Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1633/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Binəqədi rayonu, Məhəmmədəmin Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, mənzil 124-də olan fərdi yaşayış evinə xx.xx.2019-cu il tarixdə heç bir xəbərdarlıq olunmadan elektrik sayğacına «xxxxxxxx» ASC tərəfindən akt tərtib edilmişdir. Guya yoxlama zamanı müəyyən olunmuşdur ki, sayğacın alt qapaq möhüründə xəta mövcuddur. «xxxxxxxx» ASC-ə gedərək hər ay yoxlamalar zamanı belə bir irad bildirmədiyini və əvvəlki qaydada işıq sərfiyyatına görə ödəmələri eyni qaydada etmədiyini və onlar tərəfindən sayğaca müdaxilə edilmədiyini bildirsə də, işıq sayğacını sökərək aparmalarının onların və hal şahidinin iştirakları ilə sökülərək qablaşdırılmalı olduğunu bildirmiş və sayğacın küçədə yerləşdiyinə görə enerji istifadə qaydalarına əsasən abonent sayğaca görə heç bir məsuliyyət daşımadığını da nəzərlərinə çatdırmışlar. Akt tərtib edildikdə və sayğac yenisi ilə əvəz olunduqda o, və heç bir ailə üzvləri prosesdə iştirak etməmişdir. «xxxxxxxx» ASC tərəfindən 745,80 manat məbləğində əsassız cərimə edilmişdir. Akt tərtib olunduğu gündən etibarən mütəmadi olaraq «xxxxxxxx» ASC tərəfindən heç bir xəbərdarlıq edilmədən elektrik təchizatı dayandırılır. Sayğac Binəqədi rayon enerji təchizatı tərəfindən qoyulmuşdur və onun qüsurla işləməsində onun heç bir təqsiri yoxdur. Cavabdeh onu əsassız olaraq cərimələndirir. Göstərilənlərə əsasən, Binəqədi rayonu, Məhəmmədəmin Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 124-də yerləşən fərdi yaşayış ünvanına dair tərtib edilmiş aktı əsassız hesab edərək aktın ləğv olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına dair cavabdeh «xxxxxxxx» ASC tərəfindən xx.xx.2012xx.xx.2019-cu il tarixləri arasında tərtib edilmiş aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 1675,64 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbinə etiraz etmiş və tələbin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 269 saylı qərarın surətindən görünür ki, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 100 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X1 mülkiyyətinə alqı-satqı yolu ilə ayrılmışdır (hər kv.m.üçün 20800 manat ödəmək şərti ilə). İş üzrə X1 adından İddiaçı verilmiş və Bakı şəhəri 43 saylı xüsusi notariat kontorunda təsdiq edilmiş xx.xx.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 özünə məxsus Bakı şəhəri Binəqədi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 269 nömrəli qərarına əsasən Bakı şəhəri Binəqədi bələdiyyəsi ərazisində fərdi yaşayış evin tikintisi üçün ayrılmış 100 kv.m. torpaq sahəsini və üzərində tikiləcək tikilini özəlləşdirməyi, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra üzərində sərəncam verməyi, satmağa, ipoteka (girov) qoymağa, bağışlamağı, dəyişməyi, pulu almağa, buna dair müqavilə imzalamağı, forma-2 almağı, kadastr planı, sxemi, çıxarışı almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyə və digər hərəkətləri etməyi İddiaçı xx.xx.2092-ci il müddətinə etibarnamə vermişdir. İşdə olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, mənzil 124 ünvan üzrə **********00124 saylı abunə haqqında arayışından görünür ki, xx.xx.2012ci il tarixdən xx.xx.2019-cu il tarixədək tərtib edilmiş aktlar əsasında 1675,64 manat məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, tərtib olunan aktlar qüsurlu olmaqla, cavabdehin ehtimalına əsaslanmışdır, habelə, onların tərtibi və bu aktlar əsasında borcun hesablanması istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübut etmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cümaddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktlardır. Həmin aktlar isə qüsurlu olduğundan, onların tərtib edilməsinin əsaslarına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qanuni hesab oluna bilməz. Bu səbəbdən də xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək tərtib edilmiş aktlar əsasında hesablanmış borc (1675,64 manat) silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir vəistismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. İşin materiallarından göründüyü kimi sayğac həyətdə quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək tərtib edilmiş aktlar ləğv edilməli və həmin aktlar əsasında hesablanmış borc ünvan 2 ünvan üzrə **********00124 abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək tərtib edilmiş aktlar ləğv edilsin və həmin aktlar əsasında hesablanmış 1675,64 (bir min altı yüz yetmiş beş manat, altmış dörd qəpik) manat məbləğində borc **********00124 saylı abunə hesabından silinsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1633/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1633/2020
18.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver