Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1598/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o - Ərizəçi, X3 qardaşıdır. X1 özünü idarə edə bilmir, müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə qadir deyil. Verilən sualları anlamır, hərəkətlərinin mahiyyətini başa düşmür. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş sənəddən görünür ki, X9 anadan gəlmə uşaq-serebral iflic xəstəliyindən əziyyət çəkir. Eyni zamanda ******* nömrəli hərbi biletdən görünür ki, X9 xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsızdır. Belə ki, X3 dərin ağıl zəifliyi ilə bağlı özünü müstəqil idarə etmək imkanı yoxdur və kənar şəxsin daima köməyinə ehtiyacı vardır. Bu səbəbdən də ciddi müşahidə altında qalması labüddür. Qardaşına əvvəllər X2 və anası X6 baxmışdır. xx.xx.2000-ci ildə atası, xx.xx.2020-ci il tarixdə isə anası vəfat etdiyi üçün qardaşına iddiaçı baxmalı olmuşdur. X2 2000-ci ildə vəfat etdikdən sonra X1 atasının himayəsində olduğundan ailə başçısını itirdiyinə görə pensiya ilə təmin edilmiş və anasının nəzarətində olmuşdur. Anasının vəfatından sonra isə qardaşı iddiaçının himayəsi altında onunla birgə ünvan 1 ünvanında yaşayır. Tərəflərin iştirakı və izahatları: Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmaqla qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizə üzrə işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmiş 1335 nömrəli pensiya vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2000-ci il tarixdən xx.xx.2021ci il tarixədək ailə başçısını itirdiyinə görə pensiya təyin edilmişdir. Nəsimi rayon hərbi komissarlığı tərəfindən verilmiş НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X9 xx.xx.1991-ci il tarixində Bakı şəhəri Nəsimi rayon hərbi komissarlığı tərəfindən ehtiyyata yazılmışdır. Azərbaycan SSR Sosial-Təminat Nazirliyinin 092984 nömrəli əlillik haqqında arayışının surətindən görünür ki, 1974-cü il təvəllüdlü X9 uşaqlıqdan birinci dərəcəli əlildir və xx.xx.1990-ci il tarixli 201 nömrəli işin şərtləri və xarakteri haqqında rəyə əsasən X3 əmək qabiliyyəti yoxdur və ona qulluq lazımdır. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci tarixində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2020-ci il tarixdə 1365 nömrə ilə qeyd edilmişdir. Nəsimi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2000- ci tarixində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2000-ci il tarixdə 359 nömrə ilə qeyd edilmişdir. Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 07542358 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1974-cü il tarixdə Cəlilabad rayonunda anadan olmamışdır. Hərbi vəzifəsi hərbi mükəlləfiyyətli qeyd olunmuşdur. Azərbaycan SSR Cəlilabad rayonu Prişib (Göytəpə) şəhər Soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 xx.xx.1974-cü il tarixində Cəlilabad rayonu Prişib (Göytəpə) şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında X7 qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1053 nömrəli rəyində qeyd edilmişdir ki, X4 “uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə” müəyyən edilir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X9 onda müəyyən edilən uşaq serebral iflici, orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş materiallarında olan sənədlər və həmçinin təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə X8 tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar müəyyən edilmişdir. Odur ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1598/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1598/2024
21.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver