Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1640/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X11 və cavabdeh ləğv prosesində olan "Cavabdeh1" X22 nümayəndəsi X17 iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" X22 ləğvedicisi X8 və "X9 Mərkəzi" X4rşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına dair keçirilmiş xx xxxx 2018-ci il tarixli “3-cü hərracın” etibarsız hesab edilməsinə, tələbkar və ipoteka saxlayan Cavabdeh1 ASC-nin ləğvedicisi ipoteka predmetini «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməsi və həmin evin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, mübahisəsi gedən mənzil iddiaçının mərhum həyat yoldaşı X3 mülkiyyətində olmuşdur. Əmlak birgə nikah dövründə əldə edilmişdir. Abdullayev Məhiyəddin xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Əmlak birgə nikah dövründə əldə edildiyindən hazırda mübahisəsi gedən mənzil ümumi mülkiyyətdə olmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(105)-1063/2015 saylı qətnaməsi ilə “Azərmənzilkomplektlayihətəmir” İxtisaslaşdırılmış çoxsahəli birlikdən 2.151.470 (iki milyon bir yüz əlli bir min dörd yüz yetmiş) manat və X1 358.607,32 (üç yüz səkkiz min altı yüz yeddi) manat pulun tutulması və tutmanın X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə və digər ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Sözügedən qətnamənin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına dair keçirilmiş birinci hərrac xx xxxxxx 2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. Hərrac baş tutmadığından ikinci hərrac xx xxxxxx 2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2- 1(82)-3904/2016 saylı qərardadı ilə müvəqqəti xarakterli tədbir olaraq ünvan 2 ünvanında yerləşən mənzilə dair keçirilən hərracın dayandırılması qərara alınmışdır. Məhz sözügedən qərardadın icrası ilə əlaqədar olaraq hərrac dayandırılmışdır. Daha sonra 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-1(82)-425/2017 saylı qərardadı ilə müvəqqəti xarakterli tədbir ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Artıq hərracın dayandırılmasına zərurət aradan qalxdığından ikinci hərracın keçirilmə vaxtı xx xxxxxx 2018-ci il tarixə təyin edilmiş və hərrac yenə də baş tutmamışdır. Daha sonra qanunvericilikdə nəzərdə tutulmayan “3-cü hərrac” isə xx xxxx 2018-ci il tarixdə keçirilmiş və nəticə etibarı ilə xx xxxxx 2018-ci il tarixdə Cavabdeh1 ASC-nin ləğvedicisi X8 əmlakı qəbul etmiş və bununla bağlı olaraq həmin tarixdə də əmlakın alqı-satqısına dair müqavilə bağlanmışdır. ünvan 2 ünvanında yerləşən mənzilə dair keçirilmiş “3-cü hərrac” tamamilə qanunsuz olmuş və əmlakın ipoteka saxlayan tərəfindən götürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət məhz xx xxxxxx 2018-ci il tarixdən hesablanmalı və xx xxxx 2018-ci il tarixdə başa çatmışdır. Belə olduğu halda ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 43.8-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Keçirilmiş “3-cü hərracla bağlı olaraq qeyd edilməsi zəruridir ki, Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd olunur ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən də hesab edirik ki, mübahisəsi gedən mənzilin satılmasına dair keçirilmiş xx xxxx 2018-ci il tarixli “3-cü hərracın” etibarsız hesab edilməsinə, tələbkar və ipoteka saxlayan Cavabdeh1 ASC-nin ləğvedicisi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzili «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən təkrar hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində əldə etmədiyinə görə ipotekaya xitam verilməli və həmin evin ipoteka edilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan "Cavabdeh1" X22 nümayəndəsi X24 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Ötən məhkəmə iclasında “X9 Mərkəzi” MMC-nin nümayəndəsinin də qeyd etdiyi kimi noyabr və mart aylarında 2 hərrac keçirilmişdir. İddiaçı tərəfin fevral ayında hərracın keçiriləcəyi ilə bağlı təqdim etdiyi bildiriş iş materiallarında olsa da, bununla bağlı nə elan verilmiş, nə də tərəflərə bildiriş göndərilmişdir. 28 fevrala hərrac planlaşdırılmış, lakin keçirilməmiş, 7 marta təxirə salınmışdır. Sadəcə bildiriş çap olunmuş, işin içinə qoyulmuşdur. Hərrac keçirilsə idi, protokol və KİV-də bu barədə elan olardı. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "X9 Mərkəzi" MMC-nin nümayəndəsi X21 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onlar tərəfindən hər şey qanunauyğun şəkildə həyata keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(105)-1063/2015 saylı qətnamənin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına dair keçirilmiş birinci hərrac xx xxxxxx 2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. Hərrac baş tutmadığından ikinci hərrac xx xxxxxx 2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(82)-3904/2016 saylı qərardadı ilə mənzilə dair keçirilən hərracın dayandırılması qərara alınmışdır. Nəticədə dekabr ayında hərrac keçirilməmişdir. Daha sonra 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-1(82)-425/2017 saylı qərardadı ilə müvəqqəti xarakterli tədbir ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Artıq hərracın dayandırılmasına zərurət aradan qalxdığından ikinci hərracın keçirilmə vaxtı xx xxxx 2018-ci il tarixə təyin edilmiş və hərrac yenə də baş tutmamışdır. İkinci hərrac da baş tutmadığı üçün xx xxxxx 2018-ci il tarixdə bankla alqı-satqı müqaviləsi bağlanmış və hərracın yekunları barədə protokol imzalanmışdır. Hərraclarla bağlı tərəflərə bildirişlər çatdırılmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və digər cavabdeh "X9 Mərkəzi" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx xxx 2013-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 857850 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X12xx xxxxxx 1972-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 1972-ci ildə 946 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 784545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxxxx 2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015 ilin xx xxxxxx 2015-ci ildə 1036 № ilə qeyd edilmişdir. İş materiallarında olan «X9 Mərkəzi» MMC tərəfindən Nərimanov rayon icra şöbəsinə, tələbkar "Cavabdeh1" ASC-yə, borclular “Azərmənzilkomplektlayihətəmir” İxtisaslaşdırılmış çoxsahəli birliyə, X12, X13, X23 və İddiaçı ünvanlanmış xx xxxxxxx 2016cı il tarixli, 4228 №-li bildirişə əsasən X5 mülkiyyətindəki ünvan 1 olan əmlaka dair hərrac xx xxxxxx 2016-cı il tarixə, saat 11.00-a təyin olunmuşdur. Bildirişdə əmlakın ilkin satış qiyməti 145000 manat göstərilmişdir. İş materiallarında olan «X9 Mərkəzi» MMC tərəfindən Nərimanov rayon icra şöbəsinə, tələbkar "Cavabdeh1" ASC-yə, borclular “Azərmənzilkomplektlayihətəmir” İxtisaslaşdırılmış çoxsahəli birliyə, X12, X13, X23 və İddiaçı ünvanlanmış xx xxxxxx 2016cı il tarixli, 4899 №-li bildirişə əsasən X6 mülkiyyətindəki ünvan 1 olan əmlaka dair hərrac xx xxxxxx 2016-cı il tarixə, saat 11.00-a təyin olunmuşdur. Bildirişdə əmlakın satış qiyməti 123250 manat göstərilmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetinin 07 oktyabr - xx xxxxxxx 2016-cı il tarixli buraxılışının çıxarışından görünür ki Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 25 nömrəli evin 22 saylı mənzilinin ilkin satış qiyməti 145000 manat müəyyən edilməklə, açıq hərracın xx xxxxxx 2016-cı il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3904/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərardadından görünür ki, icra sənədi üzrə borclular X7, X15 və İddiaçı Nərimanov rayon icra şöbəsinin «icraata başlamaq haqqında» xx xxxxxxxx 2016-cı il tarixli 7507 saylı qərarının ləğv edilməsi və icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi barədə iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 25 nömrəli evin 4 otaqdan ibarət 22-ci mənzili ilə əlaqədar «X9 Mərkəzi» MMC tərəfindən Nərimanov rayon icra şöbəsinin sifariş məktubu əsasında keçirilən hərracın dayandırılması qərara alınmışdır. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-425/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərardadından görünür ki, iddiaçılar X7 X15 və İddiaçı cavabdeh Nərimanov rayon icra şöbəsinə qarşı (üçüncü şəx "X9 Mərkəzi" məhdud məsuliyyətli cəmiyyəti) "icraata başlamaq haqqında qərarın ləğv edilməsi və icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi barədə" iddiasının geri götürülmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan “Market” qəzetinin 16 fevral – xx xxxxxx 2018-ci il tarixli buraxılışının çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 25 nömrəli evin 22 saylı mənzilinin təkrar hərracdakı satış qiyməti 123250 manat müəyyən edilməklə, açıq hərracın xx xxxx 2018-ci il tarixində keçiriləcəyi qeyd edilmişdir. İş materiallarında olan «X9 Mərkəzi»nin xx xxxxx 2018-ci il tarixli Hərracın nəticələri haqqında yekun Y-137 №-li protokoldan və xx xxxxx 2018-ci il tarixli il tarixli həracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ilkin satış qiyməti 145000 manat müəyyən edilmiş X5 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 25 nömrəli evin 22 saylı mənzilinin satışı üzrə keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan "Cavabdeh1" ASC əmlakı 92438 manata almışdır. "Cavabdeh1" ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Beləliklə, məhkəmə hazırki iddia tələbinin hüquqi həlli ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi halında ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası,o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 25 nömrəli evin 22 saylı mənzilinin satılmasına dair keçirilmiş birinci hərrac xx xxxxxx 2016-cı il tarixə təyin edilmiş, hərrac baş tutmadığından xx xxxxxx 2016-cı il tarixə ikinci hərrac təyin edilmişdir. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(82)-3904/2016 saylı qərardadı ilə mənzilə dair keçirilən hərracın dayandırılması qərara alınmış, beləliklə dekabr ayında hərrac keçirilməmişdir. Daha sonra 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-1(82)-425/2017 saylı qərardadı ilə müvəqqəti xarakterli tədbir ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.Hərracın dayandırılmasına zərurət aradan qalxdığından ikinci hərracın keçirilmə vaxtı xx xxxxxx 2018-ci il tarixə təyin edilmiş, lakin həmin hərrac keçirilməmiş və 7 marta təxirə salınmışdır. Təkrar hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə məlumatlandırılmasına baxmayaraq, borclular hərracda iştirak etməmiş, bundan sonra ipoteka əmlak banka təklif olunmuş, "Cavabdeh1" ASC xx xxxxx 2018-ci il tarixdə əmlakı 92438 manata almış və həmin tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar Y-137 saylı protokol tərtib edilmişdir. Göründüyü kimi, hərracın keçirilmə vaxtı xx xxxxxx 2018-ci il tarixə təyin edilsə də, sözügedən hərrac keçirilməmişdir. Hərracın keçirilməsi ilə bağlı bildirişlər tərəflərə göndərilməmiş, həmçinin hərracın keçirilməsinə dair KİV-də və hərrac təşkilatının rəsmi internet saytında hər hansı məlumat verilməmişdir. Beləliklə, iddiaçı xx xxxx 2018-ci il tarixdə 3-cü hərracın keçirildiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin tarixdə keçirilən hərracın 2-ci dəfə keçirilən hərrac olduğu və əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddətin ötürülmədiyi müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" X22 ləğvedicisi X8 və "X9 Mərkəzi" X4rşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" X22 ləğvedicisi X8 və "X9 Mərkəzi" X4rşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1640/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1640/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver