Məhkəmə qərarları › İş №2(006)-158/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-158/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-158/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı QSC «xxxx» KB ilə 13.11.2008-ci il tarixdə ********** saylı kredit müqaviləsi bağlayaraq 20 ay müddətinə 2419 manat məbləğində kredit götürmüşdür. İddiaçı həmin krediti hər ay qrafikə uyğun olaraq ödəmişdir. İddiaçı həmin borcu tam ödəmişdir. Onun banka borcu ödənilməsi barədə qəbz vardır. Lakin iddiaçı bu yaxınlarda onun bankdan götürdüyü bolkartın müddətini artırmaq istədikdə ona bankdan bildirmişlər ki, onlar bu kartın müddətini artıra bilmərlər, belə ki, iddiaçının banka borcu vardır. İddiaçı ləğv prosesində olan QSC «xxxx» KB-nin Əmanətlərin Sığortalanması Fonduna müraciət etdikdə ona bildirmişlər ki, 08.08.2019-cu il tarixdə 13.11.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC «xxxx» KB qarşısında 1 manat əsas borc və 2942,68 manat məbləğində faiz borc öhdəliyi vardır. Bu iddiaçıya qarşı tam surətdə ədalətsizlikdir. Belə ki, iddiaçıya verilən məbləğ tam şəkildə banka ödənmişdir. Həmçinin bu vaxt ərzində heç vaxt ona borcunun qalması barədə bank tərəfindən heç bir xəbərdarlıq olunmamışdır. Bu ədalətsizlik və qanun qarşısında qorunan hüquqlarının pozulması deməkdir. Ona görə də iddiaçı hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.Göstərilənlərə əsasən iddiaçıya ləğv prosesində olan QSC «xxxx» KB Əmanətlərin Sığortalanması Fondu tərəfindən 13.11.2008-ci il tarixdə ********** saylı kredit müqaviləsi üzrə qanunsuz hesablanmış 1 manat əsas borc və 2942,68 manat məbləğində faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh QSC «xxxx» KB arasında bağlanmış 25.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 1 manat əsas borc və 2942,68 manat faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə əvvəlki iclasında cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan QSC «xxxx» KB ilə İddiaçı arasında bağlanmış 25.07.2008-ci il tarixli, KMFŞ 14712/T №-li kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 24 ay müddətinə illik 27 faiz olmaqla, 2702 manat məbləğində kredit verilmişdir. İş üzrə QSC «xxxx» KB tərəfindən İddiaçı ünvanlanmış 12.03.2013-cü il tarixli məktubun surətindən görünür ki, LD********** saylı kredit müqaviləsi üzrə bank tərəfindən İddiaçı qarşı heç bir iddia yoxdur. İş materiallarında olan ləğv prosesində olan QSC «xxxx» KB tərəfindən İddiaçı ünvanlanmış 15.08.2019-cu il tarixli məktubun surətindən görünür ki, QSC «xxxx» KB ilə İddiaçı arasında bağlanmış 13.11.2008-ci id tarixli ********** saylı kredit müqaviləsinə əsasən borcluya 20 ay müddətinə qaytarılmaq şərti ilə 2419 manat məbləğində kredit verilmişdir. 08.08.2019-cu il tarixə 13.11.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC «xxxx» KB qarşısında 1 manat əsas və 2942,68 manat məbləğində borc öhdəliyi mövcuddur. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, İddiaçı 2702 manat məbləğində kredit 18510T000014712 nömrəli hesabla ayrılmışdır. Həmin hesaba 21.08.2008-ci il tarixdən 29.10.2008-ci il tarixədək ümumilikdə 426 manat məbləğində ödəniş aparılmışdır. Həmin məbləğdən 143 manat kredit verilməsi üzrə komissiyaya, 283 manat əsas borca silinmişdir. Həmçinin 13.11.2008-ci il tarixdə 25.07.2008-ci il tarixli, KMFŞ 14712/T saylı kredit müqaviləsi bağlanmaqla 2419 manat məbləğində yeni kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2515 saylı, 08 may 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 25.07.2008-ci il tarixli KMFŞ 14712/T saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən İddiaçı 25.07.2008-ci il tarixli, KMFŞ 14712/T saylı kredit müqaviləsi üzrə QSC «xxxx» KM-nə borcu müəyyən edilməmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə, iş materiallarında olan sənədlərdən, həmçinin ekspertiza rəyindən görünür ki, İddiaçı 25.07.2008-ci il tarixli KMFŞ 14712/T saylı kredit müqaviləsi üzrə Bank qarşısında heç bir öhdəliyi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, QSC «xxxx» KB ilə İddiaçı arasında bağlanmış 25 iyul 2008-ci il tarixli KMFŞ 14712/T saylı kredit müqaviləsi üzrə İddiaçı Əzəd-Ağa qızının adına olan 1 (bir) manat əsas borc və 2942,68 (iki min doqquz yüz qırx iki manat, altmış səkkiz qəpik) manat faiz borcu, cəmi 2943,68 (iki min doqquz yüz qırx üç manat, altmış səkkiz qəpik) borc silinməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh ləğv prosesində olan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. QSC «xxxx» KB ilə (indiki ləğv prosesində olan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) İddiaçı arasında bağlanmış 25 iyul 2008-ci il tarixli KMFŞ 14712/T saylı kredit müqaviləsi üzrə İddiaçı Əzəd-Ağa qızının adına olan 1 (bir) manat əsas borc və 2942,68 (iki min doqquz yüz qırx iki manat, altmış səkkiz qəpik) manat faiz borcu, cəmi 2943,68 (iki min doqquz yüz qırx üç manat, altmış səkkiz qəpik) borc silinsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdeh ləğv prosesində olan QSC «xxxx» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar