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №-li "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqavitləsi"nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, eləcə də cavabdehlər "xxxx" ASC və "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40A ünvanda yerləşən kooperativ bina sakinlərinin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40A ünvanda yerləşən kooperativ binada yaşayırlar ki, binanın mənzillərini “Bəm-Bəyaz" MTK-dan fərdi müqavilələr əsasında əldə etmişlər. Həmin kooperativ rəhbərliyi ilə aralarında mənzil-məişət məsələləri, o cümlədən liftdən istifadə, binanın yerləşdiyi həyət ərazisinə şəxsi maşınlarla giriş-çıxış və onların saxlanması, habelə kommunal xidmətlərlə bağlı mübahisələr baş vermişdir ki, həmin mübahisələr üzrə məhkəmə çəkişmələri olmuşdur. Həmin çəkişmələrin nəticəsi olaraq sakinlərin həyət ərazisinə şəxsi maşınlarla giriş-çıxışına və onların həyətdə saxlanmasına, eləcə də liftdən istifadəyə məhdudiyyət aradan qaldırılsa da, bundan sonra yeni bir üsula əl atılmış, maşınların həyətdə saxlanmasına yalnız ödənişli əsaslarla icazə verilmişdir. Habelə, sakinlərin binanın həyətində istirahət və gəzintisi "xxxx" ASC-nin, eləcə də "xxxx" MTK-nın binada və binanın həyətində hegemonluq və özbaşınalıq edən əməkdaşları tərəfindən bütünlüklə məhdudlaşdırılmışdır. Hətta özbaşınalıq o yerə gəlib çatmışdır ki, XXİ əsrdə yaşadıqları halda, dövlət tərəfindən insanların rifah və yaşayışının yüksək səviyyədə təmin edilməsi istiqamətində mütərəqqi islahatlar həyata keçirildiyi bir dövrdə, bina ərazisindəki istirahət yerlərinin ətrafına məftillər çəkilmiş və s. xoşagəlməz maneələr yaradılmışdır. Hələ 2021-ci ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində gedən çəkişmə zamanı "xxxx" MTK-nın səlahiyyətli nümayəndələri binanın yerləşdiyi torpaq sahəsinin və ətraf ərazilərin kooperativə yox, "xxxx" ASC-yə məxsus olduğunu bəyan etmiş və öz dəlillərinin əsası kimi kooperativ binanın tikintisi üçün əsas olmuş sənədlərin toplusunu məhkəməyə təqdim etmişlər. Həmin sənədlərdən məlum olmuşdur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 107 saylı Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 01-04/69 saylı razılıq məktubu, "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli 24 saylı müraciəti və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2005-ci il tarixli, 04/1370 saylı məktubu nəzərə alınaraq, Nəsimi rayonu Xətai prospekti, 787-ci məhəllədə, qeyri-yaşayış sahəsinin tutduğu 0,3 ha torpaq sahəsində yaşayış binasının layihələndirilməsi və tikintisi üçün "xxxx" ASC-yə icazə verilmişdir. Sonradan isə "xxxx" ASC ilə "xxxx" MTK arasında imzalanmış xx.xx.2007-ci il tarixli podrat müqaviləsi əsasında həmin 0,3 ha-dan ibarət ərazinin hüdudları daxilində yaşadıqları çoxmənzilli yaşayış binası inşa edilmişdir. Habelə məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA Seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışdan məlum olmuşdur ki, Bakı şəhəri, Xətai prospekti 40A ünvanda yerləşən 0,97573 ha (yəni 9757,3 kv.m) torpaq sahəsi (həmin sahəyə kooperativ binanın yerləşdiyi 0,3 ha torpaq sahəsi də daxildir) "xxxx" ASC-nin (əvvəlki adı "Xarici turizm" Avtomobil kombinatı) mülkiyyətindədir. Eləcə də məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, göstərilən 0,97573 ha (yəni 9757,3 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqverici sənəd "xxxx" ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №-li "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi" olmuşdur. Göstərilən səbəblərdən, yəni yaşadıqları kooperativ binanın yerləşdiyi torpaq sahəsi kooperativ üzvlərinin xəbəri və razılığı olmadan özgəninkiləşdirildiyinə, bununla da sakinlərin yaşayış binası və ətraf torpaq sahəsi üzərində sahiblik və istifadə huquqları pozulduğuna görə "xxxx" ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №-li "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi"nın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2021-ci ildə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2- 1(112)-3099/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2- 1(103)-1931/2022 saylı qərardadı ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin iş üzrə qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin göstərilən qərardadından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 noyabr 2022-il tarixli, 2-1(102)-1769/2022 saylı qərardadı ilə təmin edilməmişdir. Eyni zamanda həmin qərardadda göstərilmişdir ki, "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının hazırkı qərarın 20ci bəndində sadalanan bəndlərinə görə dövlət hakimiyyəti orqanları xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s. irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırkı işdə cavabdeh inzibati orqan olsa da, o, üçüncü şəxslə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamışdır və 10 aprel 2015-ci il tarixli 4 nömrəli Plenum qərarına əsasən alqı-satqı müqaviləsindən irəli gələn mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Torpaq sahəsi ilə bağlı alqı-satqı müqavilələri üzrə yaranan mübahisələr inzibati məhkəmə icraatının predmetini təşkil etmədiyindən mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur. İPM-in 96.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslar üzrə düzgün olduğundan, Ali Məhkəmə şikayəti təmin etmədən, qərardadı dəyişdirmədən saxlayır. İddiaçılara izah edilir ki, alqı-satqı müqaviləsinin mübahisələndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələrinə müraciət edə bilərlər." (qərarın 27-30-cu bəndləri). Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir və aşağıdakılara əsasən hesab etmişlər ki, "xxxx" ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №-li "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi" və onun hüquqi nəticələri etibarsız hesab edilməli, habelə kooperativ bina sakinlərinin həyətdən istifadə hüquqlarının məhdudlaşdırılımasına son qoyulmalıdır. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən "Xarici turizm" Avtomobil kombinatına (hazırki "xxxx" ASC) verilmiş Texniki Pasportdan görünür ki, yuxarıda göstərilən ərazidə həmin kombinata məxsus qeyri-yaşayış obyektinin yerləşdiyi ərazinin ümumi sahəsi 5419,5 kv.metrdən (o cümlədən əsas sahə 3395,8 kv.m, köməkçi sahə 2023,7kv.m) ibarətdir. Lakin, buna baxmayaraq, kombinatın hüquqi varisi olan "xxxx" ASC-nin mülkiyyətində yuxarıda göstərilən Çıxarışla 0,97573 ha, yəni 9757,3 kv.m. torpaq sahəsi olduğu müəyyən edilir. Digər tərəfdən, "xxxx" ASC-yə məxsus olan torpaq sahəsinin ölçüsünün 5419,5 kv. metr olması faktı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 278/2013 saylı xx.xx.2013-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə də müəyyən edilmişdir. Həmin qətnamədən görünür ki, "xxxx" ASC-yə məxsus 5419,5 kv.m. hasarlanmış qeyri-yaşayış sahəsi “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşmüş və bununla da məhkəmə qətnaməsinə əsasən ASC-yə həmin sahənin sökülməsinə görə kompensasiya olaraq 4.587.000 (dörd milyon beş yüz səksən yeddi) manat məbləğində pulun ödənilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Belə olan halda 4337,8 kv.m (9757,3- 5419,5=4337,8) ölçüdə əlavə torpaq sahəsinin hansı əsasla "xxxx" ASC-yə verildiyi məlum deyil. Göründüyü kimi, sözügedən 4337,8 kv.m artıq torpaq sahəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xitməti tərəfindən "xxxx" ASC-yə qanunsuz olaraq satılmış və özəlləşdirilmişdir. Hansı ki, yuxarıda qeyd edildiyi kimi, binanın yerləşdiyi torpaq sahəsi və ətraf ərazi yüklü olmuş, yəni mənzil mülkiyyətçilərinin sahiblik və istifadə hüquqlarının obyekti olmuşdur. Ən acınacaqlısı isə odur ki, hətta binanın su anbarının yerləşdiyi ərazi də göstərilən alqı-satqı müqaviləsi nəticəsində "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir ki, bütün bu hallar mənzil qanunvericiliyinin müddəaları ilə ziddiyyət təşkil edir. Lakin yuxarıda sadalanan xüsusatlardan və əlaqəli sənədlərdən göründüyü kimi, yaşyış binası "xxxx" ASC-yə məxsus 0.5419,5 ha torpaq sahəsinin 0.3 ha hissəsində inşa edildiyi halda, həmin cəmiyyətin qanuni istifadəsində qalan boş torpaq sahəsi 2419,5 kv.m. təşkil etməli (5419,5 kv.m - 3000,0 kv.m (0,3 ha)=2419,5) və yalnız həmin sahə sonradan satınalmanın və özəlləşdirmənin obyekti ola bilərdi. Başlıca məqamlardan biri də odur ki, yerində ölçmə işləri aparılan zaman binanın "xxxx" ASC-yə məxsus 5419,5 kv.m topraq sahəsindən 50 metr aralıda tikildiyi, yəni binanın zəbt edilmiş dövlətə məxsus torpaq sahəsində inşa edildiyi halı da müəyyən edilmişdir. Göründüyü kimi, "xxxx" ASC, nəticə etibarilə Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda göstərilən xx.xx.2005-ci il tarixli 107 saylı Sərəncamının tələblərini pozmuş, binanın tikintisi üçün təqdim etməli olduğu 0.3 ha torpaq sahəsini özündə saxlamış və bütün bunlar azmış kimi, əlavə olaraq 0.4 ha dövlət torpaq sahəsini zəbt edərək öz xeyrinə özəlləşdirmiş, bununla da qanuni istifadəsində olan 5419,5 kv.m (0.5419,5 ha) topraq sahəsi azalaraq 2419,5 kv.m. təşkil etməli olduğu halda, birdə-birə 9757,3 kv.m. (0.9757,3 ha) olmuşdur ki, bütün bunlar sözügedən alqı-satqı müqaviləsinin qanuni əsaslar olmadan bağlandığına, habelə həmin müqavilənin kooperativ bina sakinlərinin mülkiyyətçi hüquqlarına zidd olmaqla bağlandığına də'alət edir. Göstərilən hallara və xüsusatlara əsasən hesab etmişlər ki, "xxxx" ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №-li "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi" və onun hüquqi nəticələri etibarsız edilməli, sakinlərin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyət qanunsuz hesab edilməlidir. Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar bundan əvvəl də eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən 2-1(112)-3099/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadla onların subyektiv hüquqlarının olmaması əsası ilə iddiaları qeyri-mümkün hesab edilmiş, məhkəmənin həmin qərardadından iddiaçılar tərəfindən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilsə də, hər iki şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hüquqların müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulması, eləcə də bununla bağlı tələb etmək hüqunun olmasını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən iddiaçıların mübahisələndirdiyi müqavilə ASC ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlandığından, iddiaçılar həmin müqavilənin tərəfləri olmadığından və həmin müqavilənin iddiaçılara hər hansı aidiyyəti olmadığından onların hazırkı iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüquqları yoxdur ki, bu da həmin tələbin rədd edilməsi üçün əsasdır. İddiaçıların digər tələbləri ilə bağlı isə aşağıdakıları məhkəmənin diqqətinə çatdırırıq: Belə ki, eyni iddiaçılar bundan əvvəl də digər tələblərlə yanaşı, hazırkı-ikinci tələblə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(006)-1146/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların iddiası qismən təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 a ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi Cavabdeh3 MTK-ya qadağan edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə hazırda qüvvədədir. Həmin Qətnamədə Məhkəmə aşağıdakıları müəyyən etmişdir: “Hazırda iddiaçılar MTK-ya məxsus ərazidə törədilən maneələrin aradan qaldırılmasını tələb etmək üzrə subyektiv hüquqa malik olsalar da, MTK-ya aid olmayan ərazidə hər hansı hərəkətlərin həyata keçirilib-keçirilməməsinə məhdudiyyətin qoyulmasına dair iddiaları irəli sürməkdə haqlı sayıla bilməzlər. Belə ki, məhkəmə araşdırması zamanı yaşayış binasının yerləşdiyi əraziyə bitişik torpaq sahəsinin Cavabdeh2 ASC-yə məxsus olması müəyyən edilmişdir. İş üzrə iddiaçıların isə, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla onlara məxsusluğu müəyyən edilməmişdir.” İddiaçıların ikinci əsas tələbinin digər hissəsi isə bununla bağlıdır ki, guya binanın sakinlərinin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə məhdudiyyətlər qoyulur. İddiaçıların bu tələbi mücərrəd olub, konkret olaraq hansı məhdudiyyətlərin qoyulduğu, “xoşagəlməz maneələrin” nədən ibarət olması göstərilməmiş, sadəcə guya istirahət yerinin ətrafına məftillər çəkilməsi vurğulanmışdır. İddiaçılar guya bu tələblərinin təsdiqi kimi iddia ərizəsinə çox kiçik ölçülü fotoşəkillər əlavə etmişlər ki, həmin şəkillərdən heç nəyi müəyyən etmək mümkün deyil. Bu halla bağlı məhkəmədə aydın təsəvvür yaranması üçün iddiaçılardan fərqli olaraq həmin şəkillərdə əks olunmuş oturacaqların daha böyük vəziyyətdə və müxtəlif istiqamətlərdən şəkilləri çəkilmişdir. Yuxarıda istinad olunan qüvvədə olan qətnamə ilə də müəyyən olunduğu kimi iddiaçıların sakini olduğu yaşayış binasının yerləşdiyi əraziyə bitişik torpaq sahəsi ASC-yə məxsusdur. İddiaçıların isə, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsi hər hansı hüquqla onlara məxsus deyil. İddiaçıların göstərməyə çalışdığı iki oturacaq da ASC-yə məxsus torpaq sahəsində quraşdırılmaqla, şəkillərdən də göründüyü kimi biri ümumiyyətlə, həyətin ən küncündə, digəri isə qıraqda olmaqla, MTK sakinlərinə hər hansı aidiyyəti yoxdur. Məftillər isə ancaq ümumi həyətin kənar hissələrinə çəkilə bilər ki, o da mühafizəni təmin etmək və həyətdəki uşaqların əsas maşın yoluna-şoseye çıxmasının qarşısının alınması, onların qorunması üçündür. Beləliklə, qeyd olunanlardan göründüyü kimi iddiaçıların MTKya aid sahədə istənilən qanunauyğun hərəkətinə hər hansı məhdudiyyətlər qoyulmur və iddiaçıların həmin tələbləri əsassız olmaqla, sadəcə məhz onların cavabdehlərə qarşı illərdir davam edən qərəzlərindən başqa bir şey deyildir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında İddiaçı3 nümayəndəsi X5 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. İddiaçılar İddiaçı2 Nəsrulla oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və İddiaçı9 məhkəmə iclasında iştirak etməmişlərdir. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Cavabdeh3 MTK-ya və Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlarn nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlərdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki iş onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh2 ASC arasında xx.xx.2011-ci il tarixdə bağlanmış "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi” №3170 müqavilədən görünür ki, həmin müqavilə xx.xx.2009-cu il tarixli 504 saylı X1 Reyestrinə əsasən alıcının adına qeydiyyata alınmış Bakı şəhəri Nəsimi rayonu, Ş.İ.Xətai prospekti 42 ünvanda qeyri-yaşayış binasının istifadəsində olan 9757.3 kv.m torpaq sahəsinin 257593 manata satması, alıcının isə həmin torpaq sahəsinin tam dəyərinin ödənilməklə satın alması haqqında bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 a ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi və lift-kart sisteminin quraşdırılması "xxxx" MTK-ya qadağan edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2005-ci tarixdə verilmiş istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 05/330 saylı Ayrıc Aktından görünür ki, Cavabdeh2 ASC-yə yaşayış binalarının tikintisi və layihələndirilməsi üçun Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə qeyriyaşayış sahəsinin yerində ayrılmış torpaq sahəsinin sərhəd xətləri və koordinatları müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 27 aprel 2005-ci il tarixli 107 nömrəli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 ASC-yə Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə, qeyri-yaşayış sahəsinin tutdığu 0,3 torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi və tikintisinə həmin cəmiyyətə icazə verilmişdir. İş materiallarında olan sifarişçi Cavabdeh2 ASC ilə icraçı "xxxx" MTK arasında xx.xx.2005-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 27 aprel 2005-ci il tarixli 107 nömrəli Sərəncamı ilə Cavabdeh2 ASC-yə özünəməxsus torpaq sahəsində çoxmənzilli yaşayış binasının layihələndirilməsinə və tikintisinə razılıq verilməsi qeyd edilməklə həmin müqavilə ilə Cavabdeh2 ASC özünəməxsus Bakı şəhəri Xətai prospekti 787-ci məhəllədə olan 0.3 hektar sahədə yaşayış binasının tikintisinin "xxxx" MTK-ya həvalə edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan Cavabdeh2 ASC ilə Cavabdeh3 MTK arasında xx.xx.2007-ci il tarixdə bağlanmış podrat müqaviləsinin surətindən görünür ki, həmin müqavilə tərəflərin Bakı şəhəri İ.H-nin başçısının xx.xx.2005-ci il tarixli 107 saylı sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu Xətai pr. 42- (787-ci məhəllə) 3000 kv.metr torpaq sahəsində yaşayış binasının tikintisi ilə əlaqədar fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdəsinə götürməsi, yaşayış binasının tikintisini Cavabdeh2 ASC-nin sifarişi əsasında Cavabdeh3 MTK-nın həyata keçirməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanda sahəsi 0.97573 ha olan xüsusi mülkiyyət olaraq Cavabdeh2 ASC-yə məxsusdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda sahəsi 57.6 kv.m olan xüsusi mülkiyyət İddiaçı6 məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanda sahəsi 56.2 kv.m olan xüsusi mülkiyyət İddiaçı7 məxsusdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanda olan xüsusi mülkiyyət İddiaçı4 məxsusdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 10 ünvanda sahəsi 96.9 kv.m olan xüsusi mülkiyyət İddiaçı2 Nəsrulla oğluna məxsusdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 11 ünvanda sahəsi 138 kv.m olan xüsusi mülkiyyət İddiaçı3 məxsusdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 12 ünvanda sahəsi 147 kv.m olan xüsusi mülkiyyət İddiaçı1 məxsusdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 13 ünvanda sahəsi 97.1 kv.m olan xüsusi mülkiyyət İddiaçı8 məxsusdur. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 16 yanvar 2024-cü il tarixli, 3-21-3-30/2-2783/2024 saylı mütəxəssis rəyinə əsasən, 15 iyul 1997-ci il tarixli Texniki Pasport əsasında "Xarici Turizm” Avtomobil kombinatına (hüquqi varisi "xxxx" ASC) məxsus, ümumi sahəsi 0,97573 ha olan torpaq sahəsinin hüdudları daxilində yerləşmiş 5419,5 kv.m qeyri-yaşayış sahəsinin söküldüyü, faktiki vəziyyətdə ərazinin ümumi torpaq sahəsinin 1,06573 ha təşkil etdiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 16 yanvar 2024-cü il tarixli, 3-21-3-30/2-2783/2024 saylı mütəxəssis rəyinə əsasən, "Xarici Turizm" Avtomobil kombinatının hüquqi varisi "xxxx" ASC məxsus 5419,5 kv.m. torpaq sahəsinin çoxmənzilli yaşayış binasının tikintisi üçün ayrılmış 0,3 ha hissəsinin döngə nöqtələri (koordinatları) yerində müəyyən edilmiş və çoxmənzilli çoxmərtəbəli binanın ayrılmış 0,03 ha olan sahədə inşa edildiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 16 yanvar 2024- cü il tarixli, 3-21-3-30/2-2783/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət Qeydiyyatı haqqında MA Seriyalı ******* nömrəli 2011-ci il tarixli çıxarış əsasında Bakı şəhəri, Xətai prospekti 40A ünvanda Cavabdeh2 ASC-nin mülkiyyətinə verilmiş 0,97573 ha torpaq sahəsinin döngə nöqtələri (koordinatları) yerində müəyyən edilmişdir. Ərazinin ümumi torpaq sahəsinin faktiki olaraq 1,06573 ha olduğu, 0,09 ha sahənin artıq olduğu müəyyən edilmişdir. Çoxmərtəbəli binanın ayrılmış 0,03 ha olan sahədə inşa edildiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 16 yanvar 2024-cü il tarixli, 3-21-3-30/2-2783/2024 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai prospekti 40A ünvanda yerləşən çoxmənzilli bina üçün ayrılmış 3000 kv.m (0,3 ha) torpaq sahəsində inşa edilmiş binanın tikintialtı sahəş 2050,0 kv.m, boş qalan torpaq sahəsi isə 950,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iddia tələbinin Əmlak Məsələləri Dövlət Komitəsi ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 3170 №-li "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi"nin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən isə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2011-ci il tarixli 3170 №-li müqavilənin etibarlılığını şübhə altına alan hal müşahidə edilmir. Əksinə tərəflərin bağladıqları əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə ifadəsi və onun bildirilməsi vahidliyinin mövcudluğu, iradə ifadəsinin zədələnmədiyi, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması müəyyən edilir. Bundan əlavə işin araşdırılmış hallarından aydın olur ki, xx.xx.2011-ci il tarixli 3170 №-li müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd olunanlarla yanaşı vurğulanmalıdır ki, Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərinə əsasən qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyyəsinə əsasən əqdin etibarsızlığına dair normalar tətbiq edilərkən məsələyə formal mülahizələrlə yanaşılmamalı, tərəflərin münasibətlərinin həqiqi xarakteri, bu münasibətlərə tətbiq edilən qaydaların məqsədi və şərtləri, o cümlədən mülki qanunvericiliyin əsas prinsipləri nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçıların etibarsız hesab edilməsi tələb olunan müqavilənin nəticələri onların hər hansı hüquqlarına toxunmur. Belə ki, həmin müqavilənin predmetinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquqları olmadığı üçün onların sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Məhkəmə iddia tələbinin “"xxxx" ASC və "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40A ünvanda yerləşən kooperativ bina sakinlərinin binanın həyətindən istifadəsinə, o cümlədən istirahət və gəzintisinə, habelə şəxsi avtomaşınların binanın həyətində ödənişsiz saxlanmasına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Həmin Məcəlləni 227.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən ünvanda yerləşən torpaq sahəsi xüsusi mülkiyyət kimi tam olaraq Cavabdeh2 ASC-yə məxsusdur. Cavabdeh2 ASC özünəməxsus Bakı şəhəri Xətai prospekti 787-ci məhəllədə olan 0.3 hektar sahədə yaşayış binasının tikintisini podrat müqaviləsinə əsasən "xxxx" (Bəm Bəyaz) MTK-ya həvalə etməklə tikintisi reallaşdırılmış binanın mənzilləri sonuncu tərəfindən satılmışdır. Lakin, torpaq sahəsi Cavabdeh2 ASC-nin xüsusi mülkiyyətində qalmaqdadır. Cavabdeh2 ASC mülkiyətçi kimi ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Odur ki, iddiada göstərilən halların heç bir hüquqi əsası olmamaqla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edilməli olduğundan, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri iddiaçılardan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2SC-yə və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi və sairə tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılardan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-156/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-156/2024
09.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver