Məhkəmə qərarları › İş №2(006)-1623/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1623/2022

15.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1623/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclasının katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının İİ qrup Qarabağ əlili olan oğlu X10 19 dekabr 2020-ci il tarixdə “Dəqiqləşdirilməmiş respirator çatışmamazlığı” diaqnozu ilə vəfat etmiş və bu barədə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 29 dekabr 2020-ci il tarixdə AZ-İİ № 139718 ölüm haqqında şəhadətnamə verilmişdir. Oğlu vəfat etdikdən sonra onun qızları (nəvələri) X9 və X3 "xxxx" ASC-nin 28.09.2021-ci il tarixli 157000/2- 5021 nömrəli məktubuna əsasən mərhum oğlunun bankın Cəfər Cabbarlı filialında ******************** nömrəli kart hesabında qalmış pul vəsaitinin alınması üçün Nəsimi rayon ərazisində yerləşən 14 saylı notariat ofisinə ərizə ilə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdirlər. Ərizə əsasında vərəsəlik işi açılmış, mərhumun hər iki övladı birinci növbəli vərəsə kimi tanınaraq onlara reyestrdə 2V-513№ ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (vərəsəlik işinin nömrəsi V-158/2021) verilmişdir. Hesab edir ki, 14 saylı notariat ofisi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, 14 saylı notariat ofisinin xüsusi notariusu X11 vərəsəlik işini açarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin tələblərini nəzərə almamış, yalnız oğlunun qızlarını qanun üzrə vərəsə kimi tanımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1ci maddəsinin tələbinə əsasən birinci növbə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab olunurlar. Qanunvericiliyin bu tələbinə görə notarius birinci növbəli vərəsələr dairəsini müəyyən etməli idi. Vərəsəlik işini əldə etdikdən sonra məlum olmuşdur ki, ərizəçilər miras qoyanın atası (həyat yoldaşının) X8 ölüm haqqında şəhadətnaməsinin surətini notariat ofisinə təqdim etmişlər. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə üçüncü şəxslər X9 və X3 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi vermiş, lakin qarşılıqlı iddia ərizəsi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 1623/2022saylı, 24 fevral 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsinə uyğun izahat verərək onun təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etdi. Mülki iş üzrə cavabdeh ünvan 1 ünvanlayaraq, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İddiaçının atası X10 19.12.2020-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində ölmüşdür (Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29.12.2020-ci il tarixli AZ-İİ seriyalı 139718 №-li ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surəti). 05.05.2021-ci il tarixli, 052 №-li Arayışa əsasən, mərhum X10 19.12.2020-ci il tarixdə vəfat edib. Mülki iş üzrə üçüncü şəxs X9 mərhum X4 qızıdır (27.10.1998-ci ildə verilmiş XX-JQ seriyalı 491735 №-li doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surəti). Mülki iş üzrə üçüncü şəxs X3 mərhum X4 qızıdır (02.04.2003-cü ildə verilmiş AZ-İ seriyalı 366522 №-li doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surəti). İş materiallarına əlavə olunmuş 30.09.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, “19.12.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: X5 və X9 (mərhumun qızları), onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak- "xxxx" ASC-nin 28.09.2021-ci il tarixli 157000/2-5021 nömrəli məktubuna əsasən mərhum X4 bankın Cəfər Cabbarlı filialında qalığı 171.33 (yüz yetmiş bir manat, otuz üç qəpik) manat olan ******************** nömrəli kart hesabından ibarətdir” kimi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 12.07.2021 və 30.09.2021-ci il tarixli notariat ofisinə ünvanlanan ərizələrdən də görünür ki, miras qoyanın vərəsələri kimi X3 və X7r. İş materiallarına əlavə olunmuş 12.07.2021-ci il tarixli, 2106 №-li "xxxx" ASC tərəfindən ünvan 2 ünvanlanan məktubdan görünür ki, mərhum X10 ilə Bank arasında rəsmiləşdirilmiş kredit xətti müqaviləsi üzrə 848,36 manat olan **********363657100 nömrəli Birkart üzər borc öhdəliyi mövcuddur. Nəzərə alınması xahiş olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mülki iş üzrə İddiaçı oğlu vəfat etmiş, onun qızları Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Mərhumun hər iki övladı birinci növbəli vərəsə kimi tanınaraq, reyestrdə 2V- 513№ ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 14 saylı Notariat ofisinin xüsusi notariusu X11 vərəsəlik işini açarkən AR MMnin 1159-cu maddəsinin tələblərini nəzərə almamış, yalnız mərhumun qızlarını qanun üzrə vərəsə kimi tanımışdır. Hal-hazırda iddiaçı vərəsə işi açılarkən onun bir vərəsə kimi hüquqlarının pozulduğunu hesab edərək iddia tələbinin təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1, 11591.1-ci maddələrinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinin tələbinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinin tələbinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinin tələblərinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinin tələblərinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, miras qoyanın anası olaraq birinci növbəli vərəsə kimi iddiaçı ilə bağlı məlumat nə ərizəçilərdən tələb olunmuş, nə də notarius tərəfindən araşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 103-cü bəndinin sonuncu abzasında qeyd olunmuşdur ki, notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220. 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia ərizəsi təmin olunsun. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar