Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1612/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh İB-yə qarşı “abonent müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh İB-yə qarşı “abonent müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair 2023-cü il tarixdə X1 ilə "xxxx" ASC və Cavabdeh İB arasında bağlanmış abonent müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında quraşdırılmış sayğacların sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı birbiri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Yuxarıda qeyd edilən maddənin məzmunundan göründüyü kimi, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. Lakin iddia ərizəsindən görünür ki, eyni iddiaçı iki fərqli cavabdehə qarşı bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişdir. Yəni, iddiaçı hər bir cavabdehlə ayrı-ayrılıqda bağlanmış abonent müqavilələrinin etibarsızlığını və s. xahiş edir. Halbuki, bu tələblərin hər cavabdehə münasibətdə ayrı-ayrılıqda göstərilməsi onlara birgə baxılmalı olması əsasını yaratmır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə verilmiş iddia ərizəsini geri qaytarmaq vəzifəsi qoyur. Belə olan halda məhkəmə hesab edir ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsinə, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasına maneələr yaradacağından iddia ərizəsi geri qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya hazırki iddia tələbləri ilə bağlı ayrıayrılıqda məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh İB-yə qarşı “abonent müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbləri ilə bağlı ayrı-ayrılıqda məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1612/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1612/2024
06.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver