Məhkəmə qərarları › İş №2(006)-1599/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1599/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1599/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” ASC Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 81670,13 (səksən bir min altı yüz yetmiş manat on üç qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı “xxxx” ASC (bundan sonra - Akkord) ilə Cavabdeh arasında xx xxxxxx 2010-cu il tarixli 12374 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə Satıcı “xxxx” ASC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, bina 5, blok 1, 73 saylı (təzə nömrəsi 77) 3 otaqdan ibarət ümumi sahəsi 114.90 kv/m olan mənzilini (bundan sonra - Mənzil) Alıcıya Cavabdeh satmağı, Alıcı isə mənzilin dəyərini Müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh mənzilə görə ödənişləri etmədiyinə görə Akkord ona qarşı Sabunçu Rayon Məhkəməsində “müqavilənin ləğv olunması, mənzilin boşaldılması, təhvil verilməsi tələbi ilə iddia qaldırmış, lakin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 423/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3378/2019 sayli, xx.xx.2019-cu il tarixli qərari ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 423/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Qeyd olunan iş üzrə qəbul edilmiş məhkəmə qərarlarında məhkəmələr belə qənaətə gəlmişlər ki, mənzil tələbinə dair Akkordun iddiası rədd edilməlidir və Akkord Cavabdeh qarşı reqres qaydada pul tələbi ilə iddia qaldıra bilər. Cavabdeh “xxxx”ASC-nin “İnkişaf’ filialından illik 12% ödəmək şərti ilə 239 ay müddətinə 80434 manat 56 qəpik kredit götürmüş və Kredit müqaviləsi üzrə yaranan öhdəliklərin digər təmini kimi Akkord ilə “xxxx” ASC arasında xx xxxxxx 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin olan İddiaçı borc alan Cavabdehin Kredit müqaviləsi əsasında üzəriniə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Belə ki, həmin müqavilənin 4.2.1ci bəndinə əsasən Borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə Kreditorun ilk yazılı müraciətinə əsasən Zamin Borclunun Kreditora olan əsas və faiz borcunu 5 iş günü müddətində Kreditora ödəməyi öhdəsinə götürür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə gütürdüyü öhdəliklərini lazımınca icra etmədiyinə görə zamin olan İddiaçı Cavabdehin əvəzinizə “xxxx””ASC-yə olan 81670,13 manat məbləğində (79566,16 manat əsas borc, 2103,97 manat faiz) kredit borcunu Banka ödəmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan iddiaçı “xxxx” ASC (bundan sonra - Akkord) ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli 12374 saylı müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə görə Satıcı “xxxx” ASC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, bina 5, blok 1, 73 saylı (təzə nömrəsi 77) 3 otaqdan ibarət ümumi sahəsi 114.90 kv/m olan mənzilini (bundan sonra - Mənzil) Alıcıya Cavabdeh satmağı, Alıcı isə mənzilin dəyərini Müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Akkord ilə “xxxx” ASC arasında xx xxxxxx 2010-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh “xxxx”ASC-nin “İnkişaf’ filialından illik 12% ödəmək şərti ilə 239 ay müddətinə 80434 manat 56 qəpik kredit götürmüşdür. Kredit müqaviləsi üzrə yaranan öhdəliklərin digər təmini kimi Həmin müqaviləyə əsasən zamin olan iddiaçı borc alan cavabdehin kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən Borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə Kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun Kreditora olan əsas və faiz borcunu 5 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə gütürdüyü öhdəliklərini lazımınca icra etmədiyinə görə zamin olan iddiaçı cavabdehin əvəzinə “xxxx” ASC-yə olan 81670,13 manat məbləğində (79566,16 manat əsas borc, 2103,97 manat faiz) kredit borcunu Banka ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-2756/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “mənzilin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 423/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-2756/2018 saylı qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarından görünür ki, iddiaçı “xxxx” ASC-nin vəkili Əliyev Hikmət Əlikişi oğlu kassasiya şikayəti təmin edilməmi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 423/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutlarla müəyyən olunur ki, iddiaçı “xxxx” ASC (bundan sonra - Akkord) ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli 12374 saylı müqavilədən göründüyü kimi müqavilənin 1.1-ci bəndinə görə Satıcı “xxxx” ASC Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə, bina 5, blok 1, 73 saylı (təzə nömrəsi 77) 3 otaqdan ibarət ümumi sahəsi 114.90 kv/m olan mənzilini (bundan sonra - Mənzil) Alıcıya Cavabdeh satmağı, Alıcı isə mənzilin dəyərini Müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Akkord ilə “xxxx” ASC arasında xx xxxxxx 2010cu il tarixli zaminlik müqaviləsindən göründüyü kimi Cavabdeh “xxxx”ASC-nin “İnkişaf’ filialından illik 12% ödəmək şərti ilə 239 ay müddətinə 80434 manat 56 qəpik kredit götürmüşdür. Kredit müqaviləsi üzrə yaranan öhdəliklərin digər təmini kimi Həmin müqaviləyə əsasən zamin olan iddiaçı borc alan cavabdehin kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən Borclu davamlı olaraq 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 ay ərzində 3 dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 gün artıq gecikdirərsə Kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun Kreditora olan əsas və faiz borcunu 5 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə gütürdüyü öhdəliklərini lazımınca icra etmədiyinə görə zamin olan iddiaçı cavabdehin əvəzinə “xxxx” ASC-yə olan 81670,13 manat məbləğində (79566,16 manat əsas borc, 2103,97 manat faiz) kredit borcunu Banka ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3-cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası MM-nin 21.1 maddəsinə əsasən «hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddiaçının tələbi ilə bağlı xüsusatlar yuxarıda qeyd olunan məhkəmə qətnamələrində öz əksini tapmış və onların yenidən sübuta yetirilməsinə lüzum qalmamışdır. Bu səbəbdən iddiaçının iddiası təmin edilməli, Cavabdeh 81670,13 (səksən bir min altı yüz yetmiş manat on üç qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 81670,13 (səksən bir min altı yüz yetmiş manat on üç qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar