Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1614/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Əhmədova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Nəsimi RİH Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs (Qəyyumluq və Himayəçilik Komissiyasını) maraqlı şəxs qismində göstərməklə, «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı, xx.xx.1979-cu il tarixdə Ermənistan SSR Quqark rayonunda doğulmuş X2 psixi qüsurlarına görə hərəkətlərini idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X4 xx.xx.1979-cu il tarixdə Ermənistan SSR Quqark rayonunda doğulmuşdur. Qızı doğulduğu zaman travsalı doğulsa da, müəyyən müddət onun psixi vəziyyətində hər hansı bir dəyişiklik hiss etməmişlər. Təxminən 3-4 yaşlarında isə qızının davranışlarında qəribəlik olduğunu müşahidə etmişlər. Qızı əmək qabiliyyətini itirib, serebral iflic qüsuru nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və özünü idarə edə bilmir, özünü saxlamaq qabiliyyətində deyil, ona görə də qızına qulluq edir. Qızı uşaq yaşlarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 5 saylı Şəhər Poliklinikasında psixiatr qeydiyyatındadır, mütəmadi olaraq həmin poliklinikada və həmçinin ambulator qaydada psixoloji müalicə almışdır. Həmin poliklinika və digər səhiyyə orqanları tərəfindən qızına «uzunmüddətli serebral iflic, davamlı qalıq əlamətləri» diaqnozu qoyulmuşdur. Qızı əqli geriliyi və davranışlarındakı pozuntular səbəbindən orta təhsili distant formada almış, həmçinin Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət TSEK-in 4 nömrəli Zona tərəfindən qızına vəziyyəti ilə bağlı İ əlillik dərəcəsi təyin edilmişdir. Qızı öz hərəkətlərinin mənasını dərk etmir və özünü idarə etmək iqtidarında deyildir. Həm özünə, həm də ailə üzvlərinə narahatçılıq yaradır. Qeyd olunan xəstəlikdən əziyyət çəkdiyindən isə qızının daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən qızının üzərində qəyyum təyin olunması üçün lazımdır. Qızı İ qrup əlil olduğuna görə pensiyaçıdır və 280 manat məbləğində pensiya alır. Qızının aldığı pensiyanın məbləği az olduğundan və o da yaşlı olduğu üçün işləmədiyindən qızını saxlamaqda çətinlik çəkir. Əgər qızı məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman o, qızının üzərində qəyyum təyin oluna bilər. Əgər qəyyum təyin olunarsa, ona qəyyum kimi veriləcək yardım qızını saxlamaqda ona maddi cəhətdən bir az da olsa kömək olacaq. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə (Qəyyumluq və Himayəçilik Komissiyası) məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi xx.xx.1979-cu il tarixdə Ermənistan SSR Quqark rayonunda doğulmuş X2 anasıdır. İş materiallarına əlavə olunmuş tibbi sənədlərlə tanış olduqdan sonra, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1614/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 1194 saylı ekspert rəyindən görünür ki, X3 uşaq serebral iflici ilə əlaqədar yaranan əqli gerilik (F71) müəyyən edilir. O, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən göründüyü kimi, X1 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Ermənistan SSR Quqark rayonunda doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1614/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1614/2022
05.07.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver