Məhkəmə qərarları › İş №2(006)-1650/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1650/2025

19.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1650/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (X8 və Maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (X8 və Maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı - 23 oktyabr 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bacısı xx.xx.1989-cu il təvəllüdlü X6r. X2, X3 olmuşdur. Atası ilə anası onlar balaca olanda, yəni xx.xx.1999-cu il tarixdə boşanmışlar və onlar analarının himayəsində qalmışlar. O vaxtdan atası ilə əlaqələri olmamışdır və atası Rusiya Federasiyasında yaşayır. Bacısı, xx.xx.1989-cu il təvəllüdlü X8 ağır epilepsiya xəstəsidir və uşaqlıqdan 2-ci dərəcəli əlildir. X12 uşaqlıqdan epilepsiya xəstəsi olduğuna görə öz hüquqlarını sərbəst həyata keçirə bilməmiş və X3nın himayəsində olmuşdur. X3 xx.xx.2025-ci il tarixdə ağır xəstəlikdən vəfat etmişdir. Anasının vəfatından sonra bacısı X8 onun himayəsində qalır və İlhamənin bütün qayğılarını bir bacı kimi o çəkir. Lakin bacısı İlhamənin üzərində himayəçi təyin edilmədiyinə görə, bacısının sosial və digər hüquqlarını həyata keçirə bilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərindən 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Halhazırda bacısı İlhamə Şəfəqətovanın ailə başçısını itirməyə görə əmək pensiyası alması üçün himayəçiyə ehtiyacı var. Onun bacısı İlhamənin üzərində himayəçi təyin edilməsi üçün bacısının fəaliyyət qabiliyyətsiz hesab edilməsi lazımdır. Bu səbəbdən, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, 23 oktyabr 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş X8 ərizəçi - xx xxxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi bacısıdır. İİ-JQ seriyalı 335445 saylı boşanma haqqında şəhadətnamədən görünür ki, ərizəçinin valideynləri X10 ilə X9 arasında olan nikah 01 aprel 1999-cu il tarixdə 88 saylı akt qeydi ilə pozulmuş, qadına Qurbanova soyadı verilmişdir. xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 457634 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə xx.xx.2024-cü il tarixdə 1359 saylı akt qeydi aparılmışdır. xx.xx.2005-ci il tarixdə verilmiş 106080 saylı vəsiqədən görünür ki, X8 uşaqlıqdan 2ci qrup əlildir. xx.xx.2005-ci il tarixli müayinə aktına əsasən 4 saylı Zona TSEK tərəfindən verilmiş SER TSE-01 seriyalı 007396 saylı arayışdan görünür ki, X8 uşaqlıqdan 2-ci qrup (müddətsiz) əlildir, əmək qabiliyyətsizdir. xx.xx.2025-ci il tarixli 21997 saylı mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş tibbi sənədlərlə tanış olduqdan sonra, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» PHŞ-nin xx.xx.2025-ci il tarixli 1898 saylı rəyindən görünür ki, X5 epilepsiya xəstəliyi nəticəsində orta dərəcəli əqli gerilik formasında psixi xəsitəlik müəyyən edilir. Hazırki müayinə zamanı müəyyən edilən epilepsiya xəstəliyi nəticəsində orta dərəcəli əqli gerilik ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyil. Buna görə də, X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən edilən epilepsiya xəstəliyi nəticəsində orta dərəcəlik əqli gerilik diaqnozu xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə iştirakına yol vermir. Məhkəmə qeyd edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs səhhəti yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. Yuxarıda qeyd olunan rəydən də göründüyü kimi, X1 ilə əlaqədar olaraq məhkəmə iclasında iştirakı mümkün deyil. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, öz hərəkətlərinin mənasını dərk etməyən və onları idarə etmək iqtidarında olmayan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 oktyabr 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar