Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1613/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi – Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi və 1 Saylı Bakı Maraqlı şəxs2 olmaqla "hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olması" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi, 1 Saylı Bakı Maraqlı şəxs2 olmaqla "hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən olması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu Qeydiyyat şöbəsi tərəfindən 29.06.1962-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin, Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən 20.10.1973-cü ildə verilmiş nikah haqqında şəhadətnamənin Ərizəçi mərhum həyat yoldaşı X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X9 23.08.2021-ci il tarixdə ölmüşdür. Mərhum həyat yoldaşından ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil miras qalmışdır. Ərizəçi vərəsəlik işinin açılması üçün Notariat kontoruna müraciət etmişdir. Lakin, Notariat kontorda məlum olmuşdur ki, Tarverfdi Əliyevin doğum haqqında şəhadətnaməsi, nikah haqqında şəhadətnaməsi və əmlaka mülkiyyət haqqında çıxarışı ona məxsus olan ölüm haqqında şəhadətnaməsi ilə düz gəlmir. Belə ki, ölüm haqqında şəhadətnamədə mərhumun ad, soyad, ata adı şəxsiyyət vəsiqəsi əsasında X2 qeyd edilmişdir. Ölüm haqqında akt qeydi Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən 09.09.2021-ci il tarixdə 859 nömrə ilə qeyd edilmişdir. Lakin, mərhuma məxsus doğum haqqında şəhadətnamədə ad , soyad, ata adı X3 qeyd edilmişdir. Füzuli Rayon Qeydiyyat şöbəsi tərəfindən 13.06.1944-cü ildə 13 nömrəli doğum akt qeydi isə Azərbaycan Respublikasının Dövlət Arxivində aşkar edilməmişdir. Ərizəçı ilə mərhum həyat yoldaşının nikahı Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən 20.10.1973-cü il tarixdə 20 saylı akt qeydi ilə qeydə alınmışdır. Nikah haqqında şəhadətnamədə mərhumun adı atasının adı- Tanarverdi Fərouz oğlu kimi qeyd edilmişdir. Ərizəçi doğum akt qeydində və nikah akt qeydinə düzəliş edilməsi barədə ərizə ilə Nəsimi Rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 04.11.2021-ci il tarixli cavab məktubunda düzəlişin mümkün olmadığı qeyd edilmişdir. Ona görə də, Ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi və 1 Saylı Bakı Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək göstərmişdir ki, ərizəçi mərhumun arvadı olmaqla, vəfat edən şəxs onun qardaşıdır. Qardaşının 3 övladı var. İşin hallarından məlumatı var. 1973-cü il tarixdə qardaşı ərizəçi ilə nikaha daxil olub və nikahları pozulmamışdır. Ərizəçinin yoldaşı (X9) 23.08.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək göstərmişdir ki, ərizəçi onun anası, mərhum atasıdır. 2021-ci il tarixdə atası vəfat etmişdir. Sənədlərdəki uyğunsuzluq atası vəfat etdikdən sonra bilindi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, ərizəçi onun dayısı arvadı, mərhum isə dayısıdır. Ərizəçi ilə nikahları pozulmamışdır. Onların 3 övladları var. İşin hallarından xəbəri vardır. Bakıda işləyirdi. 2021-ci il tarixdə X9 vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE № 03220950 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 XX.XX.1944-cü il tarixdə Füzuli rayonunda doğulmuşdur. Bakı şəhəri, Azadlıq prospekti, ev 90, mənzil 27-də qeydiyyatdadır. AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Bakı şəhəri, Azadlıq prospekti, ev 90, mənzil 27-də qeydiyyatdadır. 10.09.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 208650 saylı, 859 nömrə ilə qeydə alınmış “ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 23.08.2021-cü il tarixdə, Bakı şəhərində ürəyin kəskin işemik xəstəliyi səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin № ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, ev 90, 27 saylı mənzil X4 xüsusi mülkiyyətdədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1170 nümrəli reyestr kitabının 106158 nömrəli vərəqində qeydiyyata alınmışdır. 29.06.1962-ci tarixdə Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş A3 №262888 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 03.06.1944-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, bu barədə 13.06.1944-cü il tarixdə 13 nömrə ilə akt qeyd edilmişdir. Ata qrafası X11, ana qrafası X12r. 20.10.1973-cü il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş A3 №248443 saylı evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X7 arasında nikah bağlanmış və bu barədə 20.10.1973-cü il tarixdə 20 nöməli akt qeydi aparılmışdır. Nikahdan sonra ərə “Əliyev”, arvada isə “Əliyeva” soyadı verilmişdir. 04.11.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 05/9-285/68 saylı məktubdan görünür ki, Ərizəçi X9 ilə nikah haqqında akt qeydinə düzəliş edilərək kişi haqqında məlumat qrafasında ərinin adının “Tanarverdi”dən “Tarverdi”yə, ata adının “Ferruz”dan “Farauz”a, 09.09.20121-ci il tarixdə tərtib edilmiş 859 nömrəli ölüm haqqında akt qeydində isə adının “Tarverdi”, ata adının “Farauz” göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda, X8 Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən 13.06.1944-cü ildə tərtib edilmiş 13 nömrəli doğum haqqında akt qeydinin istənilməsi barədə Azərbaycan Respublikasının dövlət arxivinə sorğu göndərilmiş , lakin X8 doğumu haqqında məlumat aşkar edilməmişdir. Təqdim edilən sənədlər arasında ziddiyyət olduğundan qeydiyyat şöbəsində müvafiq düzəlişin edilməsi mümkün olmamışdır. 13487 saylı ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.5-ci maddəsinin tələblərinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Ərizəçi əri X5 məxsus 29.06.1962-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş A3 №262888 saylı doğum haqqında şəhadətnamənin familiyası, adı və atasının adı qrafasında X13, 20.10.1973-cü il tarixdə Gədəbəy Qeydiyyat şöbəsi tərəfindən A3 №248443 saylı evlənmək haqqında şəhadətnamənin isə kişinin familiyası, adı və atasının adı qrafasında göstərilmiş X1 göstərilmiş və bu səbəbdən sənədlər arasında uyğunsuzluq yaranmışdır. Məhkəmə aşağıda sadalanan şərtlərə əsaslanaraq, qeyd olunan sənədlərin X5 məxsus olması faktının müəyyən edilməsini mümkün hesab edir. Belə ki, X5 məxsus doğum haqqında şəhadətnamədə göstərilən “atasının adı” və nikah haqqında şəhadətnamədə göstərilən “adı və atasının adı”, ona məxsus digər sənədlərdəki (şəxsiyyət vəsiqəsi, çıxarış, ölüm haqqında şəhadətnamə) “adı və atasının adı” ilə düz gəlmir, sadalanan sənədlər hüquq müəyyənedici sənədlərdir və ərizəçi tərəfindən Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə sənədlərdə olan səhvlərin aradan qaldırılması (düzəldilməsi) xahiş olunsa da, dövlət qurumu tərəfindən imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirərək, yuxarıda sadalanan xüsusatlara və qanunvericiliyin tələblərinə istinad edərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməli, 29 iyun 1962-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş A3 №262888 saylı, 13.06.1944-cü il tarixdə 13 nömrəsi ilə qeydə alınmış və atasının adı qrafasında X3 göstərilmiş doğum haqqında şəhadətnamənin və 20 oktyabr 1973-cü il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş A3 №248443 saylı, 20.10.1973-cü il tarixdə 20 nömrə ilə qeydə alınmış, adı və atasının adı qrafasında X1 göstərilmiş nikah (evlənmək) haqqında şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307.2.5, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 29 iyun 1962-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş A3 №262888 saylı, 13.06.1944-cü il tarixdə 13 nömrəsi ilə qeydə alınmış və ad (atasının adı) qrafasında X3 göstərilmiş doğum haqqında şəhadətnamənin və 20 oktyabr 1973-cü il tarixdə Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş A3 №248443 saylı, 20.10.1973-cü il tarixdə 20 nömrə ilə qeydə alınmış və ad (adı və atasının adı) qrafasında X1 göstərilmiş nikah (evlənmək) haqqında şəhadətnamənin X5 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1613/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1613/2022
10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver